“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata .....                     Kamal Abdulla qadınlarla bağlı cavabı haqda .....                     Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası .....                     SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu .....                     24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır .....                     Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? .....                     "Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir .....                     Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi .....                     "Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu .....                     Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı .....                     Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər .....                     Paşinyan Rusiyaya səfərdən imtina etdi .....                     Rusiya agentlərini İrəvana göndərib: .....                     Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq .....                     Azərbaycanda karantin rejimi belə ləğv olunacaq .....                     Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? .....                     Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... .....                     Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan .....                     “Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” .....                     “Azure Residence”də BÖYÜK QALMAQAL... .....                     Şöbədə mühəndis var, seçim başqa yerdən edilir .....                     Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum .....                     Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır .....                     Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib .....                     Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb .....                     "Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır" .....                     Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi .....                     DGK 190 min manata itlər üçün yem, .....                     Moskva-İrəvan qarşıdurması böyüyür .....                     Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi .....                     Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir .....                     "Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb .....                     MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? .....                     Tanınmış şair nazirdən nə xahiş edib? .....                     Plastik qabların satışına .....                     Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI .....                     “Sən bizə sağ lazımsan, Paşinyan...” .....                     Cənubi Qafqazda yeni və sərt reallıq: .....                     "Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..." .....                 

Hakimlər Lerik sakininin BAŞINA OYUN AÇDILAR... - Prezidentə müraciət olundu
Tarix: 20-07-2023, 15:21 | Çap et
Hakimlər Lerik sakininin BAŞINA OYUN AÇDILAR...
Lerik rayonu, Soru kənd sakini, şəhid qardaşı Cəfərov Toğrul Almas oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə və digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Bir vətəndaş olaraq məcburiyyət qarşısında qalıb bu şikayət ərizəsi ilə təkrar olaraq Sizin nəzərinizə çatdırıram ki, Lerik rayonunun Əliabad kəndində mənə məxsus xeyir-şər evindən 2019-cu ildə müxtəlif növ tikinti materialları və avadanlıqlar oğurlanmışdır. Mən bu barədə o zaman dərhal Lerik rayon Polis şöbəsinə və aidiyyatı orqanlara məlumat verərək, oğurluq edənlər haqqında tədbir görülüb mənə dəymiş ziyanın ödənilməsini xahiş etsəm də, uzun müddət keçməsinə baxmayaraq Lerik rayon məhkəməsi sədrinin, Şirvan Apellyasiya məhkəməsinin hakimi Elşad Əliyevin və şikayət etdiyim aidiyyəti hüquq mühafizə orqanlarının bəzi cavabdeh işçiləri ədalətli qərarlar qəbul etmək əvəzinə, öz maraqları naminə mənə qarşı qəsdən, qərəzli və sifarişli hərəkətlər etməklə müraciət etdiyim ərizələri, şikayətləri və vəsatətləri ört-basdır edib, cinayətkarların xeyrinə qərarlar verməklə bu günə kimi heç bir müsbət tədbir görülməyərək, süründürməçiliklərə məruz qalmışam.

Belə ki, Lerik rayonunun Əliabad kənd ərazisinin sahə rəisi mənə məxsus xeyir-şər evindən oğurluq faktını yerində araşdıraraq, rayon polis şöbəsinə adlar göstərməklə, onların haqqında cinayət işi açılmasından ötrü rəsmi məlumat vermişdir. Araşdırılmış materiallarda oğurluq edənlərin adları və ünvanları qeyd edilsə də, Polis şöbəsinin təhqiqatçısı, polis mayoru Nuriyev Teymur Ələskər oğlunun icraatında olmasına baxmayaraq, onun tərəfindən 13.09.2019-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və bu, təhqiqatçının araşdırma zamanı prosessual pozuntulara yol verdiyinə və onun nəticəsində maraqlı olduğuna əsaslı şübhələr yaratmışdır.

Eyni zamanda bildirirəm ki, mənim özəl obyektimdə baş vermiş oğurluğun istintaqına Lerik rayon Polis şöbəsinin müstəntiqi, baş leytenant Əsədbəyli Rasəd Əsəd oğlu tərəfindən 18.06.2022-ci ildə cinayət işi açılaraq, oğurluqda iştirak edən bəzi şəxslər cinayət işi materiallarında adları olmaqla 30.09.2022-ci və 12.12.2022-ci il tarixlərdə Azərbaycan Respublikasının CM-nin müvafiq maddələrinə əsasən oğurluq edənlər haqqında cinayət işi yekunlaşaraq məhkəməyə göndərilmişdir. Məhkəmə zamanı Lerik rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi Zeynal Abdullayev qanunsuz hərəkətlər edərək, 2 dəfə məhkəmə zalına gəlib təqsirləndirilən şəxslər Rufullayev Səfər Mübariz oğlu, Abbaszadə İmaməli Bayram oğlu, Hacıyev Baba Vüqar oğlunun necə ifadə vermələri barədə onları təlimatlandırıb və hakim onun bu qanunsuz hərəkətlərinə irad bildirmək əvəzinə, ona şərait yaradıb. Nəticədə, hakim bu cinayət işinə tələm-tələsik baxaraq mənim məhkəməyə təqdim etdiyim sübutlara, çıxışlarıma və mənə dəymiş külli miqdarda ziyanın ödənilməsinə məhəl qoymaraq, təqsirləndirilən şəxslər haqqında azadlıqdan məhrumetmə cəza tədbiri seçmək əvəzinə, 15.03.2023-cü il tarixdə hökm verərək onlara yüngül cəza verməklə azadlığa buraxıb.

Mən həmin hökmlə razılaşmayaraq, 30.03.2023-cü il tarixdə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına Apellyasiya şikayəti verdim. Məhkəmənin ilkin hazırlıq iclası o zaman 26.05.2023-cü il tarixə təyin edildiyindən, iş materialları hakim Elşad Əliyevin icraatında olmuşdur. Məhkəmə hazırlığı zamanı etibarnamə səlahiyyəti ilə qardaşım Cəfərov Bəkir Almas oğlu şəxsən iştirak edib, bu ciddi məsələ ilə bağlı geniş şəkildə çıxış edərək əlavə olaraq hakimə vəsatət təqdim etmişdir.

Hakim Elşad Əliyev növbəti məhkəmə prosesini 01.06.2023-cü il tarixə təyin etdiyi üçün həmin baxış məhkəməsində yenə də mənim səlahiyyətli nümayəndəm olan qardaşım iştirak edərək ətraflı çıxış etmiş və mənim Apellyasiya şikayətimi qanuni olaraq müdafiə etmişdir.

01.06.2023-cü il tarixdə baş tutan məhkəmə prosesində hökmdə adları qeyd olunan şəxslər ayrı-ayrılıqda çıxış edərək mənə borcları olduqlarını bir daha bildirsələr və bu ilin sentyabr ayına kimi borclarını ödəmələri barədə möhlət istəsələr də hakim Elşad Əliyev qurduğu neqativ səhnə ucbatından və əvvəlcədən təşkil etdiyi dövlət vəkillərinin çıxışlarına əsasən borcluları müdafiə etdirərək bu cinayət işini Lerik rayon məhkəməsinin sədri Atabəy Kiçibəyovun sifarişi ilə qərar qəbul etdirərək, həmin şəxslərin borclarını ödəməsinə imkan yaratmamış və onları məhkəmə zalından azad etdirmişdir.

“Hörmətli Prezident!

Məhkəmədə iştirak edən ittihmçı prokuror Hüseynov Elnar Əli oğlu hakim Elşad Əliyevin sədirlik etdiyi bu sifarişli və ədalətsiz məhkəmə prosesinə etirazını bildirərək Apellyasiya şikayətimdəki əsl həqiqətləri müdafiə etmiş, lakin hakim onun da çıxışlarına və iradlarına məhəl qoymayaraq özünə sərf edən qərar qəbul etmişdir.

Bu anda sual olunur ki, ittihamçı prokuror əgər hakimin apardığı prosesdən həqiqətən də narazı qalıbsa, bəs nə üçün onun bu qanunsuz hərəkətlərindən bu günə kimi yuxarı instansiyalara şikayət etməmişdir?! Deməli, bir daha məlum olur ki, əvvəlcədən bu qurulmuş oyun və məhkəmə prosesi həqiqətən də zərərçəkənin yox, Atabəy Kiçibəyovun və Elşad Əliyevin öz maraqlarını təmin etmişdir. Ona görə də bir haqqı tapdanılmış vətəndaş kimi hesab edirəm ki, onların hər biri haqqında ciddi tədbir görmək günün vacib tələblərindən biridir.

Azərbaycan Respublikası Cinayət Prosessual məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və hakim qanunu və vicdanın rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.

Bundan əlavə bildirirəm ki, mən Lerik rayon polis şöbəsinin təhqiqatçısı mayor Nuriyev Teymur Ələskər oğlunun apardığı birtərəfli, yarıtmaz təhqiqatın nəticələrindən və bu oğurluğun sifarişli qaydada ört-basdır olunduğundan narazı qalaraq Lerik rayon məhkəməsinə şikayət edərək təhqiqatçının cinayət işinin başlanmasının ləğv edilməsi barədə 13.09.2019-cu il tarixli qərarının ləğv edilməsindən ötrü şikayət etmişdim.

Lerik rayon məhkəməsində mənim şikayətimə əsasən 18.04.2023-cü il tarixdə məhkəmə iclası keçirildi və mənim şikayətim qərəzli və ədalətsiz qərar verilməklə təmin edilmədi. Hakim Atabəy Kiçibəyov məhkəmə zalında qərarı elan edən zaman bildirdi ki, qərarı alandan 10 gün müddətinə Lerik rayon məhkəməsi vasitəsilə Apellyasiya şikayəti verilə bilər.

Mən hakimdən xahiş etdim ki, rayona hər an gedib gələ bilmədiyimə görə gözləyim bu gün qərarı mənə verin. Hakim mənə bildirdi ki, “narahat olmağa heç bir ehtiyac duyulmur, özümüz qərarı qısa müddətdə poçt vasitəsi ilə sənin ünvanına göndərəcəyik”.

Qeyd edim ki, 27.04.2023-cü il tarixdə qonşu Əliabad kənd poçt şöbəsindən mənə zəng edilərək bildirdilər ki, sənə Lerik rayon məhkəməsindən xəbərnaməli zərf göndəriblər. Mən həmin tarixdə dərhal poçta gedib məhkəmənin mənə göndərdiyi zərfi alaraq xəbərnamənin arxasında mənə aid olan hissəsinə elə 27.04.2023-cü il tarixi qeyd edərək imza etdim.

Mən məhkəmənin zərfini imza edib alan kimi qərarı oxuyub tanış oldum və hakimin qəbul etdiyi qərarın 4-cü səhifəsində “qərara aldım” hissəsində məhkəmə zalında qərarı alandan 10 gün müddətində Apellyasiya şikayəti verilməsini elan etməsinə baxmayaraq 3 (üç) gün müddət yazıb və məni aldadaraq müddət ötsün deyə Apellyasiya şikayəti verməyimin qarşısını alıb.

Bir daha qeyd edirəm ki, hakimin bu əsassız, çaşdırıcı, ədalətsiz və qərəzli hərəkətlərinə baxmayaraq mən onun göndərdiyi xəbərnaməli zərfi 27.04.2023-cü il tarixdə alan kimi müddət ötürmədən elə həmin gün Lerik rayon məhkəməsi vasitəsi ilə Apellyasiya şikayəti verdim (imza etdiyim sənədlər və qəbzlər buna sübutdur).

Hakim Atabəy Kiçibəyov mənim 27.04.2023-cü il tarixdə şəxsən imza edib aldığım və həmin gün müddət ötürmədən Apellyasiya şikayətimi 02.05.2023-cü il tarixli 6 (048)-01/2023 nömrəli qərarla heç bir əsas olmadan guya mən müddət ötürdüyüm üçün geri qaytarıb. Mən imza edib aldığım sənədlərə və qəbzlərə əsasən qanun çərçivəsində tam doğru və düzgün müraciətlər etmişəm və heç bir müddət ötürməmişəm. Hakim şəxsən özü haqlı vətəndaşa qarşı qanunların

aliliyinə hörmət etməyərək mənə süni maneələr yaratmaqla məşğuldur ki, mən gələcəkdə haqqımı tələb etməkdən məhrum olum.

Lerik rayon məhkəməsinin 02.05.2023-cü il tarixli qərarını mən 22.05.2023-cü il tarixdə məhkəmənin inzibati binasında şəxsən imza edib alan kimi rayon məhkəməsi vasitəsi ilə 23.05.2023-cü il tarixdə Apellyasiya Şikayəti vermişəm, lakin Atabəy Kiçibəyov şikayətimi qəsdən ört-bastır edib bu günə kimi Apellyasiyaya göndərmir.

Hörmətli Prezident!

Sizin rəhbərliyinizlə keçirdiyiniz müşavirələrdə dövlət məmurlarına və qulluqçularına dəfələrlə tapşırıq vermisiniz ki, vətəndaşları qəbul edərkən onları yüksək səviyyədə dinləyin və müraciətlərinə müsbət reaksiya verin ki, onlar inciməsinlər. Əfsuslar olsun ki, adları qeyd olunan məhkəmə hakimləri və polis işçiləri Sizin uğurlu siyasətinizə kölgə salmaqla mən şəhid qardaşına məxsus olan xeyir-şər evindən oğurluq edən xeyli sayda insanın polis, məhkəmə və aidiyyatı orqanlarda adları bəlli olan və bəzilərinin haqqında cinayət işi açılan şəxslər məlum səbəblərdən ədalətsiz və qanunlara zidd olan məhkəmə qərarı və hökümü ilə azadlıqda gəzirlər. Mənim haqlı müraciətlərim müəyyən bəhanələrlə və qərəzli şəkildə ört-basdır edilməklə çalışırlar ki, bu ciddi məsələ ört-basdır olunsun. Və elə də edirlər ki, müraciətlərimə baxıb müsbət cavab verən yoxdur.

Mən isə əlbəttə ki, müstəqil Azərbaycanımızın qanunlarına və Sizə arxayın olaraq çalışacağam ki, sona qədər haqqımı tələb edim. Ona görə də məcburiyyət qarşısında qalaraq qərara gəldim ki, mənə köməklik məqsədilə Sizə və aidiyyəti qurumların rəhbərlərinə təkrar olaraq rəsmi müraciət edim ki, adları “dövlət qulluqçuları” olan, əməlləri ilə həqiqəti əks etdirməyən həmin şəxslər haqqında ciddi tədbir görülsün.

Mən Şirvan Apellyasiya məhkəməsinin hakimi Elşad Əliyevin qanunsuz, ədalətsiz və sifarişli qaydada tələm-tələsik qəbul etdiyi hökmdən 20.06.2023-cü il tarixdə Ali Məhkəməyə kassasiya şikayəti vermişəm və ümüdvaram ki, Ali məhkəmənin sədri cənab İnam Kərimov mənim bu şikayət ərizəmi nəzarətdə saxlamaqla ədalətli məhkəmə prosesinin keçirilməsinə göstəriş verəcəkdir.

Hörmətli Prezidentim!

Sizdən xahiş edirəm ki, 0ərizədə qeyd etdiyim faktlara əsasən Ali məhkəmədə ədalətli və qərəzsiz qərar qəbul edilməsinə köməklik etməklə mənə süni manelər yaradan məhkəmə və bəzi orqan işçiləri haqqında ciddi tədbir görülməsinə göstəriş verəsiniz.

Öncədən Sizə öz Təşəkkürümü bildirirəm”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azərkosmos” İsraildə evləri icarəyə götürüb: 1 milyon manata - TƏFƏRRÜAT
Bu gün, 16:08
Kamal Abdulla qadınlarla bağlı cavabı haqda - Açıqlama yaydı
Bu gün, 16:07
Ramiz Mehdiyevin kürəkəni və nəvəsinin “040” sevdası - FOTOLAR
Bu gün, 16:04
SOCAR-ın Rusiyada nə qədər qazandığı məlum oldu - DETALLAR
Bu gün, 15:43
24 yaşlı azərbaycanlı Məryəm Novruzi dünyanın ən məşhur şirkətlərindən birində yeni vəzifəyə başlayır
Bu gün, 15:36
Ukrayna ağdamlı kriminal avtoriteti niyə qəbul etmir? - TƏFƏRRÜAT
Bu gün, 15:34
"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir - FOTO
Bu gün, 15:28
Vüsal Nəsirli onu Səftər İsmayılovun yerinə təyin etdi - BUNDAN SONRA...
Bu gün, 15:17
"Araz" supermarketlər şəbəkəsi "Best Managed Companies Azerbaijan 2026" müsabiqəsinin qalibi oldu - FOTO
Bu gün, 15:15
Qonşusunu daşla vurub öldürən şəxslə bağlı qərar açıqlandı - TƏFƏRRÜAT
Bu gün, 15:12
Ermənistan Avrasiya Birliyindən çıxarıla bilər - AÇIQLAMA
Bu gün, 14:55
Paşinyan Rusiyaya səfərdən imtina etdi - KİV
Bu gün, 14:49
Rusiya agentlərini İrəvana göndərib: - Seçkiqabağı qalmaqal
Bu gün, 14:47
Hantavirus geniş yayılsa böyük sayda ölüm halları olacaq - Professordan XƏBƏRDARLIQ
Bu gün, 14:43
Azərbaycanda karantin rejimi belə ləğv olunacaq - DETALLAR
Bu gün, 14:31
Gürcüstana qatarla gedərkən 81 manatdan əlavə məcburi xərclərimiz olacaq? - AÇIQLAMA
Bu gün, 14:29
Mingəçevirdə ikinci qrup əlili öz işindən çıxarıb başqa şəhərə işə göndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 14:16
Dünyanın ən böyük və qədim xəritəsində Azərbaycan - FOTO
Bu gün, 14:04
“Alim Qasımovu “Avroviziya”ya göndərmək düzgün deyil” – Faiq Sücəddinovdan sərt mesaj
Bu gün, 14:00
“Azure Residence”də BÖYÜK QALMAQAL... - İLGİNC FAKTLAR...
Bu gün, 13:58
Şöbədə mühəndis var, seçim başqa yerdən edilir — kadr siyasəti, yoxsa formal seçim?!
Bu gün, 13:48
Əvvəllər ailə büdcəsi var idi, indi "sənin", "mənim" pulum - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 13:01
Köçəryan Paşinyana qarşı “ən yaxşı” bacardığı üsulu işə salır - Görünəni odur ki...
Bu gün, 12:57
Ermənistan-Türkiyə Komissiyasının ilk iclası keçirilib
Bu gün, 12:55
Cənubi Qafqaza qayıtmaq, yoxsa GUAM-ı dirçəltmək? - AKTUAL
Bu gün, 12:36
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvan uçuşlarını yenidən təxirə salıb - DİQQƏT
Bu gün, 12:33
"Efirlərdə toy operatorlarıdır, gəlib ağzının içinə girir, nə gündə çəkirlər, biabırçılıqdır"
Bu gün, 12:10
Rüşvətə görə həbs edilən məmurlar kassasiya şikayəti verdi
Bu gün, 12:08
DGK 190 min manata itlər üçün yem, xalta və yemək qabı alır
Bu gün, 12:05
Moskva-İrəvan qarşıdurması böyüyür - Mirzoyan Şoyquya cavab verdi
Bu gün, 12:03
Rusiya Paşinyanla bağlı iddianı təkzib etdi - KİV
Bu gün, 11:55
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir - MƏQALƏ
Bu gün, 11:49
"Meqa Sığorta”nın xalis mənfəəti kəskin azalıb
Bu gün, 11:46
MİDA-nın Saraydakı 88 milyon manatlıq tenderlərini kimlər udub? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Bu gün, 11:45
Tanınmış şair nazirdən nə xahiş edib? - “Xeyli müzakirə aparmışıq”
Bu gün, 11:40
Plastik qabların satışına QADAĞA GƏLİR?
Bu gün, 11:38
Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:36
“Sən bizə sağ lazımsan, Paşinyan...” -İrəvan qarışır
Bu gün, 11:34
Cənubi Qafqazda yeni və sərt reallıq: - erməni revanşizminin əbədi dəfni
Bu gün, 11:33
"Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..." - MÜRACİƏT!
Bu gün, 11:24
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -...ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri/FOTOFAKT
Bu gün, 11:21
"Birlik kimdir ki, nazirliyin xəbəri olmadan qiymətləri qaldırır?" - ŞƏRURDA NARAZILIQ!
Bu gün, 11:10
Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır - İNCƏLƏMƏ
Bu gün, 11:06
Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:03
Fərid Əhmədov onu rəis təyin etdi - Foto
Bu gün, 11:00
"Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." - ETİRAZ VAR...
Bu gün, 10:52
Ermənilər ruslardan niyə döndü? - Ruslar ermənilərdən nə istəyir?
Bu gün, 10:36
“İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” - Xalq artistindən İTTİHAM
Bu gün, 10:14
2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? - NARAZILIQ VAR...
Bu gün, 10:11
Təhsil eksperti ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru