AzTV-nin 22 min manatlıq müqavilə qalmaqalı: “Mənə cəmi 150 manat verirlər” .....                     Prezidentin təltif etdiyi Baxış Babayev kimdir? .....                     Polkovnikdən ŞOK SÖZLƏR .....                     Azərbaycan vətəndaşları Türkiyədə 4 ayda 250 mənzil alıb .....                     Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb .....                     “Nvidia”nın bazar dəyəri 5,5 trilyon dolları keçdi .....                     Azərbaycanda iki yeni institut yaradılıb .....                     Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq .....                     Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına .....                     BRİKS sammitində gərgin anlar .....                     Ramiz Mehdiyev tək deyil .....                     Paşinyandan Köçəryanla bağlı SƏRT AÇIQLAMA .....                     Mayis Musayev vəzifəsindən ayrıldı .....                     Çin gəmilərinin Hörmüz boğazından keçidi başlayıb .....                     Makron epizodu Cənubi Qafqaz diplomatiyasında hansı reallıqları ortaya çıxardı? .....                     "Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil" .....                     Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... .....                     Azercell-dən qiymət artımı: "Onların xətti də Hörmüzdən keçib gəlirdi?" .....                     Valdas Dambrauskas Azərbaycanda "qızıl dubl" edən ilk əcnəbi baş məşqçi olub .....                     Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq .....                     Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv edib .....                     İlk tramvay Bakıya nə vaxt qayıdacaq? .....                     Dolu düşəcəyi ehtimalı var .....                     Yeni lizinq şirkəti təsis edildi .....                     Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək .....                     Ceki Çanın iştirakı ilə "Tanrının yaraqları 4" filminin bir hissəsi Azərbaycanda çəkiləcək .....                     Gürcüstanda yol qəzasında ikisi qardaş olmaqla, altı azərbaycanlı gənc ölüb .....                     "Bu peşəkarlıq əlavələrinin verilməsindən sonra hasilatda HANSI CİDDİ ARTIM OLUB?" .....                     Ter Timofey, 102-ci baza və Kremlin köhnə “Qarabağ oyunu” .....                     Akif İslamzadə xəstəxanadan evə buraxılıb .....                     Sülh yolunda PAKİSTAN KÖRPÜSÜ... olduqca kövrəkdir... .....                     “Normallaşma” İllüziyası .....                     Rəna Soltanovanın klinikasında qəfil yoxlama .....                     Səfərbərlik Xidmətində yenilik: bu rayon şöbələri birləşdirildi .....                     Nazirdən bu quruma yeni təyinat .....                     Azərbaycanın ən uğursuz siyasətçisi .....                     Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxdı, daha bir dələduzluğu ifşa edildi .....                     Müxalifət 300 min azərbaycanlının Ermənistana qayıtması haqda video-çarxa .....                     AzTV Çingiz Əhmədova 15 min ödəyəcək .....                 

Rusiya ilə sərhəddə gömrükçülər vətəndaşlara necə zülm edir? - REPORTAJ
Tarix: 14-02-2014, 12:32 | Çap et
Rusiya ilə sərhəddə gömrükçülər vətəndaşlara necə zülm edir?
“Sizin yazmağınızla, çəkməyinizlə gücünüz çatan iş deyil. Bu işi elə qurublar ki, ömür boyu heç kəsin gücü çatmaz bu işlərin axırına çıxmağa”.

Qusarın Rusiya-Azərbaycan sərhəddində yerləşən Samur keçid məntəqəsinə çatanda AzadlıqRadiosunun çəkiliş qrupunu məntəqə qarşısındakı yorğun sifətlər qarşılayır. Kimisi yükünün üstündə oturub mürgüləyir, kimisi qızınmaq üçün yaxınlıqdakı daldalanacaqlara sığınır, kimisinin başı əşyalarını yerbəyer etməyə qarışıb...

Azad Hadıyev Sankt-Peterburqdan gəlir. O, keçid məntəqələrində itirdiyi vaxtdan və çəkdiyi əziyyətdən danışır:

“Bir gün Rusiya gömrüyündə saxladılar, bir gecə də burda kafedə stolun üstündə gecələdik. Hələ də burdayıq. Əşyalarımıza görə çox incidirlər. Ayın 9-da Sankt-Peterburqdan çıxmışıq, avtobusumuz hələ də sərhəddədir, bu tərəfə keçməyib. Qadınlarımız, uşaqlarımız oturub kafedə, gözləyirik. Bizimkilər də incidir, ruslar da”.

Azad Hadıyev böyründə lövbər salıb oturduğu bağlamaları göstərir:

“Uşaq əlil arabasıdır. Dayım nəvəsi üçün gətirmişəm. Bizim gömrükdə deyirlər, bu tərəfə keçirmək üçün nazirlikdən icazən olmalıdır. Buna nə icazə? Öz vətənimdə bahadır, ala bilmirəm, gedib Rusiyadan alıb gətirmişəm. Burda 1000 dollaradır, 300 dollara gətirmişəm. Niyə icazə almalıyam ki?”

Məmmədpaşa Axundov neçə gündür ki, Rusiyaya yolladığı, ancaq ünvana gedib çatmadan geri qayıdan üç çanta pal-paltardan ötrü iki həftədir ki, məntəqəyə gəlib gedir:

“Sürücüyə üç çanta vermişdim. Sürücü aparıb, Rusiyaya keçirə bilməyib, geri qaytaranda bizim gömrükdə saxlayıblar. Dəfələrlə gəlib gedirəm ki, bu əşyalar mənə aiddir, pal-paltardı, mallarımı özümə qaytarın. Rüsumu nədirsə, ödəyim. Deyirlər, get sabah gəl, sabahı gün gəlirəm, yenə yola salırlar ki, get, sabah gəl. O əşyaların çəkisi çox olsun 80 kilo. Dövlətin rüsumu nədir, ödəyim, əşyalarımı verin, çıxım gedim. Bilmirsən, sözünü kimə deyəsən”.

Nazim Qasımov Rusiya vətəndaşıdır. Sibirdə yaşayır. 30 ildən sonra ilk dəfədir ki, Azərbaycana əzizlərini görməyə gəlibmiş. Ancaq geri qayıdanda keçid məntəqəsində bu sevincinə necə deyərlər, onu peşman ediblər. İki gündür ki, sərhəddə gecələyir. Səbəbini özündən eşidək:

“Gəlmişəm elimə-obama, atamın-anamın qəbrini ziyarət etməyə, yaxınlarımı görməyə. Noyabrın 12-də keçmişəm, qeydiyyatdan da keçmişəm. 3 ay ərzində Azərbaycan dövlətinin heç bir qayda və qanunlarını pozmamışam. İndi qayıtmaq istəyirəm, deyirlər 3 gün gecikmisən. Deyirlər, miqrasiya xidmətinə get, nə bilim, növbəyə dur, hansı sənədi al. Cərimə ödə. Mən təqaüdçü adamam, pulum yoxdur. Nə vaxt pulum olar, pul yığıb cərimələrini köçürərəm. Köçürə bilməsəm də, heç getmərəm, elə burada qalaram. Əlimdə olan yolpulunu da burda sərhəddə xərcləyirəm”.

Keçid məntəqəsində çoxu Rusiyaya işləməyə gedənlər, ya da Rusiyadan işləməkdən qayıdanlardır. Ceyhun Məmmədov da eyni məqsəd üçün üzü o tərəfə getməyə can atır. Ancaq keçid məntəqəsində gözləməkdədir:

“Dolanışıq yoxdur. Məcburam gedim Rusiyada işləyim, bir parça çörək gətirim. Burda iş tapılmır, quş sexlərində cəmi 150 manat məvacib verilir. Bu maaş heç işıq, qaz, su xərclərini ödəmir. İlişib qalmışam burda. Çox incidirlər, nə o tərəfə, nə də bu tərəfə əşyalarımızı qoymurlar”.

Rusiyada işləmək üçün yükünü tutub yola çıxan təqaüdçü xanımların başı məntəqənin qarşısında əşyalarını maşından boşaltmağa qarışmışdı.

- Hara gedirsiz?

- Rusiyaya gedirik, pul qazanmağa... Burda acından ölürük.

- Nə aparırısız?

- Pal-paltardı, satmağa aparırıq... 100 manat təqaüd verir. Heç kommunal xərcimi ödəmir. Məcburuq ki, iki çanta mal aparaq, çörək pulumuzu çxıaraq.

- Neçə yaşınız var?

- 57...

- Hansı kanalda göstərəcəksiz bizi?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AzTV-nin 22 min manatlıq müqavilə qalmaqalı: “Mənə cəmi 150 manat verirlər” - TƏFƏRRÜAT
Bu gün, 16:40
Prezidentin təltif etdiyi Baxış Babayev kimdir? - DOSYE
Bu gün, 16:39
Polkovnikdən ŞOK SÖZLƏR - "Bizim o bəzi DEPUTATLARA demək lazımdır ki..."
Bu gün, 16:37
Azərbaycan vətəndaşları Türkiyədə 4 ayda 250 mənzil alıb - DETALLAR
Bu gün, 16:34
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb - FƏRMAN
Bu gün, 16:32
“Nvidia”nın bazar dəyəri 5,5 trilyon dolları keçdi – ARDNF-yə də təsir edəcək
Bu gün, 15:12
Azərbaycanda iki yeni institut yaradılıb
Bu gün, 15:10
Bakıda kirayə evlərin qiyməti kəskin bahalaşacaq - Bu aydan etibarən
Bu gün, 15:04
Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi
Bu gün, 14:59
BRİKS sammitində gərgin anlar - İran və BƏƏ nümayəndələri üz-üzə gəldi
Bu gün, 14:57
Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
Bu gün, 14:55
Paşinyandan Köçəryanla bağlı SƏRT AÇIQLAMA - Polis hərəkətə keçdi
Bu gün, 14:49
Mayis Musayev vəzifəsindən ayrıldı - AÇIQLAMA
Bu gün, 14:48
Çin gəmilərinin Hörmüz boğazından keçidi başlayıb - “Fars”
Bu gün, 14:45
Makron epizodu Cənubi Qafqaz diplomatiyasında hansı reallıqları ortaya çıxardı? – Deputatdan açıqlama
Bu gün, 13:17
"Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil"
Bu gün, 13:15
Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... - VİDEO
Bu gün, 13:12
Azercell-dən qiymət artımı: "Onların xətti də Hörmüzdən keçib gəlirdi?" - NARAZILIQ VAR...
Bu gün, 13:03
Valdas Dambrauskas Azərbaycanda "qızıl dubl" edən ilk əcnəbi baş məşqçi olub
Bu gün, 12:59
Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq - ÇÜNKİ...
Bu gün, 12:58
Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv edib - ADLAR
Bu gün, 12:53
İlk tramvay Bakıya nə vaxt qayıdacaq? - AKTUAL
Bu gün, 12:51
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:36
Yeni lizinq şirkəti təsis edildi
Bu gün, 12:20
Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək - SİYAHI
Bu gün, 12:18
Ceki Çanın iştirakı ilə "Tanrının yaraqları 4" filminin bir hissəsi Azərbaycanda çəkiləcək
Bu gün, 12:14
Gürcüstanda yol qəzasında ikisi qardaş olmaqla, altı azərbaycanlı gənc ölüb - TƏFƏRRÜAT
Bu gün, 12:08
"Bu peşəkarlıq əlavələrinin verilməsindən sonra hasilatda HANSI CİDDİ ARTIM OLUB?" - Rövşən Nəcəfə HAQLI SUALLAR...
Bu gün, 12:07
Ter Timofey, 102-ci baza və Kremlin köhnə “Qarabağ oyunu” - NƏ BAŞ VERİR?
Bu gün, 11:56
Akif İslamzadə xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 11:39
Sülh yolunda PAKİSTAN KÖRPÜSÜ... olduqca kövrəkdir... - İNCƏLƏMƏ
Bu gün, 11:36
“Normallaşma” İllüziyası - Ermənistan reallıq qarşısında, Azərbaycan oyunun qaydalarını yazır
Bu gün, 11:32
Rəna Soltanovanın klinikasında qəfil yoxlama - Yenə cərimələndi
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yenilik: bu rayon şöbələri birləşdirildi - YENİ RƏİS İSƏ...
Bu gün, 11:22
Nazirdən bu quruma yeni təyinat - ƏMR
Bu gün, 11:18
Azərbaycanın ən uğursuz siyasətçisi - Saffari yazır...
Bu gün, 11:14
Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb - ARAŞDIRMA
Bu gün, 11:03
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxdı, daha bir dələduzluğu ifşa edildi - İnam Kərimova MÜRACİƏT
Bu gün, 11:01
Müxalifət 300 min azərbaycanlının Ermənistana qayıtması haqda video-çarxa rekord məbləğdə pul xərclədi...
Bu gün, 10:55
AzTV Çingiz Əhmədova 15 min ödəyəcək - BUNA GÖRƏ...
Bu gün, 10:53
Ailə münaqişəsi zəminində qətl: qardaşına 32 bıçaq zərbəsi vurdu – MƏHKƏMƏ
Bu gün, 10:50
Etibar Əliyev Qərbi Azərbaycan İcmasını tərk edir - ƏZİZ ƏLƏKBƏRLİYƏ ETİRAZ
Bu gün, 10:46
“Qaçqınkom” Biləsuvardan “çıxa” bilmir: Bu dəfə 454 minlik “layihə” işə salınır - TƏFƏRRÜAT
Bu gün, 10:44
Məhkəmə Zelenskinin Ofisinin sabiq rəhbəri Yermakı 60 gün müddətinə həbs edib
Bu gün, 10:43
Naxçıvanda DUZ FIRILDAĞI: “Bunlardan nə desən çıxar...” - İTTİHAM VAR...
Bu gün, 10:41
Ekologiya nazirinin yeni birinci müavini kimdir? - DOSYE
Bu gün, 10:34
Şəriətmədari qonşu ölkəni “İranın 14-cü əyaləti” adlandırdı - KİV
Bu gün, 10:29
İcra başçısının 35 yaşlı müavini vəzifəsindən ayrılıb - ƏMR
Bu gün, 10:25
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:21
AYNA qədərində bu hakimiyyətə ikinci DAHA ÇOX ziyan vuran qurum yoxdur... - BU NƏDİ BELƏ?
Bu gün, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru