HƏDƏFDƏ YENƏ MİSİR MƏRDANOVDUR
Tarix: 12-07-2012, 13:02 | Çap et
MÜƏLLİM TƏHSİL NAZİRLİYİNİ İTTİHAM EDİR
“Orta məktəblərdə vakant yerlərə müəllim qəbulu prosesində ədalətsizlik var. Mən bunu faktlarla sübut edərəm. Hansı haqla ötənilki imtahanların obyektivliyindən və uğurlardan danışırlar, anlamıram”. Azərbaycan dili və ədəbiyyat müəllimi Şəmşad Ağayev “Media forum” saytına şikayət məktunda belə yazır.
Şəmşad Ağayev qeyd edir ki, ötən il müəllimlərin vakant yerlərə qəbulu zamanı özü də ədalətsizliklə qarşılaşıb: “Ötən il vakant yerlərə keçirilmiş imtahanda iştirak etdim. Sentyabrın 9-da imtahan verdim. Bakı və Bakıətrafı rayonlarda müəllim işləmək istəyənlər imtahanda 28 suala düzgün cavab verməli, 80 faiz bal toplamalı idi. Mən imtahanda 30.49 bal topladım. Bu da az qala 90 faiz deməkdir. Amma seçdiyim məktəblərə məni işə qəbul etmədilər. Elektron səhifəmə - “Şəxsi kabinet”imə bildiriş gəldi ki, guya topladığım bal yetərli deyil. Dedim yəqin ki, həmin məktəbləri yüksək bal toplayanlar tutub. Ancaq sonradan bəlli oldu ki, Suraxanı rayonu 118 saylı məktəbə heç kəs göndərilməyib”.
Şəmşad Ağayevin sözlərinə görə, təhsil naziri bu işi nazirliyin kadrlar şöbəsinin müdiri Fərzəli Qədirova həvalə edib. O da maraqlarına uyğun şəkildə istədiyi adamı müəllim təyin edib: “Nazirə bir neçə dəfə müraciət etdim, ancaq cavab gəlmədi. Fərzəli Qədirov isə ümumiyyətlə mənimlə görüşmək istəmədi. Sonra ikinci tura getdim. Gördüm ki, 118 saylı məktəb də vakant yerlərə salınıb, halbuki mən o məktəbi birinci sırada seçmişdim. Bu gün də sənədlər əlimdədir. İstənilən vaxt təqdim edə bilərəm”.
Müəllim bildirir ki, bu ədalətsizliyə etiraz etsə də, heç bir nəticəsi olmayıb: “Etirazımı bildirdim ki, əgər bu məktəbə kimsə getməyibsə və ortada topladığım bu qədər bal varsa, niyə bu məktəbi vakant yerlərə salmısınız? Nazirliyin ümumi şöbəsinin müdiri Xəyyam Fərəcov dedi ki, get otur evində, sənin etirazlarına əhəmiyyət verilməyəcək. Bundan sonra Təhsil Nazirliyinin aparat rəhbəri İlham Pirməmmədovla əlaqə saxladım, o da təxminən eyni cavabı verdi”.
Müəllim yazır ki, nazirlə görüşmək mümkün olmayıb, onu nazirin köməkçisi Rasim Süleymanov qəbul edib: “Mən problemi nazirin köməkçisinə danışdım. Sənədlərə baxıb bildirdi ki, haqqını heç kəs əlindən ala bilməz, mən məsələni nazirə çatdıracam, bir az səbirli ol. Ancaq bir müddət keçdi, səs çıxmadı”.
Şəmşad Ağayevin sözlərinə görə, bu ilin yanvar ayından nazirlikdən ona yalan vədlər verilir, ancaq problem həll olunmur: “Dedilər ki, yanvar ayından yaşlı müəllimləri təqaüdə göndərərik, onda sizi də işlə təmin edərik. Bu da quru vəd oldu. İyulun 9-da yenidən nazirin qəbuluna yazıldım. Köməkçisi Rasim Süleymanov məni qəbul etdi və bildirdi ki, problemi nazirə çatdıracaq. Ayın 11-də Rasim Süleymanova zəng etdim, dedi ki, kadrlar şöbəsinin sənə verdiyi cavab qanunidir. Nazir deyir ki, həmin cavabı yeni bir ərizəyə tikib göndərsin bizə. Başa düşmürəm, kadrlar şöbəsi mənə nə vaxt obyektiv cavab verdi ki, qanuni də olsun?”

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • " Müstəqil ölkələrin varlığı bu şovinistləri narahat edir..." - deputat
Bu gün, 08:45 |
|
|
|
| • ABŞ MKİ şefinin Rusiya səfərində Kremli hədələyib? - GƏLİŞMƏ
Bu gün, 08:41 |
|
|
|
| • Başınızı qaldırıb, bir az da camaatı dinləyin... - NARAZILIQ VAR...
Bu gün, 08:37 |
|
|
|
| • Bakıda 11 saylı “zon”da kütləvi dava: “Yeraz Camal”ı ölümcül döydülər - TƏFƏRRÜAT
Bu gün, 08:20 |
|
|
|
| • Ziyəddin Əliyevlə bağlı Prezidentə müraciət –MƏTN + FOTOFAKT
Bu gün, 08:14 |
|
|
|
| • Rusiya Baltikyanı ölkəsinə hücum edə bilərmi? - ŞƏRH
Bu gün, 08:08 |
|
|
|
| • 46 il öncə Zeynəb Xanlarova ilə bağlı Özbəkistanda nə baş verib? – Tarixi video
Bu gün, 08:07 |
|
|
|
| • Dillər Universitetində nələr baş verir? - keçmiş dosentdən ölkə Prezidentinə müraciət
Bu gün, 08:04 |
|
|
|
| • “Bizə erməni dilini bilən diplomatlar lazım olacaq” - deputat
Bu gün, 07:42 |
|
|
|
| • “Pulunu ödədiyim internet paketindən niyə istifadə edə bilmirəm?” – “Azercell”dən DAHA BİR şikayət
Bu gün, 07:39 |
|
|
|
| • Mingəçevirdə MilliÖN problemi - Rəqəmsal ödəniş dövründə niyə insanlar hələ də növbədə dayanmalıdır?
Bu gün, 07:35 |
|
|
|
| • FTB Epşteynin evinə dinləmə qurğusu yerləşdirən İsrail agentini saxlayıb - TƏFƏRRÜAT
Bu gün, 07:32 |
|
|
|
| • Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində... - AKTUAL
Bu gün, 07:30 |
|
|
|
| • “Landau School”un camaatla XADİMƏ MƏZƏSİ... - yəqin MIRT VURURLAR...
Bu gün, 07:28 |
|
|
|
| • Şəmkirdə dövlətin ayırdığı dərmanlara KİM ƏL QOYUR? - NARAZILIQ VAR...
Bu gün, 07:07 |
|
|
|
| • İmişlidə məscidin əmlakı mənimsənilib, icra başçısının adı çəkilir - şok korrupsiya ittihamları
Bu gün, 07:02 |
|
|
|
| • Uolts ticarət danışıqları zamanı ABŞ-nin Kanadaya qarşı tələblərini açıqlayıb - KİV
Bu gün, 06:55 |
|
|
|
| • Yusif Ələsgərovsayağı qohumbazlıq... - İTTİHAM VAR...
Bu gün, 06:50 |
|
|
|
| • Notariatda köhnə ənənələr geridə qaldı, yoxsa? – Daxil Kərimovun "misilsiz xidməti"
Bu gün, 06:41 |
|
|
|
| • Maxaçevin "Azərbaycan dosyesi": Zaqatala-Balakəndə muxtariyyət tələbi, separatizm və Moskva planı — ŞOK FAKTLAR
Bu gün, 06:32 |
|
|
|
| • Paşinyan Qaregini də "küncə" sıxdı: Ya həbs, ya istefa - GƏLİŞMƏ
Bu gün, 06:30 |
|
|
|
| • İlqar Bayramlı ilə bağlı ilginc iddialar - “Capital Motors”dan təhsil sisteminə uzanan yol
Bu gün, 06:25 |
|
|
|
| • Laçındakı görüş Ermənistanda təşviş yaratdı – “Bakı işıqlarımızı söndürəcək”
Bu gün, 06:21 |
|
|
|
| • "Heç kəsin fikri mənim üçün önəmli deyi" - FOTO
Dünən, 18:09 |
|
|
|
| • “Vüqarın adından istifadə edib, oğluna toy edir, qələt edir, başını daşa döyür” -Meyxanaçının atasından SƏRT AÇIQLAMA
Dünən, 18:01 |
|
|
|
| • Telefon almaq adı ilə görüşdülər, bıçaqla hədələyərək qarət etdilər – QƏRAR
Dünən, 17:59 |
|
|
|
| • Dambrauskasın az bilinən başqa bir “oyunu” da varmış
Dünən, 17:57 |
|
|
|
| • Qəzənfər Paşayevin qızından maraqlı jest – 500 minlik qalmaqal gündəmi qarışdırdı
Dünən, 17:47 |
|
|
|
| • Əsədi ölüm gözləyirdi, ona görə qəbul etdik... - Zaxarova
Dünən, 17:42 |
|
|
|
| • Mərkəzi Bankda departament direktoru vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:36 |
|
|
|
| • “BakuBus”un Gəncə Avtoparkına yeni rəis təyin olunub - ƏMR
Dünən, 17:34 |
|
|
|
| • Məhkəmə hakimləri üçün əba alınır - QİYMƏT, TENDER...
Dünən, 17:30 |
|
|
|
| • Azərbaycanlı iş adamının deputatlığa namizədliyi ləğv olundu
Dünən, 17:24 |
|
|
|
| • Paşinyan Köçəryanı həbs etdirdi, indi Putinin qarşısına çıxır - Gələn həftə Kremlin sahibi baş nazirdən hesab soracaq...
Dünən, 17:20 |
|
|
|
| • Biləcəridə qanun hərləyən KİMDİR Kİ... - FAKT BUDUR
Dünən, 16:57 |
|
|
|
| • “Bosniya qəssabı” Ratko Mladiç ölüb
Dünən, 16:44 |
|
|
|
| • TƏBİB rəhbəri baş həkimi işdən azad etdi - FOTO
Dünən, 16:42 |
|
|
|
| • Ermənistanda Süni İntellekt Nazirliyi yaradıldı - KİV
Dünən, 16:40 |
|
|
|
| • Ermənilər SSRİ-ni unudurlar - Paşinyan belə deyir...
Dünən, 16:22 |
|
|
|
| • Ermənistan Azərbaycana müharibə elan edir? - Görünəni odur ki...
Dünən, 16:21 |
|
|
|
| • İrəvan İrana qarşı sanksiyalara qoşulur? – Paşinyan açıqladı
Dünən, 16:20 |
|
|
|
| • Nərimanov Tibb Mərkəzində narazılıq - “İllərlə bütün çətinliklərə bu ümidlə dözdük, amma...”
Dünən, 16:17 |
|
|
|
| • Azərbaycan-Rusiya birgə müəssisəsinin rəhbəri dəyişib - BUNDAN SONRA...
Dünən, 16:13 |
|
|
|
| • “Oğlunuzu evləndirməzdən əvvəl ondan psixoloji olaraq boşanın!” - AKTUAL
Dünən, 16:09 |
|
|
|
| • Agentlik sədri 3 nəfərə yüksək vəzifə verdi - ADLAR
Dünən, 16:02 |
|
|
|
| • Ruslar Azərbaycana axışır – səbəb nədir?
Dünən, 15:59 |
|
|
|
| • Kino Agentliyi iki filmin istehsalına görə İTV-yə 900 min manat ödəyəcək
Dünən, 15:36 |
|
|
|
| • Qarabağ Universiteti Şuşada 28 mənzili 1 illik kirayəyə götürüb – 201 min manata
Dünən, 15:34 |
|
|
|
| • Bakıdan keçərək Tiflisə gedən sərnişin külli miqdarda kokainlə TUTULDU
Dünən, 15:19 |
|
|
|
| • Paşinyan daha bir təhlükəli düşməninə "torba tikir" - Xocalı cəlladı...
Dünən, 15:16 |
|
|
|
|