“Nişan üzüyümü satdım ki, kirayə pulunu ödəyim” - ETİRAZ
Tarix: 29-09-2023, 16:05 | Çap et
 Qobustan sakini Tural Xankişiyev 2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsinin iştirakçısı olub. Meydan TV-yə danışır ki, Ağdərə döyüşlərində yaralanıb. Müalicə alandan sonra da evinə yox, döyüşə qayıdıb.
Hazırda səhhətində ciddi problemlər var. Üstəlik, evsizlik, sosial qayğılar da durumunu digər tərəfdən ağırlaşdırır.
“Gözümü anamın maaşına dikmək ağır gəlir”
Tural Xankişiyev danışanda kəkələyir. Fikrini fasilələrlə, rabitəsiz ifadə edir. O, çətinliklərlə yaşadığını izah etməyə çalışır:
“Kimdənsə daha çox əziyyət çəkdiyimi demək istəmirəm. Ailəmlə pis vəziyyətdəyik də… Evimiz yoxdur, kirayədə yaşayırıq. Çətinliklərim çox olub. Hətta yaralananda da yoldaşlarımı tək qoymamaq, onların yanına qayıtmaq haqda fikirləşirdim. İndi isə ən adi qayğıların öhdəsindən gələ bilmirəm. Anamla, qardaşımla yaşayıram. Nə mən iş tapa bilirəm, nə də qardaşım”.
Müharibə iştirakçısı deyir ki, Qobustan Rayon İcra Hakimiyyəti ona torpaq sahəsi ayırıb.
Amma ev tikməyə maddi imkan yoxdur.
“Anam xadimə işləyir. Gözünü onun maaşına dikmək adama ağır gəlir. Qardaşımla iş tapmaq üçün çox yerə üz tutmuşuq. İş olanda günəmuzd işləmişik. Təsəvvür edin ki, mən bu vəziyyətdə fəhləlik eləmişəm. Müharibə iştirakçısı kimi 80 manat müavinət alıram. Necə yaşayım bu pulla?! Əslində, biz anamıza baxmalıyıq. Amma çox çarəsiz vəziyyətə düşmüşük”, – Tural Xankişiyevin sözləridir.
“Çox pis hallara qalıram”
27 yaşlı Qobustan sakini güclü ağrılardan düz-əməlli yata bilmədiyini deyir. Onun sözlərinə görə, pulsuzluqdan uzun müddətdir müalicə oluna bilmir. Maddi sıxıntılar o qədər çoxdur ki, indi buna əsas məsələ kimi də baxa bilmədiyini də xüsusi vurğulayır:
“Ayda 4-5 dəfə tutmalar olur. Özümdən gedirəm. Çox pis hallara qalıram. Çalışıram, küçədə tək gəzməyim. Heç kimin görmədiyi yerdə yıxılıb qala bilərəm. Ölsəm, anam bu yükü qaldıra bilməz. Əslində, ciddi müalicəyə ehtiyacım var. Amma indi o barədə düşünə bilmirəm. Yeganə fikrim odur ki, ev məsələsi həllini tapsın”.
“Kommunal xərcləri güclə ödəyirik”
Anası Məlahət Baxışova da söhbətə qoşulur. Övladlarının çox əziyyət çəkdiyini, çarəsiz vəziyyətdə olduqlarını bildirir.
“Uşaqların evlənmək vaxtı çatıb. Amma heç bir addım ata bilmirik. Belə şəraitda ailə genişlənə bilməz. Evsizlik çox mane olur”.
Tural Xankişiyev əlavə edir ki, evi olmadan hər qız onunla evlənməyə razı olmaz. Müharibə iştirakçısı ailənin gəlirlərilə yalnız ərzaq almağın mümkün olduğunu bildirir:
“Çox çətinliklə üzləşirik. Kommunal xərcləri güclə ödəyirik. Sözlə ifadə ediləsi deyil”.
“Hələ də kirayəyə borcum var”
Tural Xankişiyev yalnız 2023-cü ilin əvvəlindən 80 manat müavinət almağa nail olub. Dediyinə görə, bunun üçün də xeyli mübarizə aparmaq lazım gəlib. İki ildən çox gözləyib. Problemlərini çatdırmaq üçün dəfələrlə Bakıya – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedib-gəlib. Gileylənir ki, nazirlikdə də ona biganə yanaşıblar. Məsləhət görüblər ki, dərdini yerli icra orqanına desin. “Sənin problemin bizlik deyil” – ifadəsini eşidib.
Tural Xankişiyev Qobustan Rayon İcra Hakimiyyətindən şikayətlənmək istəmir. Ona torpaq sahəsi ayrıldığını unutmur:
“Mən təsəvvür eləmirəm ki, gələcəyim necə olacaq. Bu haqda düşünmək olmur. Təkcə onu fikirləşirsən ki, bu günün yükünü necə çəkim? Hər şey çox çətin görünür. Həyatı davam etdirmək üçün, heç olmasa, ev olmalıdır. Kirayə pulunu ödəyə bilmirik. Belə davam edə bilməz”.
Müharibə iştirakçısı kirayə pulunu ödəyə bilmədiklərini dilə gətirir. Ev sahibi uzun müddət dözümlü yanaşıb. Hərdən pulunu tələb etməli olur.
“Nişan üzüyümü satdım ki, kirayə pulunu ödəyim. Evin sahibi oktyabrın sonuna qədər vaxt vermişdi. Hələ də 300 manat borclu qalmışam”, – müharibə iştirakçısı əlavə edib.
İcra hakimiyyəti nə deyir?
Qobustan Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, indiyə qədər Tural Xankişiyevə mümkün qədər diqqət göstərməyə çalışıblar:
“Ona bir neçə yerdən torpaq sahəsi təklif olunub. Hətta bəyənmədiyi yer dəyişdirilib. Bundan sonra da diqqətimizdə olacaq”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Şeyx Əbdül və bitməyən narazılıq akademiyası - Saffari yazır…
Bu gün, 12:27 |
|
|
|
| • “Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu” - Rövşən Tağıyev
Bu gün, 12:20 |
|
|
|
| • Qərbin “sonuncu erməniyə qədər” prinsipi... - NƏ BAŞ VERİR?
Bu gün, 12:16 |
|
|
|
| • Ermənistanın yeni siyasətində YENİ GERB - FOTO
Bu gün, 12:14 |
|
|
|
| • Şotlandiya Böyük Britaniyadan ayrılmaq istəyir - DETALLAR
Bu gün, 12:09 |
|
|
|
| • Brüssel Azərbaycana qarşı səhvini nə vaxt düzəldəcək? - Bakının şərti qüvvədə qalır
Bu gün, 12:06 |
|
|
|
| • Naxçıvan Rəssamlar Birliyinə sədr seçildi - FOTO
Bu gün, 11:52 |
|
|
|
| • Yaxın Şərq üçün “son müharibə” vədləri: böyük savaşa hazırlıq - İNCƏLƏMƏ
Bu gün, 11:48 |
|
|
|
| • “Ermənilərin Bakıya geri qayıtmasını tələb etməməliyik” - Paşinyan
Bu gün, 11:43 |
|
|
|
| • Qusarda polis silahlı şəxsi zərərsizləşdirdi - TƏFƏRRÜAT
Bu gün, 11:39 |
|
|
|
| • İrəvana TƏHDİD YAĞIŞI bitmir... - “RİA Novosti”
Bu gün, 11:26 |
|
|
|
| • "Bakı gecələri" kafesində içkili qadınlar saçyolduya çıxdı - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
| • Bütün sənədsiz evlərin qısa müddətdə tam sənədləşdirilməsi real görünmür - ÇÜNKİ...
Bu gün, 11:02 |
|
|
|
| • “Kreditlə, borcla qurban kəsmək olmaz” - Hacı Surxay
Bu gün, 10:57 |
|
|
|
| • "Kredit Evi"nin səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 10:47 |
|
|
|
| • "Çarəsiz vəziyyətdə qalmışıq, nə edəcəyimizi bilmirik..." - GİLEY
Bu gün, 10:45 |
|
|
|
| • "Şərur"- MTK 200-dən artıq ailəyə bayram sovqatı payladı - FOTO
Bu gün, 10:42 |
|
|
|
| • “Azercell” rəsmən ABUNƏÇİLƏRİNİ SOYUR... - BU DA FAKT!
Bu gün, 10:39 |
|
|
|
| • Azərbaycan nefti 106 dollar səviyyəsində ticarət olunur
Bu gün, 10:25 |
|
|
|
| • İsrail HƏMAS-ın yeni hərbi liderinin öldürüldüyünü bildirib
Bu gün, 10:23 |
|
|
|
| • İrəvan aeroportunda imzalanmış üç sənəd və "Meğri təslim edildi" nə demək? - GƏLİŞMƏ
Bu gün, 10:18 |
|
|
|
| • Kreml Ermənistana qaz və neft xəbərdarlığı etdi - “Kommersant”
Bu gün, 10:16 |
|
|
|
| • Ermənistan İranın o gizli silahını alan İLK ÖLKƏ oldu - 500 milyonluq RAZILAŞMA
Bu gün, 10:09 |
|
|
|
| • Qayıqla Avropaya keçmək istəyən Azərbaycan vətəndaşları saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:05 |
|
|
|
| • Sabah Ermənistanın taleyi Astanada həll olunur - AKTUAL
Bu gün, 10:01 |
|
|
|
| • Aktrisa Ulduz Süleymanova vəfat edib
Bu gün, 09:57 |
|
|
|
| • İsrail səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Bu gün, 09:51 |
|
|
|
| • Saleh Məmmədovun korrupsiya bataqlığında kimlər boğulacaq? – Sabiq sədrlə bağlı yeni məlumatlar yayıldı
Bu gün, 09:45 |
|
|
|
| • Kişi sahibkarları yarıtmışdılar... qalmışdı qadın sahibkarlar... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:42 |
|
|
|
| • "Əvvəllər bir sabunla həm çimmək, həm də paltar yumaq olurdu" - Nura Suri
Bu gün, 08:18 |
|
|
|
| • SOCAR-da işçiyə NÖKƏR gözündə baxırlar... - NARAZILIQ VAR...
Bu gün, 08:13 |
|
|
|
| • "Bu sullara cacab verən baba-igid məmur varmı?!" - ŞƏRH
Bu gün, 07:31 |
|
|
|
| • Burda SAXTA DOLLAR satılır? - TƏFƏRRÜAT
Bu gün, 07:18 |
|
|
|
| • Paşinyan Astanada keçiriləcək Aİİ sammitinə qatılmayacaq - Rusiya mediası
Bu gün, 06:52 |
|
|
|
| • Azərbaycan və Latviya qiymətləndiriciləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bu gün, 06:45 |
|
|
|
| • Təhsilimiz Bağırovlardan qurtula bilmir - MALƏSƏF...
Bu gün, 06:33 |
|
|
|
| • “Kontakt Home” camaatla MƏZƏLƏNİR - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 06:28 |
|
|
|
| • "Suraxanı bazarı”nın qanunsuz genişlənməsi təsdiqləndi - Araşdırma aparılır
Bu gün, 06:25 |
|
|
|
| • Qubada ŞƏHİD RUHUNA sayğısızlıq! - BU NƏDİ BELƏ?
Bu gün, 06:19 |
|
|
|
| • AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA
Bu gün, 06:17 |
|
|
|
| • "Kim 100-200 manat üçün işləməkdən imtina edər?" - ETİRAZ
Bu gün, 06:13 |
|
|
|
| • Xaricdə təhsil alan nazir Məcnun Məmmədovun diplomu təsdiq olunacaq? - İLGİNC
Bu gün, 06:09 |
|
|
|
| • Bu pulları dəyişsəz, itirə bilərsiniz – Gözlənilməz problem yarandı
Bu gün, 06:02 |
|
|
|
| • "Arvad" sözünü dilimizdən çıxaraq? - Dilçi və psixoloqdan deputata reaksiya
Bu gün, 06:00 |
|
|
|
| • "Diplomatın bu cür tənqidi çıxışını həm də bir siqnal kimi yozmaq mümkündür" - GƏLİŞMƏ
Bu gün, 05:58 |
|
|
|
| • Masada 3 ssenari var: Hansı ağır gələcək? - İNCƏLƏMƏ
Bu gün, 05:55 |
|
|
|
| • Moskva Ermənistan xalqının Rusiyayönlü mövqedə olduğunu göstərməyə çalışır - AMMA...
Bu gün, 05:53 |
|
|
|
| • Öz pulumuzu özümüzə satan banklar: Komissiya haqqı niyə yüksəkdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:51 |
|
|
|
| • Rusiyadan qaçan bankir: - “Hamı onun ölümünü gözləyir”
Bu gün, 05:48 |
|
|
|
| • MİDA-nın 250 min manatlıq müqaviləsi 20 manatlıq şirkətə verildi - TƏFƏRRÜAT
Bu gün, 05:44 |
|
|
|
|