Bakı təhsil idarəsi MƏXFİ sistemə keçib? .....                     Kubada enerji sistemi çökdü, etirazlar başlayıb .....                     Deputat və rektor Eldar Quliyevin “Para”sı hesabatları niyə gizlədir? .....                     Hətta Adil Vəliyev də ona söz keçirə bilmir .....                     Mirsaleh Seyidovun BAZARI BAĞLANDI .....                     "Necə ola bilər ki, müəllim cəzalandırılsın, dərsi pozan şagird isə toxunulmaz qalsın?” .....                     "İsrailin qarşısında Türkiyədən başqa dura bilən ikinci müsəlman dövləti yoxdur" .....                     Rusiya Paşinyanı devirmək üçün hərəkətə keçib .....                     Naxçıvanda bu nazirlikdə mebel satınalması baş tutmadı .....                     Rəsmi İrəvan rus hərbi bazası ilə bağlı mövqeyini açıqladı .....                     "Biletləri də ucuz qoymuşam ki, hamı konsertimə gələ bilsin" .....                     ABŞ erməni hərbçiləri öyrədir .....                     ABŞ kəşfiyyatının direktoru Kubaya səfər edərək Trampın şərtini açıqlayıb .....                     Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı .....                     Bu qurumda bir neçə şöbə ləğv edildi: Yeni idarə yaradıldı .....                     Şagirdlər üçün yeni vəziyyət .....                     Rayonlarda kredit və əmanət faizləri arasında dəfələrlə fərq var .....                     Rusiyadan Ermənistan 5 milyardlıq .....                     DMA-nın bir şöbəsinin müdiri işdən çıxdı, digərinə rəhbər təyin edildi .....                     Paşinyandan KURYOZ manevr: milyonlarını və evli olduğunu NİYƏ açıqladı? .....                     Zərərli çiyələk yetişdirənlər HƏBS olunsun .....                     "E-Kredit" BOKT-un lisenziyası ləğv edilib .....                     30 illik diplomatik riyakarlıq iflas etdi: .....                     Burda sıravi işçinin aqibəti... KİMSƏNİN UMRUNDA BELƏ DEYİL... .....                     AZAL ilə Böyük Britaniya arasında səmərəli əməkdaşlıq müzakirə edilib .....                     AzTV-nin 22 min manatlıq müqavilə qalmaqalı: “Mənə cəmi 150 manat verirlər” .....                     Prezidentin təltif etdiyi Baxış Babayev kimdir? .....                     Polkovnikdən ŞOK SÖZLƏR .....                     Azərbaycan vətəndaşları Türkiyədə 4 ayda 250 mənzil alıb .....                     Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb .....                     “Nvidia”nın bazar dəyəri 5,5 trilyon dolları keçdi .....                     Azərbaycanda iki yeni institut yaradılıb .....                     Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq .....                     Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına .....                     BRİKS sammitində gərgin anlar .....                     Ramiz Mehdiyev tək deyil .....                     Paşinyandan Köçəryanla bağlı SƏRT AÇIQLAMA .....                     Mayis Musayev vəzifəsindən ayrıldı .....                     Çin gəmilərinin Hörmüz boğazından keçidi başlayıb .....                     Makron epizodu Cənubi Qafqaz diplomatiyasında hansı reallıqları ortaya çıxardı? .....                 

Abbas Abbasov kimin əmisi oğlu olduğunu göstərdi - "Milyarderlər İttifaqı"ndan Putinə dəstək
Tarix: 7-03-2014, 08:49 | Çap et
Abbas Abbasov kimin əmisi oğlu olduğunu göstərdi
Azərbaycanın baş nazirinin keçmiş birinci müavini, qalmaqallı “Milyarderlər ittifaqı”nın rəhbəri Abbas Abbasov sensasion məqalə ilə çıxış edərək Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hərbi müdaxilə qərarını dəstəkləyib. Virtualaz.org Abbas Abbasovun məqaləsini təqdim edir:

* * *

Bütün dünya ictimaiyyətinin diqqəti son aylar, xüsusən də son bir neçə gün ərzində Ukraynadakı hadisələrə köklənib. Hansı ki, dinc etiraz aksiyalarının qan axıdılması ilə yekunlaşdığı, çoxsaylı insan tələfatına səbəb olduğu və qanuni hakimiyyətin açıq-aşkar millətçi şüarlarla gələn təxribatçılar tərəfindən devrildiyi, bunun birbaşa öz ölkələrinin dağılmasına və Rusiyaya, Ukraynanın rusdilli əhalisinə qarşı yönəldiyi aydındır. Ölkə parçalanmaq ərəfəsindədir. Şərq regionları baş verənləri özlərinə təhlükə kimi gördü və kömək üçün Rusiyaya müraciət etdi.

Mənim baxışlarıma görə, Rusiya prezidenti “bu ölkədə ictimai-siyasi vəziyyətin stabilləşməsinə qədər”ona silahlı qüvvələrdən Ukrayna ərazisində istifadə olunması haqqı verilməsi üçün Federasiya Şurasına müraciət etməklə yeganə düzgün qərarı qəbul etdi. Bununla da o bütün dünyaya elan etdi ki, Rusiya Ukraynadakı hadisələrə müdaxilə etməyə məcburdur. Belə ki, qonşu ölkədə baş verən hadisələr Rusiyanın milli maraqlarını və həm Rusiya Federasiyasının vətəndaşlarının, həm də sadəcə olaraq həmvətənlərin həyatını təhdid edir.

Qərb siyasətçiləri Ukraynadakı mürəkkəb vəziyyəti qızışdırmaqla açıq-aşkar Rusiyanın belə reaksiyasını, onun bütün qüvvəsi ilə öz milli maraqlarını müdafiə edəcəyini hesablamamışdılar və gözləmirdilər.

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin mövqeyi bizim hamımıza yaxın və tamamilə aydındır. Rusiya öz həmvətənlərini və qardaş Ukrayna xalqını millətçilərin özbaşınalıqlarından və zorakılıqlarından qorumaq üçün heç nə qarşısında dayanmayacaq.

Məlumdur ki, Təhlükəsizlik Şurasının açıq iclasında Rusiyanın BMT-dəki daimi nümayəndəsi Ukraynanın qanunsuz devrilmiş prezidenti Viktor Yanukoviçin dövlət başçısı Vladimir Putinə Rusiya silahlı qüvvələrinin bu ölkədə konstitusion qaydanın bərpası üçün istifadəsini xahiş edən müraciətini oxudu.

Bundan əlavə, Krım əhalisi və Nazirlər Şurasının yeni sədri, Ukraynada millətçilik dalğasından narahat olan Sergey Aksyonov Krım Muxtar Respublikasının ərazisində sakitliyi və sülhü təmin etmək üçün Rusiya Federasiyası prezidentinə xahişlə müraciət etdi. Hadisələr elə sürətlə cərəyan edir ki, bu il martın 16-da Krım ərazisində muxtariyyətin statusuna dair referendumun keçirilməsi planlaşdırılır.

Və bununla belə Rusiya prezidenti bəyan etdi ki, o, Ukraynanın ərazi bütövlüyünün saxlanılmasının tərəfdarıdır, nəinki onun Şərq və Qərb ərazilərinin bir-birindən ayrılmasına və ya bu istiqamətdə hansısa addımların atılmasına.

Mən Vladimir Putinin bəyanatını dəstəkləyirəm, çünki özüm həmişə sərhədlərin toxunulmazlığının və suveren dövlətin ərazi bütövlüyünün tərəfdarı olmuşam.

Öz ağıllı və prinsipial addımı ilə dünyada ən populyar və nüfuzlu ölkə rəhbərlərindən biri kimi tanınan Rusiya dövlətinin başçısı siyasi xadim kimi öz müdrikliyini nümayiş etdirdi. O cümlədən sübut etdi ki, o, öz vətənini müdafiə etməyə hazırdır və ölkənin maraqları onun üçün hər şeydən yüksəkdir.

Əlbətdə ki, biz hamımız Ukraynadakı situasiyadan, bu ölkə ətrafında yaranmış, ən başlıcası Ukrayna xalqının üzləşdiyi indiki vəziyyətdən narahatıq. Xatırlayıram ki, vaxtilə altı ay ərzində Nikolayev vilayətində, Berezansk rayonunda, Aleksandrovka kəndində iş praktikası keçmişəm. Oralarda keçirdiyim yarım il mənə Ukrayna xalqının nümayəndələri ilə yaxından tanış olmağa imkan verdi. Qeyd etmək istəyirəm ki, bizi birləşdirən çox şey var. Onlar da bizim kimi əməksevər, xeyirxah, qonaqpərvər və tolerantdır. Digər müsbət keyfiyyətləri də sadalamaq olar. Və olduqca məyusedicidir ki, belə ölkə, belə xalq indiki çətin günlərini yaşayır.

Mən Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti “AzerRos”un Ağsaqqallar Şurasının sədri seçiləndə başa düşdüm ki, üzərimə Rusiyada yaşayan həmvətənlərimə görə böyük məsuliyyət düşür. Və bu mənim ölkədə bu cür hörməti olan ictimai təşkilata rəhbərliyimin daşıyıcı qüvvəsi oldu. Bütün bu müddət ərzində, o cümlədən keçən 2013-cü il ərzində biz maksimum səy göstərdik ki, həmvətənlərimiz Rusiyada həmişə rahat yaşasınlar və işləsinlər.

Qeyd etmək istəyirəm ki, bu işi qanun müstəvisində və ölkə qanunvericiliyi çərçivəsində həll edirik. Biz bundan sonra da mürəkkəb vəziyyətdə olan həmvətlərimizə kömək göstərməyə hazırıq.

Rusiya azərbaycanlıları Rusiya Federasiyasının əsasını təşkil edən və onun ərazisində yaşayan bütün xalqlarının təhlükəsizliyinin təmin olunmasının qarantı olan rus amilinin prinsipial siyasi əhəmiyyətini başa düşür.

Uzun illər ərzində Azərbaycanın baş nazirinin birinci müavini olaraq mən MDB ölkələri ilə müxtəlif sahələrdə əməkdaşlığa rəhbərlik edir, kurasiya edirdim. MDB xətti ilə müxtəlif iqtisadi layihələri kurasiya edərək onun şahidi oldum ki, keçmiş İttifaqın bütün respublikaları vahid siyasi, iqtisadi və sosial məkanın dağılmasını necə ağrılı qarşılayırlar.

Ukraynanın indiki “yeni hakimiyyətinin” can atdığı məqsəd ölkənin növbəti iqtisadi və siyasi iflasına səbəb olacaq. Ölkə onsuz da Maydanın təşkilatçılarının günahı üzündən iflas həddindədir. Konstitusion qayda və bütün vətəndaşlarının təhlükəsizliyi təmin olunmadan ABŞ-ın, Avropa İttifaqının heç bir maliyyə yardımı ölkədə vəziyyəti yaxşı istiqamətə dəyişə bilməyəcək.

Məni o da hiddətləndirir ki, kütləvi informasiya vasitələrində Ukraynada baş verənlərin Rusiyada və digər postsovet respublikalarında, o cümlədən Azərbaycana da yayılması, təkrarlanmasını gözləməyin lazım olduğu barədə getdikcə daha çox təxribatçı məqalələr yayılır.

Hesab edirəm ki, bütün bu proqnozlar əsassızdır və əlbətdə ki, qızışdırıcı xarakter daşıyır. Bu barədə yazan və danışanlar isə öz xalqının taleyi ilə həyasızcasına oynayan məsuliyyətsiz adamlardır.

Mən əminəm ki, Ukrayna hadisələri bir çox səbəblərə görə Azərbaycanda mümkün deyil. Azərbaycan son bir neçə il ərzində həm beynəlxalq səviyyədə, həm ölkə daxilində öz mövqelərini möhkəmləndirir.

Bunu dərk etmək xoşdur ki, Azərbaycan və Rusiya arasında tamamilə korrekt və qarşılıqlı hörmətə əsaslanan münasibətlər formalaşıb. Rusiya və Azərbayca n arasındakı münasibətlərdə rasional və uzaqgörən siyasət regionda stabilliyin qarantıdır. Və biz Rusiyada yaşayan azərbaycanlılar da bu münasibətlərin dərinləşməsi və möhkəmlənməsi üçün əlimizdən gələni etməyə hazırıq.

Mən Ukraynanın bütün xalqlarına, o cümlədən orada yaşayan azərbaycanlılara dəstək sözləri ilə müraciət edirəm və əminlik ifadə edirəm ki, Ukraynada hökmən sülh, stabillik və milli barışıq təmin ediləcək.

Abbas Abbasov".

* * *

"Redaksiya qeydi: Şübhəsiz ki, Abbas Abbasovun “AzerRos”un informasiya agentliyinin saytında dərc edilmiş bu məktubunun geniş şərhə və təhlilə ehtiyacı olacaq. Lakin bəribaşdan onu qeyd etmək lazımdır ki, “Milyarderlər ittifaqı”nın rəhbəri Putinin Ukraynaya hərbi müdaxilə qərarını dəstəkləyərək və bu cür geniş təbliğ edərək açıq-aşkar Kremlin keçmiş sovet respublikalarına qarşı planlarının dəstəkçisi olduğunu nümayiş etdirir.

Daha sonra o, Rusiyadakı azərbaycanlıların lideri olduğuna eyham vurur və bu azərbaycanlıların “rus amilinin” əhəmiyyətini nəzərə aldığını vurğulayır. Abbas Abbasov məqaləsində Ukrayna hadisələrinin Azərbaycanda mümkün olmadığını, çünki iki ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin formalaşdığını qeyd edir. Lakin tamamilə aydındır ki, A.Abbasov buna eyham vurur: Azərbayca Ukrayna kimi Rusiyanın təsir dairəsindən çıxmağa cəsarət etməməlidir. “Milyarderlər ittifaqı”nın rəhbəri həmçinin keçmiş SSRİ-nin dağılmasından məyusluğunu da gizlətmir və keçmiş sovet respublikalarını yenidən Rusiya ətrafında birləşməyə çağırır.

Bəs Abbas Abbasov Ukraynanın Krımı faktiki işğal etdiyi bir vaxtda niyə belə məqalə ilə çıxış etməyə ehtiyac görmüşdü? Rusiyanın Azərbaycana dair planlarının ötən il baş tutmamasından sonra fəallığını kəskin azaldan keçmiş vitse-premyerin yenidən fəallaşmasının arxasında nə dayana bilər? Bu suallara virtualaz.org saytının təhlilçiləri aydınlıq gətirməyə çalışacaq".

Fərhad Məmmədov

Virtualaz.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakı təhsil idarəsi MƏXFİ sistemə keçib? - BU NƏDİ BELƏ?
Bu gün, 05:47
Kubada enerji sistemi çökdü, etirazlar başlayıb - KİV
Bu gün, 05:43
Deputat və rektor Eldar Quliyevin “Para”sı hesabatları niyə gizlədir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:41
Hətta Adil Vəliyev də ona söz keçirə bilmir - BELƏSİ VARMI?
Bu gün, 05:36
Mirsaleh Seyidovun BAZARI BAĞLANDI - NƏ BAŞ VERİR?
Bu gün, 05:22
"Necə ola bilər ki, müəllim cəzalandırılsın, dərsi pozan şagird isə toxunulmaz qalsın?” - İlqar Orucovdan sərt REAKSİYA
Bu gün, 05:10
"İsrailin qarşısında Türkiyədən başqa dura bilən ikinci müsəlman dövləti yoxdur" - Etibar Məmmədov
Bu gün, 05:07
Rusiya Paşinyanı devirmək üçün hərəkətə keçib - GƏLİŞMƏ
Bu gün, 05:02
Naxçıvanda bu nazirlikdə mebel satınalması baş tutmadı - SƏBƏB
Bu gün, 04:49
Rəsmi İrəvan rus hərbi bazası ilə bağlı mövqeyini açıqladı - Bağlanır, ya yox?
Bu gün, 04:42
"Biletləri də ucuz qoymuşam ki, hamı konsertimə gələ bilsin" - Əməkdar artist
Bu gün, 04:38
ABŞ erməni hərbçiləri öyrədir - FOTO
Bu gün, 04:36
ABŞ kəşfiyyatının direktoru Kubaya səfər edərək Trampın şərtini açıqlayıb - KİV
Bu gün, 04:32
Köçəryanın blokunun üzvləri rüşvət ittihamı ilə saxlanıldı - KİV
Dünən, 17:47
Bu qurumda bir neçə şöbə ləğv edildi: Yeni idarə yaradıldı - TƏFƏRRÜAT
Dünən, 17:45
Şagirdlər üçün yeni vəziyyət – 315 manat cərimə gələcək?
Dünən, 17:43
Rayonlarda kredit və əmanət faizləri arasında dəfələrlə fərq var – Tam siyahı
Dünən, 17:32
Rusiyadan Ermənistan 5 milyardlıq ŞANTAJ
Dünən, 17:29
DMA-nın bir şöbəsinin müdiri işdən çıxdı, digərinə rəhbər təyin edildi - BUNDAN SONRA...
Dünən, 17:20
Paşinyandan KURYOZ manevr: milyonlarını və evli olduğunu NİYƏ açıqladı? - İLGİNC
Dünən, 17:14
Zərərli çiyələk yetişdirənlər HƏBS olunsun - ÇAĞIRIŞ
Dünən, 17:06
"E-Kredit" BOKT-un lisenziyası ləğv edilib
Dünən, 17:04
30 illik diplomatik riyakarlıq iflas etdi: - İlham Əliyev Minsk Qrupunun "ölüm hökmü"nü necə imzaladı?
Dünən, 17:00
Burda sıravi işçinin aqibəti... KİMSƏNİN UMRUNDA BELƏ DEYİL... - GİLEY...
Dünən, 16:57
AZAL ilə Böyük Britaniya arasında səmərəli əməkdaşlıq müzakirə edilib - FOTO
Dünən, 16:47
AzTV-nin 22 min manatlıq müqavilə qalmaqalı: “Mənə cəmi 150 manat verirlər” - TƏFƏRRÜAT
Dünən, 16:40
Prezidentin təltif etdiyi Baxış Babayev kimdir? - DOSYE
Dünən, 16:39
Polkovnikdən ŞOK SÖZLƏR - "Bizim o bəzi DEPUTATLARA demək lazımdır ki..."
Dünən, 16:37
Azərbaycan vətəndaşları Türkiyədə 4 ayda 250 mənzil alıb - DETALLAR
Dünən, 16:34
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb - FƏRMAN
Dünən, 16:32
“Nvidia”nın bazar dəyəri 5,5 trilyon dolları keçdi – ARDNF-yə də təsir edəcək
Dünən, 15:12
Azərbaycanda iki yeni institut yaradılıb
Dünən, 15:10
Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq - Bu aydan etibarən
Dünən, 15:04
Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi
Dünən, 14:59
BRİKS sammitində gərgin anlar - İran və BƏƏ nümayəndələri üz-üzə gəldi
Dünən, 14:57
Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
Dünən, 14:55
Paşinyandan Köçəryanla bağlı SƏRT AÇIQLAMA - Polis hərəkətə keçdi
Dünən, 14:49
Mayis Musayev vəzifəsindən ayrıldı - AÇIQLAMA
Dünən, 14:48
Çin gəmilərinin Hörmüz boğazından keçidi başlayıb - “Fars”
Dünən, 14:45
Makron epizodu Cənubi Qafqaz diplomatiyasında hansı reallıqları ortaya çıxardı? – Deputatdan açıqlama
Dünən, 13:17
"Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil"
Dünən, 13:15
Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... - VİDEO
Dünən, 13:12
Azercell-dən qiymət artımı: "Onların xətti də Hörmüzdən keçib gəlirdi?" - NARAZILIQ VAR...
Dünən, 13:03
Valdas Dambrauskas Azərbaycanda "qızıl dubl" edən ilk əcnəbi baş məşqçi olub
Dünən, 12:59
Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq - ÇÜNKİ...
Dünən, 12:58
Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv edib - ADLAR
Dünən, 12:53
İlk tramvay Bakıya nə vaxt qayıdacaq? - AKTUAL
Dünən, 12:51
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Dünən, 12:36
Yeni lizinq şirkəti təsis edildi
Dünən, 12:20
Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək - SİYAHI
Dünən, 12:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru