Naxçıvanda NƏ İŞLƏR ÇEVRİLİR?.. .....                     "Aylardır ödənilməyən ezamiyyə pullari nə vaxt ödəniləcək..." .....                     Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR .....                     Nə qədər ki, Babək Hüseynov vəzifə başındadır... .....                     Məqsədləri müştəri məmnuniyyəti deyil ki... .....                     Bakıda piyadalar kütləvi şəkildə cərimələnə bilər... .....                     Bakıda evi başına uçurulan vətəndaşın səhhəti pisləşdi .....                     ABŞ-ın İrana hücumları davam edir... .....                     Bizdə 'biznes' deyəndə niyə ağıla ilk olaraq gələn kafe-restorandır... .....                     Ruslardan özlərinə layiq yarışma... .....                     "Dondurmanı istənilən iş adamı ölkəyə gətirə bilir, ya yox?!" .....                     Qadınlar kimə gözəl görünmək istəyir? .....                     "Tamaşacı da soruşa bilər ki, nəyi və niyə izləsin..." .....                     Naxçıvanda yaşıllığa DÜŞMƏN MÜNASİBƏTİ .....                     "Bizim insanlar, qadınlı-kişili, çox vaxt sevişmir, sadəcə cütləşir" .....                     Zülfəli İsmayılov özünə QƏZZA YARADIB .....                     Tanınmış teleaparıcı kitab nəşr etdirdi .....                     "Ukrayna Krımı Rusiyadan "təcrid edir" .....                     Zəngəzur dəhlizinin rəhbəri .....                     Ermənistanda Fransa Milli Gününün qonaqları ilə xəstəxanaya yerləşdiriliblər .....                     DSX-nin hərbçisi vəfat edib .....                     "Ağlaşma verilişlər reytinq verirdi" .....                     Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq .....                     Hindistanın Qafqaz qambiti: Azərbaycan ətrafında strateji balansın yeni ölçüsü .....                     Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə .....                     “Yetimlik nədir, bildim” dedi, Bakıdan insanlar dəstək üçün Şabrana getdi... .....                     Ehtiyat hissələri heç zavodunda tapılmayan .....                     115 nömrəli məktəb Moskva univermağının yeni "filialı" elan edildi!!! .....                     "Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır" .....                     Ərini davadan ayırmaq istəyən gənc qadın bıçaqlandı .....                     Ermənistanda tufanqabağı sakitlik .....                     İran ŞOK siyahı yaydı, azərbaycanlılara xəbərdarlıq etdi .....                     Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib .....                     "Qarabağ mövzusunda öz vətəndaşlıq borcumu yerinə yetirmişəm" .....                     Özəl şirkətlər fəaliyyətini nəyə görə dayandırır? .....                     II Qaregin Ermənistanın yeni parlamentinin ilk sessiyasının açılışına dəvət edilməyib .....                     Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı .....                     Ömər Eldarov xəstəxanadan evə buraxıldı .....                     Paşinyan sülh istəyir, amma hazır deyil .....                     Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil .....                 

Torpaq alveri bazarı kimlərin əlindədir? - İTTİHAM
Tarix: 19-01-2018, 13:21 | Çap et
Torpaq alveri bazarı kimlərin əlindədir?
Bir sıra KİV-lərdə 2017-ci ilin dekabr ayından torpaq və mənzil bazarında, eləcə də kommersiya obyektləri bazarında qiymətlərdə artımın müşahidə edilməsi barədə silsilə xəbərlər tirajlanır. Yayılan xəbərlərdə iddia olunur ki, il ərzində torpaq bazarında qiymətlərdə 1.65 faiz, kommersiya obyektləri bazarında 20.29 faiz azalma müşahidə olunub.

Ümumiyyətlə, dekabr ayında torpaq bazarında qiymətlərdə 1.84 faiz, kommersiya obyektləri bazarında isə 0.75 faiz artım qeydə alınıb. O da vurğulanıb ki, 2017-ci ilin dekabr ayı ərzində ümumi daşınmaz əmlak bazarında qiymətlərdə 0.77 faiz artım, il ərzində isə 3.46 faiz azalma olub. Ekspert fikirlərini belə əsaslandırır ki, dekabr ayında qiymətlərdə artım ilin sona çatması ilə əlaqədardır. Hesab edilir ki, insanlar öz işlərini il başa çatana qədər yekunlaşdırmaq istəyir və ona görə də bazarda müəyyən aktivlik yaranır ki, bu da öz növbəsində qiymətlərin artmasına səbəb olur.

Məlumdur ki, manatın dollara nisbətdə dəyər itirməsi tikinti materialları bazarında da kəskin qiymət artımına səbəb olub.İdxal olunan məhsullarla yanaşı yerli istehsalın da qiymətində bahalaşma müşahidə olunur.Buna səbəb isə məhsulların maya dəyərinin artmasıdır.

Onu da nəzərə alaq ki, hazırkı dövrdə əhalinin alıcılıq qabiliyyəti kifayət qədər aşağı düşüb.Əhali nəinki mənzil ala, heç gündəlik tələbatını belə ödəyə bilmir.Belə olan halda aydın məsələdir ki, mənzil bazarında bahalaşma piarı hansısa tikinti şirkətləri və mənzil satışında vasitəçi olan şəxslərin marağındadır.Əks halda, alıcının və mənzil bazarında canlanmanın olmadığı bir zamanda torpaq və evlər niyə bahalaşsın ki?

Daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanlı “Cümhuriyət” qəzetinə açıqlamasında torpaq sahələrinin bahalaşması ilə bağlı yayılan informasiyaların həqiqəti əks etdirmədiyini deyib:

“Hansı əsasla demək olar ki, torpaq sahələri bahalaşıb? Amma 2017-ci ilin sonlarına yaxın mənzil bazarında müəyyən canlanma baş verdi. Xüsusilə, ipoteka kreditləri ilə bağlı bəzi qərarlar qəbul olundu.Bununla əlaqədar olaraq mənzil bazarında cüzi aktivlik müşahidə olundu. Təqribən 2-3 faizlik qiymət artımı baş verdi, bu da əsaslı qiymət dəyişməsi deyil”.

Ekspert qeyd edib ki, daşınmaz əmlak bazarında bu tipli artım xəbərlərinin yayılması başadüşüləndir:

“Müəyyən spekulyativ informasiyalar olur. Qarşıdakı dövrlərdə qiymətin artacağı ilə bağlı informasiyalar potensial alıcı kütləsini bazara cəlb etmək məqsədi daşıyır.Bəzən əlində müəyyən qədər pul kütləsi olan alıcıları bazara cəlb etmək üçün ictimaiyyətə bu cür xəbərlər ötürürlər.Hesab edirəm ki, bu cür spekulyativ informasiyalara o qədər də ciddi yanaşmaq lazım deyil.Aydındır ki, daşınmaz əmlak bazarı kifayət qədər həssas sahədir.Bu sahə ilə bağlı olan məlumatlar qeyri-neft sektorunda daha çox diqqət çəkən informasiyalar kimi qəbul olunur.Bəzi KİV-lər də bu cür informasiyaları tirajlamaqda maraqlıdır.Təbii ki, alıcıları və xüsusilə də aktiv bazar iştirakçılarını bu cür informasiyalara əhəmiyyət verməməyə çağırıram.Bu cür informasiyalar zaman-zaman bazarda qeyri-müəyyən bir vəziyyət yaradıb.Bəzi insanlar bu cür informasiyalara əsaslanaraq bazara daxil olub və əməliyyat aparıblar.Onlar təbii ki, sonradan peşman olublar.Demirik ki, bazar tamamilə dayanıb və indiki mərhələdə alıcılar ümumiyyətlə, mənzil almamalıdır.Amma daşınmaz əmlak bazarında qiymət artımı ilə bağlı ortaya atılan proqnozlar heç bir iqtisadi əsaslara söykənmir.Nəzərə almaq lazımdır ki, daşınmaz əmlak bazarında faktiki olaraq indikatorlar mövcud deyil.Buna görə də 3-5 aydan sonra bazarda qiymətin artacağını demək və bunun neçə faiz arasında baş verəcəyini söyləmək də düzgün deyil”.

Ramil Osmanlı onu da qeyd edib ki, Azərbaycanda bəzi hallarda müəyyən qərarların nəyinki qəbulu, hətta müzakirəsi belə bazara təsir göstərir:

“Büdcə layihələri müzakirə olunarkən ipoteka kreditlərinə ayrılacaq vəsaitlərin həcminin 250 milyon manata qədər artırılacağı ilə bağlı informasiyalar səsləndi. Bu, büdcə layihəsində öz təsdiqini də tapdı. Eyni zamanda bu il büdcədə şəhərsalma və infrastruktur layihələrinə ayrılacaq vəsaitlərin də həcmi artırılıb. Bu, müəyyən mənada əsas verə bilər ki, həmin vəsaitlər qısamüddətli dövrdə bazara daxil olarsa, müəyyən qiymət artımına gətirib çıxarda bilər.Amma biz hələ bilmirik ki, qeyd olunan vəsaitlər hansı dövrlərdə bazara yönəldiləcək, onların bazara daxilolma tsikli qısamüddətli dövrü əhatə edəcəkmi, yoxsa uzun müddət ərzində baş verəcəkmi.Buna görə də öncədən proqnoz vermək bir qədər çətindir”.
Cebhe.info








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanda NƏ İŞLƏR ÇEVRİLİR?.. - "Hakimiyyət dəyişən kimi..."
Bu gün, 08:50
"Aylardır ödənilməyən ezamiyyə pullari nə vaxt ödəniləcək..." - MÜRACİƏT
Bu gün, 08:41
Burda açıq-aşkar ZAY MƏHSUL SATIRLAR - BU DA FAKT...
Bu gün, 08:27
Nə qədər ki, Babək Hüseynov vəzifə başındadır... - BELƏ HARA GEDİRİK?
Bu gün, 08:19
Məqsədləri müştəri məmnuniyyəti deyil ki... - GİLEY
Bu gün, 07:54
Bakıda piyadalar kütləvi şəkildə cərimələnə bilər... - "Bunu etmək belə çətindir?"
Bu gün, 07:41
Bakıda evi başına uçurulan vətəndaşın səhhəti pisləşdi - FOTO
Bu gün, 07:37
ABŞ-ın İrana hücumları davam edir... - TƏFƏRRÜAT
Bu gün, 07:27
Bizdə 'biznes' deyəndə niyə ağıla ilk olaraq gələn kafe-restorandır... - REPLİKA
Bu gün, 07:24
Ruslardan özlərinə layiq yarışma... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19
"Dondurmanı istənilən iş adamı ölkəyə gətirə bilir, ya yox?!" - Natiq Cəfərli
Bu gün, 07:14
Qadınlar kimə gözəl görünmək istəyir? - AKTUAL
Bu gün, 07:11
"Tamaşacı da soruşa bilər ki, nəyi və niyə izləsin..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:05
Naxçıvanda yaşıllığa DÜŞMƏN MÜNASİBƏTİ - AXI NİYƏ?..
Bu gün, 07:01
"Bizim insanlar, qadınlı-kişili, çox vaxt sevişmir, sadəcə cütləşir" - Çinarə Abbasova
Bu gün, 06:48
Zülfəli İsmayılov özünə QƏZZA YARADIB - həm də şəhərin mərkəzində...
Bu gün, 06:38
Tanınmış teleaparıcı kitab nəşr etdirdi - FOTO
Bu gün, 06:24
"Ukrayna Krımı Rusiyadan "təcrid edir" - yarımadada enerji və yanacaq böhranı dərinləşir"
Dünən, 13:42
Zəngəzur dəhlizinin rəhbəri Ermənistanda Moskvanı sıxışdırır
Dünən, 13:38
Ermənistanda Fransa Milli Gününün qonaqları ilə xəstəxanaya yerləşdiriliblər - "Armat Media"
Dünən, 13:35
DSX-nin hərbçisi vəfat edib - Foto
Dünən, 13:20
"Ağlaşma verilişlər reytinq verirdi"
Dünən, 13:15
Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq - TASS
Dünən, 13:13
Hindistanın Qafqaz qambiti: Azərbaycan ətrafında strateji balansın yeni ölçüsü - Görünəni odur ki...
Dünən, 12:52
Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR VERİLİB
Dünən, 12:47
“Yetimlik nədir, bildim” dedi, Bakıdan insanlar dəstək üçün Şabrana getdi... - VİDEO
Dünən, 12:44
Ehtiyat hissələri heç zavodunda tapılmayan ÇİN MAŞINLARI...
Dünən, 12:31
115 nömrəli məktəb Moskva univermağının yeni "filialı" elan edildi!!! -TƏFSİLAT
Dünən, 12:29
"Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır" - Vüqar Oruc
Dünən, 12:25
Ərini davadan ayırmaq istəyən gənc qadın bıçaqlandı - TƏFƏRRÜAT
Dünən, 12:20
Ermənistanda tufanqabağı sakitlik - İNCƏLƏMƏ
Dünən, 12:18
İran ŞOK siyahı yaydı, azərbaycanlılara xəbərdarlıq etdi - Bakıdan əks ÇAĞIRIŞ
Dünən, 12:14
Hirkan Milli Parkı zibil tullantılarının əsirinə çevrilib – Xanbulan su anbarı üçün də təhlükə yaranıb
Dünən, 12:11
"Qarabağ mövzusunda öz vətəndaşlıq borcumu yerinə yetirmişəm" - Ayaz Salayev
Dünən, 11:12
Özəl şirkətlər fəaliyyətini nəyə görə dayandırır? - ARAŞDIRMA
Dünən, 11:06
II Qaregin Ermənistanın yeni parlamentinin ilk sessiyasının açılışına dəvət edilməyib
Dünən, 11:00
Orxan Mürsəlov sevimli kadrı Fuad Bayramovun gizli əməllərindən xəbərdardırmı - İLGİNC İDDİALAR
Dünən, 10:53
Ömər Eldarov xəstəxanadan evə buraxıldı -Onun 99 yaşı var...
Dünən, 10:45
Paşinyan sülh istəyir, amma hazır deyil - ONA GÖRƏ DƏ...
Dünən, 10:38
Əliyevin Trampa təşəkkürü və: bu, təkcə minnətdarlıq mesajı deyil - Bakı gündəmi müəyyən edir...
Dünən, 10:33
Ruslar benzin növbəsində qırılırlar - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 10:28
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb
Dünən, 10:14
Ukrayna Rusiyanın “kölgə donanması”na aid daha 13 gəmini vurub - KİV
Dünən, 10:13
Bütün arxivləri açacağıq
Dünən, 09:03
"Nəyi dəyişmisiniz, İlqar Bayramlı?" - ETİRAZ VAR!
Dünən, 09:00
"Qızıl oğlanlar"ın təhsil islahatı - İLGİNC FAKTLAR
Dünən, 08:54
Kadr siyasətində iflas: Naxçıvanda əslində nə baş verir? - "Naxçıvana kənardan gətirilən..."
Dünən, 08:49
BU NƏDİ BELƏ: Şəkidə 500 ailə 4 ildir qazsız qalıb... - Sakinlər kömək istəyir
Dünən, 08:43
Cavid Qurbanovun sabiq nazir müavininə vəzifə verməsinin pərdəarxası... - Azərbaycan idmançıları döyən bolqar gimnastdan niyə yaxa qurtara bilmir?
Dünən, 08:39
Yeni 100 manatlıqlar inflyasiyanı artıracaq? – ŞƏRH
Dünən, 08:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru