“Prezident seçkilərindən dərhal sonra Parlament seçkiləri seçiciləri yora bilərdi” — YAP rəsmisindən AÇIQLAMA
Tarix: 7-02-2018, 16:42 | Çap et
 “Azərbaycan xalqının yeganə istəyi ölkəmizdəki ictimai-siyasi sabitliyin qorunmasıdır. Ona görə də aprelin 11-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyev növbəti dəfə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq prezident seçiləcək. Yeni Azərbaycan Partiyası olaraq biz onun qələbə qazanacağına tam əminik”. Bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bildirib.
A.Hüseynov deyib ki, Azərbaycan xalqının mütləq əksəriyyəti İlham Əliyevin növbəti dəfə prezident olmasını istəyir:
“Bunun da konkret səbəbləri var. Çünki ölkə rəhbərliyi ilə vətəndaşlar arasında çox sıx bağlılıq, bir-birinə böyük inam, etimad var. Hazırda da Azərbaycanda bu cür yüksək mühit mövcuddur. Bütün bunlar isə təsədüfi deyil. Çünki 2003-cü ildən bəri Ulu Öndər Heydər Əliyevin ideya və strategiyasının həyata keçirilməsi uğrunda çox şərəfli yol qət edilib. Bu illər ərzində prezident İlham Əliyevin ən başlıca meyarı vətəndaşların sosial rifahının yüksəldilməsi, Azərbaycan iqtisadiyyatının inkişafı, dünyada nüfuzunun artması və sabitliyin qorunması olub. Bütün bunlar isə demokratik prinsiplər əsasında həyata keçirilib. 2003-cü ildən bu yana bütün iqtisadi göstəricilər çox yüksək templə inkişaf edib. Ötən illər ərzində Azərbaycan iqtisadiyyatı 320 faiz artıb. Əgər 2003-cü ildə Azərbaycanın strateji valyuta ehtiyyatları 1,8 milyard dollar idisə, hazırda 42 milyard dollardan çoxdur. Ötən illər ərzində Azərbaycana 231 milyard dollar investisiya vəsaiti yatırılıb. Bu gün Azərbaycan regionun iqtisadi güc mərkəzinə çevrilib. Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatının 70 faizi Azərbaycana məxsusdur.
Bakı-Tbilisi-Qars layihəsi bilavasitə prezident İlham Əliyevin ideyası və iradəsi ilə reallaşan beynəlxalq layihədir. Prezident İlham Əliyev olmadan Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP və digər bu kimi qlobal layihələr həyata keçirilə bilməzdi. Bütün bunlar prezident İlham Əliyevin iradəsinin, cəsarətinin və ağılının nəticəsində mümkün olub. Sadaladığım layihələr bu gün Avropa və Asiya üçün böyük əhəmiyyət daşıyır. Bu layihələr gələcəkdə Azərbaycana daha çox nüfuz və dvidentlər gətirəcək”.
Deputat qeyd edib ki, ötən illər ərzində Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişaf və əldə olunan nailiyyətlər İlham Əliyevin növbəti dəfə prezident seçilməsini şərtləndirən əsas amildir: “Ümumiyyətlə, Azərbaycanda gedən proseslərə iki baxış mövcuddur. Bunlar ölkə daxilində və kənardan olan baxışlardır. Hər iki baxış eyni məntiqdə birləşir. Yada salsaq, bir neçə il əvvəl Norveçin nüfuzlu təşkilatı Azərbaycanla bağlı hesabat açıqlamışdı. Həmin hesabatda Azərbaycan əhalisinin mütləq əksəriyyətinin ölkədəki sosial-iqtisadi vəziyyətdən və prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətdən razı qaldığı əksini tapmışdı. Azərbaycan daxilində də biz görürük ki, iqtidarla xalq arasında tam vətəndaş həmrəyliyi mövcuddur”.
A.Hüseynov xatırladıb ki, prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədridir:
“Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənən Yeni Azərbaycan Partiyası da demokratik seçki prinsiplərinə uyğun olaraq, seçki proseslərində daim özünün seçki texnologiyasını yeniləməklə Seçki Məcəlləsindən irəli gələn məsələləri çox yüksək səviyyədə icra edəcək. Artıq bir neçə gündən sonra YAP-ın Qurultayı keçiriləcək. Digər seçki hazırlıqları da Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçiriləcək”.
A.Hüseynov deyib ki, Azərbaycanda son referndumla konstitusiyaya edilən dəyişikliyə əsasən, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb:
“Bu o deməkdir ki, 2018-ci ildə seçiləcək prezidentin səlahiyyətləri 2025-ci ildə başa çatır. Əgər prezident seçkiləri oktyabrda keçirilsəydi, bu Milli Məclisə seçkilərlə eyni dövrə düşəcəkdi. Yəni, oktyabrda prezident seçkiləri, bundan bir neçə gün sonra isə Milli Məclisə seçkilər keçiriləcəkdi. Seçki prosesi ağır hesab olunduğu üçün təbii ki, dalbadal seçkilərin keçirilməsi seçicilərdə müəyyən yorğunluq yarada bilərdi. Eyni zamanda ard-arda seçkilərin keçirilməsi cəmiyyətdə gərgin mühit yarada bilərdi. Ona görə də prezident seçkilərinin aprelin 11-ə təyin edilməsi çox düzgün qərardır. Hesab edirəm ki, bu qərar seçicilər üçün də rahatlıq yaradacaq”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa ABŞ-nin kölgəsindən çıxmaq istəyir - 150 milyardlıq silah fondu
Bu gün, 07:04 |
|
|
|
• ABŞ Ukrayna məsələsinə qarışmamalı idi - Tramp
Bu gün, 07:02 |
|
|
|
• Xəlil Arslanovu 19 il həbs gözləyir - BUNA GÖRƏ
Bu gün, 06:23 |
|
|
|
• Münasibətini bitirmək istəyən müğənni açıq-saçıq görüntüləri ilə şantaj olundu - "Daha sonra öyrəndim ki.."
Bu gün, 06:20 |
|
|
|
• Qanında infeksiya olduğu halda “Berlin” klinikasında əməliyyat etdilər –Vətəndaş həkimi ittiham edir
Bu gün, 06:09 |
|
|
|
• Pensiyalarla bağlı VACİB TƏKLİF – Mərhələli olaraq…
Bu gün, 06:05 |
|
|
|
• Məktəb direktoru rəsmən FİTNƏ TÖRƏDİR - VİDEOFAKT
Bu gün, 06:02 |
|
|
|
• İki Cəbrayılovun dağıtdığı BİR RAYON - AXI NİYƏ?..
Bu gün, 05:57 |
|
|
|
• Ordubad rayonunda ŞÜBHƏLİ TENDERLƏR - Əgər bir araşdıran olsa...
Bu gün, 05:50 |
|
|
|
• Suraxanıda ÖZBAŞINALIQ: Başçı görmürmü? - VİDEO
Bu gün, 05:42 |
|
|
|
• Paşinyan hələ gözləmə mövqeyindədir - NƏ BAŞ VERİR?
Bu gün, 05:34 |
|
|
|
• “Avroviziya” münsiflərimizin adları qalmaqal yaratdı - SİYAHI
Bu gün, 05:30 |
|
|
|
• "Mənim məzhəbim, təriqətim də hamısı eşqdir" - ETİRAZ
Bu gün, 05:26 |
|
|
|
• Müğənni Mirkamil əməliyyat olundu
Bu gün, 05:23 |
|
|
|
• Bank əmanətləri: Güvəndiyimiz qalxan, yoxsa aşağı faizli tələ? - ARAŞDIRMA
Bu gün, 00:46 |
|
|
|
• Paytaxtın tarixi görkəmi məhv edilir, keçmişi silinir - MALƏSƏF...
Bu gün, 00:41 |
|
|
|
• Köçəryan güclü deyil, Rusiya hələlik Paşinyanla davam edir - GƏLİŞMƏ
Bu gün, 00:38 |
|
|
|
• Mətbəx masasında əməliyyat: Yaxud xəstələr niyə xəstəxanada ölür? - AKTUAL
Bu gün, 00:36 |
|
|
|
• Ukrayna Rusiya ilə memorandum imzalaya bilər - KİV
Bu gün, 00:30 |
|
|
|
• "Ermənistanın siyasi isteblişmenti ölkənin gələcəyini yalnız Rusiyada görür" - FAKT BUDUR!
Bu gün, 00:27 |
|
|
|
• Azərbaycanda şair xərçəngdən vəfat etdi
Bu gün, 00:24 |
|
|
|
• Məşhur müğənni AZERCELL-i İFŞA ETDİ - 4 günə necə bitə bilər?
Bu gün, 00:20 |
|
|
|
• Erməni terrorçuları şərti sərhəddə
Bu gün, 00:13 |
|
|
|
• Rusiya və Ukrayna ən qısa müddətdə atəşkəslə bağlı danışıqlara başlayacaq - Tramp
Dünən, 22:17 |
|
|
|
• “Qocalanda bunu sənə karyera verməyəcək”
Dünən, 21:23 |
|
|
|
• Fransanın Bakıda casus oyunları: Martin Ryan onlarla azərbaycanlını Fransa kəşfiyyatına təhvil verib - SENSASİON İFADƏ
Dünən, 21:19 |
|
|
|
• Camaatımız nə istəyir? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Dünən, 19:01 |
|
|
|
• "Belə mənəvi durum Qalib xalqa yaraşmır...” - Ekspert son günlərin amansız qətlləri haqda həyəcan təbili çaldı..
Dünən, 18:52 |
|
|
|
• Şəmkir İcra Hakimiyyəti milyonluq tender keçirir
Dünən, 18:47 |
|
|
|
• “Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək
Dünən, 18:37 |
|
|
|
• Bakının mərkəzində söküntü başlayır - nə qədər kompensasiya veriləcək...
Dünən, 18:30 |
|
|
|
• Ermənistanın prezident iqamətgahının arxasında yük maşını partlayıb - KİV
Dünən, 17:19 |
|
|
|
• SSRİ bayrağı qaldıran Saleh Səmədovun oğlu da işdən çıxarıldı - QƏRAR
Dünən, 17:16 |
|
|
|
• Ukrayna Rusiya ilə sərhəddəki əhalini kütləvi şəkildə köçürür
Dünən, 17:13 |
|
|
|
• Makronun yalanı ifşa edildi, Avropa səfərbər oldu – Yeni təhlükə
Dünən, 17:09 |
|
|
|
• Şərtlər Avropadan Azərbaycanla sağlam münasibətlər qurmağı tələb edir - Zülfüqarov
Dünən, 17:06 |
|
|
|
• Rəşadı buna görə ürəyindən vurdular... - Şok fakt açıqlandı
Dünən, 17:03 |
|
|
|
• Bank kartlarından kütləvi oğurluq: - Problemi necə həll etmək olar?
Dünən, 17:00 |
|
|
|
• Paşinyan BUNU ANLADIĞINDAN... - AKTUAL
Dünən, 16:55 |
|
|
|
• Zakir Həsənov Tel-Əvivdə İsrail müdafiə naziri ilə görüşüb
Dünən, 16:52 |
|
|
|
• Moskva regionda yenidən aktivləşib - Rusiya sülh danışıqlarına müdaxilə etməkdə maraqlıdır
Dünən, 16:50 |
|
|
|
• “SOCAR Midstream Operations” şirkətində yeni təyinat - BUNDAN SONRA...
Dünən, 16:48 |
|
|
|
• “Sülh yollarının kəsişməsi” kimi alternativ təkliflər süni bəhanələrdir -RƏY
Dünən, 16:43 |
|
|
|
• Məşhuri-CAHAN: Dövlətdən YEDİYİ BƏLLİ... - Amma QUSDUĞU BƏLLİ DEYİL...
Dünən, 16:35 |
|
|
|
• Hansı rayonda kredit götürmək daha sərfəlidir? – Tam siyahı
Dünən, 16:32 |
|
|
|
• "Evə daxil oldum, bıçağı göstərdim, pul tələb etdim" - MƏHKƏMƏ
Dünən, 16:30 |
|
|
|
• "Bakı Metropoliteni"nin 2 əməkdaşı İSTEFA VERDİ - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Saatlıda ƏMƏLİYYAT: Polis Əbəlfəzi həbs etdi
Dünən, 16:22 |
|
|
|
• “Hadisənin intihar, yoxsa sui-qəsd olduğunu öyrənmək çətin deyil” – Hüquqşünas danışdı
Dünən, 16:19 |
|
|
|
|