Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş .....                     FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr .....                     “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” .....                     Onlar görəvdən ALINDI .....                     Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur .....                     "2 ildir su artezian quyusunun mühərriki işləmir..." .....                     “Bir Ecosystem”də YENİ TƏYİNAT .....                     Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası .....                     Paşinyanın referendum XOFU .....                     Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır .....                     İrəvanın “Made in USA” niyyəti .....                     Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir .....                     Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: .....                     "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" .....                     “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” .....                     Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər .....                     İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? .....                     “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi .....                     Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı .....                     Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar .....                     İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı .....                     Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? .....                     Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır .....                     AYNA xidməti avtomobillərinin təmirinə .....                     Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib .....                     Daha bir sığorta agentinin lisenziyası .....                     “Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı .....                     Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... .....                     TƏBİB-də yeni şöbə müdiri təyin edildi .....                     ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... .....                     Ermənistan niyə əmlakımızı qaytarmır? .....                     500-dən çox ABŞ hərbçisi yaralanıb .....                     Xalq artisti Tofiq Mirzəyev vəfat etdi .....                     Elnur Əliyev bütün təhsili nəzarətinə götürür .....                     "Brent" neftinin qiyməti 92 dolları ötüb .....                     Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... .....                     Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? .....                     Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? .....                     Babək rayonunda 37-ci il AB-HAVASI... .....                     “Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng .....                 

Adil Vəliyevin viran qoyduğu Sabunçu... - Biabırçı mənzərə...
Tarix: 5-12-2019, 12:52 | Çap et
Adil Vəliyevin viran qoyduğu Sabunçu...
Nədənsə adından Sibir soyuğunu canıma ötürdüyüm Sabunçu həmişə mənim üçün ölüm düşərgəsindən başqa bir yer olmayıb. Gözdən - könüldən uzaq düşmüş bu yerləri “tanrının qəsdən unutduğu” mübarək bir parça məmləkət də adlandırmaq mümkün. Sabunçu ağır bir aha, bir kibrit çöpünə də alışmağa hər an hazır durub bəkləyən özü boydaca neft çəlləyidir.

Bir-iki il bundan əvvəl, qollarımı içirməyib məhəllədəki zibil tığını təmizləməyə başlayanda, Balaxanı Neftin külüng, paya, zopa sevər əməkdaşlarının dediyinə görə, bir vətəndaş olaraq, sən demə, mən səhv iş tutmuşam. Nəyə görə canlını zəlilliyə götürən bu siçovullu, ilan-çayanlı, mışovullu zibilliyi gözəlləşdirmişəm? İkincisi, bu ərazilər guya Neft Şirkətinin balansındaymış! (Qızın iki adaxlısı varmış) Qanuna görə, bu yerlərdə daşı daş üstə qoymaq cinayətdir! Mən də əməkdaşlara bildirməli olurdum ki, zibillik təmizləmək cinayətdirsə, bəs Sabunçu ərazisində minlərlə neft buruqlarını gecəylə yoxa çıxarmaq, yəni “axtalayıb burmaq”, sonra da yerində tikintilərə icazə vermək, 2-3 mərtəbələr ucaltmaq Azərbaycan Respublikasının hansı qanunuyla tənzimlənir? Təbii ki, cavab yoxdur! Yalnız bir cavab vardı: onu rəisdən soruşun! İndi elə burdanca o rəis kimdirsə, ondan soruşuram....

Sabunçu tərəflər mənim üçün ona görə ölüm məskənini, zülm düşərgəsini xatırladır ki, burda yaşayan insanların heç birinin fiziki cəhətdən sağlam olması mümkün deyil. Üstəlik, Sabunçudakı üfunət və xarabalıqların, kanalizasiyaların, mazut gölməçələrinin məharətindən uşaq ölümü respublikada kəllə-çarxa vurub çıxır! Gecələr Utariti, sabahlara yaxın Ülkər ulduzunu zillətində, zifriliyində boğan üstüaçıq mazut sellərinin məhəllələrin, küçələrin, evlərin arasıyla gurul-gurul axıb getməsindən bu qədər dövlət qurumlarının, idarələrinin heç biri illərdir narahatlıq keçirmir. Bu qədər vətən övladının can çəkişməsinə tüklərini tərpətmir, di gəl, “neft-neft”, deyib, “ərazi - ərazi” deyib, bar-bar bağırmaqdan qürur hissi keçirənlərimiz bəs deyincədir. Dünyada hansı nəsnə, məhşəri nəfəsində aparıb gətirən insandan qiymətli və əvəzsizdir, qafil!

Neft, torpaq insandan mahiyyətcə nə qədər qiymətli ola bilər ki! Bu gün üz tutduğunuz inkişaf edən Qərb dövlətlərinin ilk və son idealı insan, fərd, onun azadlığı və hüquqları deyilmi? Milləti, insanı, can potensialı olmayan hansı torpaqdan və yurddan danışmaq mümkün?! Yaxşı ki, bəzi nadürüstlərin şərin pərvazlanıb qanad çaldığı əllərinə “qanun” dedikləri düşüb. İstənilən qanunun vazkeçilməzliyi və prinsipi insana, onun həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etməlidir! Bu qədər bəsit! Yanlış məmurların davranışları fonunda insanı cinayətə sürükləyən qanunun mahiyyətini, şəxsən anlaya bilmirəm!

*
Hələ mən Sabunçu rayonun “Anaşkin” adlanan küçəsinin (məhəlləsinin) rəzalətindən danışmıram. Koroğlu körpüsünü keçib Hava limanı deyə yola düzəldiyində, yolun sağında yaşıllıqlar göz oxşayır deyilmi? Lütfən bu yolun sağ üzü, yəni o yaşıllıqların arxasına keçib bir oradakı yaşayışa, həyata, küçəyə, evlərin çölə açılan qabı-bacasına bir göz atın, baxın görün hansı rəzilliklə qarşılaşacaqsınız.

Adil Vəliyevin viran qoyduğu Sabunçu...

İlin-günün bu çağında paytaxtın göbəyində küçələrimizə verilən adlardan birinə baxın: ANAŞKİN. Bu yurdda hər evdə az qala şəhid xatirəsi olmamış deyil. Mən ailələr tanıyıram ki, övladının Qarabağda şəhid olmasına belə sənət düzəldə bilmir. Qarabağda erməni gülləsinə tuş gələn övladının hər hansı bir sənədini düzəltməkdə zülmlər çəkir. Onların adları kimin xoşuna gəlmir ki? Olmazdımı bu küçələrin adını o gənclərin adıyla bəzəyək? Görünür, millətini əsir-yesir etmiş bir imperiyanın uğrunda can vermiş kommunistin, Anaşkinin adı görünür, bu məmləkətdə çoxlarının könlünü - gözünü oxşayır.

Bu “Anaşkin” adlı məhəllə mərkəzi yola olduqca yaxındır. Yolun kənarı boyunca yaşıllaşdırılmış bir hasar arxada hansı vəhşətin olduğunu görməyə imkan vermir. Böyük elektrik xətləri yerlə gedir.

Adil Vəliyevin viran qoyduğu Sabunçu...

Məhəllənin uşaqları top dalınca qaçdıqları vaxt o xətlərin üstündən hər gün min dəfə ötüb keçirlər. Böyük qaz borularının yaxınlığındakı zibil qalaqları kiminsə bir atəşindən qopan çınqılla bütün şəhəri alt - üst edə bilər. 5 metr o üzdə SOCAR-ın benzin məntəqəsi də bu mənzərənin tam tərkib hissəsində yer alır desəm, dəhşətə gələrsiniz. Hər tərəfdən axıb gələn kanalizasiya, ya yeraltı sular illərdir, yaxında yaşayan evlərin zirzəmilərində çarhovuz yaradır.

Adil Vəliyevin viran qoyduğu Sabunçu...

Evlərin divarları o sulardan, zirzəmi gölməçələrindən qapqara rəngiylə adamın canına oxuyur. Kimə müraciət edirsən et, xeyri yoxdur, mütləq günahı bir başqa qurum və təşkilatda görürlər. Sonucda hər kəs bu ağır topu bir - birinin üzərinə atır. Olan da insanlarımıza olur.

Adil Vəliyevin viran qoyduğu Sabunçu...

Bir məsələni vurğulamaq istəyirəm: rahat və mədəni, səliqəli düzəndə yaşamaq hər bir Azərbaycan insanının haqqıdır. Digər tərəfdən dövlətimizin imkanları bu nizamın tərtiblənməsi üçün kifayət qədər imkanlara sahibdir. Təmiz, səliqəli, abadlaşdırılmış şəraitdə insanların yaşamasının həlli istiqamətində hörmətli dövlət başçısı dəfələrlə göstərişlər verir, çıxışlarında vurğulayır.

Adil Vəliyevin viran qoyduğu Sabunçu...

Beləliklə, gerçəkdən, Sabuçuda gördüklərimin, şahidi olduqlarımın çoxunu yazmıram. Hələlik bunların yetərli olduğunun qənaətindəyəm.
Bakı Post








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Bu gün, 12:18
FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Bu gün, 12:16
“Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12
Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49
"2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42
“Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36
Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25
Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13
Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50
"`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43
“Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32
Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30
İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22
“Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17
Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12
Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11
İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08
Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01
AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59
Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58
Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56
“Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54
Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40
TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38
ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34
Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07
500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Andrey Qnatov da vəzifəsindən azad edildi - KİV
Bu gün, 05:11
Keçmiş icra başçısının əmlaklarının ŞOK SİYAHISI - İlk dəfə yayıldı
Bu gün, 05:10
“Rusiya üçün Azərbaycanın alternativi yoxdur” - ŞƏRH
Bu gün, 05:08
ABŞ hücumları İranın cənubunda belə problem yaradıb... - SAVAŞ DAVAM EDİR...
Bu gün, 04:58
Tanınmış jurnalist Vasif Talıbovu BELƏ YAD ETDİ - Həm də Milli Mətbuat Günündə...
Bu gün, 04:54
SOCAR-da TOTAL İXTİSAR: Müxtəlif bəhanələrlə... - Son bir ildə 20 MİN MÜTƏXƏSSİS...
Bu gün, 04:46
Bu gün bir çox jurnalist sosial şəbəkədə adi bir status yazanda belə ehtiyat edir... - BƏLİ...
Bu gün, 04:34
Dövlətin bir qurumu digərinə GÜVƏNMİR - SƏFƏRBƏRLİK BƏLASI...
Bu gün, 04:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru