Balakişi müəllim prosesə daha realist baxır... .....                     Fuad Nəcəfli elə... Ceyhun Cəlilov da belə..! .....                     Dübəndi sahilində FACİƏVİ DURUM... .....                     "Kartıma xəstə övladımın müalicəsi üçün edilən ianələr köçürülür..." .....                     Benzin qıtlığı yaşayan Rusiyanın .....                     Paşinyan Rusiya ilə münasibətləri qaydasına qoymağa çalışır .....                     "Ağılsız müharibədən ağıllı çıxış olmur" .....                     Zay məhsul satıb, aradan çıxırlar... .....                     İflic duruma düşən elektron məhkəmə sistemi .....                     Gələcəkdə belə əsərlər yarana bilərmi? .....                     Erməni adı altında Avropaya sığınan... .....                     Zəlzələn “mübarək”, İqbal Ağazadə! .....                     Ermənistan Avropa ittifaqının tam hüquqlu üzvünə çevrilir .....                     Zülfəlinin buldozerin ağzına verdiyi TARİX .....                     Krasnodarda Krımı Rusiya ərazisi kimi qəbul etmirlər... .....                     Günün fotosu: .....                     Dəfn mərasimi Xameneinin yox... ABŞ-nin nüfuzunun dəfni idi... .....                     Girişi pullu, çıxışı boş ümid dünyası! .....                     İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb .....                     Müxalifət genişmiqyaslı müqavimətə imza atdı: birinci bənd Azərbaycana qarşı... .....                     Ruslar "Şahid"lərdən niyə azad istifadə edir? .....                     AZAL: Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur .....                     MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... .....                     Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib .....                     Keçmiş deputatın şirkəti DİLƏNÇİLİK EDİR .....                     Rövşən Məmmədov və Balakişi Qasımovun efirdə mübahisəsi .....                     Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb .....                     Zülfəlinin DAHA BİR QURBANI... .....                     İqtisadi suverenliyimizə qəsd: BP-nin Azərbaycandakı fəaliyyəti ilə bağlı şok iddialar .....                     Müharibəyə son qoymaq üçün real perspektiv var .....                     İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib .....                     Azərbaycandan KÖÇ: Axırıncı çıxan QAPINI ÖRTSÜN... .....                     İranda Naxçıvan MR Baş nazirinə hörmətsizlik .....                     "Görürsüz hörmətli qərarverənlər, vəziyyət yaxşı deyil" .....                     Paşinyan Rusiyanın bu təsir rıçağını da bloklayır... .....                     Rusiyada əksər şəhərlər yanacaqsız qalıb .....                     "Üfunət iyindən durmaq olmur!" .....                     "Daha bunun nəyi SÜRƏTLİ oldu ki?" .....                     "Bu avtobus sanki heç bir qaydaya tabe deyil..." .....                     Xanım işçidən Nail Abdullayevə ETİRAZ! .....                 

Qarabağ Qazisindən icra başçısına: "Nolar... süpürgəçilik də olsa, bir iş verin" - 052-nin döyüşçüsü GİLEY EDİR
Tarix: 16-06-2021, 10:17 | Çap et
Qarabağ Qazisindən icra başçısına: "Nolar... süpürgəçilik də olsa, bir iş verin"
“Müharibədən öncə günü 10 manata fəhləlik edirdim, indi o qədər travmalarım, problemlərim yaranıb ki, mümkün deyil. Getdiyim yerlərdə də deyirlər: “Əsəbisən”. Nə edim, ailəmi necə dolandırım, bilmirəm”.

DİA.AZ xəbər verir ki, Sabirabadın Qalağayın kəndinin sakini Elvin Cəfərov belə deyir. O, İkinci Qarabağ Müharibəsi iştirakçısıdır, 39 gün döyüşdüyünü söyləyir:

“Vətənimə canım da qurban. Travmalarım, problemlərim var, amma sabah yenidən döyüş olsa, bir də gedərəm. Şükür iki əlim, iki ayağım yerindədir. Amma indiki dövrdə də ailəmi dolandırmalıyam axı. Onu necə edim, bilmirəm. Anamın 78 yaşı var, onun ümidinə qalmışıq, bizə baxa bilmək üçün alağa gedir. Çöldə-bayırda fəhləlik edir, gətirir ki, mənim ailəm dolansın. Bu, mənə çox ağırdır və əlimdən nəsə gəlməməyi pis incidir”.

Elvin Cəfərov anasının həftədə bir neçə dəfə işə getdiyini söyləyir. Gününə 8-10 manat arası qazanır. Bununla da 5 nəfər çox çətinliklə dolanırlar:

“Anam pensiya da alır, düzdür. Onun da yarıdan çoxu müharibədən əvvəl uşaqların müalicəsi üçün bankdan götürdüyümüz kreditə çıxır. Mən demirəm ki, kimsə ailəmi saxlasın, mənə pul versin. İşlə təmin etsinlər, bəsimdir”.

Elvin müharibəyə könüllü gedib. Deyir, oktyabrın 1-də çıxıb evdən. Əvvəlcə Ağcabədidə 4 günlük təlimdə olub. Ordan 98 nəfər könüllü ilə bərabər döyüşə yollanıb:

“Döyüşlərdə sonacan iştirak etdim. Bu zaman kəllə-beyin travması almışam, sol böyrəyim sıradan çıxıb. Gözüm yaxşı görmür, qulağım eşitmir. 39 gün ərzində yanıma saysız-hesabsız mərmi düşüb. O dəhşətləri canımla-qanımla yaşamışam. Ən böyük travma isə dostlarımın ölümünə şahidlik etməyim idi. Bu qədər ağrı-acını asanlıqla unutmaq mümkün deyil. Kaş bunu anlaya, bizə müvəqqəti də olsa, dəstək verələr. Elə ailəmizi dolandıra biləcəyimiz işlə təmin etsələr, bəsdir”.

Elvin Cəfərov müharibədə “mauqli” ləqəbi qazanıb. Deyir, xüsusi təyinatlıların sırasına qoşulmaq üçün onu test ediblər. Ermənilərin Laçın meşələrindəki ağacların üstünə yerləşdirdikləri kameraları gətirmək olub aldığı tapşırıq. Ağacların başından xeyli kamera yığıb. Beləliklə, adı “mauqli” qalıb:

“Kameralar bizi çəkir, harada olduğumuzu görür vururdular. Tapşırıq aldım ki, 1 saata 5 kamera gətirim. Bu müddətdə o qədər kamera gətirə bilsəm, məni 052-yə qoşacaqdılar. Getdim, 5 kameranı gətirdim. Komandir dedi ki, sınaqdan keçməmisən. 5 tapşırıblarsa, heç olmasa 6 dənəsini gətirməliydin. Bu zaman üst geyimimin düyməsini açdım. İçində yalan olmasın 20-dən çox kamera var idi. Beləcə 052-nin sıralarına qoşuldum. Həmin gündən də ən ağır döyüşlərə girdim”.

“Mauqli” ləqəbi Elvinin xoşuna gəlir. Deyir, sevdiyi personajdır və zəhmətinin bəhrəsi ilə qazanıb bu adı:

“Can qoyduq, ürəklə döyüşdük. Olsa yenə gedərəm, vətəndir, başqa heç nəyə bənzəmir. Amma o da həqiqətdir ki, dəyər verənimiz yoxdur”.

34 yaşlı Elvinin 2 oğlu var. Deyir, bayramlarda qapısını xeyirxah insanlar açır. Amma o bunu dövlətindən gözləyir:

“Gələndən işsizəm. Deyirlər: “Kontuziya almısan, əsəbisən”. Heç yerdə işə götürmürlər. Bəs mən balalarımı nə ilə dolandırmalıyam, deyən yoxdur. Veteranlığa görə müavinət də olsun 80 manat. Onunla bir ailə dolana bilərmi? Gün ərzində cəmi 11-12 dəqiqə yata bilirəm. Yuxularımı qarışdırıram deyə, yatmaqdan qorxuram. Getmədən öncə mühafizədə işə düzəlmək üçün heyvan satıb 2500 manat vermişdim. İndi görürəm ki, mənlik iş deyil. Ancaq həmin o əlimlə verdiyim pulun arxasınca ayağımla düşmüşəm, geri ala bilmirəm. Hər tərəfdən əlim üzülüb, qalmışam ortalıqda”.

Elvin Cəfərov deyir ki, bir neçə dəfə iş üçün Sabirabad Rayon İcra Hakimiyyətinə də gedib. Ancaq kömək etməyiblər:

“Hər dəfə yola verib, göndərirlər. Axırıncı dəfə dedim ki, nolar süpürgəçilik də olsa, bir iş verin. Onu da vermədilər. Daha o qapıya getməmək qərarı almışam. Gedirəm, əsəbiləşirəm, şəkərim qalxır 350-380-nə. Halım pisləşir, çətinliklə özümə gəlirəm. Onu da deyim ki, mən şəkəri də hərbidə tapmışam. Gedəndə 87 kilo idim, indi 58-ə düşmüşəm”.

Elvin Cəfərov deyir ki, maraqlanmırlar, iş vermirlər, heç olmazsa lazım olan müalicələri etdirsinlər:

“Bu problemlərin, xəstəliklərin heç biri mənim başıma evimin içində gəlməyib axı. Niyə müalicəni özüm etdirməliyəm? Açığı heç gücüm də çatmır. Sığorta haqqı verilməlidir, heç onu da ala bilməmişəm. Veteranlıq üçün veriləcək təqaüdün kartına görə bizdən 10 manat yığdılar. Yəni kart nədir ki, onu da bizə pulsuz vermədilər”.

Elvin Cəfərovun bədəninin bəzi yerlərində qəlpələr qalıb. Deyir, ona görə də müalicə, əməliyyat lazımdır, amma imkanı yoxdur:

“Əlbəyaxa döyüşə qədər hər şeyə girmişəm. İnanın, orda bəzən siqareti pulla alırdıq. Amma Paşinyan bizim adamdır. Şuşada, Laçında bizə dolu mağazalar qoymuşdu, ordan hər şeyi pulsuz götürürdük (zarafat edir, gülür)”.

Elvin Cəfərov deyir ki, döyüş zamanı çiynində 70-dən artıq şəhid, 20-dək yaralı çıxarıb. Videoları da var, inanmayan baxa bilər:

“Tik-Tokda da belə videolarım var, kürəyimdə şəhid, yaxud yaralı qaçıram. Ermənilər minomyot və snayperlə çox yaxşı işləyirdilər. Hədəfi uzaqdan çox yaxşı vururdular. Bir gün çox yaxınıma mərmi düşdü və dilim batdı. Uzun müddət danışa bilmədim. Gələndən sonra qardaşım aldı iynə-dərmanımı. Ondan sonra dilim açılmağa başladı”.

Elvin Cəfərov deyir ki, arada evdəkilərdən gizlin gedib yük daşıyır. Hazırki dövrdə fəhləlik etmək ona çətindir, amma başqa şansının olmadığını söyləyir:

“O gün evdə heç kimə demədim. Getdim, dəmir yolunun yanında günü 8 manata qum daşıdım. Evdə desəydim, qoymayacaqdılar. Nə deyim, bilmirəm. Ölümə qol çəkmişdik. Axırı da bu oldu”.

Elvin Cəfərov Füzuli, Qubadlı, Hadrut, Xocavənd, Şuşa-Laçın dəhlizi istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Deyir 34 yaşı var, gördüklərini isə bundan sonrakı 34 il danışsa, bitməz:

“Bir dostum var, döyüşdə bir yerdə idik. O da könüllü getmişdi. Bizim kənddə yaşayır. Aldığı zədələrdən sonra beynindən irin tökülür, burnundan, qulaqlarından gəlib çıxır. Bayram günü baxıram ki, ağlayır. Soruşuram, bayramdır, camaat deyir, gülür, sən niyə ağlayırsan? Deyir: “Balamı öpə bilmirəm, nə bayram? Qızım „ata, səndən pis iy gəlir“ deyir”. Donub qaldım. Deməyə sözüm yox idi. Baxmırlar, saymırlar, kömək etmirlər, qiymət vermirlər”.

Elvin Cəfərov deyir ki, döyüşdən əvvəl 1 hektar ərazidə pambıq əkibmiş. Anası ilə birgə nəzarət edirmişlər:

“Mən getdim, anam tək bacara bilmədi. Bir gün getdi, 5 gün gedə bilmədi. Yığdılar, oğurladılar apardılar. O da qaldı ağzıgünə. İndi çox şey istəmirəm ki, iş versinlər deyirəm. Balalarım var, yaxşı yaşamaq onların da haqqıdır”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Balakişi müəllim prosesə daha realist baxır... - ONA GÖRƏ DƏ...
Bu gün, 05:00
Fuad Nəcəfli elə... Ceyhun Cəlilov da belə..! - "Naxçıvan şəxsi biznes meydanı deyil!"
Bu gün, 04:56
Dübəndi sahilində FACİƏVİ DURUM... - FOTOFAKT
Bu gün, 04:32
"Kartıma xəstə övladımın müalicəsi üçün edilən ianələr köçürülür..." - MÜRACİƏT
Bu gün, 04:26
Benzin qıtlığı yaşayan Rusiyanın BELARUS NƏFƏSLİYİ
Bu gün, 04:14
Paşinyan Rusiya ilə münasibətləri qaydasına qoymağa çalışır - KİV
Bu gün, 04:11
"Ağılsız müharibədən ağıllı çıxış olmur" - partiya sədri
Bu gün, 04:07
Zay məhsul satıb, aradan çıxırlar... - AXI NİYƏ?..
Bu gün, 04:02
İflic duruma düşən elektron məhkəmə sistemi - BU NƏDİ BELƏ?
Bu gün, 03:53
Gələcəkdə belə əsərlər yarana bilərmi? - ARAŞDIRMA
Bu gün, 03:45
Erməni adı altında Avropaya sığınan... - Hansı ədaləti axtarır...
Bu gün, 03:41
Zəlzələn “mübarək”, İqbal Ağazadə! - REPLİKA
Bu gün, 03:37
Ermənistan Avropa ittifaqının tam hüquqlu üzvünə çevrilir - Üzv olmasa belə...
Bu gün, 03:32
Zülfəlinin buldozerin ağzına verdiyi TARİX - və aldadılan vətəndaş, susan hüquq...
Bu gün, 03:23
Krasnodarda Krımı Rusiya ərazisi kimi qəbul etmirlər... - BELƏ ÇIXIR...
Bu gün, 03:08
Günün fotosu: - MALƏSƏF...
Bu gün, 02:59
Dəfn mərasimi Xameneinin yox... ABŞ-nin nüfuzunun dəfni idi... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:55
Girişi pullu, çıxışı boş ümid dünyası! - Xərçəngdən DAHA AMANSIZ
Bu gün, 02:44
İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb - “Bloomberg”
Dünən, 11:01
Müxalifət genişmiqyaslı müqavimətə imza atdı: birinci bənd Azərbaycana qarşı... - NƏ BAŞ VERİR?
Dünən, 10:57
Ruslar "Şahid"lərdən niyə azad istifadə edir? - Səbəb
Dünən, 10:55
AZAL: Bu gün Naxçıvana reyslərin təxirə salınması nəzərdə tutulur - DİQQƏT
Dünən, 09:44
MƏHKƏMƏLƏR KRALI Azərbaycan qanunlarına rəsmən TÜPÜRÜR... - Tək deyil... cinayət ortaqları var...
Dünən, 09:35
Ukrayna müharibə sayəsində unikal üstünlük əldə edib - KİV
Dünən, 09:03
Keçmiş deputatın şirkəti DİLƏNÇİLİK EDİR - BU DA FAKT...
Dünən, 08:38
Rövşən Məmmədov və Balakişi Qasımovun efirdə mübahisəsi - MEDİA MASASI
Dünən, 08:30
Tramp fırtınaya baxmayaraq Vaşinqtondakı çıxışını ləğv etməyəcəyini açıqlayıb
Dünən, 08:23
Zülfəlinin DAHA BİR QURBANI... - BU NƏDİ BELƏ?
Dünən, 08:20
İqtisadi suverenliyimizə qəsd: BP-nin Azərbaycandakı fəaliyyəti ilə bağlı şok iddialar - ARAŞDIRMA
Dünən, 08:11
Müharibəyə son qoymaq üçün real perspektiv var - Zelenski
Dünən, 08:07
İsrailin milli təhlükəsizlik naziri həbs olunmaq qorxusu ilə Nyu-York səfərini ləğv edib - "Haaretz"
Dünən, 08:05
Azərbaycandan KÖÇ: Axırıncı çıxan QAPINI ÖRTSÜN... - BELƏ HARA GEDİRİK?
Dünən, 07:56
İranda Naxçıvan MR Baş nazirinə hörmətsizlik - Günah kimdədir?
Dünən, 07:52
"Görürsüz hörmətli qərarverənlər, vəziyyət yaxşı deyil" - partiya sədri
Dünən, 07:43
Paşinyan Rusiyanın bu təsir rıçağını da bloklayır... - TƏDARÜK
Dünən, 07:40
Rusiyada əksər şəhərlər yanacaqsız qalıb - “Bumaqa”
Dünən, 07:37
"Üfunət iyindən durmaq olmur!" - MÜRACİƏT
Dünən, 07:34
"Daha bunun nəyi SÜRƏTLİ oldu ki?" - ETİRAZ VAR!
Dünən, 07:28
"Bu avtobus sanki heç bir qaydaya tabe deyil..." - NARAZILIQ VAR...
Dünən, 07:20
Xanım işçidən Nail Abdullayevə ETİRAZ! - "BİZDƏN NƏ İSTƏYİRSİNİZ?"
Dünən, 07:08
Ceyhun Cəlilov özünü XAN kimi aparır - Baş redaktor ŞOK FAKTLARI AÇIQLADI
Dünən, 06:50
"Yerdə qalan 6,4 faiz əhali isə böyük ehtimalla işsizlik və sosial probemlərə görə narazı olub" - Sabir Rüstəmxanlı
Dünən, 06:36
Hədiyyə kampaniyası adı ilə insanları aldadırlar? - ÖZBAŞINA QALIBLAR...
Dünən, 06:34
"Gərək sənətkarın enerjisi tükənməsin..." - Xalq artisti
Dünən, 06:32
Azərbaycanın mövqeyi təsir göstərdi: İsraildə kritik "soyqırım" çağırışı - GƏLİŞMƏ
Dünən, 06:26
Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib - "The Sunday Times"
Dünən, 06:20
Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil ediləcək - DİQQƏT
Dünən, 06:18
Erməni siyasilər Danelyanı ələ saldılar: - “Olmayan bir şeydən necə istefa vermisən?”
4-07-2026, 13:23
“Bütün tələbələrimin sertifikatı ləğv olunsun” - Səhiyyə Nazirliyinə qarşı qalmaqallı məhkəmə
4-07-2026, 13:20
Dövlət qurumu geyim alır – TENDER NƏTİCƏSİ
4-07-2026, 13:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru