"Azercell" Ukraynaya pulsuz zənglərin müddətini yenidən uzadıb
Tarix: 9-03-2022, 15:25 |
Çap et
DİA.AZ: - Ukraynadakı hərbi vəziyyətlə əlaqədar "Azercell" abunəçiləri üçün Azərbaycan-Ukrayna istiqamətində edilən ödənişsiz telefon zənglərinin müddəti 26 mart saat 23:59-dək uzadılıb.
DİA.AZ xəbər verir ki, zənglərin maksimum müddəti 3 dəqiqə təşkil edir.
Qeyd edək ki, operator tərəfindən bu xidmətin göstərilməsi ilkin olaraq fevral ayının 27-dən mart ayının 2-dək nəzərdə tutulsa da, daha sonra bu müddət martın 6-sı və 8-dək uzadıldı.