DİA.AZ: - Dünən Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə vəhabilərə və nurçulara qarşı üsyan püskürəndən sonra, QMİ sədri rəsmən hədəfə çevrilib. Artıq bu qəbildən olan onlarla məlumat DİA.AZ-ın elektron ünvanına daxil olmaqdadır ki, dünən onlardan bəzilərini diqqətinizə təqdim etdik.
Təbii ki, burada bizlər də “ŞEYXDƏN YAZAN” bu mənbələrin əslində QMİ sədrini hücum hədəfinə çevirmələrinin əsl nədənlərini yaxşı bilirik. Onlar öz aləmlərində piratsayağı da olsa, cavab haqqlarından istifadə edirlər. Bis isə Şeyxə ünvanlanan təhqirləri bir kənara qoyub, yalnız bəzi məqamları diqqətinizə təqdim edirik:
“Sumqayıtın Cümə məscidində baş verənlər islam dini adına başucalıq gətirmir. Şəhərin Cümə məsciddinin axundu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin yaxın qohumu olan Hacı Rauf Sərdarov öz ampulasındadır.
Sumqayıt şəhər sakinlərindən daxil olan məlumatlarada bildirlir ki, Hacı Rauf Sərdarovun Cümə məsciddində yaratdığı ab-hava və ölüsünü yumağa gətirən vətəndaşları boğaza yığıb. Bir sözlə məsciddə Hacı Raufun molla dəstəsi ölüsünü yumağa gətirən insanların qabaqlarını kəsərək pul dilənməklə məşğuldurlar. Hətta vəziyyət o həddə çatıb ki, Sumqayıtın Cümə məscidində ölü yumqadan tutmuş yas mərasimini idarə etmək üçün mollalar arsında ara-sıra əlbəyaxa davalar da düşür. Nəticədə ölü yaddan çıxıb mübahisələri və bu biabırçılığa son qoymaq üçün mərhumun sahibi məcbur qalıb mollaları razı salmalı olur.
İndi isə sözü gedən məsciddə vətəndaşların başına açılan oyundan danışaq. Adətən burda mərhumu yumaq üçün rəsmi rüsum 42 manat olsa da nədənsə kassaya 75 manat ödəməli olursan. Görünür ölkədə baş verən bahalaşma prosesi Hacı Rauf Sərdarovun da məsciddinə sirayət edib. Əsl biabırçılıq isə rəhmətlik yuyulub tabuta qoyulandan sonra başlayır. Bu zaman məscidin işçiləri əsgər taboru kimi sıraya düzülür - qüsul verən, su tökən, mafə verən, kəfən verən və sair. Orta hesabla da hər birinə 10-15 manat civarında pul istənilir.
İndi, gələk əsas məsələyə.Yəni Cümə məsciddə mərasim xidmətlərinin təşkilinə. Qeyd edək ki,məsciddə mərasim xidmətlərinin təşkili, mərhumların xüsusi maşınlarda daşınması, çadır və restoran kirayəsinin başında Hacı Rauf Sərdarov durur. Məscidin qarşısında duran qara “Hundai” markalı avtomobillər hacıya məxsusdur. Bu maşınlar güclü kondisionerlərlə təchiz olunub və meyit daşımaq üçün nəzərdə tutulub. Ancaq vətəndaşlara bu avtomobilləri kirayələmək çox baha başa gəlir. Beləki, məsafədən asılı olaraq meyitin daşınması qohumlarına 150-200 manata başa gəlir.
Çadırlara gəldikdə ən sadə çadırların kirayəsi 1500 manatdır. Günü 2500 - 5000 manata olan çadırlar da var. Lakin Hacı Rauf Sərdarova əsil qazanc gətirən VİP çadırlar və Sumqayıt şəhərində fəaliyyət göstərən bəzi restoranlardır.
Hacı Raufun VİP çadırına girəndə hara gəldiyini unudursan. Sankı "XAN" sarayına daxil olduğunu zənn edirsən. Yağış, dolu bu çadıra təsir etmir. Çadıra döşəmə vurulur, üstünə qızıl suyuna çəkilmiş örtük salınır. İçinə fəsilə uyğun olaraq bir neçə kondisioner quraşdırılır. Pərdələr, süfrələr dəbə uyğun olaraq seçilir. Hətta səyyar ayaqyolu belə quraşdırılır. Belə çadırın kirayəsi ofisiantlı, yemək içməyin də təşkili nəzərə alınmaqla, 3-40 mərasimi də daxil olmaqla ən azı 15 min manatdır. Şəhərdə kirayə tutulan restoranların çadırdan fərqini isə Hacı Rauf Sərdarov unikal vasitə tapıb. Təmtəraqlı restoran mərasimində video kameralardan tutmuş kabab texnoloqiyasına qədər istifadə olunur. Bircə məclisdə alkoqollu içki və musiqi çatışmır ki, mərasim toydan fərqlənməsin. Bunun qiyməti isə 3-40 mərasimi daxil olmaqla 25 min manata başa gəlir.
Bəli, göründüyü kimi bu iri məbləğdi. Bəzi şadlıq evləri bu mənada Hacı Rauf Sərdarova həsəd apara bilərlər. Şadlıq evlərindən fərqli olaraq möhtərəm hacı dövlətə vergi ödəmir və təmiz qazanc əldə edir. Süfrəni təamlarla bəzəməyi isə Hacı Rauf restoranlardan da yaxşı bacarır. Menyuda hər cürə təamlar olur. Əgər aş qazanı, plov müştərini təmin etmirsə, yas süfrəsinə toyuq, balıq ləvəngisi və yaxud da lülə, tikə, qaban asotirin balığının kababını sifariş etmək olar. Qaban və asotirin balığına gəlincə bunların müqəddəs Qurani Kərimdə haram buyurduğunu görünür Hacı Rauf Sərdarov unudub. Hətta məclislərin birində Hacı Rauf bəyan edib ki, artıq qaban əti və asotirin balığı halal sayıla bilər. Çünki Hacı Rauf Sərdarovun dili ilə desək artıq bu barədə dünyada tanınmış müştəhidlərin fətvaları var”.








