HƏMİN ÜÇ ŞƏRƏFSİZİN CƏZASI KƏSİLDİ .....                     "Çünki Mehriban Ələkbərzadənin vəzifəsi, aldığı fəxri adlar, arxasında dayanan vəzifəli dostları və rəfiqələri var" .....                     Cənubi Qafqazda 3+3 formatını 4+3 əvəzləyir? .....                     “Hər il təmir işlərinə xərclər artır, amma təhsilin inkişafı yaxşılaşmır” .....                     Mixail Zabelinin heç kimə lazım olmayan mandatı kimə LAZIMDIR? .....                     Kremlin yeni hücum planı: Postsovet ölkələri hədəfdə .....                     "Kiyev Bakı ilə təbii qazın yeni tədarükünü müzakirə edir" .....                     Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik .....                     Bakıda niyə yeni binalar tikilmir? .....                     Durum Trampın düşündüyü kimi deyil, Bakı və İrəvan... .....                     Dost Ermənistanla əlaqələrimiz var .....                     Ərəb turistlər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik edib .....                     "Dərdimi kimə deyim... necə edim?" .....                     Rusiyanın özü gərginlikdə maraqlıdırsa... .....                     “Bravo” qaydaları ən çox pozan marketdir .....                     “Binəqədi İTD” ASC nizamnamə kapitalında dəişiklik edəcək .....                     Stefançukdan Sahibə Qafarovaya zəng, Bakıya dəstək .....                     BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi .....                     Rusiyadakı azərbaycanlılara DAHA BİR ŞOK .....                     Gəncəyə yeni həbi prokuror təyin olunub .....                     Bağça müdiri vəzifəsinə işə qəbul üzrə sənəd qəbuluna start verildi .....                     Naxçıvan FHN-də yeni İdarə rəisi təyin edilib .....                     Məşhur müğənninin sponsoru olan kriminal lider həbsdən çıxdı .....                     Hətta Moskva din xadimi cildində təxribatçılar da yetişdirib .....                     Rusiya Azərbaycan vətəndaşları üçün yeni iş qadağaları tətbiq edir .....                     Ukrayna neytral olsaydı, müharibə olmazdı! .....                     “Azərsu” 1300 ton xlor alır .....                     Ermənistanın “EV TAPŞIRIĞI” .....                     “Rusiya hərbi qüvvələrinin qarşısında şərt qoymuşduq ki, belə addımlar atılsa, cavabımız olacaq” .....                     İcra başçısı onlara vəzifə verdi .....                     Gəncədə İstiqlal Parkına qarşı hörmətsizlik: Şəhid xatirəsinə ucaldılmış abidə zədələndi .....                     “Heç bir təbliğat etmirəm” .....                     Həbsdəki müğənninin cəzası ARTIRILDI .....                     Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, ittiham aktı yarımçıq qaldı .....                     “Chef Orxan” restoranın müştəriləri TƏHLÜKƏDƏ .....                     Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır .....                     Mülayim şərq küləyi əsəcək .....                     PUTİN SOCAR-ı “VURMAQLA” BAKINI NƏYƏ TƏHRİK EDİR? .....                     Laçın yaxınlığındakı kənddə erməni itkin düşdü... .....                     "Azərbaycan turistik ölkədir.., AMMA..." .....                 

Qaxın icra başçısı ilə bağlı şok faktlar açıqlandı - Dövlətin pulunu necə talan ediblər...
Tarix: 31-03-2015, 11:52 | Çap et
Qaxın icra başçısı ilə bağlı şok faktlar açıqlandı
“Təzadlar”a neçə gün əvvəl ənənəvi poçt vasitəsilə daxil olmuş bir şikayət məktubu diqqətimizi çəkdi. Düzdür, məktubda bəhs olunanlar bir müddət əvvəl hansısa saytlarda sərgilənmiş kimi görünürdü. Bunu internetdə apardığımız kiçik bir axtarış təsdiqləyirdi. Lakin bəzi faktlar var ki, onların başqa istiqamətdə araşdırılması lazım idi... Üstəlik, məktub redaksiyaya daxil olandan iki gün keçməmiş qəzetin elektron poçtuna başqa bir məzmunlu şikayət də daxil oldu. Sabir Əhmədov adlı şikayətçinin adından daxil olmuş məktubda qeyd edilən bəzi faktlara diqqət çəkmək istərdik. Hansı ki, sonuncu şikayət məktubunda bütünlüklə rayonun yalnız yay istirahəti günlərində yada düşməsi, ilin qalan fəsillərində isə rayon sakinlərinin problemlərinin elə iqlim soyuqluğu ilə dondurulması və s. qeyd edilirdi...

Bəs Prezidentin Ehtiyat Fondundan Qax rayonuna ayrılan vəsait necə xərclənir?

Onu da deyək ki, bu şikayət məktubunda, həmçinin “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin də adı hallandırılırdı. Bu barədə az sonra istinadla bəhs ediləcək.
İndi isə qayıdaq şikayət məktubunda yazılanlara. Şikayətçi yazır ki, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev rayonun abadlıq, quruculuq işlərinə və rayon büdcəsində nəzərdə tutulan digər vəsaitlərin xərclənməsinə bildiyi kimi rəvac verir və bu vəsaitlərin rayonun mövcud problemlərində yeri görünmür. Məktuba əlavə olunmuş foto şəkillərdən də görünür ki, rayonun bir çox kəndlərində yollar pis vəziyyətdədir, yalnız Oğuz-Qax kəsə yolu istisna olmaqla. Amma Qaxın rayon mərkəzində yağışlı günlərdən sonra içməli su mənbələrinin çirklənməsi problemi uzun illərdir ki, qaydaya salınmır. Su kranlarından bəzən palçıq-lil axır. Şəhər daxilindəki təmirsiz küçələr isə baxımsızlıqdan pis vəziyyətdədir, yalnız bir neçə əsas küçələr istisna olmaqla. Bütün bunların isə günahının Qaxın İcra başçısı Musa Şəkiliyevdə olması qeyd edilir.
Kiçik bir araşdırma apardıq: məlum olur ki, təkcə 2014-cü ildə Prezidentin Ehtiyat Fondundan Qax rayonuna 5 milyon manat pul ayrılıb. Bu vəsaiti birdəfəlik yardım kimi də qəbul etmək lazımdır. Məsələn, bu vəsait il ərzində 2 dəfəyə verilib. Biri 2014-cü ilin 22 fevral tarixində, 3 milyon manat olmaqla, ikinci dəfə isə 21 avqust 2014-cü ildə ayrılıb. Əgər nəzərə alsaq ki, Qax rayonunun yerli büdcəsinin də vəsaitləri bu təyinatların bir hissəsidir, deməli, rayonun sosial-iqtisadi inkişafında müsbət irəliləyiş olmalıdır və şikayətlər üçün əsas axtarılmamalıdır. Amma real vəziyyət isə tamamilə başqadır.
Bəs vəziyyət niyə belədir? Yəni ayrılan büdcə vəsaitləri hara qeyb olur ki, vətəndaşlar bunu gündəlik həyatında hiss edə bilmir?

Musa Şəkiliyev Əhməd Əhmədzadənin kadrıdır?

Məktubdan da məlum olur ki, 12 aprel 2010-cu il tarixdə Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib: “...Elə həmin gündən rayon camaatının, sahibkarların, fermerlərin, bir sözlə, qaxlıların qara günləri başlayıb. Hazırda Qaxda vəziyyət, əhalinin durumu heç də ürəkaçan deyil. İcra başçısı vəzifəsinə təyin olunduğu gündən Musa Şəkiliyev rayon camaatı ilə normal münasibət qura bilməyib. 4 ildən çoxdur ki, Musa Şəkiliyev Qax rayonuna rəhbərlik edir. Bu müddət ərzində onunla, həmçinin tabeçiliyində çalışan bəzi şəxslərlə rayon camaatı arasında bir neçə dəfə ciddi narazılıqlar yaşanıb. Və hər dəfə də icra başçısı dərhal Bakıya üz tutub, problem həlledilməz qalıb. Artıq çoxlarına bəllidir ki, Musa Şəkiliyev yaranmış problemləri həll etmək üçün “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə ilə görüşür, ondan müəyyən məsləhətlər alır. Kim də bilməsə, Qax camaatı bilir ki, Musa Şəkiliyev Əhməd Əhmədzadənin yaxın qohumudur və onun bu vəzifəyə təyin olunmasında ASC sədrinin müstəsna rolu olub.
Hazırda Qax Rayon Mərkəzi Xəstəxanasında da bir sıra xoşagəlməz hallar yaşanmaqdadır. Belə ki, Əhməd Əhmədzadənin qardaşı oğlu Tərlan Əhmədzadə Rayon Mərkəzi Xəstəxanasının baş həkimidir. Hazırda Qax rayonunda 1 mərkəzi, 1 uşaq xəstəxanası, 2 kənd xəstəxanası, 10 həkim və 26 tibb məntəqəsi fəaliyyət göstərir və rayon səhiyyə sistemində 120-yə qədər həkim, 400-dən çox tibb işçisi var. Xəstəxanada yol verilən özbaşınalıqlar barədə dəfələrlə aidiyyəti qurumlara- Qax Rayon İcra Hakimiyyətinə və Səhiyyə Nazirliyinə şikayətlər ünvanlansa da, tədbir görülməyib. Xəstəxanada əməlli-başlı bazar prinsipi hökm sürür. Xəstəxananın dövlət himayəsi altında olmasına baxmayaraq, burada xəstələrə olan tibbi xidmət açıq şəkildə pulludur. Səhiyyə Nazirliyi tərəfindən xəstəxanaya verilən dərmanlar da vətəndaşlara satılır (Aşağıda təkcə ötən il Qax rayon səhiyyəsi üçün dövlət vəsaiti hesabına nə qədər tibbi ləvazimat və dava-dərman alındığını təqdim ediləcək - RED.). Qax Rayon Mərkəzi Xəstəxanasında nadir hallarda ola bilər ki, xəstəni təmənnasız müayinə etsinlər. Əhməd Əhmədzadənin qardaşı, uzun illər Qax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləmiş Fərman Əhmədzadə dünyasını dəyişdikdən sonra onun yerinə oğlu Tərlan Əhmədzadə keçib. Varislik prinsipilə Qax səhiyyəsini özünün ata malı hesab edir. Bu səbəbdən də Tərlan Əhmədzadə rayon səhiyyəsində öz prinsiplərini, şəxsi maraqlarını tətbiq edir və buna görə də heç kimdən çəkinmir. Hər halda, baş həkimin əmisi “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadədir. Bu o Əhmədzadədir ki, hər il dövlətin milyonlarla manat vəsaitini meliorasiya idarələrində “yuyur” və yuxarı dairlərdə bir çox yerlərdə sözünü keçirə bilir. Tərlan Əhmədzadə həm də icra başçısı Musa Şəkiliyevlə qohumluq əlaqələrinə malikdir. Tərlan Əhmədzadənin əsas qazancı 36 tibb məntəqəsinin binalarının cari təmirinə ayrılan vəsaitlərdən gəlir. Həmin təmir işlərinin hansı MMC-lərə həvalə olunduğunu araşdırsanız, dəhşətli faktlar üzə çıxacaq (Yenə də aşağıda rəsmi sənədlərlə bu MMC-lərin nəyə qadir olduğu təqdim ediləcək - RED.). “Təzadlar” ötən il həm Meliorasiya və Su Təsərrüfatı ASC-nin, həm də Qax rayonunda aparılan tender əməliyyatları ilə bağlı maraqlı araşdırma aparmış, yazı dərc olunmuşdu. Məlum olurdu ki, büdcə vəsaitləri Satınalmalar üzrə Dövlət Agentliyinə yalan məlumatlar verilməklə görüləcək işlər yeri-yurdu məlum olmayan MMC-lərə ayrılır. Bu isə o deməkdir ki, elə bir işlər görülmür və sadəcə, bu MMC-lər büdcə pullarını silmək üçün bir vasitətdir...”.

Qax səhiyyəsində sağalmaz “xəstəlik”

Şikayət məktubunda daha sonra yazılır: “...Qax Rayon Mərkəzi Xəstəxanasına tibb işçisi kimi işə qəbul olunmaq üçün pul verilməlidir. Xadimə və sanitar işçilər üçün də eyni bazarlıq var... Kəndlərdəki tibb və həkim məntəqələrinin adına yazılan dərman preparatları da baş həkim Tərlan Əhmədzadənin ətrafındakı şəxslər tərəfindən özəl apteklərdə satdırılır. Ona görə də xəstələr dərmanlarını T.Əhmədzadənin apteklərindən almalı olur. Doğrudanmı İcra başçısı Musa Şəkiliyevin bütün bunlardan xəbəri yoxdur? Rayondakı turizm mərkəzlərinin bir çoxu Əhməd Əhmədzadənin və Musa Şəkiliyevin nəzarətindədir. Rayonun ən səfalı guşələrində inşa edilmiş, dəyəri yüz minlərlə ölçülən evlər, restoran və istirahət mərkəzləri RİH başçısının inhisarındadır.

“Əhməd Əhmədzadə Kasparovun Şahmat Mərkəzi kimi tanınan obyekti “Azkontrakt”ın əlindən alıb böyük bir restoran və istirahət mərkəzinə çevirib”

...Əvvəllər meşə təsərrüfatında çalışmış başçı Qax meşələrinin ən yaxşı yerlərini zəbt etdirməkdə problem görmür. Qaxın mərkəzində vaxtilə Kasparovun şahmat və istirahət Mərkəzi kimi mövcud olmuş böyük bir obyekt indi RİH başçısının şərik olduğu bir istirahət mərkəzinə çevrilib. Bütün rayon danışır ki, bu obyekt də Əhməd Əhmədzadəyə məxsusdur. Əhməd Əhmədzadə Kasparovun Şahmat Mərkəzi kimi tanınan obyekti “Azkontrakt”ın əlindən alıb böyük bir restoran və istirahət mərkəzinə çevirib. Rayondakı ən əzəmətli villalardan biri icra hakimiyyətinin başçısı Musa Şəkiliyevə, digərləri onun müavinlərinə, rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyevə, rayon gənclər və idman idarəsinin rəisi Əlövsət Bayramova məxsusdur. Hazırda zəngin turizm potensialına malik Qaxda bir mehmanxana, “Şəfa” istirahət və müalicə ponsionatı, “İlisu” ponsionatı, “Yaşıl park”, “Ulu”, “İmproteks”, “Ballı bulaq”, “Qafqaz”, “Eden” Park hotel, “Səngər qala” istirahət mərkəzi, “El Resort” beş ulduzlu otel, “Ulu dağ” turizm mərkəzləri fəaliyyət göstərir. Lakin onların böyük əksəriyyəti Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin nəzarətindədir. Əgər müvafiq orqanlar, əsasən də Maliyyə Nazirliyi, Hesablama Palatası və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu kimi məsələləri araşdırsa, o zaman hələ çox mətləblərə aydınlıq gətirmək olar. “Təzadlar”dan xahişimiz budur ki, Satınalmalar üzrə Dövlət Agentliyindən Qax rayonuna ayrılan pul vəsaitlərinin xərclənməsində iştirak etmiş MMC-lərin gördüyü işi araşdırsın. İndidən bilir ki, sənəddə görüləcəyi qeyd olunan işlərin heç biri həyata keçirilməmişdir. İmkan olarsa, rayona jurnalist göndərin, həmin işləri yerində araşdırsın. Əgər belə bir araşdırma barədə elanı dərc etsəniz, redaksiyaya əlavə ciddi faktlar göndərəcəyik. Bu sırada sənəddə görüldüyü qeyd olunan obyektləri bildirin, biz sizə orada hansı işlər aparıldığı barədə canlı faktlar təqdim edək...”.

Əhməd Əhmədzadənin köməkçisi söz verdi, amma...

Xatırladırıq ki, hələ bayram istirahətindən əvvəl məsələyə münasibətini öyrənmək üçün əvvəlcə Qax RİH başçısının qəbul otağına dəfələrlə zəng etdik. Lakin cavab verən olmadı... Sonra “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə ilə əlaqə saxlamağa çalışdıq. Telefon zəngimizə sədrin köməkçisi Ramiz Cəfərov cavab verdi. Onun diqqətinə şikayət məktubundakı bəzi faktları çatdırdıq:
-Nə ittihamlardır?
-(Şikayət məktubunda qeyd olunanları sadalayırıq). Bu faktlara və ittihamlara Əhməd müəllimin münasibətini öyrənmək istərdik...
-Oldu, Əhməd müəllimlə danışıb sizə məlumat verərəm...
Lakin köməkçidən cavab zəngi gəlmədi. Sonra bir gün sonra təkrarən zəng vurduq. Bu dəfə isə bildirdi ki, sədr tədbirdədir, gələn kimi məlumat veriləcək...
Odur ki, bəzi ciddi ittihamları dərc etməsək də, bir sıra faktları təqdim etdik. Qarşı tərəflərin mövqeyini təqdim etməyə hazırıq.

Bəs ötən il Qax rayonun səhiyyəsinə ayrılmış pul vəsaitlərini hansı MMC-lər və necə “xərcləyib”?

Beləliklə, apardığımız araşdırmalar nəticəsində maraqlı mənzərə ortaya çıxdı... Xatırladırıq ki, mövcud qaydalara görə, büdcə vəsaitlərinin xərclənməsi “Tender haqqında” Qanunun tələblərinə uyğun olaraq Satınalmalar üzrə Dövlət Ağentliyindən keçməlidir. Tenderdə qalib gəlmiş MMC həmin vəsaitin icrasına cəlb olunur və s. Qəzet olaraq 2014-cü ildə Qax rayonuna ayrılmış pul vəsaitlərinin Satınalmalar üzrə Dövlət Ağentliyindən keçərək hansı MMC-lərin sərəncamına verilməsini araşdırdıq. Məlum olur ki, məsələn, ötən il Qax Rayon Mərkəzi Xəstəxanası əvvəlcə “İdarənin digər xərcləri üzrə satınalmalar” adı altında Məmmədov Mehdi Nizami oğlu adlı fiziki şəxsi bu işə cəlb edib və bir dəfə 12620 manat, ikinci dəfə isə “Dəftərxana mallarının satın alınması” maddəsi üzrə yenə də Məmmmədov Mehdi Nizami oğluna 34500 manat vəsaitin xərclənməsini “etibar edib”.
Sonradan Qax Mərkəzi Xəstəxanası “Bərk inventarların satın alınması” üçün “Kann-69” adlı MMC ilə müqavilə bağlayıb və 49974 manatlıq vəsaiti onun əli ilə xərcləyib... Lakin redaksiyaya daxil olmuş şikayət məktubundan bəlli olurdu ki, rayon Mərkəzi Xəstəxanasında həmin pula alınmış mebel dəstindən əsər-əlamət yoxdur.

Qax Mərkəzi Xəstəxanası büdcə pullarını necə xərcləyirmiş?

Diqqət yetirdikdə başqa bir maraqlı mənzərənin şahidi olduq. Məlum olur ki, Qax Mərkəzi Xəstəxanası dövlət yetərincə vəsait alıb və xərcləmə ünvanını da yaxşıca tapıblar. Məsələn, Qax Mərkəzi Xəstəxanasının tenderdən keçən əməliyyatlarına baxın:
-Digər maşın və avadanlıqların satın alınması, “MKM-777” MMC, 69 min 135 manat.
-Avadanlıqların satın alınması, “Tex.Maş.Az.Met” MMC, 46 min 250 manat.
-Yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyimlərin satın alınması, “Bezdna” MMC, 29 min 490 manat.
-Dərman preparatlarının satın alınması, “Epidbiomed” MMC, 175 min 519,75 manat.
-Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 62 min 285,12 manat.
-Cari təmir işlərinin satın alınması, “Renat-R” MMC, 16 min 100,73 manat.
-Təmir işlərinin satın alınması, “Unikal-R” MMC, 9570,02 manat.
-Əsaslı təmir işlərinin satın alınması, “Unikal-R” MMC, 26 min 400,66 manat.
-Digər nəqliyyat xidmətlərinin satın alınması, fiziki şəxs F.Mirzəyev, 7 min 221 manat və s.

İcra Başçısının kənd icra nümayəndələri büdcə vəsaitini niyə kənddə ərzaq almağa xərcləyib?

Diqqəti çəkən bir maraqlı məsələ də var: Hesablama Palatasının bu məsələyə xüsusi önəm verməsi və məsələyə aydınlıq gətirilməsi üçün redaksiyadan sorğu göndərilib. Məsələn, məlum olur ki, Qax kimi kənd təsərrüfatı, xüsusən də heyvandarlığın inkişaf etdiyi rayonda icra nümayəndələri rayona ayrılmış büdcə vəsaitini “ərzaq məhsulları” almaq adı altında xərcləyib-siliblər. Aşağıdakı rəsmi arayışa diqqət edin (arayış 2014-cü ilə aiddir):
-Qax rayon İcra Hakimiyyəti başçısının Qaxingiloy kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 23 min 476,58 manat.
-Qax RİH başçısının Qaxingiloy kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, “Qaçqaçay” kəndli fermer təsərrüfatı, 13 min 683,64 manat.
-Qax RİH başçısının Almalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 13 min 932,94 manat
- Qax RİH başçısının Almalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 8 min 121,01 manat.
-Qax RİH başçısının Əlibəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 6 min 899,61 manat.
-Qax RİH başçısının Əlibəyli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 11 min 837,44 manat.
-Qax RİH başçısının Ləkit kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 11 min 089,29 manat.
-Qax RİH başçısının Ləkit kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət vı süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 6 min 463,59 manat.
-Qax RİH başçısının Tasmalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 5 min 986,52 manat.
-Qax RİH başçısının Tasmalı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 10 min 270,86 manat.
-Qax RİH başçısının Güllük kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq
əhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 9 min 723,44 manat.
-Qax RİH başçısının Güllük kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 5 min 667,48 manat.
-Qax RİH başçısının Zəyəm kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 5 min 671,15 manat.
-Qax RİH başçısının Zəyəm kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 9 min 729,75 manat.
-Qax RİH başçısının Qum kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 5 min 513,75 manat.
-Qax RİH başçısının Qum kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 9 min 459,63 manat.
-Qax RİH başçısının Əmircan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 9 min 273,5 manat.
-Qax RİH başçısının Əmircan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 5 min 405,22 manat.
-Qax RİH başçısının Sarıbaş kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 7 min 643,97 manat.
-Qax RİH başçısının Qorağan kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 6 min 898,63 manat.
-Qax RİH başçısının Turaclı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ərzaq məhsullarının satın alınması, “Qaxbaş-14” MMC, 13 min 953,17 manat.
-Qax RİH başçısının Turaclı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi, Ət və süd məhsullarının satın alınması, Qaşqaçay kəndli fermer təsərrüfatı, 8 min 132,79 manat...

Büdcə vəsaiti hesabına alınan ət-süd Qax kimi kənd rayonunda icra nümayəndəliklərinin nəyinə lazım imiş?

Dünən Qaxdan redaksiyaya məlum şikayətlə bağlı telefon zəngi oldu. Mənbədən Qax rayonunda icra nümayəndələrinə ət-süd satmaqla tanınan “Qaxbaş-14” MMC barədə məlumat soruşduq. Mənbənin sözlərinə görə, bu MMC Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin yaxın adamlarından birinə məxsusdur, bu MMC-nin vəzifəsi isə əsasən RİH başçısının tapşırığı ilə məhz pul silməklə məşğuldur: “...Təbii olaraq, mən sizinlə razıyam, Respublikada digər rayonlardan fərqli olaraq ən ucuz süd və ət Qaxın kəndlərindədir, su qiymətinə olduğu halda, büdcə pullarını kəndlərdə ət-süd almağa xərcləmək olarmı??? Məgər icra nümayəndəliklərinin pul xərcləməyə başqa problemli sahəsi yoxdurmu? Bəs bu ət-süd icra nümayəndələrinin nəyinə lazım imiş? Qoy, jurnalistlər bunu araşdırsın...”.

(Ardı var)

“Təzadlar”ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
HƏMİN ÜÇ ŞƏRƏFSİZİN CƏZASI KƏSİLDİ - DETALLAR
Dünən, 18:03
"Çünki Mehriban Ələkbərzadənin vəzifəsi, aldığı fəxri adlar, arxasında dayanan vəzifəli dostları və rəfiqələri var" - QALMAQAL
Dünən, 17:57
Cənubi Qafqazda 3+3 formatını 4+3 əvəzləyir? - ŞƏRH
Dünən, 17:51
“Hər il təmir işlərinə xərclər artır, amma təhsilin inkişafı yaxşılaşmır” - ETİRAZ
Dünən, 17:48
Mixail Zabelinin heç kimə lazım olmayan mandatı kimə LAZIMDIR? - 20 ildir parlamentdə “susqun kölgə”
Dünən, 17:40
Kremlin yeni hücum planı: Postsovet ölkələri hədəfdə - NƏ ETMƏLİ?
Dünən, 17:38
"Kiyev Bakı ilə təbii qazın yeni tədarükünü müzakirə edir" - Ukraynanın energetika naziri
Dünən, 17:29
Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik - Ukrayna XİN
Dünən, 17:18
Bakıda niyə yeni binalar tikilmir? - NƏ BAŞ VERİR?
Dünən, 17:17
Durum Trampın düşündüyü kimi deyil, Bakı və İrəvan... - “Politico”
Dünən, 17:08
Dost Ermənistanla əlaqələrimiz var - Pezeşkian
Dünən, 17:02
Ərəb turistlər bizim müqəddəs şəxslərimizin ruhlarına qarşı hörmətsizlik edib - ONDA GÖRƏ DƏ...
Dünən, 17:00
"Dərdimi kimə deyim... necə edim?" - ÇARƏSİZLİK...
Dünən, 16:56
Rusiyanın özü gərginlikdə maraqlıdırsa... - AKTUAL
Dünən, 16:51
“Bravo” qaydaları ən çox pozan marketdir – 7 dəfə protokol yazılıb
Dünən, 16:47
“Binəqədi İTD” ASC nizamnamə kapitalında dəişiklik edəcək - YIĞINCAQ
Dünən, 16:45
Stefançukdan Sahibə Qafarovaya zəng, Bakıya dəstək - “SOCAR-a hücumlar ...”
Dünən, 16:37
BDU-da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi - FOTO
Dünən, 16:30
Rusiyadakı azərbaycanlılara DAHA BİR ŞOK - Tamamilə qadağan edilir, 4 ay sonra...
Dünən, 16:21
Gəncəyə yeni həbi prokuror təyin olunub - BUNDAN SONRA...
Dünən, 16:13
Bağça müdiri vəzifəsinə işə qəbul üzrə sənəd qəbuluna start verildi - DİQQƏT!
Dünən, 16:11
Naxçıvan FHN-də yeni İdarə rəisi təyin edilib - ƏMR
Dünən, 16:10
Məşhur müğənninin sponsoru olan kriminal lider həbsdən çıxdı
Dünən, 15:05
Hətta Moskva din xadimi cildində təxribatçılar da yetişdirib - ONA GÖRƏ DƏ...
Dünən, 15:01
Rusiya Azərbaycan vətəndaşları üçün yeni iş qadağaları tətbiq edir - KİV
Dünən, 14:50
Ukrayna neytral olsaydı, müharibə olmazdı! – Bu bir rus nağılıdır
Dünən, 14:46
“Azərsu” 1300 ton xlor alır – 2 milyon manat ayrılıb
Dünən, 14:40
Ermənistanın “EV TAPŞIRIĞI” – Yeni konstitusiya ilə bağlı referendum bu tarixdə KEÇİRİLƏ BİLƏR
Dünən, 14:36
“Rusiya hərbi qüvvələrinin qarşısında şərt qoymuşduq ki, belə addımlar atılsa, cavabımız olacaq” - deputat
Dünən, 14:31
İcra başçısı onlara vəzifə verdi - SİYAHI
Dünən, 14:25
Gəncədə İstiqlal Parkına qarşı hörmətsizlik: Şəhid xatirəsinə ucaldılmış abidə zədələndi - TƏFƏRRÜAT
Dünən, 14:17
“Heç bir təbliğat etmirəm” - PRoMete
Dünən, 14:07
Həbsdəki müğənninin cəzası ARTIRILDI - QƏRAR
Dünən, 14:04
Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirildi, ittiham aktı yarımçıq qaldı - TƏFƏRRÜAT
Dünən, 13:19
“Chef Orxan” restoranın müştəriləri TƏHLÜKƏDƏ - VİDEO
Dünən, 13:06
Rasim Musabəyov: Artıq Azərbaycan Rusiyaya bəyanatla yox, hərəkətlə cavab verməli, Ukraynaya silah satmalıdır - ÇAĞIRIŞ
Dünən, 12:58
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:54
PUTİN SOCAR-ı “VURMAQLA” BAKINI NƏYƏ TƏHRİK EDİR? – Azərbaycan alçaq hücumlara adekvat cavab verə bildiyini sübut edib
Dünən, 12:52
Laçın yaxınlığındakı kənddə erməni itkin düşdü... - FOTO
Dünən, 12:46
"Azərbaycan turistik ölkədir.., AMMA..." - deputat
Dünən, 12:42
“İrşad” cərimələnə bilər – SƏBƏB
Dünən, 12:35
İran “savaş baltaları”nı BASDIRIR – Tehrandan Zəngəzurla bağlı ŞOK YANAŞMA
Dünən, 12:31
Ermənistan türk dünyasına daxil olacaq - Matevosyan
Dünən, 12:28
İranın gömrükçüləri MEYMUNLUQ EDİRLƏR... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 12:25
Zelenski bununla NƏ ETSİN AXI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:22
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb - TƏFƏRRÜAT
Dünən, 12:18
Şəhid ailələri adından PREZİDENTƏ MÜRACİƏT - "Cinayət Məcəlləsinə əlavə olunsun ki..."
Dünən, 12:16
İsraildə İrana işləyən Azərbaycan vətəndaşı kimdir?
Dünən, 11:32
Generalın oğluna vəzifə verildi - ƏMR
Dünən, 11:28
Hansı rayonda pensiyaçılar nə qədər pensiya alır? - SİYAHI
Dünən, 11:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru