Camaat 'Azercell'dən hara şikayət edəcəyini də bilmir... - GİLEY
DİA.AZ: - "Şikayətim "Azərcell"lə bağlıdı". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Emil İsayev adlı istifadəçi giley edir.
Narazı qalan vətəndaş daha sonra qeyd edib: "30 manata 50 Gb-lıq internet paketi götürmüşəm
Şəhərin göbəyində 11-ci mərtəbədə internet tutmur.
Qeyd edim ki , əvvəllər bu paketi istifadə etmişəm, heç bir problem olmayıb.
Azercell operatorla əlaqə saxlayıram, mənə deyir ki, nömrənizi 4G etmək üçün müraciət edin, düzələcək.
Mənim telefonum 4G-ni dəstəkləmir, nəyə görə vaxt itirib "Azercell"ə getməliyəm?
Vatsapnan mesaj belə göndərmək olmur..
Qəsdən internetimizi məhdudlaşdırırlar.
Bununla bağlı hansı rəsmi orqanlara şikayət etmək olar?"
İddia olunanlarla bağlı dia-az.site olaraq qarşı tərəfi də dinləməyə hazırıq...