“Şəxsiyyət vəsiqəmizdə Samux rayonu yazılıb, amma qaz çəkdirmək üçün Şəmkirə yönləndirirlər” - GİLEY
Tarix: 26-01-2021, 16:34 | Çap et
 “Bura “Kür nasosnu” da deyilir, “Alüminium-stroy” da. Şəxsiyyət vəsiqəmizdə qeydiyyat yerimiz Samux rayonu göstərilib. Ancaq Samuxun icra hakimiyyəti bizi Şəmkirə, Şəmkirin icra hakimiyyəti isə Samuxa göndərir… Qalmışıq iki rayonun eyni adlı qurumunun arasında. O deyir, qazı bu çəkməlidir”, bu deyir, mənlik deyil, o çəkməlidir”. DİA.AZ bildirir ki, bunu Samux rayonu, Yenikənd kəndi yaxınlığında yaşayan bir qrup sakin deyir.
Bu ərazidə əvvəllər Gəncədəki Alüminium Zavoduna su ötürən nasosxana yerləşirmiş. Nasosxananın işçiləri də elə orada onlar üçün tikilmiş evlərdə yaşayırmış. 7-8 il əvvəl nasosxana fəaliyyətini dayandırsa da, keçmiş işçilər həmin evlərdə yaşamağa davam edib. Ancaq təxminən 25 ailənin yaşadığı yerdə nə qaz, nə də su var.
Ərazidə yaşayan sakin Asim Nəbiyev danışır: “Qaraağaclı qəsəbəsidir, Yenikənddir, Köbər kəndidir və daha bir neçə kənddir… Ana xətt bizim evlərin yaxınlığından keçib həmin kəndlərə uzanır, o kəndlərdə insanlar mavi yanacaqdan istifadə edə bilir, ancaq biz soyuqdan əsə-əsə gözümüzü dikmişik yaxınlıqdan keçib gedən qaz xətlərinə…”
Sakinlər dəfələrlə Samux Rayon İcra Hakimiyyətinə gediblər, onlara bildirilib ki, ərazi Şəmkirin ərazisinə düşdüyü üçün qaz xəttinin çəkilişi ilə də həmin rayonun aidiyyəti qurumları məşğul olmalıdır. İkinci Qarabağ Müharibəsi qazisi Arzu Səfərovun sözlərinə görə, eyni sözü Şəmkir Rayon İcra Hakimiyyətindən də eşidirlər: “Gedirik Şəmkirin icra hakimiyyətinə, orda da deyirlər, bir açın şəxsiyyət vəsiqənizə baxın, görün, yaşayış qeydiyyatınız hansı rayonun ərazisinə düşür… Əslində düz deyirlər, sənədlərimizdə yaşayış qeydiyyatı olaraq Samux rayonu göstərilib. Problemi də Samuxun aidiyyəti qurumları həll etməlidir. Meşədən odun qıranda Samux polisi gəlir, işıqpulunu Samuxun işıq idarəsi yığır, bütün işlərimiz Samuxladır, ancaq qaz çəkmək gələndə deyirlər, Şəmkirə gedin”.
Meşədən, odundan, cərimədən söz düşmüşkən, burada yaşayanlar qış gələndə istiliyi odun hesabına təmin etməli olurlar. Ancaq odunu əldə etməyin də başqa çətinlikləri var.
“Bir tərəfimiz Kürdür, bir tərəfimiz meşə… Meşəyə girən kimi bir tərəfdən meşəbəyi, bir tərəfdən polis, bir tərəfdən rayonun ekologiya şöbəsi başının üstünü kəsdirir. Cərimələnib çıxırsan… Gəlirsən evə, bilmirsən nə edəsən, uşaqlar, qocalar soyuqdan donur, adam üzlərinə baxa bilmir. Qoşursan elektrik qızdırıcını, elə 4-5 qonşu qoşanda, qısaqapanma baş verir, elektrik xətləri alışır. Bundan başqa, elektrik cihazlarından istifadə edəndə sayğac da çox yazır, burada yaşayanlar kasıb zümrədəndir, hamı çalışır işıqdan qənaətlə istifadə etsin ki, ayın sonunda işıqpuluya görə gələn bildirişi görəndə ürəkağrısına düşməsin”, – kənd sakini deyir.
“Bütün işlərimiz Samuxladır, ancaq qaz çəkmək gələndə deyirlər, Şəmkirə gedin”. Sakinlərin daha bir problemi su ilə bağlıdır. Əsasən də yay aylarında ərazidə nə suvarma, nə də içməli su olur: “Kənddə bir artezian da yoxdur ki, adamlar içməli su ilə təmin olunsunlar. Yayda ağaclarımız quruyur, suvarmağa su tapmırıq. İcra hakimiyyətinin isə cavabı yenə dediyimiz kimi, eynidir. Deyirlər, bizim əraziyə düşmür”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanda "halal" şirkətlərinin milyonlarla borcu var
Bu gün, 09:31 |
|
|
|
| • Yeniyetmələr yol ayrıcında: AUE -nin milli variantı – Allah Uzaq Eləsin
Bu gün, 09:29 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 118 dolları keçib
Bu gün, 09:09 |
|
|
|
| • Naxçıvanlılar 30 faiz aşağı maaş alırlar... - AXI NİYƏ?
Bu gün, 09:08 |
|
|
|
| • Anomal yağıntılar məhsul qıtlığı yarada bilər? – Mütəxəssis deyir ki...
Bu gün, 09:05 |
|
|
|
| • İran Hörmüzdən keçid üçün ödənişləri tənzimləmək məqsədilə rəsmi qurum yaratdı... - KİV
Bu gün, 08:04 |
|
|
|
| • “Space FM”ə yeni direktor təyin edildi - BUNDAN SONRA...
Bu gün, 08:02 |
|
|
|
| • Tramp IRS-ə qarşı iddiasını geri çəkib: - ABŞ-də 1,8 milyard dollarlıq fond yaradılır
Bu gün, 08:00 |
|
|
|
| • Araz Paşayev: YERİNDƏ OLMAYAN KADR... - İLGİNC FAKTLAR
Bu gün, 07:57 |
|
|
|
| • Bu yağan yağış deyil... MƏMUR YEYİNTİSİNİN ifadəsidir... - "Əslində Bakı çoxdan dayanıqlı şəhərdir..."
Bu gün, 07:48 |
|
|
|
| • Zaur Mikayılovun GÖRDÜYÜ İŞ... - Maləsəf... O hələ də İŞ BAŞINDADIR...
Bu gün, 07:31 |
|
|
|
| • Azərbaycanlı yazıçı Bakıdan deport olundu - TƏFƏRRÜAT
Bu gün, 07:24 |
|
|
|
| • Ukraynanın Rusiyaya zərbələri koordinasiyasızdır - ABŞ kəşfiyyatı
Bu gün, 07:03 |
|
|
|
| • Bu, Rusiya üçün ən ağrılı məqamdır - Zelenski
Bu gün, 07:02 |
|
|
|
| • "SpaceX"in kosmodromunda istehsalat qəzası nəticəsində bir nəfər ölüb - KİV
Bu gün, 07:00 |
|
|
|
| • Onun qəbuluna düşmək ÇƏTİNDİR - qəbul etsə də, NƏ FAYDASI?
Bu gün, 06:50 |
|
|
|
| • "İnsanın ömrünün bir anında nəfəsalma zamanı var"
Bu gün, 06:32 |
|
|
|
| • Nizami rayonu NƏZARƏTSİZ BURAXILIB? - VİDEOFAKT
Bu gün, 06:21 |
|
|
|
| • ADSEA şefi özünü belə sığortalayır - FOTOFAKT
Bu gün, 06:10 |
|
|
|
| • İran-ABŞ müharibəsi davam edəcəkmi? - Sərdar Cəlaloğlu ŞƏRH EDİR
Bu gün, 06:06 |
|
|
|
| • “Həyat yoldaşımla şərt kəsdik, sərhəd qoyduq, çətinliklə də olsa qəbullandı, çünki səhnədə ər-arvad deyildik, evdə...”
Bu gün, 06:02 |
|
|
|
| • Stabil maaş: yeni dəbdəbə? - ARAŞDIRMA
Bu gün, 06:00 |
|
|
|
| • Rusiyanın sonuncu “qalası” qazı Azərbaycandan ALACAQ - GƏLİŞMƏ
Bu gün, 05:58 |
|
|
|
| • “Avropa Parlamenti Bakıya qarşı ikili oyun oynayır” - Vuçiç deyir ki...
Bu gün, 05:56 |
|
|
|
| • Mingəçevir xəstəxanasında 90 min manatlıq alış-veriş
Bu gün, 05:53 |
|
|
|
| • Rusiyanın hava əlaqələri çökür: Kreml həm də Azərbaycana ümidlidir - SİYAHI
Bu gün, 05:50 |
|
|
|
| • İran hava müdafiəsini gücləndirdiyi üçün Tramp zərbə endirmə planlarından imtina edib - "Al Mayadeen"
Bu gün, 05:47 |
|
|
|
| • ABŞ-dan daha bir KUBA HƏMLƏSİ - CNN
Bu gün, 02:45 |
|
|
|
| • "Onlar gərginlikdən bəslənirlər..." - partiya sədri
Bu gün, 02:38 |
|
|
|
| • Bu dəfə yağan güclü yağış həm də reputasiya riski yaratdı - FAKT BUDUR!
Bu gün, 02:25 |
|
|
|
| • Xalq artistləri "Turan marşı"nı təqdim edəcək
Dünən, 18:19 |
|
|
|
| • Kişi qızıllarını itirən arvadını döydü, qadın onu bağışladı - TƏFƏRRÜAT
Dünən, 18:19 |
|
|
|
| • Gah yol çəkir, gah da lift quraşdırır... - Əlövsət Orucovun şirkəti bu dəfə 735 manatlıq sifariş aldı
Dünən, 18:15 |
|
|
|
| • Telefonunu qaytarmadığı üçün tanışını öldürən şəxsin məhkəmə işi
Dünən, 17:18 |
|
|
|
| • Ermənistanın taleyi ilə Rusiyanın adamları üz-üzə qoyulub - Natiq Miri
Dünən, 17:13 |
|
|
|
| • Makron və Zelenskinin Paşinyana təsiri özünü göstərir - Mariya Zaxarova
Dünən, 17:09 |
|
|
|
| • Ən varlı ölkədən 30 dəfə kasıb, ən kasıb ölkədən isə 20 dəfə varlıyıq - SİYAHI
Dünən, 17:05 |
|
|
|
| • “Alatava-Avtonəqliyyat” şirkətinin ötən il mənfəəti azalıb
Dünən, 17:00 |
|
|
|
| • Azərbaycanda 38 milyon manatlıq yemək tenderlərini KİM UDUR? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Dünən, 16:50 |
|
|
|
| • Rusiyada təzyiq altındakı azərbaycanlı biznesmenlər hara üz tutur? - DEPORTASİYA REJİMİ
Dünən, 16:42 |
|
|
|
| • Döyüşə robotlar gedir – Azərbaycan üçün əsas nəticə...
Dünən, 16:38 |
|
|
|
| • XTQ-nin bölmələrində inspeksiya yoxlaması keçirilib
Dünən, 16:37 |
|
|
|
| • Mandatı olsa da, misrası olmayan şair deputatımız - Saffari yazır…
Dünən, 16:26 |
|
|
|
| • Nazirliyə məxsus 38 milyonluq mal yanıb: RİNN-dən təkzib edirlər, amma... - İLGİNC
Dünən, 16:25 |
|
|
|
| • Fərid Xəlilov Avropa Kamandan Oxatma Federasiyasının komitəsinə seçilən ilk azərbaycanlı olub
Dünən, 16:21 |
|
|
|
| • "Vətəndaşların qorunması", yoxsa siyasi təzyiq? - "Rusiya bu yolla hərbi addımlarını ..."
Dünən, 16:18 |
|
|
|
| • Paşinyan müxalifəti hədələdi - “Siz diz çökdürəcəyəm”
Dünən, 16:09 |
|
|
|
| • Energetik içkilər azyaşlılara hələ də satılır - Marketlər qanun tanımır
Dünən, 16:07 |
|
|
|
| • Rusiya və Qərbin şərikli “Qafqaz planı” reallaşır - Ermənistana qoşun yeridiləcək, sərhədlər dəyişəcək
Dünən, 16:03 |
|
|
|
| • Ramil Əmənova vəzifə verildi - FOTO
Dünən, 16:01 |
|
|
|
|