Ağdamda xəstəxana tikintisinin davamına daha .....                     “Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” .....                     Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... .....                     Zəngəzurdan Moskvaya ZƏRBƏ .....                     "Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb .....                     Çağrılmamış qonaqlar... .....                     Mülayim şərq küləyi əsəcək .....                     AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi .....                     Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş .....                     FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr .....                     “Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” .....                     Onlar görəvdən ALINDI .....                     Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur .....                     "2 ildir su artezian quyusunun mühərriki işləmir..." .....                     “Bir Ecosystem”də YENİ TƏYİNAT .....                     Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası .....                     Paşinyanın referendum XOFU .....                     Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır .....                     İrəvanın “Made in USA” niyyəti .....                     Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir .....                     Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: .....                     "`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" .....                     “Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” .....                     Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər .....                     İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? .....                     “Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi .....                     Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı .....                     Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar .....                     İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı .....                     Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? .....                     Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır .....                     AYNA xidməti avtomobillərinin təmirinə .....                     Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib .....                     Daha bir sığorta agentinin lisenziyası .....                     “Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı .....                     Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... .....                     TƏBİB-də yeni şöbə müdiri təyin edildi .....                     ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... .....                     Ermənistan niyə əmlakımızı qaytarmır? .....                     500-dən çox ABŞ hərbçisi yaralanıb .....                 

İcra başçısı vətəndaşın 6 sot torpağını mənimsəyib? - GİLEY
Tarix: 25-11-2019, 13:10 | Çap et
İcra başçısı vətəndaşın 6 sot torpağını mənimsəyib?
Suraxanı rayonu, İlqar Məmmədov küçəsi, ev 6, mənzil 1 ünvanında qeydiyyatda olan və orada yaşayan Rafiq Məmmədov 1992-ci ildən sərəncamında olan həyətyanı sahəsinin Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq əlindən alındığını iddia edib.

Bu barədə Axar.az-a 28 ildir yaşadığı evdən qəzalı olması səbəbi ilə çıxarıldığını bildirən R.Məmmədov danışıb. Şikayətçi bildirib ki, yaşadığı illər ərzində evinin ətrafında olan boş qalmış 6 sot həyətyanı ərazini rəsmi şəkildə sənədləşdirib:

“Həmin ərazidə ikimərtəbəli köhnə tikililər idi. Mən 1992-ci ildən orada yaşayıram. 1995-ci ildə həyətyanı ərazini bağ kimi istifadə etmək üçün Hacıbala Abutalıbovun dövründə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət edərək, rəsmi şəkildə 6 sot ərazini aldım. Bağda müxtəlif növ ağaclar əkmişəm və illərdir bu ərazi mənim şəxsi mülkümdür. Hazırda orada şəxsi mülkiyyətimdə 6 sot torpaqdan başqa, 126 kvadrat da şəxsi evimdir. Ötən il rayon İcra Hakimiyyətindən gələrək, evimin qəzalı olduğu üçün plana düşdüyünü dedilər. Bildirdilər ki, qəzalı olduğuna görə birdəfəlik kompensasiya veriləcək. Gəlib evi ölçdülər və hesab apardılar. Ərazidə məndən başqa yaşayan sakinlər də vardı, onlar da etiraz etdi ki, bizim başqa tikililərimiz də var, onun üçün də kompensasiya ödənilsin. Buna görə də əlavə pul ödənildi. Mənim əlavə 6 sot bağ ərazim olduğu üçün bildirdim ki, bunu da nəzərə alın və ya kompensasiya verin, ya da evimi söksəniz də, torpağımı verin, burada yeni ev tikim. Suraxanı icra başçısının müavini Etibar Yolçiyev mənə şəxsən bildirdi ki, narahat olma, danışarıq. Bundan sonra bir neçə dəfə də getdim qəbuluna və mənə bildirdi ki, qoy ev sökülsün, gələrsən torpağını verərik. 120 kvadrat metrlik ev və ondan əlavə 30 kvadratlıq həyətyanı kiçik tikilimə görə mənə ümumilikdə 140 min kompensasiya verilib. Mən kağızda da məhz bu tikililərə görə verilən kompensasiyaya imza çəkmişəm. 6 sot torpağıma görə mənimlə heç bir alğı-satqı aparılmayıb, heç bir kompensasiya söhbəti olmayıb”.

Şikayətçi bildirir ki, o, notarial qaydada İcra Hakimiyyətinə evini verib və kompensasiyanı da yalnız evinin ərazisinə görə alıb:

“Evim söküləndən bir müddət sonra gəlib əraziyə baxdım ki, 6 sot torpaq ərazimin hasarını uçuraraq 60 metrə qədər içəri giriblər. Mənim bağım meşəlik ərazidir. Ərazini özəlləşdirəndən sonra orada ancaq ağac əkmişəm, yaşıllıq salmışam. Gəlib gördüm ki, bağımdakı 30 illik neçə ağacı qırıblar, 7-8 ağacı da dibindən çıxarıblar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı regional sahəsinə zəng edib məlumat verdim. Bundan sonra nazirlik əməkdaşları gəlib ərazidə işi dayandırdılar. Ekologiya Nazirliyinin sayəsində torpağımda qanunsuz olaraq aparılan işlər dayandırılıb. Ancaq yenə də gecə gəlib bağımın hasarını sökürlər, bağımın qapısına daşla hörürlər”.

Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov mövzu ilə bağlı Axar.az-a açıqlamasında bildirib ki, şikayətçi Rafiq Məmmədova həm torpağa, həm də evə görə kompensasiya ödənilib:

“Rafiq Məmmədovun qəzalı vəziyyətdə olan evi sökülüb. Tikilidən aralıda isə onun əlavə torpaq sahəsi var idi. Bununla bağlı vətəndaşa kompensasiya ödənilib. Onun razılığından sonra torpaq sahəsi dövlətin əmlakı oldu. Sənədlərdə onun razılıq ərizəsi var. O ərizədə də qeyd olub ki, vətəndaş kompensasiya alıb və əmlakından da imtina edib. Sənədin surəti notariusda təsdiq olunub və Dövlət Əmlak Komitəsinə göndərilib. Əgər vətəndaş nədənsə narazıdırsa, məhkəməyə müraciət etsin”.

B.Barxudarov bildirib ki, şikayətçinin yaşadığı mənzil qəzalıdırsa və sökülürsə, ona ümumi hesablanmış kompensasiya verilir:

“Bu kompensasiya həm torpağa, həm də binaya görə verilib. Bunların hamısı nəzərə alınıb. Orada təxminən 30 kv-lıq tikili də vardı. Rafiq Məmmədov 30 min almalı idi, lakin vətəndaşa 140 min manatdan çox ödəniş edilib”.

Məsələyə hüquqi qiymət verən hüquqşünas Səməd Vəkilov bildirib ki, Mülki Məcəlləyə görə, vətəndaşın torpaq sahəsinə görə də ona kompensasiya verilməlidir:

“Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ var. Həmin maddənin II hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin IV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ağdamda xəstəxana tikintisinin davamına daha 16 milyon sərf olunacağı proqnozlaşdırılıb
Bu gün, 13:03
“Qaçqınkom” bizi köçürmür, hər an bu divar uşaqların üstünə uça bilər” - NARAZILIQ VAR...
Bu gün, 12:58
Özəlin açıqlamasından sonra 400 min nəfər istefa verdi... – CHP-də “siyasi zəlzələ”
Bu gün, 12:55
Zəngəzurdan Moskvaya ZƏRBƏ – Sokolov kimin adamıdır?
Bu gün, 12:49
"Arzum" ləqəbli bloqer ev dustaqlığına buraxılıb - QƏRAR
Bu gün, 12:45
Çağrılmamış qonaqlar... - Bu, çox ciddi məsələdir...
Bu gün, 12:43
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:39
AZAL media nümayəndələri üçün intellektual yarış təşkil etdi - Fotolar, VİDEO
Bu gün, 12:37
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...
Bu gün, 12:18
FHN-nin Dövlət Ekspertiza Baş İdarəsindən şübhəli müqavilələr – Milyon yarım manat haralara gedir
Bu gün, 12:16
“Tofiq Mirzəyev Bakıda dəfn olunmağı arzulayırdı” - Fərhad Xəlilov
Bu gün, 12:12
Onlar görəvdən ALINDI - FOTO
Bu gün, 12:11
Ermənistanda Müdafiə Nazirliyinin vəzifəli şəxsi dizel yanacağını mənimsəməkdə ittiham olunur - KİV
Bu gün, 11:49
"2 ildir su artezian quyusunun mühərriki işləmir..." - NARAZILIQ VAR...
Bu gün, 11:42
“Bir Ecosystem”də YENİ TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:36
Bakı Berlinə yaxınlaşır: Mühüm səfərin pərdəarxası - İNCƏLƏMƏ
Bu gün, 11:25
Paşinyanın referendum XOFU - ŞƏRH
Bu gün, 11:13
Arzumun növbəti məhkəməsidir: Amalın xanımı hökmdən narazıdır - TƏFƏRRÜAT
Bu gün, 11:02
İrəvanın “Made in USA” niyyəti - Bakının reaksiyası...
Bu gün, 10:59
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir - MƏQALƏ
Bu gün, 10:51
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: - "63 yaş nədir ki..."
Bu gün, 10:50
"`AzəriQaz` veteranın 37,50 manat ezamiyyə puluna göz dikib?" - GİLEY
Bu gün, 10:43
“Dilarə mənə gəlin yox, qız oldu, Oqtayı güc-bəla ilə razı saldıq ki...” - Səhhətində problem yaranan Xalq artisti
Bu gün, 10:32
Qanunsuz tikilinin qarşısını almaq istəyən məmurlara əsa ilə hücum etdilər – MƏHKƏMƏ
Bu gün, 10:30
İlham Əliyevdən şok açıqlama: Bakıda keçirilən rus-alman görüşünü ondan kim və niyə gizlədib? - İLGİNC
Bu gün, 10:22
“Qızımı boşa” sözü faciə ilə nəticələndi: Qayınatasını öldürən kürəkənin ifadəsi - TƏFƏRRÜAT
Bu gün, 10:17
Böyük əhəmiyyət kəsb edən Almaniya-Azərbaycan əlaqələrinin inkişafı - MƏQALƏ
Bu gün, 10:12
Bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın ən etibarlı partnyoru adlandırırlar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:11
İranla müharibənin ABŞ-yə neçəyə başa gəldiyi açıqlandı - "CNN"
Bu gün, 10:08
Niyə Azərbaycan və Ermənistan Rusiyadan getdikcə daha az mal alır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:03
Azərbaycan neftinin qiyməti 99 dollara yaxınlaşır
Bu gün, 10:01
AYNA xidməti avtomobillərinin təmirinə 1,2 milyon manat xərcləməyi planlaşdırır
Bu gün, 09:59
Bakı “Ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lüyə girib - SİYAHI
Bu gün, 09:58
Daha bir sığorta agentinin lisenziyası - LƏĞV EDİLDİ
Bu gün, 09:56
“Uğurum biznes həyatımdakı düzgünlüyümdür” deyən Nigar Fərhadın vergi borcu üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 09:54
Bakıda MƏXFİ GÖRÜŞ: Onlar iştirak edib... - FOTOLAR
Bu gün, 09:40
TƏBİB-də yeni şöbə müdiri təyin edildi - FOTO
Bu gün, 09:38
ƏƏSMN-nin süründürməçiliyindən bezən Qarabağ qazisi KÖMƏK İSTƏYİR... - MÜRACİƏT
Bu gün, 09:34
Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi
Bu gün, 09:07
500-dən çox ABŞ hərbçisi yaralanıb - "Associated Press"
Bu gün, 06:36
Xalq artisti Tofiq Mirzəyev vəfat etdi - FOTO
Bu gün, 06:25
Elnur Əliyev bütün təhsili nəzarətinə götürür - Narazı müəllim ordusu niyə yaradılır?
Bu gün, 06:09
"Brent" neftinin qiyməti 92 dolları ötüb
Bu gün, 06:05
Xaraba kimi idarə olunan Binəqədinin YİYƏSİ YOXDUR... - YEYƏNİ ÇOXDUR...
Bu gün, 06:03
Restoranlar kralı Fuad Quliyev Dövlət qurumunda vəzifəsindən görün necə sui-istifadə edib? - İTTİHAM VAR...
Bu gün, 05:57
Universitet müəllimləri də sertifikasiyaya cəlb olunmalıdır? - Professor açıqladı
Bu gün, 05:50
Babək rayonunda 37-ci il AB-HAVASI... - BU NƏDİ BELƏ?
Bu gün, 05:31
“Erməni soyqırımı” və Bakıdan Qüdsə edilən zəng - NƏ BAŞ VERİR?
Bu gün, 05:25
Göygöl Suvarma Sistemləri İdarəsindən borclu şirkətə 198 min manatlıq tender - TƏFƏRRÜAT
Bu gün, 05:18
"Onların konsertlərinə baxanda ağlamaq istəyirəm"
Bu gün, 05:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru