Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək .....                     Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb .....                     SKSP-nın rezidentinə yeni direktor gəlib .....                     İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... .....                     “TuranBank”da yeni təyinat .....                     Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb .....                     Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR .....                     Ruslar erməni güllərini TANIDILAR... .....                     Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı .....                     Quzu əti bahalaşıb: .....                     Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır .....                     Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi .....                     Evdən dişədək kredit: .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” .....                     Bu film Azərbaycana .....                     Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar .....                     Müştəridən “Kontakt Home”a ETİRAZ .....                     Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi .....                     Nəriman Həsənzadənin vəziyyəti ağırdır .....                     Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? .....                     Zakir Quliyevdən şübhəli anlaşma .....                     ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var .....                     Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? .....                     "Toylara o dəbi ilk dəfə mən gətirdim" .....                     Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi .....                     Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı .....                     İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? .....                     "Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” .....                     SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib .....                     Rusiyanın gələcəyi və dünya nizamı haqqında: .....                     “Biz İran üzərində güclü bir qələbə qazanırıq” .....                     Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb .....                     Azərbaycan neftinin qiyməti 88 dolları ötüb .....                     Rusiya bazarı Ermənistan üçün bağlanır .....                     Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı .....                     "Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb .....                     “ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... .....                     Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib .....                     Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı .....                 

Təhsil Nazirliyindən görünməmiş xərc – Bir mühafizəçiyə ildə 50 min manat
Tarix: 18-04-2022, 11:00 | Çap et
Təhsil Nazirliyindən görünməmiş xərc
Məktəbdənkənar təhsilin uşaq və gənclərin fərdi inkişafında, maraq dairələrinin genişləndirilməsində mühüm rol oynadığı bir çoxumuza bəllidir. Elə ona görə də uşaqlarımızın fərdi inkişafı naminə dövlət tərəfindən bu məqsədlərlə yaradılmış yaradıçılıq mərkəzlərinə üz tuturuq. Belə mərkəzlər məktəbdənkənar tərbiyə müəssisəsi kimi paytaxtdan əlavə regionlarda da uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli və faydalı təşkil etmələri üçün fəaliyyət göstərir. Müəllim kollektivinin isə əsas vəzifəsi dərin və hərtərəfli biliyə, bacarığa, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik olan və onu daim inkişaf etdirən, müstəqil və yaradıcı düşünən, yüksək əxlaqi və mənəvi keyfiyyətli insan yetişdirməkdir.

İnsafən qeyd etməliyik ki, son illər bu tip yaradıcılıq mərkəzlərinin inkişaf etdirilməsi dövlətimizin diqqət mərkəzində olan məsələlərdəndir. Bu mərkəzlərə dövlət tərəfindən hər il külli miqdarda vəsait ayrılır. Amma bu dövlət vəsaitləri uşaq və yeniyetmələrin gələcəyinə xərclənirmi?

Təhsil Nazirliyinə tabeli Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin fəaliyyətində bu bir az şübhələr döğurur. Belə ki, sözügedən mərkəz tərəfindən 2020-2021-ci illərdə elan olunmuş, lakin nəticələrinin ictimaiyyətdən gizlədildiyi şübhəsi doğuran kotirovka sorğuları həyata keçirilmişdir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə elan olunmuş kotirovka sorğuları bunlardır.

İstehlakyönlü müxtəlif xidmətlər (keçiriləcək müxtəlif tədbirlərdə lazım olan mallar və xidmətlər) üzrə 21.05.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Mühafizə xidməti üzrə 04.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin Tender Komissiyası dövlət əhmiyyətli tədbirlərin təşkili ilə əlaqədar müxtəlif malların və xidmətlərin satın alınmasını, dəftərxana və təsərrüfat mallarının alınmasını 2020-2021-ci illər üçün satınalma planlarına daxil etmiş, lakin bu kotirovka sorğularının keçirilməsi və nəticələri barədə məlumatları ictimaiyyətə açıqlamamaşdır.

Mühafizə xidməti üzrə 05.11.2019-ci il tarixdə elan olunmuş kotirovka sorğusunda isə “Alov Mühafizə” MMC-nin 9 saylı Fililalı ilə 49 800 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat satınalmaların vahid internet portalına 16.01.2020-ci il tarixdə yerləşdirilmişdir. Lakin birbaşa bağlanılmış bu müqavilədə Yaradıcılıq Mərkəzinin neçə nəfər tərəfindən mühafizə olunacağı bəlli olmur ki, bu da ayrılmış vəsaitin şişirdildiyini deməyə əsas verir.

Bunun şişirdildiyi nədən bəlli olur? Əvvəla, qeyd etdiyimiz kimi Yaradıcılıq Mərkəzinin neçə nəfər tərəfindən mühafizə olunacağı açıq göstərilmir. Amma bizim əldə etdiyimiz məlumata görə mərkəzi bir nəfər tərəfindən, səhər saatlarından başlayaraq axşama qədər mühafizə edilir. Həftənin bir günü isə istirahət günüdür. Gecə saatlarında Yaradıcılıq Mərkəzinin qapıları bağlı olur. Mərkəzdə kamera və siqnalizasiya sisteminin quraşdırıldığını da istisna etmirik. Özəl mühafizə sahəsində çalışanlardan əldə etdiyimiz məlumatlara ayda ən yaxşı halda 500-600 manat məbləğində maaş alırlar. “Alov Mühafizə” MMC isə hər mühafizəçiyə ayda 400-450 manat civarında maaş verir. Daha əvvəlki illərdə isə “Alov Mühafizə” MMC-nin mühafizəçilərə verdiyi maaş 300-350 manat olub. Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin mühafizəsi üçün “Alov Mühafizə” MMC bağladığı 50 min manat civarında olan müqavilədən belə çıxır ki, MMC mühafizəçiyə ayda 4 150 manat manat maaş verib. Yaradaıcılıq Mərkəzinin 2, hətta 3 nəfər tərəfindən də mühafizə olunmasına ayrılmış vəsait çoxdur. Burada təbii ki, MMC-nin bir sıra xərclərini də nəzərə almaq lazımdır. Amma özəl mühafizə sahəsində çalışmış şəxslərdən aldığımız məlumata görə “Alov Mühafizə” MMC mühafizəçi işinə qəbul etdiyi hər kəsdən ilkin olaraq geyim pulu adı ilə 300 manat alır. Əgər geyim pulunu mühafizəçi özü verirsə daha hansı xərc qalır? Gün ərzində 3 dəfə qidalanmasını və geyim pulunu da bu xərcin içinə daxil etsək, bir mühafizəçi xidmətinə il ərzində 50 min manat vəsait ayırmaq Təhsil Nazirliyi üçün qat-qat çox deyilmi? Bu, bu günə qədər görünməmiş bir korrupsiya halı deyilmi?

Burada bir nüans da var. İddia oluna bilər ki, kotirovka sorğusu 2019-cu ilin sonunda elan olunub, 2020-ci ilin yanvarında satınalma müqaviləsi bağlanılıb. Bu Ceyhun Bayramovun Təhsil naziri olduğu dövrlərə təsadüf edir. Amma fakt-faktlığında qalır. Dövlət satınalmalarının vahid internet portalında 49 800 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı göstərilir. Müqaviləni “Alov Mühafizə” MMC-nin 9 saylı Fililalı ilə kimin, Təhsil Nazirliyinin yoxsa sözügedən nazirliyə tabeli Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi tərəfindən bağlanıldığı bəlli deyil. Digər tərəfdən, yeni nazır Emin Əmrullayevin dövründə bağlanan müqavilələrdən isə ümumiyyətlə məlumat yoxdu. çünki, Yaradıcılıq Mərkəzi 04.11.2020-ci il tarixdə 2021-ci il üçün mühafizə xidmətinin satınalması üzrə kotirovka sorğusunun keçirilməsini elan etmiş, lakin nəticələri barədə dövlət satınalmalarının vahid internet portalına heç bir məlumat yerləşdirməmişdir. O cümlədən də 2022-ci il üçün. Bu isə o deməkdir ki, Təhsil Nazirliyi ya tebeliyində olan qurumlara nəzarət edə bilmir, ya da elan olunmuş və keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməsinin, habelə satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsinə yol açan ciddi qanun pozuntularının başında durur.

Qeyd etdiyimiz kimi, Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi Tender Komissiyası yalnız yuxarıda göstərilən tarixlərdə iki kotirovka sorğularının keçirilməsi barədə elan versə də, satınalma planlarına daxil edilmiş digər kotirovka sorğuları barədə məlumatları gizlətmiş, keçirilmiş kotirovka sorğularının nəticələri, habelə müqavilələrin bağlanması barədə heç bir məlumat açıqlamamış, ayrılan vəsaitlər barədə məlumatları gizlətmişdir. Yuxarıda qeyd etdiyimiz elanlardan da görsəndiyi kimi Mərkəz tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 10-cu maddələrinin aşagıdakı tələbləri kobud şəkildə pozulmuşdur.

Göstərdiklərimiz şübhəli məqamlara aydınlıq gətirmək məqsədi ilə Yaradıcılıq Mərkəzinin e-mail adresinə ünvanladığımız sorğuya cavab olaraq bildirdilər ki, mövzu ilə bağlı Təhsil Nazirliyinin Mətbuat Xidmətinə müraciət edək. Əminik ki, Nazirliyin Mətbuat Xidməti bu göstərilənlərə aydınlıq gətirəcək.
Aktualinfo.org








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək
Bu gün, 15:15
Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb
Bu gün, 15:11
SKSP-nın rezidentinə yeni direktor gəlib - ƏMR
Bu gün, 15:07
İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... - Əziyyət çəkən isə sakinlərdir...
Bu gün, 14:57
“TuranBank”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 14:54
Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb
Bu gün, 14:47
Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR – Məclisdəki faciənin məsuliyyətini kim daşıyır?
Bu gün, 14:41
Ruslar erməni güllərini TANIDILAR... - FIRILDAQ baş tutmadı...
Bu gün, 14:36
Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı MARAQLI DETALLAR
Bu gün, 13:38
Quzu əti bahalaşıb: - Qiymətlər 25 manata çatır
Bu gün, 13:28
Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Bu gün, 13:02
Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi - BUNDAN SONRA...
Bu gün, 12:50
Evdən dişədək kredit: - Alıcı və satıcı üçün riskli gələcək
Bu gün, 12:48
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:43
“Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” - AKTUAL
Bu gün, 12:33
Bu film Azərbaycana milyardlar QAZANDIRA bilər
Bu gün, 12:31
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar - "Tomoqrafiya bazarı"ndan tutmuş "ailə podratı"na qədər...
Bu gün, 12:24
Müştəridən “Kontakt Home”a ETİRAZ - “Qızıl zəmanətlə məhsul almışam, amma…”
Bu gün, 12:20
Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi - GÖRÜNƏNİ ODUR Kİ...
Bu gün, 12:07
Nəriman Həsənzadənin vəziyyəti ağırdır
Bu gün, 12:01
Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? - Naxçıvanda kadr islahatları, yoxsa kadrsız idarəçilik…
Bu gün, 11:55
Zakir Quliyevdən şübhəli anlaşma – Müqavilə Əfəndi İsmiyevin hansı şirkəti ilə bağlanır
Bu gün, 11:36
ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var - İran Səhiyyə Nazirliyi
Bu gün, 11:22
Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? - GƏLİŞMƏ
Bu gün, 11:19
"Toylara o dəbi ilk dəfə mən gətirdim" - Mətanət İsgəndərli
Bu gün, 11:06
Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi - MƏHKƏMƏ
Bu gün, 10:57
Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı - "...mənim üçün çətin idi"
Bu gün, 10:51
İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? - İLGİNC
Bu gün, 10:45
"Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” - TƏFƏRRÜAT
Bu gün, 10:36
SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib
Bu gün, 10:35
Rusiyanın gələcəyi və dünya nizamı haqqında: -“Bu, ən vacib sualdır”
Bu gün, 10:18
“Biz İran üzərində güclü bir qələbə qazanırıq”
Bu gün, 10:16
Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb
Bu gün, 10:12
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Bu gün, 10:03
Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
Bu gün, 09:58
Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı – MƏHKƏMƏ
Bu gün, 09:53
"Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb - "TRT Haber"
Bu gün, 09:43
“ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - NARAZILIQ VAR...
Bu gün, 09:24
Çin Amerikanın 220 milyon seçicisinin məlumatlarına giriş əldə edib - Tramp belə deyir...
Bu gün, 08:36
Zərdabi ənənələrini qoruyan Azərbaycan mətbuatı - İsrafil Kərimovun yazısı
Bu gün, 08:15
Milli Azərbaycan mətbuatının yaranması və inkişafı - MƏQALƏ
Bu gün, 08:14
Azərbaycan yeni hərbi-sənaye ittifaqı qurur - GƏLİŞMƏ
Bu gün, 08:08
Tıxaclar şairimizi də yorub... - FOTO
Bu gün, 08:05
"Artıq ikinci dəfədir ki.." - GİLEY
Bu gün, 07:52
Bizim əlimiz çoxdan QƏLƏM TUTUR... - BU BİZİK...
Bu gün, 07:41
Argentinanın qarşısına “Tiki-Taka” çıxacaq, YOXSA... “Furia Roja"?
Bu gün, 07:36
Husilər İranın xahişinə "HƏ" dedilər - "Reuters"
Bu gün, 07:26
"Dərsdənkənar məşğələlərin adı var, özü yoxdur..." - BURA ƏSL BAZARDIR!
Bu gün, 07:22
Qida təhlükəsizliyimiz BU ADAMA ƏMANƏTDİR... - MALƏSƏF...
Bu gün, 07:15
Maşın almaq istəyənlər oxusun: Bu avtomobillər bahalaşacaq - ARAŞDIRMA
Bu gün, 07:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru