"Nə zaman müraciət etsək, deyirlər ki, "yuxarılara məlumat verilib"..." - GİLEY
Tarix: 31-08-2018, 12:13 | Çap et
 Sakinlər bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, nəticə yoxdur
Oğuzun Xaçmaz kəndinin sakinləri artıq 2 ilə yaxındır ki, su problemi yaşayırlar. Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan kənd sakinləri iddia edirlər ki, hər il yay aylarında eyni problemlə üzləşirlər.
Kənd sakini Dağlar Mehdiyev deyir ki, neçə ildir Xaçmaza su çəkilib, amma camaat susuzluqdan qırılır: "Bir çox evlərə, ümumiyyətlə su gəlmir, bəzi evlərə isə su əvəzinə lil gəlir. İnsanlar su ehtiyaclarını təmin etmək üçün dağ ətəyindəki bulaqdan və ya qonşu kəndlərdən içməli su gətirmək məcburiyyətində qalırlar. Dəfələrlə müraciət etmişik, hər dəfə boş vədlər verirlər, ancaq problem həllini tapmır".
Kəndin ağbirçək sakini Məlahət Cəbrayılova arx suyundan istifadə etməyə məcbur qaldığını bildirir: "62 yaşım var, su gətirə bilmirəm. Gəlinlər də körpə uşaqlıdır. Arxdan zibilli suyu yığıb gətiririk. Nə çay içə bilirik, nə xörək bişirə bilirik".
Qeyd edək ki, kəndə gələn su hövzəsindən həm kənd sakinləri, həm də mənbəyi açıq olduğu üçün heyvanlar istifadə edir. Nəticədə yaranmış antisanitar şərait sakinləri narahat edir. Su hövzələrinin və boruların əsaslı təmirə ehtiyacı var. Sakinlər bununla bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, nəticəsiz qalıb.
Bu il havaların quraqlıq keçməsi problemi daha da genişləndirib. Artıq nə həmin çirkli su hövzələrində su var, nə də çaylarda. Sakinlərinin dediklərinə görə, əlacları ancaq Allaha qalıb. "Nə qədər müraciət eləmək olar, nə qədər eyni problemi səsləndirmək olar" – deyə insanlar dad edirlər.
"Kənd yeridir, susuz həyat düşünmək olmur. Nə zaman müraciət etsək, deyirlər ki, "yuxarılara məlumat verilib, bu yaxınlarda problem həllini tapacaq". Bu sözü artıq 3 ilə yaxındır ki, eşidirik" – deyir kənd sakini Elnur Əşrəfoğlu.
Bildirir ki, bu il susuzluqdan nə əkin qalıb, nə də bostan: "Göz görə-görə min bir əziyyətlə becərdiyimiz bostan da qurudu. Hansi ki, o bostan bu il üçün bizim ailənin azuqəsi idi".
Xaçmaz kəndində yardıma ehtiyacı olan bir neçə ahıl ailə var ki, onlar, ümumiyyətlə, çarəsiz və çıxılmaz vəziyyətdə qalıblar. Aidiyyatı qurumlara son müraciətlərində onlara axırıncı dəfə söz veriblər ki, məsələ tezliklə həllini tapacaq. Ancaq vəziyyət dəyişməyib, köhnə hamamdır, köhnə tas.
Sakinlər onu da iddia edirlər ki, kənddə su probleminin yaranmasının bir səbəbi də su xəttinə kənar müdaxilələrin olmasıdır. Onların sözlərinə görə, meşəlik ərazidə fəaliyyət göstərən kafe və restoranlara həmin xətdən qeyri-qanuni yolla su aparılır. Bundan başqa, ərazidəki çaylarda bənd vurulmaması və çay məcralarının təmizlənməməsi də hər dəfə sel gəldikdə xətlərin dağılması ilə nəticələnir.
Sputnik Azərbaycan-ın müxbiri məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Oğuz Su Kanal İdarəsinə müraciət edib. İdarənin rəisi Akif Hümmətli məsələ ilə bağlı tam məlumatlı olduğunu bildirib. Qeyd edib ki, bir neçə ildir mövcud olan bu problemi aradan qaldırmağa çalışsalar da, hər dəfəsində nəticə uğursuz olub.
"Artıq bu barədə baş idarənin də məlumatı var və yaxın vaxtlarda Xaçmaz kəndinin dağlıq massivində, Çibinlik adlanan ərazisindən ümumi uzunluğu 2500 m məsafədən 280 mm diametrində yeni su xətti çəkiləcək. Bununla da problem aradan qaldırılacaq" — deyə A.Hümmətli bildirib.
A.Hümmətli əlavə edib ki, bütün su xətləri lillə doludur və suyun götürüldüyü mənbə dəfələrlə sel gəldiyi üçün yararsız vəziyyətdədir: "Hazırda müvəqqəti su təminatı üçün ərazidə iş gedir. Və problem tezliklə öz həllini tapacaq".

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Yeni həkimlərin hamısı niyə qadındır? – Müzakirələrə səbəb olan paylaşım
Bu gün, 15:59 |
|
|
|
| • Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 15:52 |
|
|
|
| • AZAL sərnişin daşımalarını 5% artırıb - FOTO
Bu gün, 15:47 |
|
|
|
| • Şirqulaminin QUYRUĞU... - Sərt olub neyniyəcəklər...
Bu gün, 15:43 |
|
|
|
| • Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... - ƏGƏR VARSA...
Bu gün, 15:38 |
|
|
|
| • İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: - Hüquqlarımın bərpasını istəyirəm
Bu gün, 13:26 |
|
|
|
| • SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Bu gün, 13:22 |
|
|
|
| • Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi - "İlin sonuna qədər..."
Bu gün, 13:18 |
|
|
|
| • "Atamın aldığı oyuncaqları hələ də saxlayıram" - Hacıbaba Bağırovun qızı 22 yaşında
Bu gün, 13:07 |
|
|
|
| • “Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
Bu gün, 13:03 |
|
|
|
| • Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır - KİV
Bu gün, 12:53 |
|
|
|
| • “Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? - Ortada xeyli sual var...
Bu gün, 12:39 |
|
|
|
| • Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... - Naxçıvanın MƏZƏLİ GÜNLƏRİ...
Bu gün, 12:36 |
|
|
|
| • Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır
Bu gün, 12:08 |
|
|
|
| • "Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" - ŞƏRH
Bu gün, 12:06 |
|
|
|
| • İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? - AKTUAL
Bu gün, 12:05 |
|
|
|
| • Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 12:02 |
|
|
|
| • Pezeşkiyandan ermənicə təşəkkürnamə - FOTO
Bu gün, 11:56 |
|
|
|
| • Qusarda alternativ su mənbəyi tikilir – Layihənin dəyəri 3.2 milyon manat
Bu gün, 11:52 |
|
|
|
| • Trampın geosiyasi auditi və: - NATO-nun yeni reallığı
Bu gün, 11:49 |
|
|
|
| • “Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi - VİDEO
Bu gün, 11:41 |
|
|
|
| • "Söyüş və qarğış silməkdən yorulmuşam" - İlkin Misgərli autizmli uşaqla görüşəcək
Bu gün, 11:36 |
|
|
|
| • Elm və Təhsil Nazirliyi bu şirkətə daha 1,8 milyon manat ödəyəcək
Bu gün, 11:33 |
|
|
|
| • "Ezamiyyə xərclərimiz hələ də ödənilməyib..." - NARAZILIQ VAR...
Bu gün, 11:24 |
|
|
|
| • Türkiyəli sürücülər Naxçıvandan olan sərnişini ÖLÜMÜNƏ DÖYDÜLƏR - BU NƏDİ BELƏ?
Bu gün, 11:18 |
|
|
|
| • ABŞ-nin zərbələri nəticəsində iki gün ərzində İranda 14 nəfər ölüb, 78 nəfər yaralanıb
Bu gün, 11:05 |
|
|
|
| • Gənc xanıma yüksək vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
| • Elşad Xosedən polisə şikayət olundu - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
| • NATO qırıcılarına bu regionda hərbi hədəfləri məhv etməyə icazə verilib - "Reuters"
Bu gün, 10:51 |
|
|
|
| • Başçı ilə idarə müdiri yola getmir... - belə deyirlər...
Bu gün, 10:41 |
|
|
|
| • BU BİNA ELƏ BİL BOŞDUR: Rayonun nə yiyəsi var, nə də nəzarət edəni... - ÖZBAŞINALIQ...
Bu gün, 10:31 |
|
|
|
| • Moskva indi ayılıb: İrəvan Hitlerin planlarını dəstəkləyir - Zaxarova deyir ki...
Bu gün, 10:25 |
|
|
|
| • Ermənilər Sinirlioğlunun istefasını tələb edir - QALMAQAL
Bu gün, 10:12 |
|
|
|
| • İran hakimiyyəti Xameneyi ilə vida mərasimində Ərdoğan və Əliyevin şəxsən iştirakını gözləyirmiş... - "ArmenPress"
Bu gün, 09:57 |
|
|
|
| • Arvadına mesaj yazan qonşusunu öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 09:55 |
|
|
|
| • AZAL Özbəkistan sərnişinləri üçün onlayn ödəniş imkanlarını genişləndirir - DİQQƏT
Bu gün, 09:48 |
|
|
|
| • Rusiyanın Ermənistandan bir tələbi var: TRIPP-dən imtina etmək - “Hraparak”
Bu gün, 09:43 |
|
|
|
| • Tikinti şirkətinin Müşahidə Şurasının sədri və üzvləri seçiləcək - TOPLANTI VAR...
Bu gün, 09:41 |
|
|
|
| • Azərbaycanda 16 yaşdan kiçiklər üçün sosial medianın qadağan edilməsinin mənfi tərəfləri - ARAŞDIRMA
Bu gün, 09:39 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 82 dolları keçib
Bu gün, 09:36 |
|
|
|
| • "Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb
Bu gün, 09:24 |
|
|
|
| • Rusiyanın 5 quruşa dəyməyən əsgərlərinin Krımda CAN BAZARLIĞI
Bu gün, 09:16 |
|
|
|
| • ABŞ İrana zərbələri aylarla davam etdirmək variantına hazırlaşır - "AXİOS"
Bu gün, 09:01 |
|
|
|
| • Pul ayrılıbsa... iş görülübsə... və ortada xidmət yoxdursa... - BU ARTIQ YEYİNTİ ŞÜBHƏSİDİR
Bu gün, 08:13 |
|
|
|
| • Real dünyanın KÖNTÖY GERÇƏYİ...
Bu gün, 07:58 |
|
|
|
| • Qobu susuzluqdan yanır, Su-kanal idarəsi SEYRƏ ÇIXIB... - NARAZILIQ VAR...
Bu gün, 07:51 |
|
|
|
| • "Bunlar dolayıb hamımızı, cavab verməsəydilər, daha yaxşı olardı" - partiya sədri
Bu gün, 07:32 |
|
|
|
| • Adı yoxdur!.. - MALƏSƏF...
Bu gün, 07:21 |
|
|
|
| • "Rəsmi dövlət dilinə bu münasibət nə deməkdir?" - ETİRAZ VAR!
Bu gün, 07:18 |
|
|
|
| • ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
Bu gün, 07:05 |
|
|
|
|