Yüklədiyin pul niyə sayğacda əks olunmur ki? .....                     "Duzlu göl"lə bağlı TÜKÜRPƏDİCİ faktlar: .....                     “Makler” saxta çıxarışlarla ev satışı görüntüsü yaradaraq .....                     "Direktor təyin olunmağım üçün 60 min manat istənildi" .....                     Nazir bu agentliyə sədr müavini təyin etdi .....                     Lənkəranda bir məktəb yararsız vəziyyətdə, digərində ibtidai siniflər ləğv edilir .....                     İrandan Ermənistana verilən o VƏD... .....                     İranın İrəvan şəbəkəsi çökdürüldü .....                     Simonyan TƏŞVİŞDƏ .....                     “Messini yarışda saxlamaq istəyirlər...” .....                     SOCAR-da iş və mənzil vədi ilə həmcinsindən 21 min manat alan qadınla bağlı .....                     Tora salınmış iş adamı Nazim Tahirovla bağlı ELƏ FAKTLARI AÇIQLADI Kİ... .....                     Musiqi kollecinə direktor müavini təyin etdirmək adı ilə dələduzluq etdi .....                     Pensiya kapitalı birdəfəyə şəxsə verilə bilər: BU ŞƏRTLƏRLƏ .....                     “Sabah” Azərbaycanın UEFA reytinqinə xal qazandırdı .....                     Məhkəmə 200 min manatlıq dələduzluq edən müəllimlə bağlı .....                     Azərbaycanın pambıq şirkətinin Müşahidə Şurasının üzvləri seçiləcək .....                     Rusiyanın əsas hədəfi müxalifəti Ermənistan parlamentinə daşımaq idi .....                     Rusiya elitası birinci sinif şagirdlərinə qarşı: .....                     İranda Paşinyana sensasion Zəngəzur xəbərdarlığı .....                     Küçədə tanımadığı şəxsi bıçaqlayan qazi məhkəmə zalında həbs edildi .....                     Rusiya gecə ərzində 400-dən çox Ukayna PUA-sını məhv edib .....                     "Zirə" bu gün "Torpedo" ilə üz-üzə gələcək .....                     Rusiyadakı azərbaycanlılara “çamadan xəbərdarlığı” .....                     Gədəbəydə dəhşətli qətlin təfərrüatı: "Al, bu da sənə qızıllar" deyərək damdan aşağı atıbmış .....                     Nazirliklərdə yeni müavin postlarının pərdəarxası .....                     SEPAH ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb .....                     Naxçıvan TV-yə NİYƏ PUL AYRILIR Kİ? .....                     "Bu ağılla Sərdar Cəlaloğlu gərək söyləyəydi ki, öncə Qərbə bağlı olub, sonra Rusiyaya yönəlib" .....                     ADPU-nun filial direktoru Passivləşdirdiyi vergi statusunu yenidən aktiv etdi .....                     İranın Keşm və Xark adalarında partlayışlar baş verib .....                     Messi dahidir... .....                     Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi .....                     "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sadə işçiyə hansı real faydanı verir?" .....                     Azərbaycanda ət qadağası: Qiyməti bahalaşdıracaq .....                     İran ABŞ-nin Hörmüz boğazının idarəçiliyinə müdaxilə etməsinə icazə verməyəcək .....                     "MESTONATMIKS GROUP" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb .....                     Paşinyan Bakının tələbini bu yolla reallaşdıracaq .....                     Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! .....                     "Sabah"dan sabah üçün YAXŞI ZƏMİN... .....                 

Bakıdakı yanğına görə həbslər davam edəcək - ARAŞDIRMA
Tarix: 21-05-2015, 12:55 | Çap et
Bakıdakı yanğına görə həbslər davam edəcək
Mayın 19-da Binəqədi rayonu, Azadlıq prospektindəki binada baş verən yanğın hadisəsi ölkədə ciddi ajiotaja səbəb oldu. Elə həmin gün də baş verən hadisəylə bağlı hüquqi prosedur başlanıldı.
Hadisə yerinə gələn Baş prokuror Zakir Qaralov ilkin ehtimal olaraq yanğına səbəb kimi binaya vurulan keyfiyyətsiz üzlüklərin olmasını göstərib. Ondan sonra yaşayış binasında baş verən dəhşətli yanğınla bağlı şirkət rəhbəri tutulub. Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin “Unikal”a daxil olan birgə məlumatında qeyd olunur ki, 2015-ci il may ayının 19-da, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri cəlb ediliblər. Hadisə yerinin mühafizəsi və xilasedicilərin maneəsiz fəaliyyəti Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının və paytaxtın polis orqanlarının əməkdaşları tərəfindən təmin edilib.
Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılıb, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub. Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir.
“Unikal” qəzeti olaraq, baş verən hadisənin pərdəarxası məqamlarını işıqlandırmaq üçün bir sıra ekspertlərlə söhbətləşdik. Öncə onu qeyd etmək lazımdır ki, əgər bütün işlər düzgün qurulsaydı, bu hadisə baş verməzdi. Azərbaycan vətəndaşları bilməlidir ki, günahkar və günahkarlar kimdir? Bu hadisəyə görə kim məsuliyyət daşıyacaq? Ölkə rəhbəri İlham Əliyev də açıq şəkildə bəyan edib ki, hər kəs nəticə çıxarmalıdır, hər bir məmur öz məsuliyyətini dərk etməlidir: “ Bir də qeyd edirəm ki, heç kim cəzasız qalmayacaq. Günahkarlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcək”.
Məsələylə bağlı “Unikal”a açıqlama verən tanınmış hüquqşünas Mehman Muradlı deyib ki, Bakı şəhərində buna oxşar yanğın hadisələri olub, amma bu miqyasda, 15 nəfərin vəfatı onların arasında 4 azyaşlının olması ilk dəfədir. Onun sözlərinə görə, məsələyə ilkin reaksiya verilərək baş prokurorluq tərəfindən cinayət işinin başlanması və dərhal bu yanğının baş verməsində şübhəli şəxs qismində bir nəfərin saxlanılması məsələnin nə qədər ciddi olduğunu göstərdi. Hesab edirəm ki, bu məsələdə, cinayətdə əli olan hər bir kəs məsuliyyətə cəlb olunmalıdı. Burada əsas məsuliyyətə binaya üzlük vurulmasında istehsalçıynan yanaşı həm də görülən işi istismara qəbul edən orqanların nümayəndələri də cəlb edilməlidi. Açığı həmin materialın nə qədər tez və ya gec yanmasından xəbərim olmasa da, görünən odur ki, bu işdə məsuliyyətsizlik edilib və 15 nəfərin həyatına son qoyulub. Binəqədi rayon İcra Hakimiyyəti başçısının ilk verdiyi açıqlamada yaxasını kənara çəkməsi isə absurddu. Çünki başçılıq etdiyi rayon ərazisində istənilən obyektin təhlükəsizliyindən tutmuş kommunal işlərin görülməsinə bir başa cavabdehdi. Necə ola bilər ki, bir ev zibil pulunu verməyəndə hər gün o mənzilin qapısını MKİS əməkdaşları döyə bilir, amma bu cür məsələ ortaya çıxanda icra başçısı yaxasını kənara çəkir? Əgər üzlük keyfiyyətsiz olubsa bəs, onda müvafiq qurumlar onu niyə istismara qəbul edirdi? Yəni, bir çox suallar var ki, onlara cavab tapılmalıdır”.
Hüquqşünas hesab edir ki, bu təxribatın törədilməsində cavabdeh olan bütün orqanlar və onların məsul şəxsləri cinayət məsuliyyətinə cəlb ediləcəklər. Onun qənaətincə,onların dövlətə və vətəndaşlara vurduqları maddi və mənəvi zərəri ödəməklə barələrində qanunamüvafiq tədbir görüləcək.
“Unikal”ın məlumatına görə, Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib ki, 140 binada ekspertiza aparılacaq. Onun sözlərinə görə, Prezident İlham Əliyev Bakıda binalara vurulan üzlüklərin keyfiyyətinin yoxlanılması üçün 2 gün vaxt verib. H.Abutalıbov deyib ki, bu müddətdə ekspertiza aparılacaq: "Bunların hamısından nümunə götürüləcək, laboratoriyadan keçirilərək ekspertiza olunacaq. Yekun sənəd sonda mənə təqdim olunacaq. Bundan sonra biləcəyik ki, yanğın nədən baş verib. Bundan sonra binalardan üzlüklərin sökülüb-sökülməyəcəyinə qərar veriləcək. Çünki müəyyən sənədlərdə bu materiallardan üzlük kimi istifadə oluna biləcəyi yazılmışdı. Həmin material dünyanın bir çox yerində, o cümlədən Türkiyədə, Rusiyada istifadə olunub. Həmin ölkələrdə üzlüklər birbaşa divara yapışdırılaraq ara məsafə saxlanılmır. Ara məsafənin özü də yanğının sürətlənməsinə səbəbdir. Səbəblər çoxdu, sadəcə istintaq araşdırmasının nəticələrini gözləmək lazımdır".
“Unikal”ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da hadisəylə bağlı fikirlərini bildirib. Onun sözlərinə görə, ölkə başçısının müdaxiləsindən sonra məsələyə daha həssas yanaşılır: “Bildiyiniz kimi, cənab prezident İlham Əliyev hadisəni birbaşa nəzarətə götürüb. Bu isə o deməkdir ki, faciəyə səbəbkar olanların heç biri cəzasız qalmayacaq. Əlbəttə, adını çəkdiyiniz şirkətin rəhbəri keyfiyyətsiz məhsul istehsalına görə cavabdehdir. Ancaq binalara bu cür üzlüklərin vurulmasını sifariş verənlər də ondan az günahkar deyillər. Onlar ilk növbədə istifadə olunan materialın nə qədər keyfiyyətli, yanğına davamlı olub-olmadığını əvvəlcədən yoxlamağa borclu idilər. Əgər bunu etməyiblərsə, yaxud bilərəkdən həmin materialın istehsalçısı ilə işbirliyinə gediblərsə, mütləq məsuliyyət daşımalıdırlar. Bunu ilk növbədə hüquq-mühafizə orqanları araşdırmalıdır. Məncə, dünənki faciəyə səbəb ola biləcək bütün ehtimal olunan və olunmayan versiyalar ciddi saf-çürük edilməlidir. Bəli, Avropa Oyunları ilə bağlı Qərbdəki bəzi qüvvələr Azərbaycan hakimiyyətinə təzyiqlərə cəhd göstərir. Bu hadisəyə gəldikdə, binanın fasadının yenilənməsi üçün istifadə olunan materialın keyfiyyətsiz, həm də tez alışan olduğu artıq sübut olunub. Yəni indi ciddi tədbirlər görülməsə, hər zaman belə hadisələrin baş verəcəyi istisna olunmur”.
Görünən odur ki, bu hadisə ilə bağlı məsələ burada yekunlaşmayacaq. Yəni, proses davam edəcək, cavabdeh şəxslər məsuliyyətə cəlb olunacaq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yüklədiyin pul niyə sayğacda əks olunmur ki? - GİLEY
Bu gün, 11:20
"Duzlu göl"lə bağlı TÜKÜRPƏDİCİ faktlar: - "Çirkab sular axıdılır, bədən səpə bilər"
Bu gün, 11:13
“Makler” saxta çıxarışlarla ev satışı görüntüsü yaradaraq 70 400 manatlıq dələduzluq etdi
Bu gün, 11:11
"Direktor təyin olunmağım üçün 60 min manat istənildi" - Milli Qəhrəmanın qızını işdən çıxardılar
Bu gün, 11:03
Nazir bu agentliyə sədr müavini təyin etdi - FOTO
Bu gün, 10:58
Lənkəranda bir məktəb yararsız vəziyyətdə, digərində ibtidai siniflər ləğv edilir - Rəsmilərsə deyir ki...
Bu gün, 10:50
İrandan Ermənistana verilən o VƏD... – Bakının gözləntisi
Bu gün, 10:43
İranın İrəvan şəbəkəsi çökdürüldü - “Üçbaşlı casus əjdaha”sının başı İranın adamı çıxdı
Bu gün, 10:39
Simonyan TƏŞVİŞDƏ - "Vəziyyət daha da pis olacaq"
Bu gün, 10:34
“Messini yarışda saxlamaq istəyirlər...” – Misirin məşqçisi FIFA-ya od yağdırdı
Bu gün, 10:29
SOCAR-da iş və mənzil vədi ilə həmcinsindən 21 min manat alan qadınla bağlı QƏRAR
Bu gün, 10:28
Tora salınmış iş adamı Nazim Tahirovla bağlı ELƏ FAKTLARI AÇIQLADI Kİ... - "...ölümlə hədələyirdilər"
Bu gün, 10:16
Musiqi kollecinə direktor müavini təyin etdirmək adı ilə dələduzluq etdi – HƏBS
Bu gün, 09:37
Pensiya kapitalı birdəfəyə şəxsə verilə bilər: BU ŞƏRTLƏRLƏ - Ekspert deyir ki...
Bu gün, 09:35
“Sabah” Azərbaycanın UEFA reytinqinə xal qazandırdı
Bu gün, 09:34
Məhkəmə 200 min manatlıq dələduzluq edən müəllimlə bağlı QƏRAR ÇIXARDI
Bu gün, 09:32
Azərbaycanın pambıq şirkətinin Müşahidə Şurasının üzvləri seçiləcək
Bu gün, 09:30
Rusiyanın əsas hədəfi müxalifəti Ermənistan parlamentinə daşımaq idi - Ermənişünas alim
Bu gün, 09:29
Rusiya elitası birinci sinif şagirdlərinə qarşı: - “günah” yenə miqrantlardadır?
Bu gün, 09:24
İranda Paşinyana sensasion Zəngəzur xəbərdarlığı - Pezeşkianın hədəfi Bakı olub?
Bu gün, 09:20
Küçədə tanımadığı şəxsi bıçaqlayan qazi məhkəmə zalında həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:16
Rusiya gecə ərzində 400-dən çox Ukayna PUA-sını məhv edib
Bu gün, 09:13
"Zirə" bu gün "Torpedo" ilə üz-üzə gələcək - UEFA Konfrans Liqası
Bu gün, 09:12
Rusiyadakı azərbaycanlılara “çamadan xəbərdarlığı” - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 09:09
Gədəbəydə dəhşətli qətlin təfərrüatı: "Al, bu da sənə qızıllar" deyərək damdan aşağı atıbmış – AĞIR CƏZA
Bu gün, 09:08
Nazirliklərdə yeni müavin postlarının pərdəarxası - AKTUAL
Bu gün, 09:07
SEPAH ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb - "Tasnim"
Bu gün, 09:02
Naxçıvan TV-yə NİYƏ PUL AYRILIR Kİ? - ETİRAZ!
Bu gün, 08:57
"Bu ağılla Sərdar Cəlaloğlu gərək söyləyəydi ki, öncə Qərbə bağlı olub, sonra Rusiyaya yönəlib" - deputatdan partiya sədrinə SƏRT REAKSİYA
Bu gün, 08:44
ADPU-nun filial direktoru Passivləşdirdiyi vergi statusunu yenidən aktiv etdi - FOTO
Bu gün, 07:57
İranın Keşm və Xark adalarında partlayışlar baş verib
Bu gün, 07:54
Messi dahidir... - QOL SAATI
Bu gün, 07:08
Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi - NƏ BAŞ VERİR?
Bu gün, 07:02
"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sadə işçiyə hansı real faydanı verir?" - ETİRAZ VAR!
Bu gün, 06:58
Azərbaycanda ət qadağası: Qiyməti bahalaşdıracaq - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
İran ABŞ-nin Hörmüz boğazının idarəçiliyinə müdaxilə etməsinə icazə verməyəcək - "Xatəm əl-Ənbiya"
Bu gün, 06:44
"MESTONATMIKS GROUP" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb - FOTO
Bu gün, 06:42
Paşinyan Bakının tələbini bu yolla reallaşdıracaq – Yeni planı üzə çıxdı
Bu gün, 06:37
Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:43
"Sabah"dan sabah üçün YAXŞI ZƏMİN... - QOL SAATI
Bu gün, 04:32
Ərdoğan Türkiyəni HARA GÖTÜRÜR... - İNCƏLƏMƏ
Bu gün, 04:28
Üzlərində daş ifadə, eyni geyim... Türkmənistanı xatırlatdı! - REPLİKA
Bu gün, 04:21
Axı İslam dininin mahiyyəti onların şəxsi istəklərindən ibarət deyil... - Azər Qasımov yazır...
Bu gün, 03:58
Şəhid qardaşından AZERCELL-ə SƏRT ETİRAZ - "Dedim ki, şəhid anasıdır..."
Bu gün, 03:48
Rəşad Dağlı və zülm çəkən qadın arasındakı ayrı-seçkilik... - AXI NİYƏ?..
Bu gün, 03:24
Binəqədidə maklerlər “at oynadır”... - Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
Bu gün, 03:18
Azərbaycanda TORPAQ DAVASI... QAÇILMAZDIR!
Bu gün, 03:13
SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? - DETALLAR
Dünən, 18:02
Ermənistanda küçə mübarizəsi mütləq olacaq - Samvel Karapetyan
Dünən, 17:48
Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? - MÜHÜM NÜANSLAR
Dünən, 17:32
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru