İran yenidən BƏƏ-yə raket və dron zərbələri endirib, yaralılar var .....                     Köhnə avtomobillərin ölkəyə gətirilməsi dayandırılmalıdır .....                     Xanlar Vəliyevin qardaşı işdən çıxarıldı .....                     PAŞA Holding struktur transformasiyası çərçivəsində “PAŞA Ventures Company” MMC-ni təsis edib .....                     Bu... Fransanın NEÇƏNCİ BANIDIR? .....                     AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: .....                     "Xınalıq" restoranında 63 yaşlı ofisiant qəfil öldü .....                     Ermənistan müxalifətinin lideri: .....                     İsrail ordusunun 3 əsgəri İrana casusluqda şübhəli bilinir .....                     Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ .....                     860 minlik ev cəmi 12 manata satılır .....                     "Paşa-K"nın keçmiş əməkdaşları təhdid olunduqlarını iddia edirlər .....                     Musiqili Teatra məni qəbul etmədilər ki, səsim yoxdur .....                     Taleh Şahsuvarlı İTV-ni hansı modeldə görür? .....                     FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı .....                     FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru ilə bağlı qərar verildi .....                     Sabah binada yanğın baş versə... ÖLÜM QAÇILMAZDIR! .....                     “Çarəsiz”in LƏMANI: “Yazırlar ki, ay həyasız, ay ifritə...” .....                     Azərbaycanda özəl “qocalar evi” açmaq olar? .....                     Rusiya XİN-də Ermənistan səfiri ilə sərt söhbət aparılıb .....                     “Bakıxanov-Çörək” şirkəti səhmdarlarına dividend verəcək .....                     "Sizin yeriniz...” .....                     2026-cı ilin ölkə çempionu ADA Universitetində .....                     Yaroslavlda neft obyekti vurulub .....                     "Su-Kanal İdarəsi deyir ki, guya hər şey qaydasındadır..." .....                     Bacısının evindən 16 min manat oğurlandı .....                     Apteklərdə “Pascorbin” TAPILMAYACAQ .....                     Xanlar Vəliyevin qızı vəzifəyə təyin edildi .....                     Məscidlərə Tolstoyun, Dostoyevskinin kitablarının alınmasına komitə sədrindən REAKSİYA .....                     Biz Ermənistanı “banan dövləti” olmaqdan qurtardıq .....                     Ukrayna ordusu Qroznıda hərbi hissələrə dron zərbəsi endirib .....                     Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb .....                     Azərbaycanla sülh istəyirik, Rusiyanın köləsi olmaq istəmirik .....                     Tovuz sakini yaşamağın mümkünsüz olduğunu deyir... .....                     Ukrayna Rusiyada aeronaviqasiya binasına dron zərbəsi endirib, .....                     Paşinyan seçki kampaniyasına Qərbi Zəngəzurdan başladı .....                     ABB Özbəkistandakı “Davr Bank”da pay alıb .....                     46 Azərbaycan vətəndaşı xaricdə insan alverinin qurbanı olub .....                     “Övladları Almaniyada əlindən alınan azərbaycanlı ailənin övladlarını geri aldıq” .....                     Rusiyadan Azərbaycana qarşı BÖYÜK TƏXRİBAT .....                 

“Əsərlər çoxdur, sadəcə görünür, Mirşahin bəyin onların hamısı ilə tanış olmağa vaxtı yoxdur” - QALMAQAL
Tarix: 11-06-2024, 15:24 | Çap et
“Əsərlər çoxdur, sadəcə görünür, Mirşahin bəyin onların hamısı ilə tanış olmağa vaxtı yoxdur”
44 günlük Vətən müharibəsinin bitməsindən 4 ilə yaxın zaman keçib. Bu zaman kəsimində şəhidlərimiz haqqında kitablar yazılıb, çoxsaylı tədbirlər təşkil edilib, KİV vasitəsilə saysız-hesabsız süjetlər hazırlanıb, reportajlar təqdim edilib. Cəmiyyətin hər bir təbəqəsi əlindən gəldiyi qədər Vətən torpağını geri qaytaran qəhrəmanlara minnət borcunu yerinə yetirməyə çalışıb. Lakin Vətən müharibəsi qəhrəmanlarının əziz xatirəsinin uzun illər, əsrlər sonra da xatırlanması üçün onların adının ədəbi əsərlərdə çəkilməsi də önəmlidir. Real qəhrəmanlıqlar ədəbi süjetlərdə tərənnüm edilməlidir ki, tarix yeniləndikcə bugünkü tarix unudulmasın. 3 ildir ki, cəmiyyətin ədəbiyyatı sevən qismi şairlərimizdən və yazıçılarımızdan giley edir ki, şəhidlərimiz ədəbi əsərlərdə layiqincə tərənnüm edilmir.

Əməkdar jurnalist Mir Şahin Ağayev də növbəti dəfə bu mövzuya diqqət çəkib. Sosial media hesabında paylaşım edən jurnalist yazıb:

“Hardasınız, Azərbaycanın Süleyman Rüstəmi bəyənməyən şairləri? 3000-ə yaxın Şəhidimiz hələ də sizdən məktub gözləyir…”

O, paylaşıma Vera Karlovna Şiryenin səsləndirməsində Süleyman Rüstəmin “Ana və poçtalyon” şeirini əlavə edib.

Musavat.com tanınmış şairlərə müraciət edərək bu iddiaya münasibət öyrənib.

Əməkdar jurnalist, şair Elçin Mirzəbəyli Musavat.com-a şərhində bildirdi ki, ədəbiyyat kollektiv təsərrüfat deyil, onu fərqləndirən faktorlar var:

“Ola bilər ki, Mir Şahin bəyin bu məsələlərlə bağlı öz baxış bucağı var və yaxud da ola bilər ki, onu bu istiqamətdə yazılan ədəbi əsərlərin məzmunu, ya da keyfiyyəti qane etmir. Bədii yaradıcılıq hər fərdə xas olan xüsusiyyətdir. Hər kəs istənilən mövzuda xüsusi öhdəlik götürmədən, mövzu ürəyincədirsə, baxış bucağını, hislərini ifadə edirsə, istedadını büruzə verə bilər, nəsr əsəri, şeir, poema yaza bilər. Müharibə mövzusunda çox sayda əsər var. Məsələn, Ramiz Qusarçaylının şəhidlərlə bağlı möhtəşəm poeması var. Başqalarının da var. Yazıçılar Birliyinin bilavasitə təşkilatçılığı ilə “Vaqif Poeziya günləri”ndə təqdimatı keçirilən “Zəfər dastanı” toplusunun adını çəkə bilərəm. Bu kitab müxtəlif dillərə tərcümə olunub. Yeri gəlmişkən, hazırda xüsusi təyinatlılarla bağlı marş hazırlayıram. Üzərində iş gedir, yaxın zamanda təqdimatı olacaq. Əgər gündəlik peşə fəaliyyətindən kənar yaradıcılıqla məşğul olan biri kimi mən buna vaxt çatdırıramsa, digərlərinin də bu sahədə daha böyük işlər gördüyünə şübhə etmirəm”.

E.Mirzəbəylinin fikrincə, təbliğat və cəmiyyətin tələbi kimi amilləri də gözardı etmək olmaz:

“Meyxana, çayxana təfəkkürlü proqramlar, paylaşımlar, insanların əksəriyyətinin “TikTok” mentalitetinə aid olması ciddi əsərlərin göz önündə sərgilənməsinə imkan yaratmır. Məlumdur ki müharibə mövzusunda yazılan əsərlərə dövlət mükafatı təqdim olundu. Bədii keyfiyyətləri yüksək olmasa ki, onlara dövlət mükafatları təqdim olunmazdı. Əsərlər çoxdur, sadəcə görünür, Mirşahin bəyin onların hamısı ilə tanış olmağa vaxtı yoxdur. Bəlkə onun baxış bucağına, zövqünə uyğun deyil. Ədəbiyyatda standartlar fərqlidir. Birinə emosional təsir göstərən əsər başqasına təsir etməyə bilər. Düşünürəm ki, belə mövzuların ciddi ədəbiyyatda öz əksini tapması, plakat janrında yox, əsl əsər janrında ortaya çıxması üçün zamana ehtiyac var. İnsanlar bu prosesi hər gün etməlidirlər. İstənilən hadisənin özününküləşdirilməsi və ortaya çıxması üçün zaman lazımdır. Şəxsən yaşadığım hadisəni qeyd etmək istəyirəm. 2011- ci ildə Gəncəyə səfər etmişdik. Rəşad Məcid və Akif Aşırlı bir gün gec, qatarla gəldilər. Rəşad Məcidin üzündə yorğunluq və kədər sezdim. Səbəbini soruşanda dedi ki, sonuncu dəfə qatara Ağdama gedəndə minmişdi. Gəncə qatarında da bütün hadisələri xatırlamışdı. Təəssüratlarını danışdı, mən də şeir yazdım-“Kabus qatar”. Əslində poema idi, sonradan ikinci hissəsini də yazdım. O şeir təxminən Ağdam azad olunana qədər, hətta sonradan da ağdamlıların və ümumiyyətlə bütün qarabağlıların da leytmotiv şeiri oldu. Minlərlə insan onu əzbərlədi. O şeir dərhal yazılmamışdı. Zaman keçdi, özününküləşdirdim və yazdım. İlkin təəssüratlarda qəhrəmanlıq hekayələri daha çox üst qata qalxır. İnsan faktoru arxa plana keçir. Müharibədə insan, ölüm, həyat , ailə üçün darıxmaq, sevgi və s. amillər var. Bütün bunlar real əsəri ortaya çıxarır. Bunun üçün isə çox böyük zaman lazımdır. Azərbaycan ədəbiyyatında- nəsr və poeziyada, digər incəsənət növlərində də bu mövzuda gözəl əsərlərin yazılacağına şübhə etmirəm. Onlardan bəziləri isə bütövlükdə dünya ədəbiyyatının nadir incilərindən birinə çevriləcək. Buna ümid edirəm. Düşünürəm ki, Mirşahin Ağayevin bu etirazı daha çox yanğıdan, istəkdən irəli gəlir”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı isə Musavat.com-a açıqlamasında qeyd etdi ki, müharibə ilə bağlı hansı əsərlərin yazılmaması kimi etirazlar yazılan əsərlər haqqında yetərli məlumatın olmaması ilə bağlı ola bilər, əks təqdirdə bunu qərəzli münasibət kimi şərh etmək olar:

“Buna bənzər açıqlamaya vaxtilə Azərbaycanın yeni nəsil araşdırmaçılarından Fərid Hüseyn “Ədəbiyyat” qəzetinin qoşa səhifəsi həcmində cavab vermişdi. O yazıda müəlliflər və əsərlər sadalanmışdı. Mən daxil, istər 90-cı illərə qədərki, istərsə də bizdən əvvəlki nəsillərin nümayəndələri Azərbaycanın azadlığı uğrunda gedən ümumxalq hərəkatına, mübarizəyə, sonrakı dövrdə torpaqların işğalına qarşı ədəbi-mədəni dünyamızın dirənişini əks etdirən yaradıcılıqla çıxış etmişik. İkinci Qarabağ müharibəsində əsgərlərimiz, zabitlərimiz nəinki sözgedən “ittihama” şərik olurdular, əksinə, onlar Azərbaycan şairlərinin şeirlərini səsləndirərək, mahnılar oxuyaraq irəli gedirdilər. Bunun özü də şəhidlərimizin də, qəhrəmanlıq dastanlarımızın da xalqın ədəbiyyatına, mədəniyyətinə nə qədər bağlı olduğunu göstərir. Müharibə bitdikdən sonra şairlərimiz, yazıçılarımız bu mövzuya biganə qalmayıblar. İstər ustad şairlərimiz olsun, istərsə də yeni nəslin təmsilçiləri çox saylı ədəbi nümunələr ortaya qoyublar”.

Ə.Qoşalı vurğuladı ki, müharibə müddətində yazılmış şeirlərin hamısı qalıcı olmur:

“İkinci Dünya müharibəsi zamanı yazılmış şeirlərin heç də hamısı bu gün dillər əzbəri deyil. Bu baxımdan şairlərin və yazıçıların yazdığı ədəbi nümunələrin illər sonra dillər əzbəri olacağını iddia etmirik. Hansı şairin hansı şeirinin uzunömürlü olacağını xalqın şairə və şeirə, mövzuya münasibəti müəyyənləşdirəcək. Buna görə də mən hər hansı gərginlik, xəcalətli məsələ görmürəm. Bu, uzun, incə yoldur. Bu yolda yürüyənlərə salam olsun! Nəinki şairlərimiz şeirlər yazıblar, bizim bir neçə şairimiz şəhid şair olaraq anılmaqdadır. Ülvi Bünyadzadə, Nizami Aydın və başqaları şəhid olublar. Şairlərimiz həm qələmləri ilə, həm də həyatları ilə Vətənin haqlı zəfərinə təşnə olduqlarını sübut ediblər. Hesab edirəm ki, belə iddia bizim qazi şairlərimizə haqsızlıqdır. Şairə Nigar Həsənzadənin “Söz” layihəsi çərçivəsində qazi şairlərin, o cümlədən şəhid ailələri üzvlərinin iştirakı ilə həyata keçirilən poeziya məclisləri bu mövzuya biganə münasibət olmadığının sübutudur”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İran yenidən BƏƏ-yə raket və dron zərbələri endirib, yaralılar var
Bu gün, 15:36
Köhnə avtomobillərin ölkəyə gətirilməsi dayandırılmalıdır - Ekologiya korlanır
Bu gün, 15:30
Xanlar Vəliyevin qardaşı işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 15:29
PAŞA Holding struktur transformasiyası çərçivəsində “PAŞA Ventures Company” MMC-ni təsis edib - AÇIQLAMA
Bu gün, 15:24
Bu... Fransanın NEÇƏNCİ BANIDIR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:22
AMİP lideri Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: - "Dolabda dollar "paçka"ları vardı"
Bu gün, 15:20
"Xınalıq" restoranında 63 yaşlı ofisiant qəfil öldü
Bu gün, 13:56
Ermənistan müxalifətinin lideri: - Müharibə qapısını bağlamalıyıq
Bu gün, 13:53
İsrail ordusunun 3 əsgəri İrana casusluqda şübhəli bilinir
Bu gün, 13:06
Tanınmış iş adamını şərləyənlərə MƏHKƏMƏDƏN ŞOK ZƏRBƏ - İLGİNC FAKTLAR...
Bu gün, 12:47
860 minlik ev cəmi 12 manata satılır - Beləsi olmamışdı
Bu gün, 12:34
"Paşa-K"nın keçmiş əməkdaşları təhdid olunduqlarını iddia edirlər - İTTİHAM VAR...
Bu gün, 12:30
Musiqili Teatra məni qəbul etmədilər ki, səsim yoxdur - Lalə Süleymanova
Bu gün, 12:27
Taleh Şahsuvarlı İTV-ni hansı modeldə görür? - DETALLAR
Bu gün, 12:24
FHN polkovniki Qubada qanunsuz obyekt tikmək istədi, qarşısı alındı - TƏFƏRRÜAT
Bu gün, 12:18
FHN-in dələduzluqda ittiham olunan keçmiş inspektoru ilə bağlı qərar verildi
Bu gün, 12:15
Sabah binada yanğın baş versə... ÖLÜM QAÇILMAZDIR! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 12:08
“Çarəsiz”in LƏMANI: “Yazırlar ki, ay həyasız, ay ifritə...” - VİDEO
Bu gün, 11:58
Azərbaycanda özəl “qocalar evi” açmaq olar?
Bu gün, 11:56
Rusiya XİN-də Ermənistan səfiri ilə sərt söhbət aparılıb - RT
Bu gün, 11:54
“Bakıxanov-Çörək” şirkəti səhmdarlarına dividend verəcək
Bu gün, 11:47
"Sizin yeriniz...”
Bu gün, 11:37
2026-cı ilin ölkə çempionu ADA Universitetində - FOTO
Bu gün, 11:34
Yaroslavlda neft obyekti vurulub - Zelenski
Bu gün, 11:28
"Su-Kanal İdarəsi deyir ki, guya hər şey qaydasındadır..." - NARAZILIQ VAR...
Bu gün, 11:22
Bacısının evindən 16 min manat oğurlandı - AÇIQLAMA
Bu gün, 11:09
Apteklərdə “Pascorbin” TAPILMAYACAQ – Alternativ dərman VARMI?
Bu gün, 11:04
Xanlar Vəliyevin qızı vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Bu gün, 11:01
Məscidlərə Tolstoyun, Dostoyevskinin kitablarının alınmasına komitə sədrindən REAKSİYA - “Təsbeh layihəsi keçirək?”
Bu gün, 11:00
Biz Ermənistanı “banan dövləti” olmaqdan qurtardıq - Paşinyan BELƏ DEYİR...
Bu gün, 10:55
Ukrayna ordusu Qroznıda hərbi hissələrə dron zərbəsi endirib
Bu gün, 10:53
Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb - İLGİNC FAKTLAR
Bu gün, 10:50
Azərbaycanla sülh istəyirik, Rusiyanın köləsi olmaq istəmirik - Marqaryan
Bu gün, 10:44
Tovuz sakini yaşamağın mümkünsüz olduğunu deyir... - MÜRACİƏT
Bu gün, 10:41
Ukrayna Rusiyada aeronaviqasiya binasına dron zərbəsi endirib, 13 aeroportun fəaliyyəti dayandırılıb
Bu gün, 10:35
Paşinyan seçki kampaniyasına Qərbi Zəngəzurdan başladı
Bu gün, 10:33
ABB Özbəkistandakı “Davr Bank”da pay alıb
Bu gün, 10:26
46 Azərbaycan vətəndaşı xaricdə insan alverinin qurbanı olub - RƏSMİ
Bu gün, 10:16
“Övladları Almaniyada əlindən alınan azərbaycanlı ailənin övladlarını geri aldıq” - TƏFƏRRÜAT
Bu gün, 10:13
Rusiyadan Azərbaycana qarşı BÖYÜK TƏXRİBAT - Görün Qarabağla bağlı nə etdilər...
Bu gün, 10:10
“Atamın ürəyinə stent qoyuldu” - Akif İslamzadənin oğlu
Bu gün, 10:07
İsrailin Azərbaycandakı səfiri Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət edib - FOTO
Bu gün, 10:03
Rusiya hücum etsə, ABŞ yardıma gələcəkmi? - Stubb
Bu gün, 09:00
Göyçay sakinini aldadıb İŞDƏN ÇIXARDILAR... - 5 uşaq atasının HARAYI
Bu gün, 08:59
Rostov parada "hazırlaşır" - Raketlə vurulmuş zavodlarda yanğın davam edir...
Bu gün, 08:54
Məhkəmə 120 419 manat vergi ödəməkdən yayınmada ittiham olunan sahibkara bəraət verib – QƏRAR
Bu gün, 08:51
“Bakı Şərab-2” ASC-yə yeni rəhbər seçiləcək
Bu gün, 08:48
Bakı dünyaya kamikadze PUA-larla çıxır: Bədxahlara mesaj - Əlimiz HƏR AN TƏTİKDƏDİR...
Bu gün, 08:17
Rusiyanın HHM-i tükənib: Yalnız Moskva... - Hamblinq
Bu gün, 08:14
Yeni sistemə indiki rəhbərliyin uyğun gəlməsi çətin görünür: Vüsal Aslanov da gedəcək? - İNCƏLƏMƏ
Bu gün, 08:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru