Ulduz şokolad fabriki Bakının Neftçılər prospekti 91 ünvanında (Qız qalasının yaxınlığında) ilk “Ulduz Premium Chocolate” butikini açdı. Fabrik dünya şokolad tarixində ilk dəfə olaraq ənənvi dadlar ilə yanaşı milli dad olan kəklikotulu və darçınlı şokoladlar da satışa çıxardıb.
Respublikamızda həyata keçirilən beynəlxalq tədbirləri və gələn çox saylı qonaqları, o cümlədən turistləri nəzərə alaraq fabrik şokolad məhsularının üst dizaynında və qablaşdırılmasında da çalışıb ki, Azərbaycanın milli ornamentlərini, tarixi abidələrini əks etdirsin.
Yeni istifadəyə verilən butik paytaxt sakinləri ilə yanaşı, şəhərimizin çox saylı qonaqları üçün yeni dad olan məhsullarını müştərilərin seçiminə uyğun olaraq qablaşdıraraq “Made in Azerbaijan” brendi ilə təqdim edəcək.
Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən “Ulduz” şokolad fabriki yerli bazarla yanaşı dünyanın 20-dən artıq ölkəsinə şokolad məhsulları ixrac edir.