KTMT Belarusda təlimlərə başladı .....                     "Gəldiyin ölkənin qayda-qanununa əməl etməlisən" .....                     ƏMƏLİ SALEH OLMAYAN SALEH MƏMMƏDOV: Çəkdiyi yol 10 ay da dözmür... .....                     "İrəvan bu istiqamətdə hərəkətə keçə bilər" .....                     Rus ordusu bu şəhərə daxil oldu .....                     "Bu şirkətlə uzun müddətdir problem yaşayıram..." .....                     Zaur Mikayılov BƏS NECƏ..: CƏZALANACAQMI? .....                     Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı əvvəldən də qərar verə bilərdi... .....                     İLLƏRİN ADİL VƏLİYEVİ: Hələ də vəzifədə... hələ də istədiyini edir... .....                     "Bu gün biz bir blogger xanımla birlikdə prokurorluğa müraciət etdik" .....                     Pekin Moskva və Tehrandan fərqli olaraq … .....                     Daha iki ölkə hərəkətə keçir: sərhəddə qırıcılar, raketlər… .....                     O, Əliyeva ilə yaxındır, olmaz... .....                     Mirsaleh Seyidovun VİLLA-TÜRMƏLƏRİ BAĞLANIR? .....                     İngilislər Paşinyanı Çinə köynəksiz YOLLADI .....                     Allahı gördüm, dedi, Rusiya hələ 17 il döyüşməlidir .....                     İranın İrəvandakı səfirinin ifşası etiraz doğurdu .....                     Daha bir ölkə NATO yolunu tutur .....                     Gerasimov Putini belə aldadır: .....                     Ukraynanın sabiq spikeri qətlindən altı ay əvvəl dövlət mühafizəsi istəyibmiş .....                     SOCAR-da SIĞORTA MÜƏMMASI .....                     Qobu bələdiyyəsinin ƏRKÖYÜN SƏDRİ... .....                     Problem yaratmaqda elə BİR BANKDIR... .....                     “İranın geoiqtisadi marağına heç də Zəngəzur dəhlizi zərbə vurmur” .....                     Tehran Qərbə, İrəvan da Moskvaya qarşı balans axtarır .....                     Tramp İllinoys qubernatorunu hədələyib .....                     İlham Əliyevin Çin səfəri: NƏYİ GÖZLƏYƏK... .....                     Babacanyan sevinir: Ermənistan bu siyahıda Azərbaycanı keçdi .....                     Barəsində əsassız xəbərlər yayılan məmur DANIŞDI .....                     “Əbədi qardaşlıq” mifinin sonu .....                     Nazirlikdəki ləğv olunan "alış-veriş" yenidən gündəmdə .....                     "Bir aydan çoxdur səsim gedib" .....                     İran Silahlı Qüvvələrinin rəisi Paşinyanın adamının üzünə bunları dedi! .....                     Ankara Bakıya ABŞ-la bağlı nə deyib? .....                     Kiber hücum riski yüksəlir: Azərbaycanda təhlükə ikiqat artıb .....                     İranda MOSSAD əməliyyatı: saxlanılanlar var .....                     5 min dollarlıq dronu 1 milyonluq raketlə vururlar .....                     Müalicə üçün Azərbaycana hansı ölkələrdən gəlirlər? .....                     Rusiya ordusu martdan bəri Ukraynada 149 yaşayış məntəqəsini .....                     Bu musiqi məktəbinə yeni direktor təyin edildi .....                 

Müəllimlər bir-birini ittiham edir: Birinə çətin, digərinə asan sual? - ƏSLİNDƏ...
Tarix: 25-06-2024, 08:01 | Çap et
Müəllimlər bir-birini ittiham edir: Birinə çətin, digərinə asan sual?
Bir neçə gündür ki, ölkədə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə riyaziyyat fənnini tədris edən təhsilverənlər cəlb olunmuşdu. Test imtahanı mərhələsində təhsilverənlərə 120 dəqiqə müddətində tədris etdikləri fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir.

Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunur. Hələlik budəfəki imtahanın nəticələri müəllimlərin özlərinə bəlli olsa da, rəsmən ictimaiyyətə açıqlanmayıb.

Test imtahanında azı 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar. Sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 22 iyun tarixində də davam edib və bu gün başa çatır. Həmin tarixlərdə xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), rus dili və ədəbiyyatı, alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri imtahan veriblər.

Qeyd edək ki, son günlər sertifikasiya imtahanı ilə bağlı sosial şəbəkələrdə müxtəlif fikirlər öz əksini tapır. Bəzi ibtidai sinif müəllimləri riyaziyyat fənnindən sualların onların imtahanından fərqli olaraq asan olduğunu bildirirlər.

Riyaziyyat müəllimləri isə əksinə, öz bilikləri sayəsində uğur qazandıqlarını qeyd edirlər. Bu müzakirələr 7 minə yaxın müəllimin əvvəlki hər 2 cəhddə imtahandan “kəsilməsi” fonunda aparıldıından daha çox maraq doğurur.

Doğrudanmı, artıq sertifikasiya imtahanı asan suallardan tərtib olunur və ibtidai sinifdən fərqli olaraq uğur qazanan müəllimlərin sayı bu səbəbdən daha çoxdur?

Təhsil üzrə ekspert Kamran Əsədov “Cebhe.info”-ya bildirib ki, heç bir ölkənin təhsilinin səviyyəsi müəlliminin səviyyəsindən artıq deyil:

“Müəllimlərin test tapşırıqlarınn ağırlıq səviyyəsi ilə bağlı şikayət etməsi heç bir düşüncəyə sığmır. Ümumiyyətlə, biz birməanalı şəkildə sertifikasiyanın Azərbaycan təhsilinin inkişafına dəstək olduğunu görə bilirik. Burada iki məsələ var. Birinisi, bilik və bacarıqları yüksək olan müəllimlər sistemdə qalacaq.

Həmçinin onların sosial rifahı güclənəcək. Yəni imtahanda iştirak edən 8 minə yaxın müəllimin əməkhaqqı 35 faiz, digər qismin isə 10 faiz artacaq ki, bu, çox yaxşı bir nəticədir. İkincisi, ibtidai sinif müəllimlərinə təqdim edilmiş sertifikasiya sualları müəllimlərin iş qəbulu (MİQ) imtahanından ən azı 10 dəfə asan idi. Bu, heç də o demək deyil ki, riyaziyyat və xarici dil müəllimlərinin imtahanında suallar asan salınıb. Xeyr!

Azərbaycan müəllimi 2014 -2018-ci illərdə keçirilən diaqnostik qiymətləndirmədə öz fənni üzrə kitabları ilk dəfə oxumağa başladı. Ancaq sertifikasiyada öyrənməyə başladılar. Çox təəssüflər olsun ki, bizim orta ümumtəhsil məktəblərində çalışan müəllimlər öz üzərlərində çalışmayıblar. Sertifikasiya imtahanı nəticəsində 4 min müəllimi itirməmişik, yüksək və bilik bacarığa malik olan yeni 4 min müəllimi qazanacağıq”.

O bildirib ki, Azərbaycandakı sertifikasiya dünyanın bütün ölkələrində keçirilən ən humanist sertifikasiyasıdır:

“Kəsilən müəllimlər 1 il bundan öncə imtahan veriblər və onlar onda kəsilmişdilər.

Onlara imkan verilib ki, gedin, özünüzü təkmilləşdirin, gəlin. Çox təəssüf ki, bu müddətdə onlar öz üzərlərində işləmədilər. Bu, birinci problemdir.

İkincisi, Azərbaycan hökuməti humanizm göstərərək onların orta məktəblərdə digər vəzifələrdə işləməsinə imkan verir.

Üçüncüsü, müəllim kimi “kəsilənlərin” əmək müqaviləsinə xitam veriləcək, ancaq Elm və Təhsil Nazirliyi deyir ki, gəlin, yenidən MİQ imtahanında iştirak edin, keçid balını toplayın, biz sizə şərait yaradacağıq. Yəni birmənalı şəkildə, sualların çətin və ya asan olduğunu demək absurddur”.

Ekspertin sözlərinə görə, əgər imtahanda kifayət qədər insan uğur qazanıbsa, cəmi 12-13 faiz “kəsilibsə”, bu, o demək deyil ki, suallar asan, yaxud çətin olub:

“Bu insanlar həmin sahə üzrə ali və ya orta ixtisas təhsili alıblar. Minimum 5 il, bəziləri daha çox çalışıblar, bu illər ərzində kitabları təkrar-təkrar oxuyublar, tədris ediblər. Əgər özü nəsə bilmirsə, qarşısındakına nəsə öyrədə bilməz.

YUNİSEF-in 2030-cu illə bağlı proqnozunun birincisi odur ki, orta məktəblərdə ixtisaslı müəllimlər olmalıdır. Sualların asan, yaxud çətin olduğunu demək müəllimə yaraşmaz. Bütün test tapşırıqları hər gün dərsdə uşaqlarla işlədikləri suallar, materialladır. Yəni heç də ibtidai sinif müəlliminə tarixdən sual verilməyib.

Elə sualların təhlilləri də göstərir ki, II-III sinifin test tapşırıqlarından suallar təqdim edilib. Ona görə də sualların ağırlıq səviyyəsi ilə bağlı deyilənlər bəhanədir və bu da Azərbaycan müəlliminə yaraşmır. 2022-ci ildə sertifikasiya imtahanı keçirilib. Hətta 2019-cu ildən bununla bağlı təlimlər olub. Əgər mən bu işlə məşğulamsa, məni birdən-birə, sabah da imtahana çağırsalar, hazırlaşmaq üçün ən azı 1 həftə, 10 gün, 1 ay vaxt verirlər. Onlar hər gün dərsə girib, illərdir necə dərs keçiblər? Ümumiyyətlə, müəllim özü öyrədəndir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
KTMT Belarusda təlimlərə başladı
Bu gün, 15:04
"Gəldiyin ölkənin qayda-qanununa əməl etməlisən" - Nadir Qafarzadə ruslara HAQQ QAZANDIRDI
Bu gün, 14:29
ƏMƏLİ SALEH OLMAYAN SALEH MƏMMƏDOV: Çəkdiyi yol 10 ay da dözmür... - Prezidenti də ALDADIR?
Bu gün, 14:17
"İrəvan bu istiqamətdə hərəkətə keçə bilər" - AKTUAL
Bu gün, 14:05
Rus ordusu bu şəhərə daxil oldu - Puşilin
Bu gün, 14:03
"Bu şirkətlə uzun müddətdir problem yaşayıram..." - GİLEY
Bu gün, 14:00
Zaur Mikayılov BƏS NECƏ..: CƏZALANACAQMI? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:40
Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı əvvəldən də qərar verə bilərdi... - deməli, MƏCBUR OLUB...
Bu gün, 13:27
İLLƏRİN ADİL VƏLİYEVİ: Hələ də vəzifədə... hələ də istədiyini edir... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 13:24
"Bu gün biz bir blogger xanımla birlikdə prokurorluğa müraciət etdik" - QALMAQAL
Bu gün, 13:20
Pekin Moskva və Tehrandan fərqli olaraq … - FAKT
Bu gün, 13:07
Daha iki ölkə hərəkətə keçir: sərhəddə qırıcılar, raketlər… – Rusiya üçün yeni kabus
Bu gün, 13:05
O, Əliyeva ilə yaxındır, olmaz... - Ermənilər panikaya düşdü
Bu gün, 12:58
Mirsaleh Seyidovun VİLLA-TÜRMƏLƏRİ BAĞLANIR? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 12:56
İngilislər Paşinyanı Çinə köynəksiz YOLLADI - “Svobodnaya pressa
Bu gün, 11:39
Allahı gördüm, dedi, Rusiya hələ 17 il döyüşməlidir - Dugin
Bu gün, 11:35
İranın İrəvandakı səfirinin ifşası etiraz doğurdu - danırlar, amma...
Bu gün, 11:16
Daha bir ölkə NATO yolunu tutur – Stepaşindən sərt reaksiya
Bu gün, 11:13
Gerasimov Putini belə aldadır: - Ağır itkilər...
Bu gün, 11:00
Ukraynanın sabiq spikeri qətlindən altı ay əvvəl dövlət mühafizəsi istəyibmiş - UNİAN
Bu gün, 10:59
SOCAR-da SIĞORTA MÜƏMMASI - AXI NİYƏ?..
Bu gün, 10:57
Qobu bələdiyyəsinin ƏRKÖYÜN SƏDRİ... - DÖVLƏT NƏDƏNSƏ SEYR EDİR...
Bu gün, 10:43
Problem yaratmaqda elə BİR BANKDIR... - NARAZILIQ VAR...
Bu gün, 10:40
“İranın geoiqtisadi marağına heç də Zəngəzur dəhlizi zərbə vurmur” - deputat
Bu gün, 10:30
Tehran Qərbə, İrəvan da Moskvaya qarşı balans axtarır - GƏLİŞMƏ
Bu gün, 10:26
Tramp İllinoys qubernatorunu hədələyib - "Truth"
Bu gün, 06:12
İlham Əliyevin Çin səfəri: NƏYİ GÖZLƏYƏK... - AKTUAL
Bu gün, 06:09
Babacanyan sevinir: Ermənistan bu siyahıda Azərbaycanı keçdi - FOTO
Bu gün, 06:06
Barəsində əsassız xəbərlər yayılan məmur DANIŞDI - “TikTok profilim olmayıb, saxta hesab açıblar”
Bu gün, 05:53
“Əbədi qardaşlıq” mifinin sonu – Uçurum üzərində müttəfiqlik
Bu gün, 05:49
Nazirlikdəki ləğv olunan "alış-veriş" yenidən gündəmdə - Aftafa, pəncərə, qapı dəstəyi, led və.s
Bu gün, 05:45
"Bir aydan çoxdur səsim gedib"
Bu gün, 05:39
İran Silahlı Qüvvələrinin rəisi Paşinyanın adamının üzünə bunları dedi! - TƏFƏRRÜAT
Bu gün, 05:35
Ankara Bakıya ABŞ-la bağlı nə deyib? – Fidan təkzib etdi, Ərdoğan da bilirmiş
Bu gün, 05:32
Kiber hücum riski yüksəlir: Azərbaycanda təhlükə ikiqat artıb - NƏ ETMƏLİ?
Dünən, 18:00
İranda MOSSAD əməliyyatı: saxlanılanlar var - KİV
Dünən, 17:58
5 min dollarlıq dronu 1 milyonluq raketlə vururlar - UCUZ QİYMƏTƏ DRON VURAN HAZIRLANIB
Dünən, 17:55
Müalicə üçün Azərbaycana hansı ölkələrdən gəlirlər? - SİYAHI
Dünən, 17:50
Rusiya ordusu martdan bəri Ukraynada 149 yaşayış məntəqəsini İŞĞAL EDİB
Dünən, 17:45
Bu musiqi məktəbinə yeni direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 17:42
1 həftədir itkin düşən kişinin meyiti quyudan tapıldı
Dünən, 16:05
"Evimdə idman zalı düzəltmişəm"
Dünən, 15:51
Azərbaycanda tikinti icazələri daha əlçatan olacaq
Dünən, 15:48
Şahin Bağırov bu rəisi vəzifəsindən azad etdi - ƏMR
Dünən, 13:32
26 yaşlı vəzifəli şəxs “BMW” ilə törətdiyi ağır qəzada ÖLDÜ - TƏFƏRRÜAT
Dünən, 13:23
Deputatdan Nadir Qafarzadənin bu hərəkətinə reaksiya
Dünən, 13:01
Daha bir tanınmış cərrah əməliyyatını açıq şəkildə PAYLAŞDI – Araşdırma BAŞLADI - FOTOFAKT
Dünən, 12:33
Bəxtiyar Ərsayın vəzifədən getməsinin PƏRDƏARXASI - İLGİNC
Dünən, 12:30
Qubada kənd sakinlərini təhqir edən məmur vəzifədən AZAD EDİLDİ – FOTO
Dünən, 12:27
Paşinyan və xanımı musiqi alətində ifa etməyi öyrənir
Dünən, 12:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru