Makron epizodu Cənubi Qafqaz diplomatiyasında hansı reallıqları ortaya çıxardı? .....                     "Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil" .....                     Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... .....                     Azercell-dən qiymət artımı: "Onların xətti də Hörmüzdən keçib gəlirdi?" .....                     Valdas Dambrauskas Azərbaycanda "qızıl dubl" edən ilk əcnəbi baş məşqçi olub .....                     Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq .....                     Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv edib .....                     İlk tramvay Bakıya nə vaxt qayıdacaq? .....                     Dolu düşəcəyi ehtimalı var .....                     Yeni lizinq şirkəti təsis edildi .....                     Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək .....                     Ceki Çanın iştirakı ilə "Tanrının yaraqları 4" filminin bir hissəsi Azərbaycanda çəkiləcək .....                     Gürcüstanda yol qəzasında ikisi qardaş olmaqla, altı azərbaycanlı gənc ölüb .....                     "Bu peşəkarlıq əlavələrinin verilməsindən sonra hasilatda HANSI CİDDİ ARTIM OLUB?" .....                     Ter Timofey, 102-ci baza və Kremlin köhnə “Qarabağ oyunu” .....                     Akif İslamzadə xəstəxanadan evə buraxılıb .....                     Sülh yolunda PAKİSTAN KÖRPÜSÜ... olduqca kövrəkdir... .....                     “Normallaşma” İllüziyası .....                     Rəna Soltanovanın klinikasında qəfil yoxlama .....                     Səfərbərlik Xidmətində yenilik: bu rayon şöbələri birləşdirildi .....                     Nazirdən bu quruma yeni təyinat .....                     Azərbaycanın ən uğursuz siyasətçisi .....                     Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxdı, daha bir dələduzluğu ifşa edildi .....                     Müxalifət 300 min azərbaycanlının Ermənistana qayıtması haqda video-çarxa .....                     AzTV Çingiz Əhmədova 15 min ödəyəcək .....                     Ailə münaqişəsi zəminində qətl: qardaşına 32 bıçaq zərbəsi vurdu .....                     Etibar Əliyev Qərbi Azərbaycan İcmasını tərk edir .....                     “Qaçqınkom” Biləsuvardan “çıxa” bilmir: Bu dəfə 454 minlik “layihə” işə salınır .....                     Məhkəmə Zelenskinin Ofisinin sabiq rəhbəri Yermakı 60 gün müddətinə həbs edib .....                     Naxçıvanda DUZ FIRILDAĞI: “Bunlardan nə desən çıxar...” .....                     Ekologiya nazirinin yeni birinci müavini kimdir? .....                     Şəriətmədari qonşu ölkəni “İranın 14-cü əyaləti” adlandırdı .....                     İcra başçısının 35 yaşlı müavini vəzifəsindən ayrılıb .....                     Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub .....                     AYNA qədərində bu hakimiyyətə ikinci DAHA ÇOX ziyan vuran qurum yoxdur... .....                     Kremldən İrəvana təhdid və: Ermənistanda "Ukrayna ssenarisi" .....                     Ərəb turistlərə xidmət göstərən taksi sürücüsü Bakıda silahla ƏLƏ KEÇDİ .....                     Rusiya yenidən Qarabağı münaqişə vasitəsinə çevirməyə çalışır .....                     Minimum əməkhaqqı nə zaman artırılacaq? .....                 

“Azneft”in İmişlidəki müəssisəsi mazut gölünü gizlədir...
Tarix: 11-02-2014, 13:17 | Çap et
“Azneft”in İmişlidəki müəssisəsi mazut gölünü gizlədir...
“Əməkdaşlıq təklifi etdiyimiz müraciətə Muradxanlı İriləşdirilmiş Neft Mədəninin rəisi cənab Dünyamalı Əliyevdən analoqu olmayan bir cavab almışıq. O, müəssisələrində qarşıya çıxan hər hansı problemin həlli üçün Dövlət Neft Şirkətinin təcrübəli mütəxəssislərə və maliyyə imkanlarına malik olduğunu qeyd edərək, hər hansı başqa təşkilatla əməkdaşlıq etməyə ehtiyac duymadıqlarını bildirib”.

MƏDƏN RƏİSİ “MİLLİ FƏALİYYƏT PLANI”NDAN XƏBƏRSİZDİR?!

Vətəndaş Nəzarəti Şəbəkəsinin (VNŞ) əlaqələndiricisi Esmira Əsədullayeva Dövlət Neft Şirkətinin yaratdığı “Azneft” İstehsalat Birliyinin tabeliyində olan müəssisə ilə əməkdaşlığa göstərdikləri təşəbbüsə bu sayaq yanaşmadan təəccübləndiklərini bildirir:

“Şəffaflğın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə qabaqcıl təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün ölkəmiz 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulub. Bununla bağlı 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib.

Plana daxil edilmiş “Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqi sahəsində” tədbirlər sırasında vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq və ictimaiyyətin iştirakının təmin edilməsi də xüsusi yer alıb. Muradxanlı İriləşdirilmiş Neft Mədəni rəhbərinin bu prinsiplərə əməl etməməsi ya məlumatsızlqdan irəli gəlir, ya da məsuliyyətsizlikdən”.

İMİŞLİDƏ NEFT TƏSİRLƏRİNİ ÖYRƏNƏN İŞÇİ QRUPU YARADILIB

Esmira Əsədullayevanın sözlərinə görə, “Mədən sənayesinin təsirlərinə məruz qalan İmişli rayonunda vətəndaş nəzarəti mexanizmlərinin yaradılması” layihəsi ABŞ səfirliyinin Demokratiyaya Yardım Proqramının xətti ilə 2013-cü ilin oktyabr ayından həyata keçirilir:

“Layihə çərçivəsində İmişlinin ictimai fəallardan ibarət bir qrup şəxsinə təlim keçirilib, yerli şəbəkənin işçi qrupu yaradılıb, ekspertlər təyin edilib. Qrup üzvləri İmişli rayonunda neft hasilatından dolayı təsirlərə daha çox məruz qalan Məmmədli və Ağamalılar kəndlərinə mütəmadi səfərlər edir, icma üzvləri ilə görüşür. Muradxanlı İriləşdirilmiş Neft Mədəni ilə əməkdaşlıq, ərazidə neft hasilatının üzərində vətəndaş nəzarətinə nail olmaq, mövcud problemləri birgə aradan qaldırmaq və bundan sonrakı təsirlərin azalmasına nail olmaq məqsədi daşıyır”.

MƏDƏN RƏİSİ ŞƏBƏKƏ ÜZVLƏRİNƏ XƏBƏRDARLIQ EDİB

Muradxanlı İriləşdirilmiş Neft Mədənindən VNŞ-yə bildirilib ki, müəssisə ətraf mühitin mühafizəsi üzrə tədbirləri beynəlxalq standartlara uyğun olaraq icra edir. Məktubda həmçinin qeyd olunur ki, VNŞ-nin işçi qrupu üzvləri müəssisənin daxili nizam-intizam qaydalarına məhəl qoymadan ərazidə şəkil çəkməyə cəhd göstəriblər:

“Lakin müəssisənin mühafizə dəstəsinin mühafizəçiləri tərəfindən qrupun üzvləri saxlanılmış, onları müəsisənin daxili nizam-intizam qaydaları ilə tanış etdikdən sonra əraziyə bir daha daxil olmamaları haqqında tövsiyələr verilmişdir”.

Mədən rəisi Dünyamalı Əliyev VNŞ-nin təkrar müraciətinə də eyni məzmunlu cavab verdiklərini deyir:

“Həmin məktubu yollamışıq, onu yəqin ki, yaxın günlərdə alacaqlar. Elə əvvəlki cavabı vermişik. Biz də, başqa şirkətlər kimi, VNŞ ilə əməkdaşlıq etmək istərdik. Amma bunun üçün imkan lazımdır. “İmkan” deyəndə maliyyə nəzərdə tutulur. Bilirik ki, onlar qarşımıza yolların təmirini, digər məsələləri qoyacaqlar, müəssisənin isə bu işləri görməyə vəsaiti yoxdur”.

“ŞİRKƏT YARATDIĞI MAZUT GÖLÜNÜ GENİŞ İCTİMAİYYƏTDƏN GİZLƏTMƏK İSTƏYİR”

VNŞ-nin İmişlidəki işçi qrupunun rəhbəri Kənan Şahpələngov həqiqətən saxlanıldıqlarını təsdiqləsə də, bu hərəkətin qanunsuz olduğunu deyir:

“Dekabrın 18-də işçi qrupunun üzvü olan 4 nəfər İmişli-Məmmədli avtomobil yolunun Məmmədli kəndindən keçən hissəsində yol kənarında dayanaraq, neft hasilatı nəticəsində yaranan, 10 hektara yaxın ərazini əhatə edən gölə baxış keçirdik. Fotoaparatla şəkil çəkdik. Bu zaman şirkətin mühafizəçiləri bizi saxladılar. Bu, tamamilə qanunsuz hərəkət idi.

Əvvala, şirkətin daxili intizam qaydaları onun işçilərinə aiddir, bizə yox. İkincisi, hər hansı bir çayın, gölün, dağın, təpənin şəklini çəkmək nə vaxtdan qanunsuz hərəkət olub? Onsuz da həmin gölü o yoldan keçən hər kəs görür, şəkli elə avtomobilin içərisindən də çəkmək olar. Bir də axı bizim dayandığımız, şəkil çəkdiyimiz və sonda saxlanıldığımız yer- yol kənarı şirkətin ərazisi hesab olunmur. Fotoaratın yaddaşındakı kadrların pozulmağı, bir daha həmin yerin şəklini çəkməməklə bağlı tələb şirkətin bu mazut gölünü geniş ictimaiyyətdən gizlətmək cəhdidir. Çünki buradan ətraf mühitə zərərli təsir var”.

DÖVLƏT NEFT ŞİRKƏTİNDƏN DƏ CAVAB YOXDUR

VNŞ təmsilçisi bildirir ki, Açıq Hökumətin Tərəfdaşlığı Bəyənnaməsində hökumətlərin milli prioritetlərə, vətəndaşların həyat şəraitinə və istəklərinə uyğun yanaşması qəbul edilir:

“Amma bütün fərqli yanaşmalarda dörd prinsip gözlənilməlidir: şəffaflıq, vətəndaş iştirakı, hesabatlılıq, texnologiya və innovasiya. Lakin qeyd olunan prinsiplərə hasilat şirkətlərinin fərqli yanaşması ola bilməz. Elə isə hökumət nəyə öhdəlik götürüb?”
VNŞ-dən o da bildirilir ki, Muradxanlı İriləşdirilmiş Neft Mədəninin əməkdaşlıqdan imtina etməsi ilə bağlı Dövlət Neft Şirkətinə də məlumat verilib, lakin məsələyə sonuncudan hər hansı reaksiya verilməyib.

ŞƏBƏKƏNİN YARANMAĞINDAN 7 İL ÖTÜR

Esmira Əsədullayevanın sözlərinə görə, VNŞ BTC/ CQ boru kəmərlərinin tikintisinin monitorinqində iştirak etmiş ekspertlərdən təşkil olunub. Onun təsisçiləri dövlət qeydiyyatı olan 6 ictimai birlikdir: “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”, “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı”, “Ekorenesans” , “Davamlı İnkişaf”, “Arzu Maarifçilik və Xeyriyyəçilik” və “Demokratiyaya Yardım”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Makron epizodu Cənubi Qafqaz diplomatiyasında hansı reallıqları ortaya çıxardı? – Deputatdan açıqlama
Bu gün, 13:17
"Mənim İbrahim Tatlısəs olmağım mümkün deyil"
Bu gün, 13:15
Sabunçuda TAM DƏRƏBƏYLİKDİR... - VİDEO
Bu gün, 13:12
Azercell-dən qiymət artımı: "Onların xətti də Hörmüzdən keçib gəlirdi?" - NARAZILIQ VAR...
Bu gün, 13:03
Valdas Dambrauskas Azərbaycanda "qızıl dubl" edən ilk əcnəbi baş məşqçi olub
Bu gün, 12:59
Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq - ÇÜNKİ...
Bu gün, 12:58
Mərkəzi Bank üç elektron pul təşkilatının lisenziyasını ləğv edib - ADLAR
Bu gün, 12:53
İlk tramvay Bakıya nə vaxt qayıdacaq? - AKTUAL
Bu gün, 12:51
Dolu düşəcəyi ehtimalı var - belə deyirlər...
Bu gün, 12:36
Yeni lizinq şirkəti təsis edildi
Bu gün, 12:20
Azərbaycanda bu aktyorlara 25 min manatadək pul veriləcək - SİYAHI
Bu gün, 12:18
Ceki Çanın iştirakı ilə "Tanrının yaraqları 4" filminin bir hissəsi Azərbaycanda çəkiləcək
Bu gün, 12:14
Gürcüstanda yol qəzasında ikisi qardaş olmaqla, altı azərbaycanlı gənc ölüb - TƏFƏRRÜAT
Bu gün, 12:08
"Bu peşəkarlıq əlavələrinin verilməsindən sonra hasilatda HANSI CİDDİ ARTIM OLUB?" - Rövşən Nəcəfə HAQLI SUALLAR...
Bu gün, 12:07
Ter Timofey, 102-ci baza və Kremlin köhnə “Qarabağ oyunu” - NƏ BAŞ VERİR?
Bu gün, 11:56
Akif İslamzadə xəstəxanadan evə buraxılıb - AÇIQLAMA
Bu gün, 11:39
Sülh yolunda PAKİSTAN KÖRPÜSÜ... olduqca kövrəkdir... - İNCƏLƏMƏ
Bu gün, 11:36
“Normallaşma” İllüziyası - Ermənistan reallıq qarşısında, Azərbaycan oyunun qaydalarını yazır
Bu gün, 11:32
Rəna Soltanovanın klinikasında qəfil yoxlama - Yenə cərimələndi
Bu gün, 11:29
Səfərbərlik Xidmətində yenilik: bu rayon şöbələri birləşdirildi - YENİ RƏİS İSƏ...
Bu gün, 11:22
Nazirdən bu quruma yeni təyinat - ƏMR
Bu gün, 11:18
Azərbaycanın ən uğursuz siyasətçisi - Saffari yazır...
Bu gün, 11:14
Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb - ARAŞDIRMA
Bu gün, 11:03
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxdı, daha bir dələduzluğu ifşa edildi - İnam Kərimova MÜRACİƏT
Bu gün, 11:01
Müxalifət 300 min azərbaycanlının Ermənistana qayıtması haqda video-çarxa rekord məbləğdə pul xərclədi...
Bu gün, 10:55
AzTV Çingiz Əhmədova 15 min ödəyəcək - BUNA GÖRƏ...
Bu gün, 10:53
Ailə münaqişəsi zəminində qətl: qardaşına 32 bıçaq zərbəsi vurdu – MƏHKƏMƏ
Bu gün, 10:50
Etibar Əliyev Qərbi Azərbaycan İcmasını tərk edir - ƏZİZ ƏLƏKBƏRLİYƏ ETİRAZ
Bu gün, 10:46
“Qaçqınkom” Biləsuvardan “çıxa” bilmir: Bu dəfə 454 minlik “layihə” işə salınır - TƏFƏRRÜAT
Bu gün, 10:44
Məhkəmə Zelenskinin Ofisinin sabiq rəhbəri Yermakı 60 gün müddətinə həbs edib
Bu gün, 10:43
Naxçıvanda DUZ FIRILDAĞI: “Bunlardan nə desən çıxar...” - İTTİHAM VAR...
Bu gün, 10:41
Ekologiya nazirinin yeni birinci müavini kimdir? - DOSYE
Bu gün, 10:34
Şəriətmədari qonşu ölkəni “İranın 14-cü əyaləti” adlandırdı - KİV
Bu gün, 10:29
İcra başçısının 35 yaşlı müavini vəzifəsindən ayrılıb - ƏMR
Bu gün, 10:25
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub - BUNDAN SONRA...
Bu gün, 10:21
AYNA qədərində bu hakimiyyətə ikinci DAHA ÇOX ziyan vuran qurum yoxdur... - BU NƏDİ BELƏ?
Bu gün, 10:18
Kremldən İrəvana təhdid və: Ermənistanda "Ukrayna ssenarisi" - Formula sadədir
Bu gün, 10:10
Ərəb turistlərə xidmət göstərən taksi sürücüsü Bakıda silahla ƏLƏ KEÇDİ - TƏFƏRRÜAT
Bu gün, 10:06
Rusiya yenidən Qarabağı münaqişə vasitəsinə çevirməyə çalışır - Babayan
Bu gün, 10:01
Minimum əməkhaqqı nə zaman artırılacaq? - AÇIQLAMA
Bu gün, 09:59
"Referens" klinikasının direktoru arvadını niyə güllələyib? – İTTİHAM AKTI
Bu gün, 09:03
“Brent” neftinin qiyməti 106 dolları ötüb
Bu gün, 08:59
“Azəristiliktəchizat” ASC-nin sədri özünü niyə reklam etdirir ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:58
Yeznəsini həyətin bölünməsinə görə döyən şəxs amnistiyaya düşdü
Bu gün, 08:35
AB Rusiyadan qaz alışını rekord həddə çatdırıb - KİV
Bu gün, 08:32
Azərbaycanın “ikinci Xəzəri” təhlükə altında: - hissələrə ayrılacaq…
Bu gün, 08:31
Vasif Talıbovdan sonra GERİYƏ GEDƏN NAXÇIVAN... - "Bu pisliyi niyə etdiniz?.."
Bu gün, 08:27
Paşinyan bizə ona görə lazımdır ki... - AKTUAL
Bu gün, 07:54
Bir həkimdən DAHA ÖTƏSİ... - REAKSİYA
Bu gün, 07:49
Neçə gündür ki, içməli su küçəyə axıdılır... - ETİRAZ VAR!
Bu gün, 07:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru