Göyçay fermerlərinə ağır zərbə - 180 min manat ziyan vurulub
Tarix: 12-02-2014, 11:31 | Çap et
 Göyçay rayonunda kənd təsərrüfatı məhsullarının saxlanılması üçün nəzərdə tutulan soyuducu anbar iş adamlarına və fermerlərə məxsus 300 ton meyvəni zay edərək, onlara külli miqdarda maddi zərər vurub. Rayonun Çayarxı və Cəyirli kəndlərində meyvəçiliklə məşğul olan kiçik fermerlər və satış üçün Rusiya bazarlarına meyvə aparan iş adamları bildiriblər ki, ötən ilin noyabrında fərdi həyətyanı sahələrdən toplanan 300 ton xurmanı saxlamaq üçün Potu kəndindəki soyuducu anbara yerləşdiriblər.
Zərərçəkənlər deyir ki, məhsulun saxlanılması üçün soyuducu anbarın rəhbəri Fazil Hüseynova 51 min manat pul veriblər. On beş gündən sonra məhsul anbarda zay olmağa başlayıb. Iş adamlarının sözlərinə görə, məhsulun az bir hissəsi vaxtından əvvəl, yəni dekabrda təcili olaraq anbardan çıxarılaraq, Rusiya bazarlarına aparılıb və dəyər-dəyməzə satılıb. Məhsulun maya dəyəri 11 manat olduğu halda, Rusiya bazarında 4-5 manata satılıb. Ümumilikdə, iş adamlarına 180 min manat maddi ziyan dəyib. Bundan əlavə, 50 ton məhsul tamamilə zay olduğu üçün onun satılması qeyri-mümkün olub. Hazırda həmin zay olmuş məhsul anbardan çıxarılaraq, bayıra atılır.
Iş adamları banklardan kredit götürərək kəndlilərin məhsulunun bir hissəsinin pulunu ödəsələr də, qalan hissəsinə borclu qaldıqlarını bildirirlər. Indi 25 nəfər kənd sakini onlardan nisyə mal almış iş adamı - Ucar rayonu, Qaracallı kənd sakini Əliağa Rəhimovdan məhsulun pulunu, iş adamı da soyuducu anbarın rəhbərliyindən ona dəyən ziyanın ödənilməsini tələb edir. Əliağa Rəhimovun sözlərinə görə, ötən ilin oktyabr-noyabr aylarında Moskvadakı gərgin vəziyyətlə əlaqədar bazarlar bağlı idi. Kəndlilərdən alınan məhsulu Rusiyaya apara bilməyən iş adamı orada bazarlar açılanadək məhsulu soyuducu anbarda saxlamaq qərarına gəlib: “Soyuducu anbarın rəhbəri Fazil Hüseynovla razılaşdıq ki, 3 ay ərzində məhsul anbarda qalacaq və hər xurma tarasına görə 1 manat 70 qəpik ödəməli olacam. Mən ödədiyim pul müqabilində məhsulun sağlam şəkildə verilməsi və o cür geri alınması haqda anbar rəhbərliyilə müqavilə bağlamaq istədim. Fazil Hüseynov vergidən yayınmaq üçün müqavilə bağlamadı və məni əmin etdi ki, məhsulunu sağlam şəkildə saxlayacam. Az sonra soyuducu anbarın mütəxəssisini işdən çıxararaq, yerinə bacarıqsız bir insanı qoyub. O, işi bacarmadığı üçün məhsulu zay edib. Mən 300 ton məhsulu həmin anbara, eləcə də orada yer olmadığı üçün 38 ton məhsulu Göyçayın Şəhadət kəndindəki soyuducu anbara yerləşdirdim. Eyni məhsul elə eyni gündə ayrı-ayrı anbara yerləşdirildi. Mənim Potu kəndindəki anbarda 300 ton məhsulum dekabr ayında zay oldu, amma Şəhadət kəndindəki 38 ton xurma fevral ayının 9-dək sağlam şəkildə anbarda qaldı”.
Soyuducu anbarın rəhbəri Fazil Hüseynov isə məhsulun xarab olmasının səbəbini iş adamlarında və kəndlilərdə görür: “Dekabr ayında soyuducu anbarın kameralarında problem yaranmışdı, həmin vaxt iş adamlarına dedim ki, gəlin, məhsulunuzu götürün, yoxsa qalıb xarab olacaq. Onlar məhsulu vaxtında gəlib götürmədilər və soyutma sistemi yaxşı işləmədiyi üçün məhsul qalıb xarab oldu. Ola bilsin ki, kəndlilər iş adamlarına zədəli məhsul satıblar, ona görə də tez xarab olub”.
Iş adamları isə soyuducu anbarın kameralarının yaxşı işlədiyini və soyutma sistemində problem olmadığını, sadəcə, orada işi bilən mütəxəssisin yoxluğundan belə vəziyyətin yarandığını bildirirlər. Onlar soyuducu anbara işçilərin iştirakı ilə zədəli yox, sağlam və xarici bazara çıxa bilən məhsul verdiklərini bildirirlər. Məhsuların taralara yığılışında da nöqsanlara yol verilməyib.
Anbar rəhbərliyi vətəndaşlara dəyən ziyanı ödəmək istəmir. Iş adamı və kəndlilər Kənd Təsərrüfatı və Iqtisadi Inkişaf nazirliklərinə, Prezident Administrasiyasına, Baş Prokurorluğa müraciət ediblər. Məsələ ilə bağlı onlara heç bir cavab verən olmayıb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Makron epizodu Cənubi Qafqaz diplomatiyasında hansı reallıqları ortaya çıxardı? – Deputatdan açıqlama
Bu gün, 13:17 |
|
|
|
| • "Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil"
Bu gün, 13:15 |
|
|
|
| • Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... - VİDEO
Bu gün, 13:12 |
|
|
|
| • Azercell-dən qiymət artımı: "Onların xətti də Hörmüzdən keçib gəlirdi?" - NARAZILIQ VAR...
Bu gün, 13:03 |
|
|
|
| • Valdas Dambrauskas Azərbaycanda "qızıl dubl" edən ilk əcnəbi baş məşqçi olub
Bu gün, 12:59 |
|
|
|
| • Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq - ÇÜNKİ...
Bu gün, 12:58 |
|
|
|
| • Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv edib - ADLAR
Bu gün, 12:53 |
|
|
|
| • İlk tramvay Bakıya nə vaxt qayıdacaq? - AKTUAL
Bu gün, 12:51 |
|
|
|
| • Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:36 |
|
|
|
| • Yeni lizinq şirkəti təsis edildi
Bu gün, 12:20 |
|
|
|
| • Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək - SİYAHI
Bu gün, 12:18 |
|
|
|
| • Ceki Çanın iştirakı ilə "Tanrının yaraqları 4" filminin bir hissəsi Azərbaycanda çəkiləcək
Bu gün, 12:14 |
|
|
|
| • Gürcüstanda yol qəzasında ikisi qardaş olmaqla, altı azərbaycanlı gənc ölüb - TƏFƏRRÜAT
Bu gün, 12:08 |
|
|
|
| • "Bu peşəkarlıq əlavələrinin verilməsindən sonra hasilatda HANSI CİDDİ ARTIM OLUB?" - Rövşən Nəcəfə HAQLI SUALLAR...
Bu gün, 12:07 |
|
|
|
| • Ter Timofey, 102-ci baza və Kremlin köhnə “Qarabağ oyunu” - NƏ BAŞ VERİR?
Bu gün, 11:56 |
|
|
|
| • Akif İslamzadə xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 11:39 |
|
|
|
| • Sülh yolunda PAKİSTAN KÖRPÜSÜ... olduqca kövrəkdir... - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
| • “Normallaşma” İllüziyası - Ermənistan reallıq qarşısında, Azərbaycan oyunun qaydalarını yazır
Bu gün, 11:32 |
|
|
|
| • Rəna Soltanovanın klinikasında qəfil yoxlama - Yenə cərimələndi
Bu gün, 11:29 |
|
|
|
| • Səfərbərlik Xidmətində yenilik: bu rayon şöbələri birləşdirildi - YENİ RƏİS İSƏ...
Bu gün, 11:22 |
|
|
|
| • Nazirdən bu quruma yeni təyinat - ƏMR
Bu gün, 11:18 |
|
|
|
| • Azərbaycanın ən uğursuz siyasətçisi - Saffari yazır...
Bu gün, 11:14 |
|
|
|
| • Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb - ARAŞDIRMA
Bu gün, 11:03 |
|
|
|
| • Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxdı, daha bir dələduzluğu ifşa edildi - İnam Kərimova MÜRACİƏT
Bu gün, 11:01 |
|
|
|
| • Müxalifət 300 min azərbaycanlının Ermənistana qayıtması haqda video-çarxa rekord məbləğdə pul xərclədi...
Bu gün, 10:55 |
|
|
|
| • AzTV Çingiz Əhmədova 15 min ödəyəcək - BUNA GÖRƏ...
Bu gün, 10:53 |
|
|
|
| • Ailə münaqişəsi zəminində qətl: qardaşına 32 bıçaq zərbəsi vurdu – MƏHKƏMƏ
Bu gün, 10:50 |
|
|
|
| • Etibar Əliyev Qərbi Azərbaycan İcmasını tərk edir - ƏZİZ ƏLƏKBƏRLİYƏ ETİRAZ
Bu gün, 10:46 |
|
|
|
| • “Qaçqınkom” Biləsuvardan “çıxa” bilmir: Bu dəfə 454 minlik “layihə” işə salınır - TƏFƏRRÜAT
Bu gün, 10:44 |
|
|
|
| • Məhkəmə Zelenskinin Ofisinin sabiq rəhbəri Yermakı 60 gün müddətinə həbs edib
Bu gün, 10:43 |
|
|
|
| • Naxçıvanda DUZ FIRILDAĞI: “Bunlardan nə desən çıxar...” - İTTİHAM VAR...
Bu gün, 10:41 |
|
|
|
| • Ekologiya nazirinin yeni birinci müavini kimdir? - DOSYE
Bu gün, 10:34 |
|
|
|
| • Şəriətmədari qonşu ölkəni “İranın 14-cü əyaləti” adlandırdı - KİV
Bu gün, 10:29 |
|
|
|
| • İcra başçısının 35 yaşlı müavini vəzifəsindən ayrılıb - ƏMR
Bu gün, 10:25 |
|
|
|
| • Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:21 |
|
|
|
| • AYNA qədərində bu hakimiyyətə ikinci DAHA ÇOX ziyan vuran qurum yoxdur... - BU NƏDİ BELƏ?
Bu gün, 10:18 |
|
|
|
| • Kremldən İrəvana təhdid və: Ermənistanda "Ukrayna ssenarisi" - Formula sadədir
Bu gün, 10:10 |
|
|
|
| • Ərəb turistlərə xidmət göstərən taksi sürücüsü Bakıda silahla ƏLƏ KEÇDİ - TƏFƏRRÜAT
Bu gün, 10:06 |
|
|
|
| • Rusiya yenidən Qarabağı münaqişə vasitəsinə çevirməyə çalışır - Babayan
Bu gün, 10:01 |
|
|
|
| • Minimum əməkhaqqı nə zaman artırılacaq? - AÇIQLAMA
Bu gün, 09:59 |
|
|
|
| • "Referens" klinikasının direktoru arvadını niyə güllələyib? – İTTİHAM AKTI
Bu gün, 09:03 |
|
|
|
| • “Brent” neftinin qiyməti 106 dolları ötüb
Bu gün, 08:59 |
|
|
|
| • “Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:58 |
|
|
|
| • Yeznəsini həyətin bölünməsinə görə döyən şəxs amnistiyaya düşdü
Bu gün, 08:35 |
|
|
|
| • AB Rusiyadan qaz alışını rekord həddə çatdırıb - KİV
Bu gün, 08:32 |
|
|
|
| • Azərbaycanın “ikinci Xəzəri” təhlükə altında: - hissələrə ayrılacaq…
Bu gün, 08:31 |
|
|
|
| • Vasif Talıbovdan sonra GERİYƏ GEDƏN NAXÇIVAN... - "Bu pisliyi niyə etdiniz?.."
Bu gün, 08:27 |
|
|
|
| • Paşinyan bizə ona görə lazımdır ki... - AKTUAL
Bu gün, 07:54 |
|
|
|
| • Bir həkimdən DAHA ÖTƏSİ... - REAKSİYA
Bu gün, 07:49 |
|
|
|
| • Neçə gündür ki, içməli su küçəyə axıdılır... - ETİRAZ VAR!
Bu gün, 07:37 |
|
|
|
|