"Ermənistandan tələblərimiz imzalanan müqavilə və bəyanatlara əsaslanır, İranın müdaxilə haqqı yoxdur"
Tarix: 10-09-2024, 18:56 | Çap et
 İranın İrəvandakı səfiri Mehdi Sübhani Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşündə İran İslam Respublikasının beynəlxalq sərhədlərin toxunulmazlığı, istənilən geosiyasi dəyişikliyə qarşı çıxması və qonşularının ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı mövqeyini açıqlayıb. Qriqoryan isə, İranın mövqeyinə görə təşəkkür edib və “Ermənistanın İran İslam Respublikası ilə əlaqələrə xüsusi önəm verdiyini və heç bir qüvvənin İran və Ermənistan arasındakı ərazi əlaqəsini qıra bilməyəcəyini” vurğulayıb. Milli Məclisin deputatı Müşfiq Cəfərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşü səs-küylü olub. Belə ki, səfir bəzi məqamlardan danışarkən ikibaşlı cümlələr qurub.
“İranın Ermənistandakı səfiri Mehdi Sübhani bildirib ki, İran Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün dəyişdirilməsinə qarşıdır. Təbii ki, Azərbaycanın da heç bir dövlətin ərazi bütövlüyünə iddiası yoxdur. Həmçinin, Ermənistanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü dedikdə, Qarabağ və ətraf ərazilər nəzərdə tutulmayıb. Əgər Mehdi Sübhani sərhədlərin dəyişdirilməsi dedikdə əvvəllər erməni işğalı altında olmuş Azərbaycan torpaqlarını qeyd edirsə, bu böyük siyasi səhv olmaqla yanaşı, BMT kimi beynəlxalq səviyyəli birliklərin qərar və prinsiplərinə hörmətsizlik deməkdir. Onun özünün də qeyd etdiyi kimi hər kəs beynəlxalq qanunlara hörmət etməlidir. Hətta o, bu açıqlamasını “Azatutyun”-a eksklüziv müsahibəsində də qeyd etmişdi. Cəmi iki ay fasiləylə Ermənistandakı İran səfiri öz dediklərini təkzib edir”-deyən deputat vurğulayıb ki, səfirlərin təmsil etdikləri ölkələrin auditoriyasına hesablanmış fikirlər səsləndirmələri gözləniləndir. Xüsusilə, indiki halda, İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin, eyni zamanda, öz ölkəsinin maraqları çərçivəsində erməni cəmiyyətinə "oynaması" da təbii haldır.
Deputat bildirib ki, artıq neçənci dəfədir Sübhaninin siyasi etikadan kənar davaranışını görürük. Bu, birbaşa ermənipərəst mövqedən irəli gəlir: “Hər kəsə məlumdur ki, Ermənistan İran üçün çox vacibdir və ona görə də otuz ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğalda saxlamasına göz yumdu. İran cənub qonşumuzdur, hər bir halda bu regionda birgə yaşamaq üçün ortaq məxrəcə gəlinməlidir. Digər tərəfdən İran böyük türk kəsimi olan soydaşlarımızın vətənidir. Dövlətimiz hər zaman xarici məsələlərdə milli maraqları daxilində irəliləyib. Bütün Qərbin, beynəlxalq aləmin, yəni Ermənistanın dostlarının İrana qarşı birləşdiyi vaxtda belə, dövlətimiz qonşuluq münasibətlərinə xələl gətirəcək heç bir addım atmayıb”.
Müşfiq Cəfərov deyir ki, Azərbaycan bundan sonra da bilavasitə özünün milli maraqları kontekstindən kənar addımlar atmayacaq. Ancaq Naxçıvana maneəsiz quru yol ölkəmizin mənafeyi baxımından mühüm yer tutur: “İkinci Qarabağ müharibəsi bitən kimi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata imza atanlardan biri isə erməni baş nazir Nikol Paşinyandır. Bəyanatda hansısa İran rəsmisinin imzası yer almır. Deməli, prinsip etibarilə hazırda Naxçıvana yol xüsusunda rəsmi İrəvana yönəlmiş tələbimizin Tehrana heç bir aidiyyatı yoxdur”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda ƏMLAK ÇEKİ DAVASI - ETİRAZ
Bu gün, 06:41 |
|
|
|
• ABŞ İrana qarşı ən böyük sanksiyalar paketini tətbiq edib - KİV
Bu gün, 06:30 |
|
|
|
• "Adıma VÖEN açdırmışdılar..." - “Həyat” MMC ittiham olunur...
Bu gün, 06:22 |
|
|
|
• "Ölkənin resursları yetərli olsa, dövlət büdcəsi kəsirlə tərtib edilməz" - Neft çıxır deyə "varlı" sanırlar...
Bu gün, 06:19 |
|
|
|
• Bakı sakini tikintidə çalışsa da, 1 ildən çoxdur pulunu ala bilmir - GİLEY
Bu gün, 06:11 |
|
|
|
• İranda Bakıya görə “müharibə” başladı – İrəvan və Ankara “birləşir”
Bu gün, 06:08 |
|
|
|
• Rusiya hələ də Azərbaycana özünün bir parçası kimi baxır - FAKT BUDUR!
Bu gün, 06:05 |
|
|
|
• Oğlu deputatlığa namizəd idi... - özü isə qanunları pozur...
Bu gün, 06:01 |
|
|
|
• “Belə bir layihə ətrafında fikirləşməyə dəyər”
Bu gün, 05:58 |
|
|
|
• "Rusiya Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışır" - deputat
Bu gün, 05:56 |
|
|
|
• Xarici agentlər qədər təhlükəli işbaz məmurlar - Onlar kimlərdir?
Bu gün, 05:54 |
|
|
|
• "Atamın evini yandırdı, qohumlarımın evində GİZLƏNİRƏM" - Ərinin ölümlə hədələdiyi iki uşaq anası FƏRYAD EDİR
Bu gün, 05:50 |
|
|
|
• Gülsüm Əliyeva Qənirə Ataşovaya UDUZDU - TƏFƏRRÜAT
Bu gün, 05:47 |
|
|
|
• Bu ixtisasları seçməyin - Ekspertdən abituriyentlərə ÇAĞIRIŞ
Bu gün, 05:43 |
|
|
|
• Paşinyan öldürülərsə NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Bu gün, 05:41 |
|
|
|
• Gəncə icra hakimiyyətinin YALANI İFŞA OLUNDU
Bu gün, 05:39 |
|
|
|
• "Son gündür" deyə-deyə valideyni son qəpiyinə kimi soyurlar - "Təhsil ocağı" yox, "təhsil bazarı"...
Bu gün, 05:34 |
|
|
|
• Politoloqun məhkəməsində kriptovalyuta söhbəti - "Ona dedim ki, qazancla yanaşı, risk də ola bilər"
Bu gün, 00:21 |
|
|
|
• Sabiq deputatın şirkəti olan "Kaspİ Yıldız"ın 1.4 milyonluq vergi borcu var
Bu gün, 00:19 |
|
|
|
• Rusiya Gümrü bazasına silah daşıyır - Məqsəd nədir?
Bu gün, 00:16 |
|
|
|
• Elmar Məmmədyarov Rusiya agentidir? - Sabiq nazir danışdı
Dünən, 18:15 |
|
|
|
• SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Dünən, 18:10 |
|
|
|
• "Yazanların çoxu azərbaycanlı idi" - Castinin konsertində evlənmək istəyən qız
Dünən, 18:02 |
|
|
|
• Kreml geri çəkilməsə, Rusiya zəifləyib, çökəcək: - Onun təbii sərvətləri Qərblə Çin üçün əsl "nifaq alması"na çevriləcək
Dünən, 17:58 |
|
|
|
• Məktəb direktoruna yüksək vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 17:55 |
|
|
|
• Azərbaycan Meyxanaçılar Birliyi yarana bilər - AÇIQLAMA
Dünən, 17:53 |
|
|
|
• Dava edənləri ayırmaq istədi, özü ÖLDÜRÜLDÜ – Şəkidəki qətlin TƏFƏRRÜATI
Dünən, 17:46 |
|
|
|
• Sabunçu rayonunda tikintilər üçün qiymətlər artırılıb? - Ramil Əliyevin yeni tələbi….
Dünən, 17:40 |
|
|
|
• Qaz və işıqda sabit tariflər - Məqsəd NƏDİR...
Dünən, 17:36 |
|
|
|
• ABŞ-ın müvəqqəti işlər vəkili Şəhidlər xiyabanını ziyarət edib
Dünən, 17:33 |
|
|
|
• "Yazıçılar Birliyində senzura olmalıdır" - ÇAĞIRIŞ
Dünən, 17:20 |
|
|
|
• MMU-nun stendi DİM sərgisində böyük maraqla izlənilib - VİDEO
Dünən, 17:17 |
|
|
|
• Azərbaycanın qaz bumu: Rusiya bazardan sıxışdırılır - AKTUAL
Dünən, 17:14 |
|
|
|
• 3 ölkəni dəhşətə salan fəlakətlə bağlı SENSASİON iddia – Təhlükəli silah Rusiyadan işə salınıb?
Dünən, 17:09 |
|
|
|
• Azərbaycanda saxta boşananların evi və müavinəti əlindən alına bilər - AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• Maliyyə Nazirliyi 162 milyonluq yeyinti aşkarladı - Materiallar Baş Prokurorluğa göndərildi
Dünən, 17:04 |
|
|
|
• Yer kürəsində yeni fəsillər yaranıb - "Live Science"
Dünən, 17:03 |
|
|
|
• SOCAR-a yaxın daha bir şirkət yaradılıb
Dünən, 17:01 |
|
|
|
• Gözəllik qurban tələb edir: Azərbaycanda isə hətta öldürür - NƏ ETMƏLİ?
Dünən, 16:58 |
|
|
|
• “Baku Electronics” haqsız rəqabətə yol verib - İŞ QALDIRILIB
Dünən, 16:56 |
|
|
|
• Maliyyə Nazirliyi bu il 27 vəzifəli şəxsi cərimələyib
Dünən, 16:53 |
|
|
|
• Azər Qasımlının məhkəməsində zərərçəkən ifadə verdi
Dünən, 16:45 |
|
|
|
• Türkiyədən zeytun budağı: "Sülh masası” Ankaraya daşınır - GƏLİŞMƏ
Dünən, 16:00 |
|
|
|
• Husilərin İsrailə qarşı müharibəsi - Raketlərin pulunu kim ödəyir?
Dünən, 15:53 |
|
|
|
• "Hamı günahkardır dünyada, amma..." - Bahəddin Həzi yazır...
Dünən, 15:45 |
|
|
|
• “Azərenerji”dən 6.6 milyonluq layihə
Dünən, 15:39 |
|
|
|
• Ruslar bizimkiləri əzir: GÜNAHKAR UKRAYNADIR... - Kremlin BAŞI QAÇIB...
Dünən, 15:24 |
|
|
|
• "Naxçıvan İpoteka Fondu"nda nöqsanlar aşkarlanıb - RƏSMİ
Dünən, 15:18 |
|
|
|
• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi investisiya fəaliyyətinə dair qanunları pozub - DETALLAR
Dünən, 15:16 |
|
|
|
• RƏSMİ İTTİHAM: Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq POZUNTU - Hesablama Palatasından İFŞA
Dünən, 15:10 |
|
|
|
|