SOCAR-ın İtaliyada aldığı şirkətə korrupsioner gürcü təyin edilib .....                     "Ən maraqlısı o 25 faizlik qaranlıq hissədir" .....                     Pentaqon rəhbərinin qərarı müttəfiqləri şoka salıb .....                     750 ailənin yaşadığı kənddə tibb məntəqəsi yoxdur .....                     Azərbaycanda turizm sektoru RƏSMƏN ÇÖKÜR .....                     Aytən Səfərova “Caspian İnternational Hospital” ilə DAVADA .....                     QHT sisteminə DÖVLƏT NƏZARƏT ETMİR? .....                     Bakı təhsil idarəsi MƏXFİ sistemə keçib? .....                     Kubada enerji sistemi çökdü, etirazlar başlayıb .....                     Deputat və rektor Eldar Quliyevin “Para”sı hesabatları niyə gizlədir? .....                     Hətta Adil Vəliyev də ona söz keçirə bilmir .....                     Mirsaleh Seyidovun BAZARI BAĞLANDI .....                     "Necə ola bilər ki, müəllim cəzalandırılsın, dərsi pozan şagird isə toxunulmaz qalsın?” .....                     "İsrailin qarşısında Türkiyədən başqa dura bilən ikinci müsəlman dövləti yoxdur" .....                     Rusiya Paşinyanı devirmək üçün hərəkətə keçib .....                     Naxçıvanda bu nazirlikdə mebel satınalması baş tutmadı .....                     Rəsmi İrəvan rus hərbi bazası ilə bağlı mövqeyini açıqladı .....                     "Biletləri də ucuz qoymuşam ki, hamı konsertimə gələ bilsin" .....                     ABŞ erməni hərbçiləri öyrədir .....                     ABŞ kəşfiyyatının direktoru Kubaya səfər edərək Trampın şərtini açıqlayıb .....                     Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı .....                     Bu qurumda bir neçə şöbə ləğv edildi: Yeni idarə yaradıldı .....                     Şagirdlər üçün yeni vəziyyət .....                     Rayonlarda kredit və əmanət faizləri arasında dəfələrlə fərq var .....                     Rusiyadan Ermənistan 5 milyardlıq .....                     DMA-nın bir şöbəsinin müdiri işdən çıxdı, digərinə rəhbər təyin edildi .....                     Paşinyandan KURYOZ manevr: milyonlarını və evli olduğunu NİYƏ açıqladı? .....                     Zərərli çiyələk yetişdirənlər HƏBS olunsun .....                     "E-Kredit" BOKT-un lisenziyası ləğv edilib .....                     30 illik diplomatik riyakarlıq iflas etdi: .....                     Burda sıravi işçinin aqibəti... KİMSƏNİN UMRUNDA BELƏ DEYİL... .....                     AZAL ilə Böyük Britaniya arasında səmərəli əməkdaşlıq müzakirə edilib .....                     AzTV-nin 22 min manatlıq müqavilə qalmaqalı: “Mənə cəmi 150 manat verirlər” .....                     Prezidentin təltif etdiyi Baxış Babayev kimdir? .....                     Polkovnikdən ŞOK SÖZLƏR .....                     Azərbaycan vətəndaşları Türkiyədə 4 ayda 250 mənzil alıb .....                     Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb .....                     “Nvidia”nın bazar dəyəri 5,5 trilyon dolları keçdi .....                     Azərbaycanda iki yeni institut yaradılıb .....                     Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq .....                 

Ərdoğanın ən qatı düşməninə qarşı hiyləgər taktikası
Tarix: 11-03-2014, 10:32 | Çap et
Ərdoğanın ən qatı düşməninə qarşı hiyləgər taktikası
Türkiyədə məhkəmələr Cümhuriyyət tarixinin ən səs-küylü siyasi repressiya aktının qurbanlarını - “Ergenekon” işi üzrə həbss edilmiş silahlı qüvvələr mənsublarını və atatürkçüləri tədricən azadlığa buraxmağa başlayıb.



Xəbər verildiyi kimi, ötən həftə sonu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi, ordu generalı İlkər Başbuğun azadlığa buraxılması barədə qərar verilib.

Bu gün isə məhkəmə jurnalist, “Kanal Türk” kanalının keçmiş sahibi Tuncay Özkan, istefada olan polkovnik, PKK terrorçularına qarşı çoxsaylı xüsusi əməliyyatlara komandanlıq etmiş Levent Göktaş, keçmiş xüsusi təyinatlı polis komandiri İbrahim Şahin, “mafiya babası” kimi tanınan Sedat Peker, vəkil Kamal Kerinçsiz həbsdən buraxılıb.



"Ergenekon"çuların azadlığa buraxılması barədə xəbələr hələ də gəlməkdə idi və son xəbərlərə görə, 1-ci ordu komandanı olmuş ordu generalı Hasan İğsız, jandarma qüvvələrinin komandanı olmuş ordu generalı Şener Eruyğur da aralarında olmaqla daha bir qrup məhbus buraxılıb.

Virtualaz.org saytının xəbər verdiyi kimi, bu təxliyyələr baş nazir Ərdoğanla onun keçmiş “hocası” və müttəfiqi Fətullah Gülən arasında münasibətlərin qatı düşmənçilik səviyyəsində korlanmasının ardınca hökumətin məhkəmə və hüquq sistemində apardığı qanunvericilik dəyişiklikləri sayəsində mümkün olub. Belə ki, Ərdoğan fətullahçıların polis, prokurorluq və məhkəmə sisemində kök salmış güclü şəbəkəsini zəiflətmək üçün Hakimlər və Prokurorlar Yüksək Şurası (HSYK) barədə qanunu tələsik dəyişdirdi.

Bu dəyişikliklərə əsasən hökumətin hakimlərin və prokurorların təyinatına təsir imkanları artdı, eyni zamanda Xüsusi Səlahiyyətli Məhkəmələri ləğv edildi. Hansı ki, “Ergenekon” və dünyəvilik tərəfdarlarının dəstə-dəstə Silivri həbsxanasına doldurulması üçün istifadə olunan digər qurama cinayət işlərinə məhz bu məhkəmələr baxırdı.

“Ergenekon” məhbuslarının bir neçəsinin azadlığa buraxılması üçün qərar çıxaran hakimlər deyirlər ki, Xüsusi Səlahiyyətli Məhkəmələri ləğv edildiyi üçün onların çıxardığı qərarlar da hüquqi baxımdan əhəmiyyətini itirir. Həmin məhkəmələr “Ergenekon” məhbusları barədə iki ildən çoxdur ağır hökmlər versə də öz qərarlarını hələ də yazılı şəkildə əsaslandıra bilməyib.

Lakin “Ergenekon” işi üzrə tutulanların, o cümlədən keçmiş Baş qərargah rəisi İlkər Başbuğun azadlığa buraxılması Türkiyədə heç də ədalətin nəhayət qələbə qazanması kontekstində dəyərləndirilməməlidir. Belə görünür ki, söhbət Ərdoğanın onu möhkəm sıxışdıran və siyasi karyerasını bitirməyə çalışan ən qatı düşməninə qarşı istifadə etməyə çalışdığı hiyləgər taktikadan gedir.

Bu taktika iki düşmən arasından daha az düşmən olanı seçməkdən və onu daha qatı düşmənə qarşı istifadə etmək cəhdindən ibarətdir.

Əslində Ərdoğan bu taktikanı Fətullah Gülənin ilk sarsıdıcı hücumundan-17 dekabr rüşvət və korrupsiya həbslərindən dərhal sonra istifadə etməyə başlamışdı. Ərdoğan Türkiyənin polis və prokurorluq sistemində möhkəmlənmiş Fətullah əsgərlərinin onun hökumətinin korrupsiya əməllərini ifşa edən əməliyyatının ardınca demişdi ki, bunlar milli orduya da tələ qurublar.

Əslində bu, dünyəvilik tərəfdarlarına qarşı Ərdoğanın özünün də dəstəklədiyi, onunla Fətullah Gülənin ittifaqının ümumi maraqlarına xidmət edən həbs əməliyyatlarının qurama ittihamlarla həyata keçirildiyinin etirafı idi. Təbii ki, dərhal belə sual yarandı: əgər fətullahçılar orduya tələ qurmuşdusa baş nazir Ərdoğan niyə “Ergenekon” həbslərinə dəstək verir və hələ məhkəmə qərarı olmadan generallara “terrorçu” damğası vurub bu həbs əməliyyatlarını demokratiyanın təntənəsi kimi təbliğ edirdi?

Ərdoğan özü də şübhəsiz ki, belə sualların meydana çıxacağını nəzərə almışdı. Ancaq Fətullah Gülənin güclü şəbəkəsinin hücumlarını dəf edə bilmək üçün onun taktikanı dəyişdirməsi, cəmi iki il əvvəl ortaq olduğu işdən yaxasını kənara çəkərək keçmiş müttəfiqini qurama ittihamlarla generalları həbs etdirən əsas güc olaraq təqdim etməsi vacib idi.

Necə deyərlər, Ərdoğan özü üçün iki pis arasından ən az pis olana tərəf meyl edirdi. Çünki “hocaefendinin” necə amansız düşmən olduğunu, rəqiblərinə qarşı bütün üsullardan istifadə etdiyini onu yaxından tanıyan və bir vaxtlar “ətəyində namaz qılan” birisi kimi yaxşı bilirdi. Təbii ki, belə düşmən bir vaxtlar onu cəmi bir illik həbs etdirib siyasi fəaliyyətinə qadağa qoyan atatürkçülərdən daha təhlükəli və qəddar idi. Türkiyə baş nazirinin siyasi karyerasında bu cür kəskin manevrələr çox olub və onun bu gün dediyini sabah danmasına dair xeyli nümunələr var.

Beləliklə, Ərdoğan keçmiş müttəfiqindən və indiki qatı düşmənindən qisas ala bilmək üçün saxta ittihamlarla ömürlük həbsə atılmış generalların, jurnalistlərin və atatürkçülərin azadlığa yolunu açır. Bu, ömrünü Türkiyədə dini rejimin qurulması yolundakı əsas maneəyə-orduya və atatürkçülərə qarşı mübarizəyə həsr etmiş Fətullah Gülənə qarşı mesajdır.



Əslində taktikanı dəyişdirən təkcə Ərdoğan deyil. Onun keçmiş “hocası” da eyni cür hərəkət edir. Ərdoğana qarşı onun qatı müxaliflərini-ana müxalifət partiyası CHP-ni gizli və ya açıq dəstəkləyir. Hətta MHP-yə də dəstək verməyə hazır olduğu barədə siqnallar göndərir. Martın 30-da keçiriləcək bələdiyyə seçkilərində CHP-nin İstanbul bələdiyyəsinə namizədi Mustafa Sarıgülün Fətullah Güləndən dəstək aldığına dair xəbərlər var. Hansı ki, bir vaxtlar CHP də silahlı qüvvələr kimi Fətullah Gülənin əsas düşmənləri arasında yer alırdı.

İndi bütün diqqətlər martın 30-da keçiriləcək seçkilərdə fətullahçıların Ərdoğana dəstəyi kəsməsinin nəticələrə necə təsir edəcəyinə, bu təriqətin CHP və MHP-nin namizədlərinə verəcəyi dəstəyin nə dərəcədə həlledici olacağına yönəlib. Lakin Ərdoğan həm də bu ilin avqustunda keçiriləcək prezident seçkilərinə hazırlaşır. Belə görünür ki, imici möhkəm zədələnmiş və durmadan fətullahçıların gizli səs yazıları ilə vurulan Ərdoğan ilk dəfə keçiriləcək bu birbaşa seçkilərdə namizəd olmayacaq.

Hazırkı prezident, Ərdoğanın ən sadiq dostlarından hesab edilən Abdullah Gül isə baş nazirin Fətullah Gülənlə mübarizəsində ən azı neytral qalmağa çalışır. Pensilvaniyada mənzillənmiş təriqət imamının isə prezident seçkilərində Gülə dəstək verəcəyinə dair mesajlar göndərdiyi barədə məlumatlar var.

Belə bir vaxtda həbsdən buraxılmış keçmiş ordu komandanı, xarizmatik general İlkər Başbuğ Fətullah Gülənin namizədinə qarşı güclü alternativ ola bilərdi. Hələ general Başbuğun siyasətə qoşulacağı məlum olmasa da analitiklər hesab edir ki, Ərdoğanın onun azadlığa yolunu açması məhz prezident seçkilərində Fətullah Gülənə qarşı güclü “kozır” əldə etməyə yönəlmiş gedişdir. Beləliklə, Türkiyədə baş verənlər növbəti dəfə sübut edir ki, siyasətdə daimi dostlar və daimi düşmənlər heç vaxt olmur, eləcə də prinsiplər dəyişməz deyil...

Fərhad Məmmədov
Virtualaz.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
SOCAR-ın İtaliyada aldığı şirkətə korrupsioner gürcü təyin edilib - BU NƏDİ BELƏ?
Bu gün, 06:39
"Ən maraqlısı o 25 faizlik qaranlıq hissədir" - ŞƏRH
Bu gün, 06:32
Pentaqon rəhbərinin qərarı müttəfiqləri şoka salıb - “Politico”
Bu gün, 06:20
750 ailənin yaşadığı kənddə tibb məntəqəsi yoxdur - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 06:17
Azərbaycanda turizm sektoru RƏSMƏN ÇÖKÜR - AXI NİYƏ?..
Bu gün, 06:05
Aytən Səfərova “Caspian İnternational Hospital” ilə DAVADA - TƏFƏRRÜAT
Bu gün, 06:03
QHT sisteminə DÖVLƏT NƏZARƏT ETMİR? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 05:59
Bakı təhsil idarəsi MƏXFİ sistemə keçib? - BU NƏDİ BELƏ?
Bu gün, 05:47
Kubada enerji sistemi çökdü, etirazlar başlayıb - KİV
Bu gün, 05:43
Deputat və rektor Eldar Quliyevin “Para”sı hesabatları niyə gizlədir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:41
Hətta Adil Vəliyev də ona söz keçirə bilmir - BELƏSİ VARMI?
Bu gün, 05:36
Mirsaleh Seyidovun BAZARI BAĞLANDI - NƏ BAŞ VERİR?
Bu gün, 05:22
"Necə ola bilər ki, müəllim cəzalandırılsın, dərsi pozan şagird isə toxunulmaz qalsın?” - İlqar Orucovdan sərt REAKSİYA
Bu gün, 05:10
"İsrailin qarşısında Türkiyədən başqa dura bilən ikinci müsəlman dövləti yoxdur" - Etibar Məmmədov
Bu gün, 05:07
Rusiya Paşinyanı devirmək üçün hərəkətə keçib - GƏLİŞMƏ
Bu gün, 05:02
Naxçıvanda bu nazirlikdə mebel satınalması baş tutmadı - SƏBƏB
Bu gün, 04:49
Rəsmi İrəvan rus hərbi bazası ilə bağlı mövqeyini açıqladı - Bağlanır, ya yox?
Bu gün, 04:42
"Biletləri də ucuz qoymuşam ki, hamı konsertimə gələ bilsin" - Əməkdar artist
Bu gün, 04:38
ABŞ erməni hərbçiləri öyrədir - FOTO
Bu gün, 04:36
ABŞ kəşfiyyatının direktoru Kubaya səfər edərək Trampın şərtini açıqlayıb - KİV
Bu gün, 04:32
Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı - KİV
Dünən, 17:47
Bu qurumda bir neçə şöbə ləğv edildi: Yeni idarə yaradıldı - TƏFƏRRÜAT
Dünən, 17:45
Şagirdlər üçün yeni vəziyyət – 315 manat cərimə gələcək?
Dünən, 17:43
Rayonlarda kredit və əmanət faizləri arasında dəfələrlə fərq var – Tam siyahı
Dünən, 17:32
Rusiyadan Ermənistan 5 milyardlıq ŞANTAJ
Dünən, 17:29
DMA-nın bir şöbəsinin müdiri işdən çıxdı, digərinə rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 17:20
Paşinyandan KURYOZ manevr: milyonlarını və evli olduğunu NİYƏ açıqladı? - İLGİNC
Dünən, 17:14
Zərərli çiyələk yetişdirənlər HƏBS olunsun - ÇAĞIRIŞ
Dünən, 17:06
"E-Kredit" BOKT-un lisenziyası ləğv edilib
Dünən, 17:04
30 illik diplomatik riyakarlıq iflas etdi: - İlham Əliyev Minsk Qrupunun "ölüm hökmü"nü necə imzaladı?
Dünən, 17:00
Burda sıravi işçinin aqibəti... KİMSƏNİN UMRUNDA BELƏ DEYİL... - GİLEY...
Dünən, 16:57
AZAL ilə Böyük Britaniya arasında səmərəli əməkdaşlıq müzakirə edilib - FOTO
Dünən, 16:47
AzTV-nin 22 min manatlıq müqavilə qalmaqalı: “Mənə cəmi 150 manat verirlər” - TƏFƏRRÜAT
Dünən, 16:40
Prezidentin təltif etdiyi Baxış Babayev kimdir? - DOSYE
Dünən, 16:39
Polkovnikdən ŞOK SÖZLƏR - "Bizim o bəzi DEPUTATLARA demək lazımdır ki..."
Dünən, 16:37
Azərbaycan vətəndaşları Türkiyədə 4 ayda 250 mənzil alıb - DETALLAR
Dünən, 16:34
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb - FƏRMAN
Dünən, 16:32
“Nvidia”nın bazar dəyəri 5,5 trilyon dolları keçdi – ARDNF-yə də təsir edəcək
Dünən, 15:12
Azərbaycanda iki yeni institut yaradılıb
Dünən, 15:10
Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq - Bu aydan etibarən
Dünən, 15:04
Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi
Dünən, 14:59
BRİKS sammitində gərgin anlar - İran və BƏƏ nümayəndələri üz-üzə gəldi
Dünən, 14:57
Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
Dünən, 14:55
Paşinyandan Köçəryanla bağlı SƏRT AÇIQLAMA - Polis hərəkətə keçdi
Dünən, 14:49
Mayis Musayev vəzifəsindən ayrıldı - AÇIQLAMA
Dünən, 14:48
Çin gəmilərinin Hörmüz boğazından keçidi başlayıb - “Fars”
Dünən, 14:45
Makron epizodu Cənubi Qafqaz diplomatiyasında hansı reallıqları ortaya çıxardı? – Deputatdan açıqlama
Dünən, 13:17
"Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil"
Dünən, 13:15
Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... - VİDEO
Dünən, 13:12
Azercell-dən qiymət artımı: "Onların xətti də Hörmüzdən keçib gəlirdi?" - NARAZILIQ VAR...
Dünən, 13:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru