Yeni həkimlərin hamısı niyə qadındır? .....                     Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? .....                     AZAL sərnişin daşımalarını 5% artırıb .....                     Şirqulaminin QUYRUĞU... .....                     Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... .....                     İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: .....                     SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb .....                     Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi .....                     "Atamın aldığı oyuncaqları hələ də saxlayıram" .....                     “Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı .....                     Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır .....                     “Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? .....                     Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... .....                     Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır .....                     "Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" .....                     İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? .....                     Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb .....                     Pezeşkiyandan ermənicə təşəkkürnamə .....                     Qusarda alternativ su mənbəyi tikilir .....                     Trampın geosiyasi auditi və: .....                     “Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi .....                     "Söyüş və qarğış silməkdən yorulmuşam" .....                     Elm və Təhsil Nazirliyi bu şirkətə daha 1,8 milyon manat ödəyəcək .....                     "Ezamiyyə xərclərimiz hələ də ödənilməyib..." .....                     Türkiyəli sürücülər Naxçıvandan olan sərnişini ÖLÜMÜNƏ DÖYDÜLƏR .....                     ABŞ-nin zərbələri nəticəsində iki gün ərzində .....                     Gənc xanıma yüksək vəzifə verildi .....                     Elşad Xosedən polisə şikayət olundu .....                     NATO qırıcılarına bu regionda hərbi hədəfləri məhv etməyə icazə verilib .....                     Başçı ilə idarə müdiri yola getmir... .....                     BU BİNA ELƏ BİL BOŞDUR: Rayonun nə yiyəsi var, nə də nəzarət edəni... .....                     Moskva indi ayılıb: İrəvan Hitlerin planlarını dəstəkləyir .....                     Ermənilər Sinirlioğlunun istefasını tələb edir .....                     İran hakimiyyəti Xameneyi ilə vida mərasimində Ərdoğan və Əliyevin şəxsən iştirakını gözləyirmiş... .....                     Arvadına mesaj yazan qonşusunu öldürən şəxslə bağlı .....                     AZAL Özbəkistan sərnişinləri üçün onlayn ödəniş imkanlarını genişləndirir .....                     Rusiyanın Ermənistandan bir tələbi var: TRIPP-dən imtina etmək .....                     Tikinti şirkətinin Müşahidə Şurasının sədri və üzvləri seçiləcək .....                     Azərbaycanda 16 yaşdan kiçiklər üçün sosial medianın qadağan edilməsinin mənfi tərəfləri .....                     Azərbaycan neftinin qiyməti 82 dolları keçib .....                 

Eks-nazirlər mətbuatdan niyə qaçırlar? - “Bağda ərik var idi...”
Tarix: 3-09-2018, 13:25 | Çap et
Eks-nazirlər mətbuatdan niyə qaçırlar?
“Bağda ərik var idi, salam-məlik var idi. Bağda ərik qurtardı, salam-məlik qurtardı”. “Evləri köndələn yar” televiziya tamaşasında Şakir Şəkəroviçin Surxayzadəyə xitabən səsləndirdiyi məşhur replikanı elə-belə sitat gətirmirik. Bunu bir vaxtlar zəhmi, sanbalı, əlində olan səlahiyyətlərilə bütün mətbuatı nəzarətində saxlamağı bacaran eks-nazirlərə, vəzifə sahiblərinə da şamil etmək olar. Nə hikmətdirsə, vəzifədə olarkən mətbuatın qarşısına çıxan, yaxud mətbuat katibi vasitəsilə əksər sualları cavablandıranlar, indi internet media resurslarında, qəzetlərdə barələrində yazılan palaz-palaz ittihamlara cavab verməməyi seçirlər.

Elə bir vaxtlar mətbuata açıqlığı ilə seçilən sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov, eks-əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, eks-nəqliyyat naziri Ziya Məmmədov kimi...

Adıçəkilən sabiqlər postlarından uzaqlaşdırılalı aylar olsa da, onlarla əlqə qurmaq cəhdlərimiz uğursuzdur. Bir vaxtlar zəngimə şəxsən özü cavab verən, çox mədəni, eyni zamanda sadə şəkildə münasibət sərgiləyən Heydər Əsədov indi yazılan mesajlara belə reaksiya vermir. Eləcə də Səlim Müslümov, Əli Abbasov...

Nədir onları mətbuatdan qaçıran səbəb? Mətbuatın özü, yoxsa nazir postunda olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edib qanunsuz əməllərə yelkən açmaq?

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, sözügedən şəxslər - nazir, icra başçısı, hansısa dövlət qurumunun rəhbəri olanda müəyyən dövlət funksiyalarını yerinə yetirirdilər:

“Onların vəzifələrindən doğan öhdəlikləri, təmsil etdikləri qurumun əsasnaməsindən, qanunvericilikdən, irəli gələn funksiyaları vardı. Məhz ona görə də məsuliyyət daşıyırdılar. Bu baxımdan kütləvi informasiya vasitələrində gedən, ictimai müzakirələrə səbəb olan istənilən məsələlərlə bağlı özləri, yaxud səlahiyyətli nümayəndələri cəmiyyəti maraqlandıran suallara cavab verməli, münasibət bildirməli idilər. Eyni zamanda, bu ona görə vacib idi ki, barələrində gedən yanlış informasiyaya aydınlıq gətirsinlər. Bir sözlə, qanunvericiliyin tələbləri onlardan cavab tələb edirdi”.

Ekspert qeyd edir ki, vəzifədən azad edildikdən sonra cəmiyyətin bəzi kəsimləri üçün maraqlı olsalar da, onlar hazırda ictimai fiqur deyillər:

“İndi onlar dövlət funksiyalarını yerinə yetirmədiklərinə görə, adi şəxslərdən birinə çeviliblər. Belə olan halda, kütləvi informasiya vasitələrində gedən, yaxud müzakirə edilən məsələlər və onlara aydınlıq gətirilməsində maraqlı deyillər. Onları cavab verməyə məcbur edəcək hüquqi vasitə də yoxdur. Bu baxımdan da kimin, hansı sualı ünvanlamasından asılı olmayaraq, cavab vermək məsuliyyətləri də yaranmır”.

Hüquqşünas bildirir ki, indiki məqamda olmasa da, bir vaxtlar sabiqlər çox ciddi ictimai funksiyaları yerinə yetiriblər:

“Onlar dövlət ictimai funksiyalarını yerinə yetiriblər. Vəzifədən getdikdən sonra onlar barəsində hər hansı fikir səslənirsə, təkzib vermək, yaxud əks arqumentlər gətirmək hüquqları var. Adətən vəzifədən gedən şəxsin qanunsuz hallara yol verməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, yaxud şərəf və ləyaqəti, reputasiyası ilə bağlı məlumatlar tirajlanır. Onların bu məsələlərə cavab vermək hüququ var. Amma vəzifəsi olmadığı üçün yenə də geri çəkilirlər.

Azərbaycan praktikasına, eləcə də sovet məkanından çıxmış ölkələrin praktikasına baxsaq, görərik ki, 95 faiz hallarda şəxs vəzifədən azad edildikdə ittihamlara cavab vermək istəmir. O, unudulmaq istəyir. Hər halda vəzifədə olarkən müəyyən gərgin, stressli anlar yaşayan şəxsin, vəzifədən getdikdən sonra unudulmağı seçməsi anlaşılandır. Çünki müsbət və mənfi çalarlarından asılı olmayaraq, verilən cavablar yeni bir diskussiyaya gətirib çıxarır. Bir sözlə, sabiqlər gündəmdə olmaq istəmirlər. Digər səbəblər də var: bir çoxları doğrudan da çox ciddi qanunsuzluqlara yol verdiklərindən bunu istəmirlər.

Məsələ burasındadır ki, bizdə vəzifəli şəxslər işdən azad olunarkən onlar barədə daha geniş məlumatlar yayılır, nəinki vəzifədə olarkən. Bu həm də onunla bağlıdır ki, şəxslər vəzifədə olarkən, istənilən məsələni ört-basdır etmək, yaxud barəsində gedən hansısa neqativ yazını sildirmək imkanları var. Vəzifə itiriləndən sonra bu imkanlar olmadığı kimi, onlar da məsələyə cavab verib uzun-uzadı müzakirlərə səbəb olmaq niyyətlərindən vaz keçirlər.

Amma bəzi hallarda vəzifədən gedən şəxslər barədə yalan məlumatlar da tirajlanır. Bir qrup insanlar var ki, məhz bununla məşğuldurlar. Vəzifədə olarkən onların sadiq köməkçisi olurlar, vəzifədən gedəndən sonra isə “şir”, “pələng” olub düşürlər sabiqlərin üzərinə.

Amma ümumiyyətlə, mövcud praktika vəzifədən azad edilmiş şəxslərin daha çox danışmaması ilə müşahidə edilir. Hər halda düşünürəm ki, bəzi hallarda elə məlumatlar tirajlanır ki, onların həqiqət olub-olmaması şübhə doğurur, mübahisə yaradır. Ona görə də belə hallarda cavab vermək, aydınlıq gətirmək daha məqsədəuyğun olardı. Əksər hallarda onların danışması isə özləri və yaxın çevrələri tərəfindən arzuolunan hal hesab olunmur.

Bəzi Qərb ölkələrində bu praktika var. Amma dünya ölkələrində prezident, eləcə də digər seçkili vəzifələrdə səlahiyyət müddəti başa çatmış şəxslərin əksəriyyəti ittihamlara cavab verməkdən uzaq olurlar. Yox əgər vəzifələrini itirsələr də, aktiv siyasətdə olurlarsa, yaxud başqa qurumlarda vəzifə daşıyırlarsa, bu proseslərə cavab verirlər. Yaxud gələcəkdə vəzifə iddiaları olursa, bu ittihamlara cavab vermək məcburiyyəti hiss edirlər.
Eyni zamanda, hər hansı şəxsin vəzifədə olarkən səhvlər etməsi istisna deyil. İnsan amili olan yerdə səhvlər mümkündür. Bu da istər-istəməz onları cavab verməkdən çəkindirir”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni həkimlərin hamısı niyə qadındır? – Müzakirələrə səbəb olan paylaşım
Bu gün, 15:59
Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 15:52
AZAL sərnişin daşımalarını 5% artırıb - FOTO
Bu gün, 15:47
Şirqulaminin QUYRUĞU... - Sərt olub neyniyəcəklər...
Bu gün, 15:43
Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... - ƏGƏR VARSA...
Bu gün, 15:38
İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: - Hüquqlarımın bərpasını istəyirəm
Bu gün, 13:26
SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Bu gün, 13:22
Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi - "İlin sonuna qədər..."
Bu gün, 13:18
"Atamın aldığı oyuncaqları hələ də saxlayıram" - Hacıbaba Bağırovun qızı 22 yaşında
Bu gün, 13:07
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
Bu gün, 13:03
Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır - KİV
Bu gün, 12:53
“Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? - Ortada xeyli sual var...
Bu gün, 12:39
Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... - Naxçıvanın MƏZƏLİ GÜNLƏRİ...
Bu gün, 12:36
Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır
Bu gün, 12:08
"Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" - ŞƏRH
Bu gün, 12:06
İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? - AKTUAL
Bu gün, 12:05
Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 12:02
Pezeşkiyandan ermənicə təşəkkürnamə - FOTO
Bu gün, 11:56
Qusarda alternativ su mənbəyi tikilir – Layihənin dəyəri 3.2 milyon manat
Bu gün, 11:52
Trampın geosiyasi auditi və: - NATO-nun yeni reallığı
Bu gün, 11:49
“Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi - VİDEO
Bu gün, 11:41
"Söyüş və qarğış silməkdən yorulmuşam" - İlkin Misgərli autizmli uşaqla görüşəcək
Bu gün, 11:36
Elm və Təhsil Nazirliyi bu şirkətə daha 1,8 milyon manat ödəyəcək
Bu gün, 11:33
"Ezamiyyə xərclərimiz hələ də ödənilməyib..." - NARAZILIQ VAR...
Bu gün, 11:24
Türkiyəli sürücülər Naxçıvandan olan sərnişini ÖLÜMÜNƏ DÖYDÜLƏR - BU NƏDİ BELƏ?
Bu gün, 11:18
ABŞ-nin zərbələri nəticəsində iki gün ərzində İranda 14 nəfər ölüb, 78 nəfər yaralanıb
Bu gün, 11:05
Gənc xanıma yüksək vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Elşad Xosedən polisə şikayət olundu - TƏFƏRRÜAT
Bu gün, 10:57
NATO qırıcılarına bu regionda hərbi hədəfləri məhv etməyə icazə verilib - "Reuters"
Bu gün, 10:51
Başçı ilə idarə müdiri yola getmir... - belə deyirlər...
Bu gün, 10:41
BU BİNA ELƏ BİL BOŞDUR: Rayonun nə yiyəsi var, nə də nəzarət edəni... - ÖZBAŞINALIQ...
Bu gün, 10:31
Moskva indi ayılıb: İrəvan Hitlerin planlarını dəstəkləyir - Zaxarova deyir ki...
Bu gün, 10:25
Ermənilər Sinirlioğlunun istefasını tələb edir - QALMAQAL
Bu gün, 10:12
İran hakimiyyəti Xameneyi ilə vida mərasimində Ərdoğan və Əliyevin şəxsən iştirakını gözləyirmiş... - "ArmenPress"
Bu gün, 09:57
Arvadına mesaj yazan qonşusunu öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 09:55
AZAL Özbəkistan sərnişinləri üçün onlayn ödəniş imkanlarını genişləndirir - DİQQƏT
Bu gün, 09:48
Rusiyanın Ermənistandan bir tələbi var: TRIPP-dən imtina etmək - “Hraparak”
Bu gün, 09:43
Tikinti şirkətinin Müşahidə Şurasının sədri və üzvləri seçiləcək - TOPLANTI VAR...
Bu gün, 09:41
Azərbaycanda 16 yaşdan kiçiklər üçün sosial medianın qadağan edilməsinin mənfi tərəfləri - ARAŞDIRMA
Bu gün, 09:39
Azərbaycan neftinin qiyməti 82 dolları keçib
Bu gün, 09:36
"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb
Bu gün, 09:24
Rusiyanın 5 quruşa dəyməyən əsgərlərinin Krımda CAN BAZARLIĞI
Bu gün, 09:16
ABŞ İrana zərbələri aylarla davam etdirmək variantına hazırlaşır - "AXİOS"
Bu gün, 09:01
Pul ayrılıbsa... iş görülübsə... və ortada xidmət yoxdursa... - BU ARTIQ YEYİNTİ ŞÜBHƏSİDİR
Bu gün, 08:13
Real dünyanın KÖNTÖY GERÇƏYİ...
Bu gün, 07:58
Qobu susuzluqdan yanır, Su-kanal idarəsi SEYRƏ ÇIXIB... - NARAZILIQ VAR...
Bu gün, 07:51
"Bunlar dolayıb hamımızı, cavab verməsəydilər, daha yaxşı olardı" - partiya sədri
Bu gün, 07:32
Adı yoxdur!.. - MALƏSƏF...
Bu gün, 07:21
"Rəsmi dövlət dilinə bu münasibət nə deməkdir?" - ETİRAZ VAR!
Bu gün, 07:18
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
Bu gün, 07:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru