Biləcəridə qanun hərləyən KİMDİR Kİ... .....                     “Bosniya qəssabı” Ratko Mladiç ölüb .....                     TƏBİB rəhbəri baş həkimi işdən azad etdi .....                     Ermənistanda Süni İntellekt Nazirliyi yaradıldı .....                     Ermənilər SSRİ-ni unudurlar .....                     Ermənistan Azərbaycana müharibə elan edir? .....                     İrəvan İrana qarşı sanksiyalara qoşulur? .....                     Nərimanov Tibb Mərkəzində narazılıq .....                     Azərbaycan-Rusiya birgə müəssisəsinin rəhbəri dəyişib .....                     “Oğlunuzu evləndirməzdən əvvəl ondan psixoloji olaraq boşanın!” .....                     Agentlik sədri 3 nəfərə yüksək vəzifə verdi .....                     Ruslar Azərbaycana axışır .....                     Kino Agentliyi iki filmin istehsalına görə İTV-yə .....                     Qarabağ Universiteti Şuşada 28 mənzili 1 illik kirayəyə götürüb .....                     Bakıdan keçərək Tiflisə gedən sərnişin külli miqdarda kokainlə TUTULDU .....                     Paşinyan daha bir təhlükəli düşməninə "torba tikir" .....                     Bakıda evli qadını şantaj edən şəxs .....                     Robert Köçəryan xəstəxanadan birbaşa istintaq təcridxanasına aparıldı .....                     İcra başçısının atası Bakıda dava etdi .....                     Paşinyanın bu strategiyası doğrudur... .....                     Ermənistan Azərbaycandan elektrik enerjisi idxalında maraqlıdır .....                     “OpenAI" şirkəti Azərbaycanda vergi uçotuna alınıb .....                     1:0 üstünlük, natamam heyət, zədə kabusu və “Tvente” təhlükəsi .....                     Ev sahibini bıçaqla hədələyərək quldurluq edən şəxsə .....                     Şərurda "Bu kənddə kişi yoxdur" sözünə görə dava düşdü .....                     Zeynəbdən ONU QINAYANLARA: .....                     Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur .....                     Koçaryanla Sarkisyan Bakıya verilə bilər? .....                     Ermənistan Rusiyanın etirazına səbəb olan qərarı təsdiqlədi .....                     Azərbaycanda akkumulyator istehsalçısına yeni rəhbər təyin edilib .....                     Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabrda baş tuta bilər .....                     Azərbaycan Suriyaya daxil olur: .....                     Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək .....                     «Qala Həyat Sığorta» əvvəlki kimi işləyə bilmir .....                     Azərbaycandan Rusiyaya və əksinə uçan təyyarələr havaya qalxa bilmədi .....                     Paşinyan Putinin “sifarişlərini” yerinə yetirir? .....                     “Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim” .....                     CNN-lə məhkəmə .....                     Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi .....                     Aİ referendumu: .....                 

“Oğlunuzu evləndirməzdən əvvəl ondan psixoloji olaraq boşanın!” - AKTUAL
Tarix: Bu gün, 16:09 | Çap et

Adətən yeni cütlüklərin yola gedə bilmədiyi üçün 3-6 ay ərzində boşandığının şahidi oluruq. Lakin Dövlət Statistika Komitəsinin son hesabatı daha acınacaqlı mənzərəni göz önünə sərir. Məlumata görə, 2025-ci ildə Azərbaycanda azyaşlı uşağı olan 20 min 675 ailə rəsmi şəkildə boşanıb.

Acınacaqlı hal odur ki, bu ailələrin arasında 18 yaşında övladı olan cütlüklər də var. İllərlə və min bir əziyyətlə formalaşan ailə mühitinin dağılması ciddi suallar doğurur. Boşanmalar artdıqca, nikahların sayında azalma qeydə alınır. 2026-cı ildə hər 1000 nəfərə düşən nikah sayının 4,9-dan 3,8-ə düşməsi 22,45% azalma deməkdir. Bu durum demoqrafik baxımdan sosial və milli problem hesab olunur. Elmi və sosioloji tədqiqatlara əsasən, cütlüklər eyni dam altında yaşamağa ortalama 18-cı aylarda alışmağa başlayırlar. Çox vaxt birgə həyatın çətinliklərini qəbul edə bilməyən tərəflər məhz bu mərhələdə yollarını ayırır. Son dövrlər uzunillik ailələrin də dağılması boşanmanın kütləvi xarakter aldığını göstərir.

Sherg.az problemin psixoloji və sosioloji tərəflərini psixoloq Fərqanə Mehmanqızı ilə müzakirə edib:

- İllərlə, böyük zəhmətlə qurulan ailə modelinin birdən-birə dağılmasında hansı psixoloji və sosioloji amillər rol oynayır?

- Ailələrin dağılmasının bir çox səbəbləri var. İnsanın yaşı artdıqca həyata və problemlərə yanaşma tərzi dəyişir. Hazırda ən böyük problem cütlüklərin inkişaf səviyyəsindəki fərqdir. Tərəflərdən birinin intellektual və dünyagörüşü baxımından özünü inkişaf etdirməsi, digərinin isə bu prosesdən geri qalması eyni dam altında iki fərqli dünyagörüşünün toqquşmasına gətirib çıxarır. Nəticədə yanındakı insan artıq darıxdırıcı olmağa başlayır. Əgər evlilik sadəcə “bu mənim ərimdir” və ya “bu mənim arvadımdır” anlayışı üzərində qurulubsa, deməli, orada artıq inkişaf dayanıb. Çünki evlilik sadəcə formal “ər-arvad” statusuna sığınmaq demək deyil. Bu statusda ilişib qalmaq mənəvi inkişafın bitdiyinin əsas göstəricisidir. Lakin anlamırlar ki, hər kəs öz xarakteri ilə münasibətinə biçim verir. Yaşımız ötdükcə xarakterimiz və həyata baxışımız dəyişdiyi üçün münasibətimizin səviyyəsi və mahiyyəti də dəyişir. 

- İdeal evlilik neçə yaşlarda olur? Yoxsa əsas meyar yaş deyil, insanın ailə məsuliyyətini dərk etmə səviyyəsidir?

- Evlilik müəyyən dərəcədə təqvim yaşı ilə bağlı olsa da, ailə məsuliyyətini daşımaq tam olaraq yaş göstəricisindən asılı deyil. Cütlüklər evlilik mərhələsinə çatana qədər fərdi inkişaf prosesini tamamlamalıdır. Ailə qurmazdan əvvəl ilk növbədə ünvanlayacağımız sual kiminlə və nə üçün evləndiyimiz olmalıdır. İnsan xislətinə yapışan ən böyük problem bilirsiniz nədir? Qarşılarındakı şəxslə münasibət qurarkən, “Əşi, buna göz yumum, evlənəndən sonra düzələcək” fikri ilə evliliyə qədəm qoyurlar. Amma bu belə deyil. Münasibət yemək bişirməyə bənzəyir. Yeməyə əlavə etdiyimiz ərzaqlar və ədviyyatlar bir-biri ilə uyğunlaşanda ortaya dadlı təam çıxır. İnsanlar da öz xarakterik keyfiyyətləri ilə münasibətə məzmun qatırlar. Cütlüklər bir araya gəldikləri zaman aralarında ahəngdar və gözəl birliyin yaranıb-yaranmadığını müəyyən etməyi bacarmalıdır. Əgər tərəflərdən biri münasibətə ruh qatır, digəri isə heç nə vermirsə, ailənin bünövrəsində çat əmələ gələcək. Başlanğıcda nəzərə çarpmayan bu əskiklik illər keçdikcə yığılaraq böyüyür və sonda bütün tarazlığı pozub ailəni yıxır. Təəssüf ki, təcrübəmdə heç bir mənəvi bağı qalmayan, kağız üzərində evli görünən nə qədər cütlüklə qarşılaşmışam. Evlilik bitki kimidir. Ağacın kökünə vaxtında su töküb qeydinə qalmasaq, solacaq.

- Cəmiyyətdə boşanmaları bəzən aliment almaq niyyətinə bağlayırlar. Bu yanaşmanın nə dərəcədə reallığı əks etdirdiyini düşünürsünüz?

- Boşanmaların aliment almaq məqsədilə həyata keçirildiyini düşünənlər yanılır. Bir uşaq üçün nəzərdə tutulan aliment məbləği 200-230 manat təşkil edir. Normal ailə modelində kişi evinin və övladlarının təminatına bundan daha artıq vəsait xərcləyir. Diqqət çəkən başqa hüquqi məqam isə odur ki, aliment tələb etmək üçün boşanmağa ehtiyac yoxdur. Qanunvericilik rəsmi nikahda ola-ola da övladın təminatı məqsədilə aliment kəsilməsinə imkan verir. Cəmiyyət anlamalıdır ki, aliment valideynə ödənilən qazanc deyil, birbaşa uşağın təhsili, sağlamlığı və gələcəyi üçün nəzərdə tutulan qanuni hüququdur. Aliment "anaya verilən vəsait" kimi beyinlərə yerdildikcə, əldə bayrağa çevrilir. Heç bir qadın alimentə görə boşanmır. Çünki qadın özünü xoşbəxt hiss etdiyi mühiti və güclü kişini buraxıb, ailəsini dağıtmaz. Uşaq başına düşən aliment yüksək məbləğ olsaydı, ailələrin alimentə görə dağıldığını düşünmək olardı. Həmin vəsait uşağın məktəb ləvazimatları və geyim xərclərini çətinliklə qarşılayır. Yalnız övladını sevməyən, onun qayğısına qalmaq istəməyən kişilər alimenti bayraqa çevirirlər. Övladını sevən ata heç vaxt aliment mövzusunu problemə çevirmir.

- Bəs, ailənin dağılması hansı yaş qrupundan olan azyaşlılara daha dərin psixoloji təsir göstərir?

- Cəmiyyətdə boşanmaların uşaqda psixoloji travma yaratdığını süni şəkildə şişirdirlər. Hər yıxılan insan eyni dərəcədə zədələnmədiyi kimi, hər mənfi təcrübə də eyni fəsadı vermir. Bu proses fərdin dünyagörüşündən və ətraf mühitin ona münasibətindən asılıdır. Əslində uşağa travmanı boşanma faktı deyil, valideynlərin yanlış davranışı yaşadır. Uşaq manipulyasiyadan zədələnir. Uşağa anasını və ya atasını pislədikcə onun daxili dünyasındağında dərin travmalar formalaşır. İnanın ki, uşaq hər gün evdə valideynlərinin davasını izləməkdən və eşitdiyi nalayiq ifadələrdən daha böyük travma alır. Əgər uşaq həm anasını, həm də atasını vaxtlı-vaxtında görə bilirsə, burada ciddi psixoloji sarsıntıdan söhbət gedə bilməz. Ata övladına onun özündən deyil, anasından ayrıldığını doğru dildə izah etməlidir. Valideyndən ayrı yaşamaq travma səbəbi olsaydı, aylarla xidmətdə olan hərbçilərin övladları dərin psixoloji sarsıntı keçirərdilər. Valideynlər dərk etməlidirlər ki, boşanarkən tərəflər ər-arvad statusunu itirsələr də, ata və ana məsuliyyətindən azad olmurlar. Uşağın psixoloji sağlamlığını və mənəvi rahatlığını qorumaq hər iki valideynin ən başlıca borcudur.

- Bəzən gənclər evləndikdən sonra da valideyn mühitindən tam qopa bilmir və yeni ailəyə uyğunlaşmaqda çətinlik çəkirlər. Emosional asılılığın əsas psixoloji səbəbləri nədir?

- Evlənəcəyiniz insan birinci anası ilə, bibisi ilə, xalası ilə “boşansın”, müstəqil fərd olsun, sonra nikaha girin. Dediklərim bəzi anaların xoşuna gəlməyə bilər. Amma həqiqət budur. Analar oğullarını yanlarında “ər” kimi saxlamamalıdır. Onları buraxmalıdırlar! Təəssüf ki, bu gün şəxsi həyatında xoşbəxt ola bilməyən qadınlar – istər qız, istər oğlan anası - övladlarına həddindən artıq bağlanırlar. Övladları ailə qurduqdan sonra onların həyatına müdaxilə etməkdən çəkinmirlər. Təcürübəmdə, oğlunu gəlninə qısqanan analar da görmüşəm. Qadınlar evlənmədən öncə bunu müşahidə etsə də, görməzlikdən gəlir. Bununla da sağlam təməldən məhrum olan ailə modelləri formalaşır. Boşanmaların böyük əksəriyyəti valideynlərin gənclərin şəxsi münasibətlərinə müdaxilə etməsindən qaynaqlanır. Mən belə analara həmişə eyni tövsiyəni verirəm: “Oğlunuzu evləndirməzdən əvvəl ilk növbədə özünüz ondan psixoloji olaraq “boşanın”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Biləcəridə qanun hərləyən KİMDİR Kİ... - FAKT BUDUR
Bu gün, 16:57
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
Bu gün, 16:44
TƏBİB rəhbəri baş həkimi işdən azad etdi - FOTO
Bu gün, 16:42
Ermənistanda Süni İntellekt Nazirliyi yaradıldı - KİV
Bu gün, 16:40
Ermənilər SSRİ-ni unudurlar - Paşinyan belə deyir...
Bu gün, 16:22
Ermənistan Azərbaycana müharibə elan edir? - Görünəni odur ki...
Bu gün, 16:21
İrəvan İrana qarşı sanksiyalara qoşulur? – Paşinyan açıqladı
Bu gün, 16:20
Nərimanov Tibb Mərkəzində narazılıq - “İllərlə bütün çətinliklərə bu ümidlə dözdük, amma...”
Bu gün, 16:17
Azərbaycan-Rusiya birgə müəssisəsinin rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 16:13
“Oğlunuzu evləndirməzdən əvvəl ondan psixoloji olaraq boşanın!” - AKTUAL
Bu gün, 16:09
Agentlik sədri 3 nəfərə yüksək vəzifə verdi - ADLAR
Bu gün, 16:02
Ruslar Azərbaycana axışır – səbəb nədir?
Bu gün, 15:59
Kino Agentliyi iki filmin istehsalına görə İTV-yə 900 min manat ödəyəcək
Bu gün, 15:36
Qarabağ Universiteti Şuşada 28 mənzili 1 illik kirayəyə götürüb – 201 min manata
Bu gün, 15:34
Bakıdan keçərək Tiflisə gedən sərnişin külli miqdarda kokainlə TUTULDU
Bu gün, 15:19
Paşinyan daha bir təhlükəli düşməninə "torba tikir" - Xocalı cəlladı...
Bu gün, 15:16
Bakıda evli qadını şantaj edən şəxs - Həbs olundu
Bu gün, 15:04
Robert Köçəryan xəstəxanadan birbaşa istintaq təcridxanasına aparıldı - KİV
Bu gün, 14:58
İcra başçısının atası Bakıda dava etdi - TƏFƏRRÜAT
Bu gün, 14:51
Paşinyanın bu strategiyası doğrudur... - ONA GÖRƏ DƏ...
Bu gün, 14:46
Ermənistan Azərbaycandan elektrik enerjisi idxalında maraqlıdır - Paşinyan
Bu gün, 14:40
“OpenAI" şirkəti Azərbaycanda vergi uçotuna alınıb
Bu gün, 14:39
1:0 üstünlük, natamam heyət, zədə kabusu və “Tvente” təhlükəsi -“Qarabağ” son döyüşə çıxır
Bu gün, 13:16
Ev sahibini bıçaqla hədələyərək quldurluq edən şəxsə AĞIR CƏZA
Bu gün, 13:09
Şərurda "Bu kənddə kişi yoxdur" sözünə görə dava düşdü — DETALLAR
Bu gün, 13:07
Zeynəbdən ONU QINAYANLARA: - “Yayda şuba geyinməliyəm?”
Bu gün, 13:01
Köçəryan və Sarkisyan qanunsuz əldə edilən hər şeyi qəpiyinə qədər xalqa qaytarmalıdır, başqa seçim yoxdur - Paşinyan
Bu gün, 12:59
Koçaryanla Sarkisyan Bakıya verilə bilər? - CAVAB
Bu gün, 12:58
Ermənistan Rusiyanın etirazına səbəb olan qərarı təsdiqlədi - KİV
Bu gün, 12:53
Azərbaycanda akkumulyator istehsalçısına yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Bu gün, 12:45
Ukrayna və Rusiya arasında yeni danışıqlar sentyabrda baş tuta bilər - Zelenskinin Ofisi
Bu gün, 12:44
Azərbaycan Suriyaya daxil olur: - qaz, Türkiyə və böyük geosiyasi oyun
Bu gün, 12:42
Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək - DETALLAR
Bu gün, 12:40
«Qala Həyat Sığorta» əvvəlki kimi işləyə bilmir – YIĞIMLAR AZALIR, ÖDƏNİŞLƏR ARTIR
Bu gün, 12:38
Azərbaycandan Rusiyaya və əksinə uçan təyyarələr havaya qalxa bilmədi - DRON TƏHLÜKƏSİ
Bu gün, 12:31
Paşinyan Putinin “sifarişlərini” yerinə yetirir? - Köçəryanın həbsi ilə bağlı şok iddialar
Bu gün, 12:28
“Evimi məcbur “İrşad”ın departament rəhbərinin adına rəsmiləşdirdim” - NARAZILIQ VAR...
Bu gün, 12:22
CNN-lə məhkəmə - Azərbaycanın vəkilindən ilginc açıqlamalar
Bu gün, 12:19
Oliqarx oğlu milyonluq varidat, lüks avtomobilləri “unutdu”, məhkəməyə 1000 manatlıq maaş arayışı təqdim etdi - İLGİNC
Bu gün, 12:14
Aİ referendumu: - Ermənistanın xarici siyasət balansı dəyişə bilərmi?
Bu gün, 12:12
Eyni məhsulları Azərbaycanda 345 manata, ABŞ-də isə 654 dollara almaq mümkündür - ARAŞDIRMA
Bu gün, 12:08
Vətəndaşlar asfalt çəkdirirlər, aidiyyəti qurumlar kef edirlər: Belə işləməyə nə var? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:59
“Son əsgər dəfn edilməyənə qədər savaş bitməyib”
Bu gün, 11:56
Xəstə qadını xüsusi amansızlıqla öldürənin İTTİHAM AKTI - TƏFƏRRÜAT
Bu gün, 11:53
“Qarabağ” 1,4 milyon manatlıq transfer edir?
Bu gün, 11:48
Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI
Bu gün, 11:34
Zaur Mikayılov Mirzəcan Xəlilov işbirliyinin arxasında daha nələr dayanır - İTTİHAM VAR...
Bu gün, 11:31
Köçəryanın halı pisləşdi, xəstəliyi ortaya çıxdı – Paşinyandan “yox” cavabı
Bu gün, 11:25
“Sinay Group”un kapitalı 230 min manat azaldıldı
Bu gün, 11:20
"Baktelecom"un "Rabitəbank"dakı payı "Aztelekom"a ötürülüb - DETALLAR
Bu gün, 11:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru