Ərəstun Oruclunun məhkəməsi başlayır .....                     Emin Əmrullayevə yeni müşavir təyin edildi .....                     “Əxlaqsızlığı yaymaq və təbliğ etmək nə vaxtdan söz azadlığı olub?" .....                     Ərinə 20 manat pula görə şüşə ilə xəsarət yetirən qadına hökm oxundu .....                     Azərbaycan alıcısı erməni malını alacaq? .....                     Türkiyə və Rusiyanı üz-üzə gətirmək istədilər .....                     Azərbaycanda rayon ağsaqqalı “Şaxta baba”nı maşınla vurub .....                     ABŞ və Ermənistan həlledici sferalarda yeni birgə təşəbbüslər başladır .....                     Taksilər avtobus zolağından istifadə etsə nə olar? .....                     Təranə qətlə yetirilibmiş .....                     Qarabağ ermənilərinin başı dərddədir .....                     XİN rəhbərləri Azərbaycan neft məhsullarının Gürcüstandan Ermənistana tranzitini müzakirə edib .....                     İş yoldaşını öldürən Şahlara .....                     Ramiz Mehdiyev həbsdən mütəşəkkil dəstəsini idarə edir .....                     Prezident 2026-cı ilin dövlət büdcəsini .....                     Rusiya-Ukrayna müharibəsində Azərbaycan vətəndaşlarının iştirakı cinayət sayılır .....                     AZAL təyyarəsi ilə bağlı müəmma .....                     Xomeynini dəstəklədiyinə görə üzr istədi .....                     Məşhur tütün şirkəti külli miqdarda borca düşüb .....                     “Altec” MMC-nin nizamnamə kapitalı 1 milyon manat azaldılır .....                     Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? .....                     Ukraynalılar müharibəni bitirmək üçün güzəştə hazırdırmı? .....                     Şeyxin nəvəsinin Bakıda daha 3 obyekti fəaliyyətə başladı .....                     "Baş həkim məndən bonus tələb edir, rəsmi sənədləri saxtalaşdırır" .....                     Misir Mərdanovun yeni vəzifəsi məlum oldu .....                     Sabah paytaxtda hava yağmursuz olacaq .....                     Rusiya gerbi dəyişib .....                     "Bir dəfə də olsun... qəbuluna girə bilməmişəm..." .....                     Ermənistan ordusu dünyada neçəncidir? .....                     Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Altay Göyüşovun məhkəməsi başlayıb .....                     Gürcüstanda iki Azərbaycan vətəndaşı dələduzluq ittihamı ilə həbs edilib .....                     Paşinyan Simonyanı yola salır .....                     Məşhur iranlı güləşçi Azərbaycan yığmasına qoşulur .....                     Nazirliyi iqlim stansiyaları, sensorlar, noutbuklar və PUA-lar aldı .....                     Hərbçimiz yol qəzasında həlak oldu .....                     Aygün Kazımovanın qızının bu fotosu təəccübləndirdi .....                     İrəvan sərhədi açmaq istəyir, amma bank qapıları bağlıdır .....                     “Megastore” mağazasına basqın edən şəxsə .....                     Çin regionda ən çox yatırımı Azərbaycana edib .....                     Xalq artisti KİMƏ SƏSLƏNDİ? .....                 

Hədəfdəki İran və iki plan: - Yaxın Şərq yenidən şəkilləndirilir
Tarix: 1-10-2024, 16:09 | Çap et
Hədəfdəki İran və iki plan:
Yaxın Şərqdə müharibə vəziyyəti davam edir. İsrail HƏMAS-a qarşı savaşını davam etdirməklə yanaşı, Livandakı “Hizbullah” silahlı qruplaşmasının də hədəflərinə zərbə endirməkdədir. Rəsmi Təl Əviv bəyan edib ki, “Hizbullah” tam məhv edilənədək əməliyyatlar davam edəcək. Hətta İsrail ordusunun artıq Livana daxil olduğu barədə informasiyalar mövcuddur.

“Hizbullah” lideri Seyid Həsən Nəsrullahın və qruplaşmanın demək olar ki, komandirlərinin hamısının öldürülməsindən sonra bu təşkilatın tamamilə sıradan çıxarıldığı iddiaları hökm sürür. Beynəlxalq analitiklərin bəziləri hesab edirlər ki, növbəti hədəf bölgədəki HƏMAS, “Hizbullah” kimi silahlı qruplaşmaların arxasında dayanan İrandır. Ekspertlər bildirirlər ki, İsrailin Baş naziri Benyamin Netanyahu bu yaxınlarda ABŞ-a səfər etdi və danışıqlar apardı. İddia olunur ki, Netanyahu İrana qarşı addım atmaq üçün Vaşinqtondan müsbət cavab alıb. İsrailin Baş nazirinin dünən İran xalqına müraciəti də hədəfdə Tehranın olduğu ehtimalını artırır.

Netanyahu İran xalqına müraciətində ölkə rəhbərliyinə dəstəyi dayandırmağa çağırıb. Sentyabrın 30-da “The Times of Israel”in saytında dərc olunan videomüraciətdə Netanyahu adi iranlıları hakim rejimlə müqayisə edərək deyib ki, ölkə xalqı “daha ​​yaxşısına layiqdir” və onları “əsarətə alan” İran hakimiyyəti insanları “daha ​​da uçuruma yaxınlaşdırır”.

“Əgər onlar sizinlə maraqlansaydılar, Yaxın Şərqdə mənasız müharibələrə milyonlarla dollar xərcləməyi dayandırardılar”, - İsrailin Baş naziri deyib.

Netanyahu İranın “nəhayət azad olacağına” və sonra “iki qədim xalqın - yəhudilər və farsların sülh içində yaşayacağına” əmin olduğunu bildirib.

Müraciətinin sonunda Netanyahu iranlıları dəstəkləyəcəyinə əmin edib və onları “kiçik bir qrup fanatik teokratların onların ümid və arzularını məhv etməsinə” imkan verməməyə çağırıb.

Prosesləri AYNA-ya müsahibəsində şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, ABŞ illər əvvəl hazırladığı “Orta Doğu layihəsi”ni həyata keçirməyə başlayıb:

- Amerika Yaxın Şərqi istədiyi formada şəkilləndirməyə çalışır və bunu İsraillə birgə edir. Baxın, son aylarda İsrail eyni vaxtda bir neçə dövlətlə müharibə aparır. Ötən il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı İsrailə hücum etdi. Sanki İsrail və ABŞ bu hücumu gözləyirdi. Çünki bu hücumdan sonra ABŞ və İsrail illər əvvəl hazırladığı planı həyata keçirməyə başladı və bu işlər uğurla həyata keçirilir. Bu gün İsrail Qəzzada HƏMAS-la müharibə aparır. Paralel olaraq, Livanda “Hizbullah”la, Yəməndəki husilərin “Ənsar Allah” silahlı qruplaşması ilə, Suriya ilə ilə, hətta İranla da savaşır. Çünki HƏMAS lideri İsmayıl Haniyə məhz Tehranda öldürüldü. Kiçik bir İsrail beş ölkə ilə müharibə aparır və uğur əldə edir.

İsrail əməliyyatları ilə HƏMAS-ı, “Hizbullah”ı faktiki olaraq, başsız qoyub. Bu təşkilatların hər gün komandirləri öldürülür, liderləri aradan götürülür. Düzdür, ABŞ tərəfindən bəyanatlar verilir ki, Vaşinqtonun bu əməliyyatlar barədə əvvəldən məlumatı olmur. Amma bu, inandırıcı deyil. Hesab edirəm ki, bu iki dövlət bir yerdə hərəkət edir və eyni planın həyata keçməsi ilə məşğul olurlar. Əlbəttə, İran bu plandan kənarda deyil.

- Netanyahunun İran xalqına müraciəti nəyə hesablanıb?

- Bilirsiniz, bu müraciət sıradan müraciət deyil. ABŞ-dan qayıdan Netanyahunun belə bir müraciət etməsi dediyim kimi, İranla bağlı da planlara başlanıldığının göstəricisi ola bilər. Baxın, israil əməliyyatlarla “Hizbullah”ı o dərəcədə zəiflədib ki, bu təşkilat nəyisə diktə etmək iqtidarında deyil. Nəzərə almaq lazımdır ki, “Hizbullah”ı da, HƏMAS-ı da hərbi texnika ilə, maliyyə ilə İran təmin edirdi. 1979-cu ildəki İrandakı İslam İnqilabından bu yana “Hizbullah” Tehrandan maliyyələşirdi. Düzdür, inandırıcı deyil ki, İran bu dəstəkdən bir anda imtina edəcək. Amma “Hizbullah”ın rəhbərləri yoxdur, İran pulu kimə verəcəyini bilmir. Demək istəyirəm ki, ABŞ-İsrail ikilisi İranın bölgədəki proksi qüvvələrini məhv edib. HƏMAS və “Hizbullah” komandanlığı demək olar ki, mövcud deyil. Onların toparlanması üçün isə illər lazımdır. İranın mühafizəkar dairələri, Ali Dini Lider Seyid Əli Xamenei bu təşkilatları dəstəkləmək qərarı versələr belə, maliyyəni kimə verəcəklərini bilmirlər. İsrail və ABŞ da bunu bilir. Hesab edirəm ki, Netanyahunun İran xalqına müraciətinin bir məqsədi də budur ki, artıq mühafizəkar dairələri İran hakimiyyətindən uzaqlaşdırsınlar.

- Yəni İsrail və ABŞ-ın niyyəti İrandakı dini rejimi yıxmaqdır...

- İsrail İran vətəndaşlarına mesaj verir ki, hazırkı rejim İsrailə qalib gələ bilməz. İranlılara deyilir ki, bəlalarının başındakı mühafizəkar dairələrdir. Keçmiş ABŞ Prezidenti Donald Trampın dövründə SEPAH-ın Qüds qolunun komandiri, əfsanəvi general Qasım Süleymani öldürüldü, İran onun intiqamını ala bilmədi. Son on il ərzində İranlı nüvə alimləri İsrail tərəfindən öldürüldü, İran heç nə edə bilmədi. İranın qonağı olan HƏMAS lideri Tehranın mərkəzində öldürüldü, indiyədək cavab verilmədi. İranın dəstəklədiyi “Hizbullah” lideri öldürüldü, Tehran yenə də cavab verə bilmir. İran xalqına Netanyahu deyir ki, əvvəl hədəf proksi qüvvələr idi, növbəti hədəf isə İranın özüdür.

Bəli, ABŞ və İsrailin məqsədi görünür ki, İrandakı rejim dəyişikliyidir. Nə qədər ki, İranda əsas söz sahibi Ali Dini Lider və onun ətrafındakı mühafizəkar dairələrdir, SEPAH-dır, ABŞ və İsrail bu ölkədən əl çəkən deyil. Üstəlik, nüvə silahı ilə bağlı da İranın addımları var.

İki variant var: ya ABŞ-İsrail cütlüyü İranda hakimiyyət dəyişikliyi edəcəklər, ya da İranı parçalamaq siyasəti işə düşəcək. Netanyahunun müraciətindən belə anlaşılır ki, Vaşinqton və Təl-Əviv birinci variantı işə salıb, yəni ki, iranda hakimiyyət dəyişikliyinə nail olmaq istəyir. Alınmasa ikinci, İranın parçalanması variantı nəzərdən keçirilə bilər.

- Bu günlərdə İran Prezidenti Məsud Pezeşkian da İranın parçalanması barədə danışmışdı...

- Bəli, Pezeşkianın bu açıqlaması həm də bir mesajdır. İran Prezidenti əslində həqiqəti dedi, bildirdi ki, ölkədə qarışıqlıq olsa, Güney Azərbaycan, Xuzistan, Bəlucistan ayrılacaq, İran isə parçalanacaq. Hesab edirəm ki, İsrail və Amerika yaxın vaxtlarda İranda rejim dəyişikliyinə nail ola bilməsə, parçalanma planını işə salacaq. İrandakı dini hakimiyyətinin devrilməsi, yaxud parçalanması planlarının baş tutub-tutmayacağını demək çətindir. Hər şey proseslərin gedişindən asılıdır. ABŞ və İsrailin bu plandan geri çəkiləcəyi gözlənilən deyil. Amma proseslərin gedişi planlarda hansısa dəyişikliyə də səbəb ola bilər. Bütün hallarda isə düşünürəm ki, region dövlətləri bu proseslərə hazır olmalıdır.

- Region dövlətindən biri də Azərbaycandır. Azərbaycan nə etməlidir?

- Nəzərə almalıyıq ki, gərginlik artıq sərhədlərimizdədir. Yaxın Şərq bizdən o qədər də uzaqda deyil. Hesab edirəm ki, Azərbaycan iki məsələyə diqqət yetirməlidir. Birincisi, təhlükəsizliyimizi gücləndirməliyik, ikincisi, yaranan vəziyyətə adekvat qərarlar qəbul olunmalıdır. Həm də bu qərarlar yubanmadan, anında qəbul edilməlidir. Məsələn, İran daxilində xaos olarsa, savaş olarsa, böyük qaçqın ordusu ilə üzləşə bilərik. Eyni zamanda, İran parçalanacağı təqdirdə güney Azərbaycan amili önə keçəcək. O zaman Azərbaycan Güney Azərbaycan məsələsi ilə bağlı ciddi qərarlar qəbul etməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ərəstun Oruclunun məhkəməsi başlayır
Bu gün, 15:43
Emin Əmrullayevə yeni müşavir təyin edildi - FOTO
Bu gün, 15:34
“Əxlaqsızlığı yaymaq və təbliğ etmək nə vaxtdan söz azadlığı olub?" - deputat
Bu gün, 15:32
Ərinə 20 manat pula görə şüşə ilə xəsarət yetirən qadına hökm oxundu
Bu gün, 15:22
Azərbaycan alıcısı erməni malını alacaq? - AKTUAL
Bu gün, 15:18
Türkiyə və Rusiyanı üz-üzə gətirmək istədilər - AMMA...
Bu gün, 15:16
Azərbaycanda rayon ağsaqqalı “Şaxta baba”nı maşınla vurub - TƏFƏRRÜAT
Bu gün, 15:10
ABŞ və Ermənistan həlledici sferalarda yeni birgə təşəbbüslər başladır - Səfir
Bu gün, 15:07
Taksilər avtobus zolağından istifadə etsə nə olar? – Ekspertdən açıqlama
Bu gün, 15:02
Təranə qətlə yetirilibmiş - 13 il sonra üstü açıldı
Bu gün, 14:58
Qarabağ ermənilərinin başı dərddədir - Ermənistandan qovulurlar
Bu gün, 14:55
XİN rəhbərləri Azərbaycan neft məhsullarının Gürcüstandan Ermənistana tranzitini müzakirə edib
Bu gün, 14:53
İş yoldaşını öldürən Şahlara AĞIR CƏZA istənildi
Bu gün, 13:48
Ramiz Mehdiyev həbsdən mütəşəkkil dəstəsini idarə edir -Şabranlı sahibkardan İLGİNC MÜSAHİBƏ
Bu gün, 13:46
Prezident 2026-cı ilin dövlət büdcəsini TƏSDİQLƏDİ
Bu gün, 13:43
Rusiya-Ukrayna müharibəsində Azərbaycan vətəndaşlarının iştirakı cinayət sayılır - Baş prokurorluqdan xəbərdarlıq
Bu gün, 13:41
AZAL təyyarəsi ilə bağlı müəmma – Kremldən yeni gediş gözlənilir
Bu gün, 13:03
Xomeynini dəstəklədiyinə görə üzr istədi - Səhvə yol verdik
Bu gün, 13:01
Məşhur tütün şirkəti külli miqdarda borca düşüb
Bu gün, 12:59
“Altec” MMC-nin nizamnamə kapitalı 1 milyon manat azaldılır
Bu gün, 12:56
Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -...otağının işığı sönən kimi Zəfər Hacıyevi axtarır
Bu gün, 12:55
Ukraynalılar müharibəni bitirmək üçün güzəştə hazırdırmı? - Sosioloqdan cavab
Bu gün, 12:42
Şeyxin nəvəsinin Bakıda daha 3 obyekti fəaliyyətə başladı - AY MAŞALLAH...
Bu gün, 12:34
"Baş həkim məndən bonus tələb edir, rəsmi sənədləri saxtalaşdırır" - ŞOK İDDİA ilə bağlı RƏSMİ CAVAB
Bu gün, 12:26
Misir Mərdanovun yeni vəzifəsi məlum oldu - RƏSMİ
Bu gün, 12:23
Sabah paytaxtda hava yağmursuz olacaq - belə deyirlər...
Bu gün, 12:21
Rusiya gerbi dəyişib
Bu gün, 12:18
"Bir dəfə də olsun... qəbuluna girə bilməmişəm..." - ETİRAZ VAR!
Bu gün, 12:12
Ermənistan ordusu dünyada neçəncidir? – Nəticə şok etdi
Bu gün, 12:06
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Altay Göyüşovun məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 12:04
Gürcüstanda iki Azərbaycan vətəndaşı dələduzluq ittihamı ilə həbs edilib
Bu gün, 12:02
Paşinyan Simonyanı yola salır - Yerinə keçəcək şəxs açıqlandı
Bu gün, 12:00
Məşhur iranlı güləşçi Azərbaycan yığmasına qoşulur
Bu gün, 11:59
Nazirliyi iqlim stansiyaları, sensorlar, noutbuklar və PUA-lar aldı - ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 11:55
Hərbçimiz yol qəzasında həlak oldu
Bu gün, 11:53
Aygün Kazımovanın qızının bu fotosu təəccübləndirdi - FOTO
Bu gün, 11:49
İrəvan sərhədi açmaq istəyir, amma bank qapıları bağlıdır - İLGİNC DETALLAR
Bu gün, 11:42
“Megastore” mağazasına basqın edən şəxsə AĞIR CƏZA
Bu gün, 11:33
Çin regionda ən çox yatırımı Azərbaycana edib - EDB
Bu gün, 11:28
Xalq artisti KİMƏ SƏSLƏNDİ? - "Bəyəm, toyda oxumaq asan işdir?"
Bu gün, 11:27
Qarabağdan könüllü köçmüş ermənilər Ermənistanı da TƏRK EDİR
Bu gün, 11:26
Faydasız avropalıların cəfəngiyyatı - "Gərginlik" və "təmkin” çağırışları
Bu gün, 11:21
Yerli zəfəranın qramını xaricə 10 manata satıb, Türkiyədən 4 qəpiyə zəfəran gətiririk - DETALLAR
Bu gün, 11:19
Putin və Zelenski arasında 5 ildən sonra ilk telefon danışığı baş tuta bilər
Bu gün, 11:16
"Hər ay 3–4 dəfə suyumuz kəsilir..." - İNDİ YENƏ...
Bu gün, 11:14
“Mənə zəng etdilər, dedilər ki, imza at…” – Misir Mərdanov işdən çıxarılmasından danışdı
Bu gün, 11:11
“Kimin nazirliyə sözü varsa, qapımız açıqdır” - Fərid Qayıbov
Bu gün, 11:10
“Mövqeyimiz dəyişməyib, hər zaman dövlətimizin yanında olmuşuq” - Oğlu hakim seçilən müxalif deputat
Bu gün, 11:05
DOST Agentliyi ehtiyat data mərkəzinin yaradılmasına 5,3 mln. manat xərcləyəcək
Bu gün, 11:03
"Qala Sığorta"da geri sayım: Yığımlarda 2 milyona yaxın azalma - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru