Əsas Səhifə > Güney Press > Bakı və İrəvan ərizə verib, müsbət nəticə olacaq

Bakı və İrəvan ərizə verib, müsbət nəticə olacaq


Bu gün, 12:00
Bakı və İrəvan ərizə verib, müsbət nəticə olacaq
“Azərbaycanla Ermənistanın münasibətləri yaxın zamanda normallaşa bilər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

Səfir BRİKS-ə üzvlüyün İrəvana ciddi üzvlük qazandıracağını bildirib:

“Təşkilatda Ermənistanın Rusiya, Hindistan, İran, Çin və BƏƏ kimi tərəfdaşları var. Qonşu Azərbaycan və Türkiyənin də üzvlük üçün ərizə verməsi az əhəmiyyət kəsb etmir. Gələcəkdə Bakı və İrəvanın BRİKS-ə üzvlüyü iki ölkə arasında münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərə bilər”.

Geri qayıt