Messi dahidir... .....                     Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi .....                     "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sadə işçiyə hansı real faydanı verir?" .....                     Azərbaycanda ət qadağası: Qiyməti bahalaşdıracaq .....                     İran ABŞ-nin Hörmüz boğazının idarəçiliyinə müdaxilə etməsinə icazə verməyəcək .....                     "MESTONATMIKS GROUP" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb .....                     Paşinyan Bakının tələbini bu yolla reallaşdıracaq .....                     Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! .....                     "Sabah"dan sabah üçün YAXŞI ZƏMİN... .....                     Ərdoğan Türkiyəni HARA GÖTÜRÜR... .....                     Üzlərində daş ifadə, eyni geyim... Türkmənistanı xatırlatdı! .....                     Axı İslam dininin mahiyyəti onların şəxsi istəklərindən ibarət deyil... .....                     Şəhid qardaşından AZERCELL-ə SƏRT ETİRAZ .....                     Rəşad Dağlı və zülm çəkən qadın arasındakı ayrı-seçkilik... .....                     Binəqədidə maklerlər “at oynadır”... .....                     Azərbaycanda TORPAQ DAVASI... .....                     SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? .....                     Ermənistanda küçə mübarizəsi mütləq olacaq .....                     Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? .....                     Azərbaycanda hakim özü-özünə etiraz etdi .....                     Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib .....                     Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir .....                     AZAL Qars şəhərinə uçuşlara başlayır .....                     Xaçınçay su anbarında çimmək tamamilə qadağandır .....                     "Restoran biznesi mənlik olmadı" .....                     Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? .....                     Bakıda məşhur restoranın ətrafında QALMAQAL .....                     Xanəndənin atası yol qəzasında öldü .....                     “Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub .....                     “Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub .....                     Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb .....                     Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub .....                     Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? .....                     Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır .....                     "Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? .....                     Biləsuvarda əmi qardaşı oğlunu vurdu, .....                     "Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" .....                     Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! .....                     Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: .....                     “Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” .....                 

Beyləqan təhsilində icra başçısına söykənən maliyyə maxinasiyaları - bir məktəbdə pullar necə mənimsənilir...
Tarix: 2-03-2015, 12:58 | Çap et
Beyləqan təhsilində icra başçısına söykənən maliyyə maxinasiyaları
DİA.AZ: - Təhsil Nazirliyinin (TN) tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin acınacaqlı durumu göz qabağındadır. Qeyd edək ki, təhsilin bu sahəsinin inkişaf etdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi və orta məktəbi yarıda saxlayıb peşə təhsilinə yiyələnmək istəyən şagirdləri həvəsləndirmək üçün müxtəlif tədbirlərin həyata keçirilməsinə baxmayaraq, hələ də müsbət nəticələr əldə olunmayıb. Bunun bəzi səbəbləri var. Ən başlıca səbəblərdən biri isə peşə məktəblərinə rəhbərlik edən şəxslərin işlərinə yetəri qədər məsuliyyət göstərməməsidir.

Yəni bu gün bəzi direktorlar rəhbərlik etdikləri təhsil ocaqlarına özəl mülk kimi yanaşır və nəticədə təhsilin keyfiyyəti arxa plana keçirilir. Bu baxımdan Beyləqan Peşə Məktəbində də vəziyyət ürəkaçan deyil. Təhsil ocağında cərəyan edən qanuna zidd məsələlərlə bağlı redaksiyamıza maraqlı məlumatlar daxil olub. Bundan əvvəl isə qeyd etmək istəyirik ki, məktəbdə əməliyyatçı-mühasib, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, ofisiant, barmen, bufetçi, geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, traktorçu-maşinist, tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki, avtomobillərin təmiri çilingəri, laborant-mikrobioloq, kimyəvi-bakterioloji analiz laborantı və kimyəvi analiz laborantı ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. diaaz.space-a daxil olan məlumatlarda deyilir ki, məktəbin direktoru Nazim Məmmədov təhsil ocağının idarə olunmasında bir çox qanun pozuntularına yol verməklə təhsilin səviyyəsinin acınacaqlı hala düşməsinə zəmin yaradıb:

"Direktorun fəaliyyəti nə şagirdləri, nə də bəzi müəllimləri qane edir. Çünki o Beyləqan Peşə Məktəbindən şəxsi maraqları üçün istifadə edir, təhsilin inkişafı üçün heç bir iş görmür. Belə ki, şagirdlərin təlim məşqi üçün nəzərdə tutulmuş 100 hektar münbit torpaq sahəsində bu gün bir şagird belə olsun təlim məqsədilə traktor və ya kombayn sükanı arxasında əyləşə bilmir. Çünki direktor Nazim Məmmədov heç bir əsas olmadan ozünün şəxsi maraqları naminə bu torpağın istifadə təyinatını dəyişdirib. Direktor həmin torpaq sahəsini qeyri-qanuni olaraq rayonun müxtəlif sakinlərinə icarəyə verib". Mənbənin sözlərinə görə, Nazim Məmmədov məhz bu tip işlərə daha çox vaxt ayırdığından peşə məktəbində təhsilin səviyyəsi xeyli aşağı düşüb: "Bunun bariz nümunəsi kimi şagirdlərin dərslərə davamiyyətinin pis olmasını göstərmək olar. Dərsə gəlməyən şagirdlər bunun əvəzində təqaüd kartlarını ixtisas rəhbərlərinə təhvil veriblər. Hər ayın axırı şagirdlərin təqaüdü verilən zaman Nazim Məmmədovun adamları "Kapitalbank"ın bankomatlarına baş çəkirlər. Deyirlər ki, əməliyyat başa çatdıqdan sonra toplanan vəsait direktora çatdırılır. Bundan başqa, direktorun digər qanunsuz işləri məktəbdə çalışan insanlarla bağlıdır. Siyahı üzrə 45-ə yaxın müəllim, təlim ustası, texniki işçi olduğu halda, məktəbə onlardan cəmi 15-20 nəfəri gəlir. Bəzi müəllimlərin adı işdə gedir, amma onlar dərsə gəlmirlər. Qarşılıqlı razılıq əsasında həmin müəllimlərin aylıq maaşını Nazim Məmmədovun adamları alırlar. Direktor səlahiyyətlərindən istifadə edərək bəzi qohumlarını məktəbdə işlə təmin edib. Halbuki, bu "Korrupsiya haqqında" Qanunun 8-ci maddəsinə əsasən ziddir. Çünki vəzifəli məmurun tabeçiliyində qohumlarının işləməsi qəti qadağandır".

DİA.AZ-ın məlumatına görə, ötən il ərzində dövlət büdcəsindən Beyləqan Peşə Məktəbinə üst-üstə 31 min manatdan artıq vəsait ayrılıb: "Bu vəsaitlərin 7000 manatı bərk inventarların alınmasına sərf olunub. Avadanlıqların alınmasına isə 5000 manat xərclənib ki, hər iki əməliyyatı da "Texfon 2013" MMC həyata keçirib. Bundan əlavə Nazim Məmmədovun rəhbəri olduğu təhsil ocağına digər alışlar və xidmətlərin satın alınması üçün də 5410 manat xərclənib. "Miraj-KL" MMC tərəfindən həyata keçirilən proses yeganə olmayıb. Bu MMC vasitəsi ilə həmçinin 9000 manatlıq "Sair xərclər maddəsi" üzrə satınalmalar da həyata keçirilib. Bundan başqa, idarənin digər xərcləri maddəsi üzrə malların alınmasına da eyni şirkət rəhbərlik edib və bu məqsədlə 2000 manat pul xərcləndiyi qeyd olunur. Beyləqan Peşə Məktəbinə hər nə alınıbsa, bunu ancaq iki şirkət həyata keçirib.

Məsələn, "Texfon-2013" MMC yumşaq inventarların alınmasına 3000 manat, digər maşın və avadanlıqların satın alınmasına 7000 manat, dəftərxana ləvazimatları və təsərrüfat mallarının alınmasına isə 4900 manat pul sərf edib. Əslində isə, bu işlərin yalnız kağız üzərində həyata keçirildiyi deyilir. Çünki bu qədər vəsaitlə deyilənlərin iki dəfə artığını almaq mümkündür. Bu qədər vəsaitin ayrılmasına baxmayaraq, təhsil ocağı hələ də bərbad vəziyyətdədir. Nazim Məmmədov vəzifədən çıxarılmayana qədər peşə məktəbində təhsilin keyfiyyətinin artacağını gözləmək əbəsdir".

Peşə məktəbinin rəhbərinin kim tərəfindən himayə olunmasına gəlincə isə mənbəmiz bildirdi ki, Nazim Məmmədovun arxasında Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev dayanıb: "Direktor hər yerdə başçının adını hallandırır və deyir ki, Vaqif müəllim mənə hər cür şərait yaradıb. Halbuki, o icra başçısına yox, təhsil naziri Mikayıl Cabbarova tabedir". Ümid edirik ki, TN rəhbərliyi və digər dövlət qurumlarının rəsmiləri Beyləqan Peşə Məktəbində mövcud olan qanunsuzluqları tezliklə araşdırıb direktoru cəzalandıracaqlar.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Messi dahidir... - QOL SAATI
Bu gün, 07:08
Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi - NƏ BAŞ VERİR?
Bu gün, 07:02
"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sadə işçiyə hansı real faydanı verir?" - ETİRAZ VAR!
Bu gün, 06:58
Azərbaycanda ət qadağası: Qiyməti bahalaşdıracaq - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
İran ABŞ-nin Hörmüz boğazının idarəçiliyinə müdaxilə etməsinə icazə verməyəcək - "Xatəm əl-Ənbiya"
Bu gün, 06:44
"MESTONATMIKS GROUP" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb - FOTO
Bu gün, 06:42
Paşinyan Bakının tələbini bu yolla reallaşdıracaq – Yeni planı üzə çıxdı
Bu gün, 06:37
Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:43
"Sabah"dan sabah üçün YAXŞI ZƏMİN... - QOL SAATI
Bu gün, 04:32
Ərdoğan Türkiyəni HARA GÖTÜRÜR... - İNCƏLƏMƏ
Bu gün, 04:28
Üzlərində daş ifadə, eyni geyim... Türkmənistanı xatırlatdı! - REPLİKA
Bu gün, 04:21
Axı İslam dininin mahiyyəti onların şəxsi istəklərindən ibarət deyil... - Azər Qasımov yazır...
Bu gün, 03:58
Şəhid qardaşından AZERCELL-ə SƏRT ETİRAZ - "Dedim ki, şəhid anasıdır..."
Bu gün, 03:48
Rəşad Dağlı və zülm çəkən qadın arasındakı ayrı-seçkilik... - AXI NİYƏ?..
Bu gün, 03:24
Binəqədidə maklerlər “at oynadır”... - Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
Bu gün, 03:18
Azərbaycanda TORPAQ DAVASI... QAÇILMAZDIR!
Bu gün, 03:13
SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? - DETALLAR
Dünən, 18:02
Ermənistanda küçə mübarizəsi mütləq olacaq - Samvel Karapetyan
Dünən, 17:48
Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? - MÜHÜM NÜANSLAR
Dünən, 17:32
Azərbaycanda hakim özü-özünə etiraz etdi
Dünən, 17:27
Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib
Dünən, 17:24
Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir - 15 saylı cəzaçəkmə müəssisəsindən...
Dünən, 17:21
AZAL Qars şəhərinə uçuşlara başlayır - DİQQƏT
Dünən, 17:10
Xaçınçay su anbarında çimmək tamamilə qadağandır - Ekspertdən XƏBƏRDARLIQ
Dünən, 17:01
"Restoran biznesi mənlik olmadı" - Eldəniz Məmmədov
Dünən, 16:57
Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? - Türkiyə ilə bağlı ŞOK SSENARİ
Dünən, 16:55
Bakıda məşhur restoranın ətrafında QALMAQAL - TƏFƏRRÜAT
Dünən, 16:38
Xanəndənin atası yol qəzasında öldü
Dünən, 16:29
“Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub - DOSYE
Dünən, 16:25
“Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 16:23
Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb - Zülfüqarov
Dünən, 16:22
Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub - FOTO
Dünən, 16:16
Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? – MƏHSULLAR, QİYMƏTLƏR
Dünən, 16:13
Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır - ŞƏRH
Dünən, 16:07
"Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? - ARAŞDIRMA
Dünən, 15:57
Biləsuvarda əmi qardaşı oğlunu vurdu, məhkəmə hökm çıxardı
Dünən, 15:55
"Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" - ADY rəsmisi
Dünən, 15:53
Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! - ÇAĞIRIŞ...
Dünən, 15:47
Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: - Hərəkat başlayır
Dünən, 15:24
“Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” - Miskaryan
Dünən, 15:18
Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” - TƏFƏRRÜAT
Dünən, 15:05
“TuranBank”ın borcları kəskin şəkildə artaraq 284 milyon manata çatıb
Dünən, 15:00
Paşinyanın Avropa arzusu puç oldu: - Ermənistan yenə Rusiyanın "qapısını döyəcək"
Dünən, 14:59
Ədliyyə Nazirliyinin qurumlarından - 4 YENİ TENDER
Dünən, 14:57
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib
Dünən, 14:55
Generala yüksək vəzifə verildi - TƏYİNAT
Dünən, 14:51
Keçmiş nazirdən vahid müəllim formasına etiraz: - "Vallah, gülməlidir”
Dünən, 14:48
Pensiya almaq çətinləşəcək? - Azərbaycana dair MÜHÜM PROQNOZ
Dünən, 14:45
Bu xəstəxanaya müvəqqəti rəhbər təyin olundu - FOTO
Dünən, 14:43
Görün, millətə NƏ YEDİRİRLƏR... - FOTO
Dünən, 13:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru