“Nar” “Bilik günü”-də Füzuli və Tərtərdəki məktəblərə dəstək olub
Tarix: 15-09-2023, 15:45 |
Çap et
DİA.AZ: - “Nar” birinci sinfə başlayan şagirdləri “Bilik günü” münasibətilə təbrik etmək üçün Füzuli və Tərtərə
səfər edib. Mobil operator ümumilikdə 6 məktəbin bütün “birincilərinə” yeni dərs ili üçün ləvazimatlar,
o cümlədən məktəb çantaları hədiyyə edib. Bu barədə DİA.AZ-a şirkətdən xəbər verilib.
“Nar” artıq bir neçə ildir ki, korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanın
bölgələrində təhsil alan şagirdlərin məktəb həyatına ilk addımlarını dəstəkləyir. “Nar”ın KSM
istiqamətində həyata keçirdiyi digər lahiyələrlə nar.az/projects səhifəsində tanış ola bilərsiniz.