"Bu ağılla Sərdar Cəlaloğlu gərək söyləyəydi ki, öncə Qərbə bağlı olub, sonra Rusiyaya yönəlib" .....                     ADPU-nun filial direktoru Passivləşdirdiyi vergi statusunu yenidən aktiv etdi .....                     İranın Keşm və Xark adalarında partlayışlar baş verib .....                     Messi dahidir... .....                     Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi .....                     "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sadə işçiyə hansı real faydanı verir?" .....                     Azərbaycanda ət qadağası: Qiyməti bahalaşdıracaq .....                     İran ABŞ-nin Hörmüz boğazının idarəçiliyinə müdaxilə etməsinə icazə verməyəcək .....                     "MESTONATMIKS GROUP" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb .....                     Paşinyan Bakının tələbini bu yolla reallaşdıracaq .....                     Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! .....                     "Sabah"dan sabah üçün YAXŞI ZƏMİN... .....                     Ərdoğan Türkiyəni HARA GÖTÜRÜR... .....                     Üzlərində daş ifadə, eyni geyim... Türkmənistanı xatırlatdı! .....                     Axı İslam dininin mahiyyəti onların şəxsi istəklərindən ibarət deyil... .....                     Şəhid qardaşından AZERCELL-ə SƏRT ETİRAZ .....                     Rəşad Dağlı və zülm çəkən qadın arasındakı ayrı-seçkilik... .....                     Binəqədidə maklerlər “at oynadır”... .....                     Azərbaycanda TORPAQ DAVASI... .....                     SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? .....                     Ermənistanda küçə mübarizəsi mütləq olacaq .....                     Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? .....                     Azərbaycanda hakim özü-özünə etiraz etdi .....                     Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib .....                     Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir .....                     AZAL Qars şəhərinə uçuşlara başlayır .....                     Xaçınçay su anbarında çimmək tamamilə qadağandır .....                     "Restoran biznesi mənlik olmadı" .....                     Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? .....                     Bakıda məşhur restoranın ətrafında QALMAQAL .....                     Xanəndənin atası yol qəzasında öldü .....                     “Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub .....                     “Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub .....                     Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb .....                     Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub .....                     Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? .....                     Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır .....                     "Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? .....                     Biləsuvarda əmi qardaşı oğlunu vurdu, .....                     "Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" .....                 

İsmət Abbasovun "sağ əli" hədəf olmaqdan necə yayına bildi... - Əli Bayramov yaddaşlardan silinməsinə çalışır...
Tarix: 8-04-2015, 12:04 | Çap et
İsmət Abbasovun "sağ əli" hədəf olmaqdan necə yayına bildi...
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Əli Bayramov ötən ilin mayında tutduğu vəzifədən azad edilsə də, barəsində yayılan qalmaqallı məlumatlar səngimək bilmir. Xatırladaq ki, Əli Bayramov işdən çıxarılarkən barəsində cinayət işinin açılacağı, dövlətin büdcəsinə vurduğu ziyana görə ağır cəza alacağı haqda xəbərlər yayılmışdı.

Lakin hansısa səbəblərə görə sabiq məmurun həbs məsələsi mətbuatın gündəmindən çıxdı. Apardığımız araşdırmalar isə göstərir ki, Əli Bayramov vəzifədə olduğu müddətdə bir sıra qanun pozuntularına yol verib və o işdən kənarlaşdırılandan cəmi bir ay sonra "Aqrolizinq"də böyük maliyyə maxinasiyalarının üstü açılıb. ASC-də yol verilmiş qanun pozuntuları ilə bağlı hətta cinayət işi başlanıb. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin saytında yer alan məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin "Aqrolizinq" ASC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair Hesablama Palatasından daxil olmuş material araşdırılıb.

Audit nəticəsində bir çox hallarda normativ hüquqi aktların və eləcə də normativ-metodiki sənədlərin tələblərinə riayət edilmədiyi, ciddi hüquqi pozuntulara, nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən edilib. Belə ki, 05 dekabr 2013-cü il tarixinə maddi-məsul şəxsin öhdəsində 16,75 ton miqdarında ammofos gübrəsi və 0,15 ton miqdarında azot gübrəsi olmaqla çatışmazlıq, habelə 2012-ci ilin yanvar ayında alınmış və yararlılıq müddəti başa çatmış və daşlaşaraq dənəvərliyi itmiş, 2012-ci ilin yanvar ayında alınmış Qazaxıstan Respublikasının istehsalı olan 427 ton azot və Sabirabad Regional Loqistik Bazasından alınmış 20 ton Ukrayna Respublikasının 2008-ci il istehsalı olan superfosfat gübrəsi aşkar edilib. Bununla yanaşı, Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına mineral gübrənin güzəştlə satılması qaydalarının tələblərinə əməl edilməyərək 6 halda əkin sahəsinin fiziki şəxslərə məxsusluğunu təsdiq edən müvafiq sənəd olmadığı halda, həmin şəxslərin adlarına alqı-satqı müqavilələri sənədləşdirilərək qaimə-fakturalarla 186,9 ton, 13 halda fiziki və hüquqi şəxslərin güzəştlə gübrə alması üçün yerli komissiyaya müraciət ərizəsinə əlavə edilmiş sənədlərdə kənd təsərrüfatında təyinatı otlaq, örüş, biçənək olan torpaq sahələri əkin sahəsi kimi göstərilərək həmin şəxslərin adlarına alqı-satqı müqavilələri əsasında qaimə-fakturalarla 347,8 ton, 31 halda "Azərbaycan Respublikasının Torpaq Məcəlləsi"nin, "Torpaq icarəsi haqqında" Qanunun tələbləri gözlənilmədən aidiyyəti dövlət orqanlarından müvafiq razılıq alınmadan icarəyə verilmiş, yerli rayon icra hakimiyyəti tərəfindən hüquqi və fiziki şəxslərə icarəyə verilmiş torpaqlardan qanunsuz olaraq subicarə müqavilələri ilə icarəyə verilən örüş sahələri üzrə şəxslərə, o cümlədən artıq göstərilmiş əkin sahəsinin icarəyə verilməsinin sənədləşdirilməsi hesabına 812,5 ton mineral gübrənin istehsalçılara satıldığı sənədləşdirilən, lakin faktiki olaraq əkin sahəsinə aid olmayan torpaq sahələrinə və bələdiyyələrin torpaq fondunda əkin sahəsindən artıq icarə müqavilələrinin yazılması hesabına, bəzi hallarda isə təsdiqedici sənəd olmadığı halda və şəxslərin adına qaimə-faktura yazılmaqla ümumilikdə 1347,2 ton mineral gübrə artıq və əsassız olaraq məxaric edilmiş, artıq və əsassız məxaric edilmiş mineral gübrənin 50%-i dəyəri istehsalçıların adından kassaya mədaxil olunmuş, qalan 50%-i dövlət büdcəsinə kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən güzəşt hesabına bağlanıb. "Aqrolizinq" ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin struktur bölməsi olan Horadiz Aqroservis filialı tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmaların auditi aparılıb. Nöqsan və çatışmazlıqlara yol verildiyi müəyyən edilib. Belə ki, filialın hüquqi şəxs statusu olmasa da, ASC və fiziki şəxslərlə lizinq müqavilələri bağlanılmış, lakin faktiki olaraq istifadə hüququ tətbiq edilmiş, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsi olmayan və ya sürücülük vəsiqəsinin vaxtı keçən 5 nəfər fiziki şəxslə müqavilə bağlanmışdır. Bütün baş verənlər onu göstərir ki, "Aqrolizinq" ASC-də aşkarlanan maliyyə maxinasiyalarının başında birbaşa keçmiş rəhbər Əli Bayramov və onun yaxın ətrafı dayanıb. Əldə etdiyimiz məlumatlara görə, sabiq sədr vəzifədə olarkən tenderə verilən sənədləşmələrlə faktiki büdcədən ayrılan vəsaitlərin həcmi arasında böyük fərq olub: "Rəsmi məlumatlara görə, 2013-cü il üzrə "Aqrolizinq"in tenderdən keçən məbləği 44 818 713 manatdırsa, büdcədən ayrılan vəsait 50 milyon manatdan çox olub. Fərq 5 milyon manatdan çoxdur. Bundan başqa, Hesablama Palatasının "Aqrolizinq" ASC-nin fəaliyyəti ilə bağlı yoxlama materialında bildirilir ki, ciddi nöqsanlara və qanunsuzluğa yol verilib. Palatanın rəsmi arayışında qeyd olunur ki, ASC rəhbərliyi tendersiz əməliyyatlar keçirirmiş. Əli Bayramovun və ona yaxın şəxslərin nəzarətində bir neçə MMC olub. Adı olub hüquqi ünvanı, yeri-yurdu gizli olan bu MMC-lər dövlət büdcəsinin vəsaitlərindən necə gəldi istifadə ediblər. Dövlət büdcəsinin bu şəkildə qanunsuz talanması hesabına isə sabiq məmur şəxsi kapitalını xeyli artırıb". Uzun müddət "Aqrolizinq"ə rəhbərlik etmiş Əli Bayramovun böyük sərvətə sahib olduğu verilən məlumatlar arasındadır: "Onun "Vorovski"dəki villasının qiyməti 3 milyon manatdan çoxdur. Bu villanın həyətində bir-birindən bahalı maşınlar dayanır. Bundan başqa, Əli müəllimin Xırdalanda böyük torpaq sahəsi var və burda əvvəllər dəvəquşu ferması saxlayırdı. ASC-nin keçmiş rəhbərinin Sumqayıt yaxınlığında da hektarlarla torpaq sahəsinin olduğu deyilir. "Stansiya Sumqayıt" deyilən yerdə yeni üsulla tikilmiş istixanaların rəsmi sənədlərdə Əli Bayramovun yaxın dostu Mahir adlı şəxsə məxsus olduğu göstərilir. Bakı-Quba magistral yolunun yaxınlığında yerləşən istixanalar "EKO-AQRO" MMC-nin balansındadır və burda pomidor yetişdirilir. Həmin pomidorlar isə xarici ölkələrə satılır. Sözügedən şirkət Əli Bayramovun tam nəzarəti altındadır". Yaddan çıxmamış deyək ki, "Aqrolizinq" ASC-nin sabiq sədrinin həbs olunmamaq üçün ölkədən qaçması haqda da xəbər yayılmışdı. Həmin vaxt bərk narahat olan Bayramov ölkədən qaçması və ya həbs olunması barədə yayılmış məlumatların hamısının yalan olduğunu deyib: "Yalandan yazdılar ki, guya mən dövlətin əmlakını yeyib dağıtmışam, ölkədən qaçmışam, prokuror məni tutub dama basıb və sairə. Hamısı yalan idi. Heç dövlətin əmlakını yemək olar? Dövlətin əmlakını yedinsə, demək sonun çatıb. Vaxtilə bizdə də olub ki, bir neçə adam gübrə sataraq dövlətin əmlakını mənimsəyib. Daha sonra onların hamısını tutub həbsə atıblar. Hətta şəxsən özüm vaxtilə şübhələndiyim adamların işini yoxlatdırmışam, işlərində əskiklik çıxdığı üçün adlarını prokurorluğa vermişəm ki, tədbir görsünlər. Dövlətin əmlakı yerində olmalıdır. İndi də bəzi qüvvələr aranı qızışdırmaq və ajiotaj yaratmaq istəyirlər. Ancaq onların istəyi heç vaxt baş tutmayacaq. Yazırlar ki, Əli Bayramov "Aqrolizinq"i yeyib dağıtdı, sonra gedib özünə villa aldı. Bunu yazanlar düşünmür ki, mənim evim neçənci ildə alınıb? İndiyədək yaşadığım bir villadır, o da "Vorovski"də yerləşir". "Od olmayan yerdən tüstü çıxmaz" deyiblər. Əgər Əli Bayramovun qeyd olunan işlərdə əli olmasaydı, adı çəkilməzdi. Odur ki, müvafiq instansiyaların rəhbər şəxsləri sabiq məmurun ASC-dəki fəaliyyət dövrünü dərindən araşdırıb onun barəsində tezliklə lazımi ölçü götürməlidir.

Qarşı tərəfi də dinləməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bu ağılla Sərdar Cəlaloğlu gərək söyləyəydi ki, öncə Qərbə bağlı olub, sonra Rusiyaya yönəlib" - deputatdan partiya sədrinə SƏRT REAKSİYA
Bu gün, 08:44
ADPU-nun filial direktoru Passivləşdirdiyi vergi statusunu yenidən aktiv etdi - FOTO
Bu gün, 07:57
İranın Keşm və Xark adalarında partlayışlar baş verib
Bu gün, 07:54
Messi dahidir... - QOL SAATI
Bu gün, 07:08
Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi - NƏ BAŞ VERİR?
Bu gün, 07:02
"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sadə işçiyə hansı real faydanı verir?" - ETİRAZ VAR!
Bu gün, 06:58
Azərbaycanda ət qadağası: Qiyməti bahalaşdıracaq - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
İran ABŞ-nin Hörmüz boğazının idarəçiliyinə müdaxilə etməsinə icazə verməyəcək - "Xatəm əl-Ənbiya"
Bu gün, 06:44
"MESTONATMIKS GROUP" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb - FOTO
Bu gün, 06:42
Paşinyan Bakının tələbini bu yolla reallaşdıracaq – Yeni planı üzə çıxdı
Bu gün, 06:37
Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:43
"Sabah"dan sabah üçün YAXŞI ZƏMİN... - QOL SAATI
Bu gün, 04:32
Ərdoğan Türkiyəni HARA GÖTÜRÜR... - İNCƏLƏMƏ
Bu gün, 04:28
Üzlərində daş ifadə, eyni geyim... Türkmənistanı xatırlatdı! - REPLİKA
Bu gün, 04:21
Axı İslam dininin mahiyyəti onların şəxsi istəklərindən ibarət deyil... - Azər Qasımov yazır...
Bu gün, 03:58
Şəhid qardaşından AZERCELL-ə SƏRT ETİRAZ - "Dedim ki, şəhid anasıdır..."
Bu gün, 03:48
Rəşad Dağlı və zülm çəkən qadın arasındakı ayrı-seçkilik... - AXI NİYƏ?..
Bu gün, 03:24
Binəqədidə maklerlər “at oynadır”... - Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
Bu gün, 03:18
Azərbaycanda TORPAQ DAVASI... QAÇILMAZDIR!
Bu gün, 03:13
SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? - DETALLAR
Dünən, 18:02
Ermənistanda küçə mübarizəsi mütləq olacaq - Samvel Karapetyan
Dünən, 17:48
Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? - MÜHÜM NÜANSLAR
Dünən, 17:32
Azərbaycanda hakim özü-özünə etiraz etdi
Dünən, 17:27
Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib
Dünən, 17:24
Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir - 15 saylı cəzaçəkmə müəssisəsindən...
Dünən, 17:21
AZAL Qars şəhərinə uçuşlara başlayır - DİQQƏT
Dünən, 17:10
Xaçınçay su anbarında çimmək tamamilə qadağandır - Ekspertdən XƏBƏRDARLIQ
Dünən, 17:01
"Restoran biznesi mənlik olmadı" - Eldəniz Məmmədov
Dünən, 16:57
Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? - Türkiyə ilə bağlı ŞOK SSENARİ
Dünən, 16:55
Bakıda məşhur restoranın ətrafında QALMAQAL - TƏFƏRRÜAT
Dünən, 16:38
Xanəndənin atası yol qəzasında öldü
Dünən, 16:29
“Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub - DOSYE
Dünən, 16:25
“Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 16:23
Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb - Zülfüqarov
Dünən, 16:22
Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub - FOTO
Dünən, 16:16
Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? – MƏHSULLAR, QİYMƏTLƏR
Dünən, 16:13
Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır - ŞƏRH
Dünən, 16:07
"Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? - ARAŞDIRMA
Dünən, 15:57
Biləsuvarda əmi qardaşı oğlunu vurdu, məhkəmə hökm çıxardı
Dünən, 15:55
"Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" - ADY rəsmisi
Dünən, 15:53
Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! - ÇAĞIRIŞ...
Dünən, 15:47
Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: - Hərəkat başlayır
Dünən, 15:24
“Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” - Miskaryan
Dünən, 15:18
Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” - TƏFƏRRÜAT
Dünən, 15:05
“TuranBank”ın borcları kəskin şəkildə artaraq 284 milyon manata çatıb
Dünən, 15:00
Paşinyanın Avropa arzusu puç oldu: - Ermənistan yenə Rusiyanın "qapısını döyəcək"
Dünən, 14:59
Ədliyyə Nazirliyinin qurumlarından - 4 YENİ TENDER
Dünən, 14:57
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib
Dünən, 14:55
Generala yüksək vəzifə verildi - TƏYİNAT
Dünən, 14:51
Keçmiş nazirdən vahid müəllim formasına etiraz: - "Vallah, gülməlidir”
Dünən, 14:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru