Azərbaycanlı vəkilə hücum etdilər .....                     "Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..." .....                     Gələn il elə şeylər olacaq ki... .....                     Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi .....                     Əgər Əfqanıstan bazanı geri verməsə... .....                     ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq .....                     Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib .....                     Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb .....                     İran saytı Orta Dəhlizi .....                     Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Qarabağ erməniləri ilə bağlı Paşinyandan .....                     AZCON-a yeni şöbə müdiri təyin olunub .....                     Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: .....                     Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ .....                     Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu .....                     Putinin adamı Paşinyanın reytinqinə çatır .....                     Yapon olmaq lazımdır, yapon... .....                     "Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin" .....                     Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır .....                     Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı .....                     İştirakçı olmadı, dövlət qurumunun tenderi .....                     Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb .....                     Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə .....                     Bakıda yağan güclü yağışın fəsadı: avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəməlidir .....                     Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib .....                     “Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? .....                     Ermənistanda rusiyapərəst hakimiyyət qurub Qarabağı qaytarmağa çalışan keşişlər zindanda belə istirahət edir... .....                     “Bolmart”da müştəriləri endirimlə belə aldadırlar .....                     Paşinyan yeni hücuma hazırlaşır: “Müharibə” anonsu verildi .....                     Eyni şirkət Xocalıda yenidənqurma işlərinin qalibi oldu .....                     10 milyonluq Azərbaycan üçün 125 deputat kifayət etmir .....                     Azərbaycanın mebel şirkətinin dövlətə 3,8 milyon manatdan çox vergi borcu var .....                     Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə hazırdır .....                     Ölkənin `ƏN BÖYÜK` mobil operatorundan XIRDA DƏLƏDUZLUQ... .....                     “Qarabağdan tülkü kimi sivişib aradan çıxmışdı, orada “əjdahaya dönüb” .....                     AZƏRİQAZ-da peşəkar işçiyə TƏZYİQ OLUNUR .....                     Xaçmazda Qarabağ Qazisi həbs olundu .....                     Konqresdə anti-Azərbaycan isteriyası .....                     Azərbaycanda məktəblər distant təhsilə keçə bilər .....                     Rövşən Rüstəmov nəyə nail olmaq istəyir .....                 

Prezidentə yalan danışan sahibkarın adı saxta əmlak maxinasiyasında - ŞOK FAKTLAR
Tarix: 24-05-2018, 11:04 | Çap et
Prezidentə yalan danışan sahibkarın adı saxta əmlak maxinasiyasında
2018-ci ilin yanvar ayının 29-da Prezident İlham Əliyev cənablarının iştirakı ilə Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirildi

Konfransda çıxış edən məmur və sahibkarların içərisində "Qara inək fermer təsərüfatı" MMC-nin direktoru Fuad Əyyubzadənin çıxışı zamanı 2016-cı il aprel döyüşlərində ermənilərin atdığı mərmilər nəticəsində müəssisəsində 200 inəyin ölməsini vurğulaması media olaraq diqqətimizdən yayınmadı. F. Əyyubzadənin çıxışında səsləndirdiyi fikirlərin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün apardığımız jurnalist ARAŞDIRMASI nəticəsində məlum oldu ki, 2016-ci ilin aprel hadisələri zamanı "Qara inək fermer təsərüfatı" MMC-nin Ağdam rayonunun Əfətli kəndində yerləşən fermasına düşən mərmilər zamanı müəssisədə 12 heyvan ölmüş, 25-i isə yaralanmışdır. O zaman bu barədə Fuad Əyyubzadənin özü dəymiş ziyanla bağlı dövlətin rəsmi agentliyi olan AzərTac-a da açıqlama verib. Sonradan isə "Qara inək fermer təsərüfatı" MMC-nin dövlətə olan 412,589 manat borcu silinmişdir.

Sadə bir sahibkarın dövlət başçısına bu cür yalan danışması, daha doğrusu bu "cəsarəti" haradan, kimlərdən alması, əlbəttə ki, bizim jurnalist marağımızı oyatmaya bilməzdi. Dövlət başçısına yalan danışan sahibkara "zəhərin" hansı "ilanlar" tərəfindən verilməsi istiqamətində araşdırmalara başlamaq istədiyimiz zaman isə saytımıza Fuad Əyyubzadə ilə bağlı şokedici məlumatlar daxil oldu.

Redaksiyamıza daxil olan məlumatda ixtisasca hüquqşünas olan Fuad Əyyubzadənin episentrində olduğu maxinasiyadan bəhs olunur. Qeyd edək ki, F.Əyyubzadənin "baş rol" aldığı bu hadisədə ölümünə sayılı günlər qalmış bir insanın Şahid Həbibullayev adlı sahibkarın səmimiyyətindən sui-istifadə edərək saxta sənədlərlə var-dövlətini talamağa cəhd edilir. Beləliklə redaksiyamıza ünvanladığı Şahid Abdullayevin oğlu İlqar Həbibullayev yazır:

Şirvan Apellyasiya Məhkəməsinin hakimi saxta maliyyə əməliyyatlarında

"Mərhum atam Şahid Həbibullayevin ikinci nigah üzrə həyat yoldaşı Həbibullayeva (Novruzova) Reyhan Əli-İskəndər qızının atamın xərçəng xəstəsi olduğunu və qısa müddət ömrü qaldığını bilərək ölümünə yaxın nigah rəsmiləşdirmiş, bundan sonra onun xəstəliyindən istifadə edərək Şirvan Apellyasiya Məhkəməsində hakim vəzifəsində işləyən qardaşı Novruzov Ələsgər Əli-İskəndər oğlunun şəxsən iştirakı ilə В«AzekspertВ» hüquq firmasında işləyən dostları Fuad, Samir və Fərhad adlı şəxslərin köməkliyi ilə hazırda səhmlərinin 65%-i mənə və qardaşım Şahin Həbibullayevə məxsus olan В«Magistral-EkspressВ» ASC-nin əmlakını ələ keçirməyə cəhd etmişlər.

Belə ki, onlar bu niyyətlə 2011-ci ilin dekabr ayında Ələsgər Novruzovun şəxsən iştirakı ilə heç bir fəaliyyəti olmayan, yalnız birdəfəlik saxta maliyyə əməliyyatları həyata kecirmək üçün faliyyəti bərpa olunmus В«HəkəriВ» Kiçik Müəssisəsindən (hal-hazırki adı В«Modern Mexaniki QuraşdırmaВ» MMC) guya nağd pulun daxil olması barədə kassa mədaxil orderləri yazılmış və eyni gündə də guya pulun verilməsi barədə mərhum atam Şahid Həbibullayevin adına kassa məxarici orderləri yazılmışdır.

Halbuki, həmin vaxt kassir və mühasib işləyən şəxslər heç bir pul vəsaitinin olmadığını və hakim Ələsgər Novruzovun həmin prosesdə şəxsən iştirak etdiyini təsdiq etmişlər. Bunların əsasında 2 851 000 manat saxta borc yaradaraq 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsində В«Magistral-EkspressВ» ASC-yə qarşı saxta məzmunlu iddia qaldırılmışlar. Qurulmuş bu mexanizmə görə ASC-nin rəhbəri olan atam məhkəmədə borcu etiraf edəcək və borcu ödəniş qabiliyyəti olmadığı üçün tələb ASC-nin əmlakına yönəldiləcək və bununla da ASC bütovlüklə ələ keçiriləcəkdi. Lakin həmin ərəfədə atam vəfat etdiyindən bu niyyətləri baş tutmamış, iddia ərizələrini geri götürmüşlər.

Niyyətləri puça çıxan hakim və vəkillər istintaq qarşısında

Bu fakt ilə əlaqədar 2017-ci il aprel ayında ASC-nin yerləşdiyi Nərimanov rayon prokurorluğu tərəfindən 170066046 saylı cinayət işi qaldırılmış, lakin həmin işdə hakim Ələsgər Novruzovun iştirakı olduğu üçün daha sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərilmişdir. İstintaq vaxtı bir sıra şəxlər, o cümlədən hakim Ələsgər Novruzov dindirilmiş, üzləşmələr aparılmış, faktiki rəhbəri Fuad adlı şəxsin olduğu və saxta maliyyə əməliyyatının aparıldığı В«HəkəriВ» KM-nin fəaliyyəti barədə müvafiq orqanlara sorğu verilmişdir.

Lakin, hüquqşünas olduğum üçün istintaqın qısa müddətdən sonra qeyri-obyektiv istiqamətə yönəldiyini açıq aşkar hiss edib aşağıdakı suallarla istintaqa müraciət edərək araşdırılmasını xahiş etmişəm.

Fuad Əyyubzadə iki "rol"da

Bir. В«HəkəriВ» KM-nin təsisçisi və direktoru Samir adlı şəxs olduğu halda istintaq orqanı hansısa səbəbdən Fuad Əyyubzadə adlı şəxsi KM-nin faktiki rəhbəri kimi işə cəlb edərək onunla istintaq hərəkətləri aparmışdır. Əldə etdiyimiz sənədlərdən isə həm də görünür ki, Fuad Əyyubzadə adlı şəxs isə eyni dövrdə В«Magistral eksperessВ» ASC-yə hüquqi xidmət göstərmişdir. Belə olan halda, rəsmiyyətdə Fuad, mənafeləri arasında ziddiyyət olan və məhkəmə mübahisəsinə başlayan iki müəssisənin maraqlarını necə müdafiə edə bilərdi?

Bu bir daha göstərir ki, sözü gedən maliyyə əməliyyatı kagız üzərində olmuş və müəyyən başqa niyyətlə edilmişdir.

"Həkəri" KM 18 min manatı niyə unutdu?

İki. Əldə etdiyimiz mühasibat sənədlərindən görünür ki, В«HəkəriВ» KM В«Magistral eksperessВ» ASC-nə guya 268.000 manat ödəmişdir. Məhkəmədə qaldırılmış iddianın məzmunundan isə görünür ki, pul tələbi 250000 manat təşkil edir, bu isə 18.000 manat fərq deməkdir. Əgər həqiqi mübahisə var idisə В«HəkəriВ» KM iddia tələbini niyə öz ziyanına az göstərmişdir?

В«HəkəriВ» KM ilə В«Magistral eksperessВ» ASC arasında bağlanmış "müqavilə" hanı?

Üç. Əldə etdiyimiz iddia ərizəsindən görünür ki, guya В«HəkəriВ» KM ilə В«Magistral eksperessВ» ASC arasında yuxarıda qeyd olunan vəsaitin köçürülməsinə əsas verən və müəyyən tikinti işlərinin sifariş edilməsi barədə müqavilə olmuşdur. Müqavilənin özünün isə nə əslini, nə də surətini indiyə qədər heç kim görməmişdir. Həmin müqavilənin ümumiyyətlə tərtib olunub-olunmaması, əgər olunmuşdursa məhkəməyə təqdim edilib edilməməsi barədə, eləcə də yuxarıda qeyd etdiyim digər iki xüsusat üzrə həm Fuad, həm də vergi orqanlarında В«HəkəriВ» KM-nin rəhbəri kimi qeydiyyatdan keçən Samir adlı şəxslər ətraflı dindirilməli, eləcə də 1 saylı inzibati-iqdisadi məhkəməsinə sorğu edilməklə iki müəssisə arasında yuxarıda göstərilən pul vəsaitinin köçürülməsinə səbəb olmuş müqavilənin olub-olmaması, olmuşsa surəti tələb olunmalıdır.

Layihəsi olmayan "tikintiyə" В«Həkəri KMВ» 268.000 manat ödəyib?

Dörd. Sözügedən müqavilə üzrə guya sifarişçi В«HəkəriВ» KM В«Magistral-ekspressВ» ASC-nə öz ərazisində tikinti obyekti inşa olunmasını sifariş etmişdir. Halbuki, tikinti nəinki icra edilməmiş, müqavildə üzrə sifariş verilmiş В«tikintininВ» layihə s. kimi hallar ümumiyyətlə heç kimə məlum deyil, daha doğrusu maliyyə əməliyyatı saxta olduğundan belə sifariş də olmamışdır. Bu barədə ASC-də məlumatı olan belə yoxdur. Ən maraqlısı isə budur ki, 268.000 manat dəyərində tikinti sifariş etmiş В«HəkəriВ» KM həmin məbləğin bir hissəsini keçirdikdən bir müddət sonra heç bir tikinti mövcud olmadığı halda В«gözünü yumaraqВ» ikinci böyük məbləğdə köçürmə həyata keçirmişdir. Maraqlıdır, В«Həkəri KMВ»-nin rəhbərliyi bu dərəcədə ağılsızmı olmuşlar?..

Beş. Əməliyyatın saxta olmasını təsdiq edən başqa bir dəlil iki dəfə böyük məbləğdə vəsaitin bank hesabından kənar nağd qaydada keçirilməsidir.

Altı. Başqa bir fakt isə budur ki, sözü gedən vəsaitin В«HəkəriВ» KM-nin kassasına mədaxil edildiyini təsdiq edən heç bir sənəd mövcud deyil və istintaq zamanı Fuad belə bir sənəd təqdim edə bilməmişdir.

Ardı var...

Növbəti sayımızda yuxarıda qeyd olunan suallara cavab olaraq Azərbaycan Respublikasının Auditorlar Palatasının 16.09.2016-cı ildə SA/039 icazə nömrəli qərarı ilə hər iki müəssisədə aparılan auditin nəticəsini təqdim edəcəyik.

Xüsusi qeyd: Xatırladaq ki, bu məsələ ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanlı vəkilə hücum etdilər - TƏFƏRRÜAT
Bu gün, 09:05
"Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..."
Bu gün, 09:02
Gələn il elə şeylər olacaq ki... - ÖNGÖRÜ
Bu gün, 08:58
Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi – 9 bölgəyə işarə
Bu gün, 08:54
Əgər Əfqanıstan bazanı geri verməsə... - Tramp hədələdi...
Bu gün, 08:49
ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq
Bu gün, 00:44
Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib - KİV
Bu gün, 00:39
Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb - SİYAHI
Dünən, 12:29
İran saytı Orta Dəhlizi ÜÇ YERƏ “bölüb”
Dünən, 12:26
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - FOTO
Dünən, 12:23
Qarabağ erməniləri ilə bağlı Paşinyandan AÇIQLAMA
Dünən, 12:16
AZCON-a yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 12:12
Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: - Nə qədər tez getsən, bir o qədər yaxşıdır
Dünən, 12:10
Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ - DETALLAR
Dünən, 12:08
Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu - FOTO
Dünən, 12:01
Putinin adamı Paşinyanın reytinqinə çatır - Ermənistanda çevriliş ssenarisi
Dünən, 11:50
Yapon olmaq lazımdır, yapon... - REPLİKA
Dünən, 11:46
"Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin"
Dünən, 11:38
Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır - bazar təhsili...
Dünən, 11:25
Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 11:06
İştirakçı olmadı, dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 11:03
Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb - FOTOLAR
Dünən, 11:00
Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə - Borclar silinə bilər
Dünən, 10:55
Bakıda yağan güclü yağışın fəsadı: avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəməlidir - TƏFƏRRÜAT
Dünən, 10:51
Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib - "Sülh budur"
Dünən, 10:46
“Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? – Kino xadimlərindən AÇIQLAMA
Dünən, 10:22
Ermənistanda rusiyapərəst hakimiyyət qurub Qarabağı qaytarmağa çalışan keşişlər zindanda belə istirahət edir... - “Hraparak”
Dünən, 10:19
“Bolmart”da müştəriləri endirimlə belə aldadırlar - NARAZILIQ VAR...
Dünən, 10:07
Paşinyan yeni hücuma hazırlaşır: “Müharibə” anonsu verildi - “Fakt”
Dünən, 10:03
Eyni şirkət Xocalıda yenidənqurma işlərinin qalibi oldu - 7 milyonluq müqavilə bağlanıb
Dünən, 10:01
10 milyonluq Azərbaycan üçün 125 deputat kifayət etmir - ONA GÖRƏ DƏ...
Dünən, 09:56
Azərbaycanın mebel şirkətinin dövlətə 3,8 milyon manatdan çox vergi borcu var
Dünən, 09:52
Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanacağı yer barədə məsləhətləşmələrə hazırdır - Mirzoyan
Dünən, 09:49
Ölkənin `ƏN BÖYÜK` mobil operatorundan XIRDA DƏLƏDUZLUQ... - AXI NİYƏ?
Dünən, 09:44
“Qarabağdan tülkü kimi sivişib aradan çıxmışdı, orada “əjdahaya dönüb” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:35
AZƏRİQAZ-da peşəkar işçiyə TƏZYİQ OLUNUR - BU NƏDİ BELƏ?
Dünən, 09:25
Xaçmazda Qarabağ Qazisi həbs olundu - TƏFƏRRÜAT
Dünən, 09:20
Konqresdə anti-Azərbaycan isteriyası - Görünəni odur ki...
Dünən, 09:11
Azərbaycanda məktəblər distant təhsilə keçə bilər – Qərar gözlənilir
Dünən, 07:41
Rövşən Rüstəmov nəyə nail olmaq istəyir - NARAZILIQ VAR...
Dünən, 07:38
Hərbi hissənin ərazisini özəlləşdiriblər... – SABİQ MƏMURLAR HAQDA ŞOK İDDİALAR
Dünən, 07:31
“İran sərhədləri açmaq istəyirsə, əvvəlcə təhlükəsizliyi təmin etməlidir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:00
"Utanmaz-utanmaz bildirdilər ki, hara istəyirsən şikayət et, bizə heç kəs heç nə edə bilməz" - ÖZBAŞINA QALIBLAR...
Dünən, 06:56
Diabetli şəkər xəstələrinə dövlətin ayırdığı dərman və preparatlar niyə verilmir - NARAZILIQ VAR...
Dünən, 06:51
“Ricon” MMC aylardır işçilərin maaşını vermir – DAHA BİR ŞİKAYƏT
Dünən, 06:48
"Sərhədlərin açılması üçün artıq siyasi qərar qəbul olunub" - ŞƏRH
Dünən, 06:45
Gəncə təhsili 'GÜL VURUR': Təmirli məktəbdə təmir pulu YIĞIMI - BU NƏDİ BELƏ?
Dünən, 06:41
Sülhə Ağ ev TƏMİNATI - İNCƏLƏMƏ
Dünən, 06:35
Sentyabrda sülh sazişi?... - GƏLİŞMƏ
Dünən, 06:30
“Efirlər toyxanadır, danışanda da deyirlər ki, işçilərimizin maaşlarını siz verəcəksiz?” - Xalq artisti
Dünən, 06:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru