"Müstəqilliyimizi bərpa etmişik, amma yenə də, Şimal - Quzey küləkləri əsməkdədir...” .....                     Növbə universitetlərdə: Müəllim və tələbələri nə gözləyir? .....                     NATO-nun Qərb ölkələri, xüsusilə ABŞ Ermənistanı dəstəkləyir .....                     Azərbaycan Avropa üçün yenə də maraqlı ölkədir .....                     Qadınlar aliment almaq üçün boşanırlar? .....                     "Fransanın bunun əksini sübut edəcək heç bir dəlili yoxdur" .....                     Bərzaninin Ankara səfərinin SENSASİON DETALLARI .....                     Özəl neft-qaz şirkətinin rəhbərliyinə təyinat .....                     ARDNF-nin aktivləri 62 milyard dollara yaxınlaşır .....                     Avtoritetlərin "sxodka"sında iştirak edən saxlanıldı .....                     Məhkəmə qapılarında jurnalistləri tapdalayanlar .....                     Qərbi Azərbaycanlıların qaçqınlıq statusu yenidən bərpa oluna bilərmi? .....                     Ermənistanın sülh blefi: .....                     Bir qrup energetik təltif edilib .....                     Bakı ora doğru irəliləyir, İrəvan yatıb: fəlakət olacaq! .....                     “Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi .....                     Taksilərdə gediş haqqı 1 manat bahalaşıb .....                     Tanınmış müğənni ilə bəstəkar arasında mahnı .....                     QARABAĞ QAZİSİ KÜÇƏLƏRDƏ GECƏLƏYİR .....                     Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib .....                     Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə ağacəkmə aksiyaları keçirilir .....                     Vəzifəyə gedəcəyinə inandı, prorektor vəzifəsindən imtina etdi .....                     İLGİNC: Naxçıvanda aqrar sahə ilə bağlı müzakirələrə nazir əvəzi buraxılmadı .....                     Hövsanda həftələrdir daşınmayan tullantılar .....                     Hesablama Palatası AMEA-nın İşlər İdarəsi ilə bağlı .....                     Audiovizual Şuranın növbəti iclası keçirilib, .....                     “FAZİL MƏMMƏDOV DÖVRÜ” QAYIDIR? .....                     Şirvanda 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib .....                     “Bizə təşəkkür etmək əvəzinə tənqid edirlər” .....                     Aİ səfiri Gürcüstanı hədələdi: .....                     Gələn ildən İranla sərhəddəki keçid məntəqəsinə nəzarət Ermənistana keçəcək .....                     VP-nin Azərbaycana hücumu: Bakıda 23 məşhur “erməni xadim” var? .....                     Türkiyənin Cənubi Qafqaz planı: .....                     “Unibank”ın səhmdarlarının növbədənkənar yığıncağı çağırıldı .....                     Qızıl yenə bahalaşacaq: .....                     Türkiyə ilə Gümrü-Qars dəmir yolunun texniki imkanlarını qiymətləndirəcəyik .....                     Fuad Nəcəfli gələndən Naxçıvan GERİYƏ GEDİR... .....                     Nazir Salyana rəis təyin etdi .....                     “Aztelekom”un rəhbəri dəyişdi .....                     Mərkəzi Univermaqda qızıl satmaq istəyən qadınların başına iş gəldi .....                 

Növbə universitetlərdə: Müəllim və tələbələri nə gözləyir? - AKTUAL
Tarix: Bu gün, 00:05 | Çap et
Növbə universitetlərdə: Müəllim və tələbələri nə gözləyir?
Milli Məclisin Elm və Təhsil Komitəsi, deputatlar tərəfindən "Ali təhsil haqqında" qanun layihəsinin müzakirəsi aparılır.

Belə ki, qanunun yaxın müddətdə qəbul olunacağı qeyd edilir.

Qanun layihəsində universitetlərlə bağlı hansı yeniliklərin öz əksini tapdığı ictimaiyyətə hələ tam məlum deyil. Lakin hazırda ali təhsil müəssisələrində tədrisin keyfiyyəti, bəzi ixtisasların əmək bazarının tələblərinə cavab verməməsi kimi məsələlər müzakirə mövzusudur.

Bugünlərdə elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, kadr hazırlığında bəzi sahələrdə bakalavr və magistr üzrə ayrı-ayrı ixtisasların müəyyənləşdirilməsinə ehtiyac duyulmur:

"Məsələn, tibb təhsilini nümunə gətirə bilərəm. Dünyanın heç bir yerində bu, bakalavr və magistr formasında bölünmür. Heç də məcburiyyət yoxdur ki, bütün ixtisasları bakalavr və magistra bölək. Yeni sahə yarananda, mütləq qaydada onun üçün yeni ixtisas yaratmağa ehtiyac yoxdur. Bəzən təklif edirlər ki, yaşıl iqtisadiyyat ixtisası yaradaq. İqtisadiyyatı oxuyan adam sonra istəsə, bu sahədə məşğul ola bilər".

Bu da bir faktdır ki, ali təhsil müəssisələrini başa vuran məzunların heç də hamısı keyfiyyətli kadr kimi yetişmir.

Beləliklə, bu gün universitetlərdə ixtisaslarla yanaşı, savadlı kadr potensialı problemi də özünü göstərir. Ali təhsil haqqında yeni layihədə bu kimi problemlər öz həllini tapacaqmı?

“Universitetlərə qəbul mexanizmi dəyişdirilməlidir”

Təhsil üzrə ekspert Vüsal Kərimli “Cümhuriyət” qəzetinə bildirib ki, bu gün önəmli məsələlərdən biri “Ali təhsil haqqında” qanun layihəsinin ictimai müzakirəyə təqdim edilməməsidir:

“Mən bununla bağlı müraciət etmişəm ki, hansı dəyişikliklərin olacağını bilməliyik. Qanunda nələr olmalıdır? Ən önəmlisi universitetlərə qəbul prosesinin mexanizminin dəyişdirilməsi öz əksini tapmalıdır. Daha sonra universitetlərin maliyyələşməsi məsələsi, qəbul planının təsdiq edilməsi kimi məsələlərlə bağlı universitetlərə sərbəstlik verilməlidir.

“Ali təhsil haqqında” qanun layihəsi ixtisaslarla bağlı heç nə demir. İxtisaslar günün əmək bazarının tələblərinə uyğunlaşdırılıb müəyyən edilməlidir.

Planlama aparılmalı və müəyyənləşməlidir ki, yaxın 5-10 ildə hansı ixtisaslara tələb olacaq və yaxud olmayacaq. Bəzi ixtisaslar var ki, onların saxlanılması, davam etdirilməsi lazımsızdır, müasir ixtisaslar açmalıyıq. Əmək bazarında tələb olmayan ixtisasları isə zamanla sıradan çıxartmalıyıq.

Universitetlərə təhsil proqramlarının yenilənməsində 30 faiz sərbəstlik verilir. Bu faizi çoxaltmaq lazımdır ki, universitetlər özləri əmək bazarının tələblərinə uyğun olaraq davamlı şəkildə yenilikləri tətbiq edə bilsinlər”.

51 universitetə cəmi 1,8 milyon manat

Ekspert deyib ki, universitetlər Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilmiş standartlarla çalışırlar:

“İkinci məsələ odur ki, ali təhsil müəssisələrinin maliyyələşməsi gündəmdə olmalıdır. Əgər bir universitetdən təhsil gözləyirsinizsə, ona yatırım qoymalısınız. Laboratoriyaların qurulması, maddi-texniki bazanın yaxşılaşdırılması, müəllimlərə daha yüksək əməkhaqqı verilməsi üçün universitetlərə maliyyə yardımı olmalıdır. Bu ilin təhsil büdcəsində 51 universitetə cəmi 1 milyon 800 min manat civarında vəsait ayrılır.

Məbləğ çox azdır. Dövlət də universitetlərə maddi yardım etməlidir. Əgər biz universitetdə, məsələn, kimya üzrə təhsil alırıqsa, simulyativ laboratoriyalar və yaxud kompüter üzrə simulyativ proqramlar olmalıdır. O avadanlıqlar hədsiz bahadır.

Eyni zamanda, o sahədə peşəkar müəllimləri cəlb edilməlidir. Əgər İKT mütəxəssisi kimi əmək bazarında 4-10 min manata kimi maaş alırsa, gəlib universitetdə 700-800 manata işləməkdə maraqlı olarmı? Olmayacaq. Rəqabətlilik əsasında universitetlərə pul ayrılmalıdır. Biz hər şeyi təhsil haqqı ilə ölçürük. Əgər keyfiyyətli kadr istəyirsizsə, təhsilin inkişafına normal vəsait ayrılmalıdır. Auditoriyada dərs keçən müəllimin əməkhaqqı yaxşı deyilsə, o zaman keyfiyyətdən danışmayaq”.

Universitet müəllimlərinə də imtahan?

Universitet müəllimlərinin sertifikasiyaya cəlbinə gəldikdə isə ekspert bildirib ki, ali təhsil müəssisələrində çalışan müəllim heyətinin sertifikatlaşması dünya ölkələrində yoxdur:

“Bu birbaşa universitetin özünün səlahiyyətində olan işdir ki, hər bir müəllimini uyğun ixtisaslaşmalara, təlimlərə cəlb etsin, beynəlxalq sertifikat almağa təşviq etsin. Əməkhaqqının diferensiallaşmasında da bir komponent olaraq buna diqqət yetirsin. Ancaq universitet müəllimlərinin sertifikasiyaya cəlb olunması mümkünsüzdür.

Çünki Elm və Təhsil Nazirliyinin, digər nazirliklərin tabeliyində olan universitetlər, xüsusi təyinatlı ali təhsil müəssisələri və nəhayət, özəl universitetlər var. Bu gün ETN özəl orta məktəblərin müəllimlərini sertifikasiyaya cəlb edə bilirmi? Xeyr. Yalnız öz balansında olanları prosesə cəlb edir. Birmənalı olaraq universitet müəllimlərinin sertifikasiyaya cəlbi müzakirə mövzusu deyil”.

Millət vəkili Ceyhun Məmmədov da açıqlamasında bildirib ki, universitetlərdə sertifikatlaşdırma prosesinin keçirilməsi ilə bağlı elə bir plan yoxdur:

“Hesab edirəm ki, ona ehtiyac da yoxdur. Çünki universitetlərdə bunun üçün lazım olan işlər görülür.

Müəllimlərin işə, vəzifəyə qəbulu lazım olan qaydada həyata keçirilir. Ali məktəblərin müəllimlərinin sertifikasiyaya cəlb edilməsinə ehtiyac yoxdur. Biz əslində sertifikasiyanı təşkil etməyə məcbur oluruq. Ancaq bunun ali məktəbə tətbiq edilməsinə ehtiyac görmürəm. Çünki bu bizə əlavə problemlər yaradacaq.

Onsuzda müəllimlər seçilərək, araşdırılaraq işə götürülür. Ona görə burada başqa bir əlavə imtahanın keçirilməsinə ehtiyac yoxdur”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Müstəqilliyimizi bərpa etmişik, amma yenə də, Şimal - Quzey küləkləri əsməkdədir...” - Mirmahmud Mirəlioğlu
Bu gün, 00:10
Növbə universitetlərdə: Müəllim və tələbələri nə gözləyir? - AKTUAL
Bu gün, 00:05
NATO-nun Qərb ölkələri, xüsusilə ABŞ Ermənistanı dəstəkləyir - Görünəni odur ki...
Bu gün, 00:02
Azərbaycan Avropa üçün yenə də maraqlı ölkədir - FAKT BUDUR!
Dünən, 19:00
Qadınlar aliment almaq üçün boşanırlar? - AÇIQLAMA
Dünən, 18:56
"Fransanın bunun əksini sübut edəcək heç bir dəlili yoxdur" - REAKSİYA
Dünən, 18:23
Bərzaninin Ankara səfərinin SENSASİON DETALLARI - İrana görə Türkiyə və Azərbaycanla...
Dünən, 18:21
Özəl neft-qaz şirkətinin rəhbərliyinə təyinat - DOSYE
Dünən, 18:04
ARDNF-nin aktivləri 62 milyard dollara yaxınlaşır
Dünən, 18:02
Avtoritetlərin "sxodka"sında iştirak edən saxlanıldı - FOTO
Dünən, 18:00
Məhkəmə qapılarında jurnalistləri tapdalayanlar - AXI NİYƏ?
Dünən, 17:55
Qərbi Azərbaycanlıların qaçqınlıq statusu yenidən bərpa oluna bilərmi? - AKTUAL
Dünən, 17:46
Ermənistanın sülh blefi: - COP29-a qədər referendum keçirə biləcək?
Dünən, 17:43
Bir qrup energetik təltif edilib - SƏRƏNCAM
Dünən, 17:41
Bakı ora doğru irəliləyir, İrəvan yatıb: fəlakət olacaq! – Zurabyan
Dünən, 17:40
“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi - FOTO
Dünən, 17:37
Taksilərdə gediş haqqı 1 manat bahalaşıb – Rəsmi
Dünən, 17:30
Tanınmış müğənni ilə bəstəkar arasında mahnı QALMAQALI
Dünən, 17:26
QARABAĞ QAZİSİ KÜÇƏLƏRDƏ GECƏLƏYİR – “Öz səhvim ucbatından “bomj” həyatı yaşayıram”
Dünən, 17:22
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
Dünən, 17:16
Abşeron rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə ağacəkmə aksiyaları keçirilir
Dünən, 17:13
Vəzifəyə gedəcəyinə inandı, prorektor vəzifəsindən imtina etdi - Vəzifəli şəxslər necə aldadılıb?
Dünən, 16:32
İLGİNC: Naxçıvanda aqrar sahə ilə bağlı müzakirələrə nazir əvəzi buraxılmadı – ŞOK SƏBƏB
Dünən, 16:28
Hövsanda həftələrdir daşınmayan tullantılar niyə məsələ ictimailəşəndən sonra yığışdırıldı?
Dünən, 16:25
Hesablama Palatası AMEA-nın İşlər İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib
Dünən, 16:23
Audiovizual Şuranın növbəti iclası keçirilib, 4 yeni lisenziya verilib
Dünən, 16:21
“FAZİL MƏMMƏDOV DÖVRÜ” QAYIDIR? - Kiçik sahibkarlara qarşı kütləvi yoxlamalar nə ilə bağlıdır?
Dünən, 16:18
Şirvanda 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib - FOTO
Dünən, 16:13
“Bizə təşəkkür etmək əvəzinə tənqid edirlər” - Səyyad Aran
Dünən, 16:03
Aİ səfiri Gürcüstanı hədələdi: - "Hər şeyi itirə bilərsiniz!"
Dünən, 16:00
Gələn ildən İranla sərhəddəki keçid məntəqəsinə nəzarət Ermənistana keçəcək - Mirzoyan
Dünən, 15:54
VP-nin Azərbaycana hücumu: Bakıda 23 məşhur “erməni xadim” var? – Gizlinlər
Dünən, 15:47
Türkiyənin Cənubi Qafqaz planı: - Ermənistan Zəngəzur dəhlizini aça bilər?
Dünən, 15:44
“Unibank”ın səhmdarlarının növbədənkənar yığıncağı çağırıldı
Dünən, 15:37
Qızıl yenə bahalaşacaq: - dünyadakı qiymət artımının Azərbaycan bazarına təsiri varmı?
Dünən, 15:34
Türkiyə ilə Gümrü-Qars dəmir yolunun texniki imkanlarını qiymətləndirəcəyik - Ermənistan XİN rəhbəri
Dünən, 15:31
Fuad Nəcəfli gələndən Naxçıvan GERİYƏ GEDİR... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:29
Nazir Salyana rəis təyin etdi - ƏMR
Dünən, 15:23
“Aztelekom”un rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 15:22
Mərkəzi Univermaqda qızıl satmaq istəyən qadınların başına iş gəldi - TƏFƏRRÜAT
Dünən, 15:20
Süleyman Mikayılov ağacəkmə aksiyasında
Dünən, 15:19
Azərbaycan və İtaliya arasında "Qərargah danışıqları" keçirilib
Dünən, 15:14
“RR Constructions” tikinti şirkəti sakinləri evindən küçəyə atır - QƏRAR VERİLƏCƏK
Dünən, 15:00
“Unibank” şikayətçinin kart problemini həll edə bilmir - FOTO
Dünən, 14:02
Parklanma və cərimə pulları hara gedir? - AYNA hesabat verməlidir
Dünən, 14:00
İşdən çıxarılan müəllimlə bağlı yeni xəbər - DETALLAR
Dünən, 13:56
“Bakıkart” probleminin həlli niyə müşkülə ÇEVRİLİB? - Hüquqları pozulan milyonlar, “yoxa çıxan” rəhbər...
Dünən, 13:31
`Azərkonktrakt`ın ləğvi ilə bağlı İLGİNC İDİDA - BUNA GÖRƏ İMİŞ...
Dünən, 13:29
Ermənistana təzminatı belə ödətdirmək olar - Sabiq nazir AÇIQLADI
Dünən, 13:22
İnsanlar əllərindəki zibilləri atmağa yer tapmırlar - deputat
Dünən, 13:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru