ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb .....                     "Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" .....                     "İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" .....                     Həbs olunan başçının övladları oliqarx çıxdı .....                     ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub .....                     "Məhərrəmlikdə toy da, nişan da etmək olar" .....                     'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... .....                     Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR .....                     Binəqədinin özbaşına QADİRİ... .....                     "Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" .....                     Kreditlə alınan status və bank hesabımızdakı depressiya .....                     Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı .....                     Bu müsəlman ölkələri İranı satdı .....                     Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ .....                     Paşinyan yenidən Kilsəni hədəfə aldı .....                     Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur .....                     Fateh Altaylı həbs olundu .....                     “Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik .....                     Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb .....                     “ƏDV geri al” kampaniyası başa çatır? .....                     Deputatdan İcra başçısının .....                     Naxçıvanla bağlı nə baş verir? .....                     Sayt rəhbərlərinə hökm oxundu .....                     “A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     Mərkəzi Bankda yeni təyinat .....                     İran İsraillə nə edəcək? .....                     Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" .....                     Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir .....                     Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var .....                     Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI .....                     72 yaşlı bələdiyyə sədri cəzalandırıldı .....                     “Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq .....                     Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... .....                     "Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət .....                     Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: .....                     “Forfinance” BOKT-a lisenziya verilib .....                     Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT .....                     Bir qrup dövlət qulluqçusu təltif edilib .....                     Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib .....                     Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: .....                 

“Gilan Holdinq”in nümayəndəsi İTTİHAM OLUNUR - Korrupsiyada
Tarix: 13-04-2018, 12:15 | Çap et
“Gilan Holdinq”in nümayəndəsi İTTİHAM OLUNUR
Ali Məhkəmənin hakimi Vəfaddin İbayev ən tez qərar qəbul edən hakim kimi “Ginnesin rekordlar” kitabına düşməyə çox yaxlndır, amma…
В«TəzadlarВ»ın ötən saylarında Qobustan rayonu, Qaracüzlü kənd sakinlərinin şikayətləri əsasında bir neçə yazı dərc etmişdik. Yazılarda qeyd olunurdu ki, Qaracüzlü kəndinin də daxil olduğu Qurbançı bələdiyyəsinin sabiq sədri Əlikram Musayev kəndin 40-a qədər sakininin adından saxta etibarnamə düzəldərək, onların pay torpaqlarını “Gilan Holdinq”in nümayəndəsi Malik Məmmədova satmışdır. Bu etibarnamələri Qobustan notariat kontorunun sabiq rəisi Tofiq Seyidovun vasitəsilə rəsmiləşdirmişdir. Sonralar məlum olmuşdur ki, T.Seyidov bu etibarnamələri bazada qeydiyyata salmamışdır. Yəni, həm Qobustan rayon notariat kontorunun, həm də Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat İdarəsinin arxivlərində həmin etibarnamələrin kökü yoxdur.
Bizim yazılardan sonra Respublika Baş Prokurorluğunda Tofiq Seyidovun bu qanunsuz əməli haqqında cinayət işi açılmış, lakin hazırda vəzifəli şəxs olmadığından və cinayət əməlinin sanksiyalaşdırılmasının vaxtı keçdiyindən onu məsuliyyətə cəlb etmək qanunamüvafiq sayılmayıb. Baş Prokurorluqdan qəzetimizə göndərilən rəsmi cavab məktubunda qeyd edilir ki, sakinlər bu barədə məhkəməyə müraciət edə bilərlər. O cümlədən, sənədləri saxtalaşdırdığına görə Qurbançı kəndinin sabiq bələdiyyə sədri Əlikram Musayev haqqında da məhkəməyə müraciət etmək tövsiyyə olunur.
Yazılardan məlum olurdu ki, sakinlər – Mehdibala Mirzəmmədov, Sultan Abdullayev, Oktay Muradov və digərləri Qobustan rayon Məhkəməsinə müraciət ediblər. Məhkəmə sakinlərin haqlı olduğu qənaətinə gəlib və torpaqların sahiblərinə qaytarılması üçün qərar çıxarıb.
Sonradan əks tərəf Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək rayon məhkəməsinin qərarını öz xeyirlərinə dəyişdirməyə nail olublar. Ümidlərini Ali Məhkəməyə bağlayan sakinlər inanıblar ki, məhz burada nəhayət, ədalətsizliyə son qoyulacaq. Belə yerdə deyiblər, “sən saydığını say, gör fələk nə sayır”.

Hakim Vəfaddin İbayevin ildırım sürətli qərarı…

Deməli, Ali Məhkəmənin 18 yanvar 2018-ci ildə, hakim Vəfaddin İbayevin sədrliyi ilə keçirilən iclasında sakinlər gözlərini açıb, yumana qədər qərar qəbul edilib. Hakim V.İbayev vəkilin heç bir açıqlamasına belə imkan vermədən, dərhal qərar qəbul edərək Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Yəqin ki, hakim V.İbayevin ildırım sürəti ilə qəbul etdiyi bu qərar, ən tez qəbul edilən məhkəmə qərarı kimi “Ginnesin Rekordlar” kitabına düşəcək. Heç 37-ci illərdə də 2 dəqiqəyə qərar qəbul etməyiblər. Ən azından müttəhimə 3 dəqiqəlik son söz verirdilər. Görünür hakim V.İbayev məhkəmə sisteminə yenilik gətirmək istəyib. Yəni, hakim demək istəyir ki, günlərlə, həftələrlə məhkəməni uzadıb, axırda ona sərf edən qərarı qəbul edəcəksə, elə bunu ilk dəqiqələrdən etməklə nə qədər vaxta qənaət etmək olar. Amma bu qərarın arxasında məhv olan 40-a qədər sakinin taleyi isə V.İbayevin vecinə də olmayıb. Sanki özünün şəxsi kontorunda oturub, istədiyi qərarı qəbul edə bilər. Bununla da V.İbayev ədliyyə naziri və Məhkəmə Hüquq Şurasının sədri hörmətli Fikrət Məmmədovun məhkəmə sistemində apardığı islahatlara çox böyük zərbə vurduğunun da fərqində olmayıb. Hər halda ümid edirik ki, cənab nazir Fikrət Məmmədov Ali Məhkəməninn hakimi V.İbayevdən ildırım surəti ilə qərar qəbul etməyinin səbəbini soruşacaq.

Bəs sakinlərin torpaqlarını alan kimdir?

Məlum olur ki, “Gilan Holdinq” şirkətini təmsil edən, Bakı şəhəri S.Mustafayev küçəsi, ev 27, mənzil 36-da yaşayan Məmmədov Malik Xeyrulla oğlu “n” qədər pul verərək, Qurbançı kəndinin sabiq bələdiyyə sədri Əlikram Mustafayevdən torpaqları alıb. Həmin torpaqlar da təbii ki, kənd təsərrüfatı əhəmiyyətli olub. 2006-cı ildə alınan torpaqlarda isə bu günə qədər heç bir əkinçilik işi həyata keçirilməyib. Yəni torpaqlar, el dili ilə desək, ağzı günə qalıb. Amma bu, işin görünən faktiki tərəfidir. Rəsmi sənədlərdə isə həmin torpaq sahələrində guya taxıl əkilməsi qeyd olunur və buna görə Malik Məmmədov hər il dövlətdən, nə az, nə də cox, düz 47 min manat subsidiya alır.
Bildiyimiz kimi, Prezident cənab İlham Əliyevin imzası ilə kənd təsərrüfatının inkişaf etdirilməsi üçün çoxsaylı sərəncamlar qəbul edilib. Bunun üçün kəndlilərə və fermerlərə hər hektara görə müəyyən vəsait ayrılır ki, onlar təsərrüfatı inkişaf etdirə bilsinlər.
Prezident, necə deyərlər, kənd təsərrüfatının inkişafı üçün əlindən gələni edir. Bəs, bu sərəncamların icrasına nəzarət etməli olan Kənd Təsərrüfat Nazirliyi nə işlə məşğul olur? Nazir hörmətli Heydər Əsədovun bu işə nəzarət etməli olan ayrı-ayrı qurumları, görünür yalnız öz şəxsi maraqlarını güdürlər. Belə olmasaydı, 12 ildir boş torpaq sahəsinə ildə 47 min manat subsidiya ayrılmazdı. Bəs Maliyyə Nazirliyi? Məgər, sərəncamın icrasına Prezident cənab İlham Əliyev özü nəzarət etməlidir? Elə isə, kənd təsərrüfatı naziri Heydər Əsədov və büdcəni sümürən o boyda nazirlik nəyə lazımdır? Biz dəfələrlə qeyd etmişik ki, Kənd Təsərrüfatı Nazirliyinin Bakı şəhərində nə işi var? Bu nazirlik rayonların birində yerləşməlidir ki, təsərrüfata yaxın olsunlar və kimin nə işlə məşğul olduğunu öz gözləri ilə görsünlər. Əlbəttə ki, Bakı şəhərinin mərkəzindən Qobustanın Qaracüzlü sakinlərinin boş torpaqları görünmür. Nazirliyin cavabdeh qurumları isə boş torpaqları yox, ayrılan subsidiyaları çox yaxşı görürlər.
Heç inandırıcı deyil ki, “Gilan Holdinq”in rəsmisi Malik Məmmədov hər il boş torpaqlara aldığı 47 min manat subsidiyanı tək yeyir. Bu pulu “Gilan Holdinq”lə, yoxsa Kənd Təsərrüfatı Nazirliyi ilə bölür, onu biz bilmirik. Burada Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaxşı işləsə, böyük bir korrupsioner şəbəkəni ifşa edə bilər. O da maraqlıdır ki, “Gilan Holdinq” kimi böyük bir şirkətin ildə alınan 47 min manat pula ehtiyacımı varmı? Çünki M.Məmmədov torpaqları “Gilan Holdinq”in rəsmisi kimi alıb. Məlum deyil, həmin torpaqların pulunu “Gilan Holdinq”, yoxsa Malik Məmmədov öz şəxsi cibindən ödəyir.
Bizimlə telefon söhbətində isə Malik Məmmədov bildirmişdi ki, aldığı torpaqların etibarnaməsinin saxta olub-olmamasını bilməyib. O, sadəcə pulunu verib, torpaq alıb. Yenə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin burada araşdıracağı çox gözəl korrupsiya faktları var. Əlbəttə, bu, jurnalist araşdırması ilə üzə çıxası faktlar deyil. Bu səbəbdən inanırıq ki, Qobustanın Qaracüzlü sakinlərinin pozulmuş hüququnun bərpası üçün, həm ədliyyə naziri cənab Fikrət Məmmədov, həm kənd təsərrüfatı naziri Heydər Əsədov, həm də Baş Prokuror yannıda Korrupsiyaya Qarşı Mübarizə İdarsinin rəisi cənab Kamran Əliyev öz sözlərini deyəcəklər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Fordo nüvə obyektinə 12 bomba atıb
Bu gün, 09:20
"Müəllimi süni intellekt əvəz edəcək, insanlar özlərinə dolanışıq yeri axtaracaq" - AKTUAL
Bu gün, 09:19
"İranla müttəfiqlik imzalayan dövlətlər hərbi bəndi "kənarda" saxlamağı bacarıblar" - "Siz savaşa, biz tamaşa"...
Bu gün, 09:15
Həbs olunan başçının övladları oliqarx çıxdı - FOTO
Bu gün, 09:11
ABŞ beynəlxalq hüququ və nüvə silahının yayılmaması rejimini pozub - İran XİN
Bu gün, 09:02
"Məhərrəmlikdə toy da, nişan da etmək olar" - İlahiyyatçıdan ÇAĞIRIŞ
Bu gün, 06:42
'Kəpəz' hospitalda saxta arayışla ÖLÜNÜ DƏ DİRİLDƏRLƏR... - MALƏSƏF...
Bu gün, 06:38
Yoldaş İsayev də TƏLAŞ İÇİNDƏDİR - elə zənn edirdi ki, unudulub...
Bu gün, 06:32
Binəqədinin özbaşına QADİRİ... - "asdığını asır... kəsdiyini kəsir..."
Bu gün, 06:29
"Müəllim 8-ci sinif səviyyəsində suallara cavab verə bilmirsə, o, millətə ziyan verir" - Sertifikasiyadan kəsilənlərə İRAD
Bu gün, 06:24
Kreditlə alınan status və bank hesabımızdakı depressiya - ARAŞDIRMA
Bu gün, 06:19
Qərb yox, Tehran yox: Paşinyan ümidini Ankaraya bağladı - GƏLİŞMƏ
Bu gün, 06:16
Bu müsəlman ölkələri İranı satdı – İsraillə gizli işbirliyinin inanılmaz səbəbi
Bu gün, 06:11
Moskvadan İrəvana səngiməyən təhdidlər: ya Aİ, ya da Aİİ - GƏLİŞMƏ
Bu gün, 00:40
Paşinyan yenidən Kilsəni hədəfə aldı - “Şam pulları qohumların cibinə gedir”
Bu gün, 00:32
Paşinyan erməniləri ŞOKa saldı: “Turan”da pis bir şey yoxdur - KİV
Dünən, 23:36
Fateh Altaylı həbs olundu - SƏBƏB
Dünən, 23:33
“Patriot” sistemlərinin tədarükü ilə bağlı Trampın komandasına sorğu vermişik - Zelenski
Dünən, 18:00
Hesablama Palatası Dövlət Neft Fondunda yoxlama aparıb
Dünən, 17:56
“ƏDV geri al” kampaniyası başa çatır? - DİQQƏT!
Dünən, 17:41
Deputatdan İcra başçısının həbsinə REAKSİYA
Dünən, 17:38
Naxçıvanla bağlı nə baş verir? – İdarəetmədə mühüm yenilik: yeni referendum gözlənir
Dünən, 17:34
Sayt rəhbərlərinə hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 17:25
“A-Group Sığorta Şirkəti”nin rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:19
Mərkəzi Bankda yeni təyinat - ƏMR
Dünən, 17:15
İran İsraillə nə edəcək? - NƏLƏR OLACAQ?
Dünən, 17:08
Axundun qaçırdığı 17 yaşlı qız DANIŞDI: "Çox xoşbəxtəm" - VİDEO
Dünən, 17:01
Dilqəm Əsgərovun oğlu: Atam balta ilə məni öldürəcəyini deyir - TƏFƏRRÜAT
Dünən, 16:59
Aldadılan şəxslər arasında həbsxana rəisi olmuş Həsənov da var – Pulu xidməti otağında veribmiş
Dünən, 16:57
Sertifikatları otağına sığışmayan həkimin sənədləri SAXTA ÇIXDI - BU DA FAKT!
Dünən, 16:04
72 yaşlı bələdiyyə sədri cəzalandırıldı - Elektron qolbaqla gəzəcək
Dünən, 15:51
“Sürətin kraliçası” ən həyəcanlı yarışda olacaq - “Azərbaycanda ilk dəfə inanılmaz bir şou sərgiləyəcəm”
Dünən, 15:47
Gələcəyimizin tərbiyələndirilməsi öz əlimizdə deyilsə... - AKTUAL
Dünən, 15:45
"Sumqayıt Hospital"ın həkimi Elçin Yaqubovdan şikayət - "Ayaq vətərlərimi kəsib..."
Dünən, 15:42
Xalq artistinin ruhuna HÖRMƏTSİZLİK: - Əlaqədar qurumlar HARA BAXIR?
Dünən, 15:37
“Forfinance” BOKT-a lisenziya verilib
Dünən, 15:26
Zaqatalada TRAGİKOMİK VƏZİYYƏT – Güclü yağış yağsa da, su problemi yaşanır
Dünən, 15:24
Bir qrup dövlət qulluqçusu təltif edilib - SİYAHI
Dünən, 15:19
Qax rayonunun icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:15
Bakı Ermənistana ikinci dəfə xilas əlini uzadır: - İrəvan üçün son fürsət!
Dünən, 15:00
Bəşər Əsədin əmisi oğlu saxlanılıb - TASS
Dünən, 14:49
Biznesmenlə keçmiş xanımı arasında “uşaq qalmaqalı” - MƏHKƏMƏ
Dünən, 14:43
Pirallahıdan Allahın da xəbəri yoxdur... - BU NƏDİ BELƏ?
Dünən, 14:36
İranın vuran əlini “sındırdılar” – “Hizbullah” çaşqın və iflic vəziyyətdə
Dünən, 14:29
Paşinyan Türkiyə-Azərbaycan münasibətlərindən danışdı - Heç kimə sirr deyil ki...
Dünən, 14:26
ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq - İran XİN rəhbəri
Dünən, 14:15
Amerikalı diplomat Azərbaycan-İran sərhədini müşahidə etdi - FOTO
Dünən, 14:14
Naxçıvanda nazir qayda pozdu: CƏZALANDI - İLGİNC
Dünən, 14:10
Saatlıda 28 yaşlı oğlan gecə qonşusunun evinə girdi, arvadını yataqdan apardı - TƏFƏRRÜAT
Dünən, 14:00
Mirzoyan və Kallas Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Dünən, 13:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru