Nərgiz Muxtarovaya hökm oxundu .....                     Komediyadan KRİMİNALA DOĞRU: .....                     “İrəvan Moskvadan qopa bilməz” .....                     Hər 5 nəfərdən birində xərçəng tapılacaq: .....                     Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... .....                     Bakıda ər arvadını güllələyərək öldürdü .....                     Paşinyanın “demokratiya” modeli: .....                     Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: .....                     Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... .....                     Bakıda rusca filmlər kinoteatrları başına aldı .....                     Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub .....                     Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib .....                     Ruslan Abdullayev müşavir təyin olundu .....                     Vətəndaşları dolandıranlara .....                     Süni intellekt üçün internet “Bakcell”dən .....                     "Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" .....                     Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” .....                     Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb .....                     Yeni həkimlərin hamısı niyə qadındır? .....                     Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? .....                     AZAL sərnişin daşımalarını 5% artırıb .....                     Şirqulaminin QUYRUĞU... .....                     Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... .....                     İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: .....                     SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb .....                     Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi .....                     "Atamın aldığı oyuncaqları hələ də saxlayıram" .....                     “Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı .....                     Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır .....                     “Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? .....                     Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... .....                     Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır .....                     "Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" .....                     İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? .....                     Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb .....                     Pezeşkiyandan ermənicə təşəkkürnamə .....                     Qusarda alternativ su mənbəyi tikilir .....                     Trampın geosiyasi auditi və: .....                     “Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi .....                     "Söyüş və qarğış silməkdən yorulmuşam" .....                 

Sizi necə təqdim edək, cənab İlham Rəhimov..? - Hüquq alimi, biznesmen, xeyriyyəçi, bazar adamı, siyasətçi, yoxsa… ?
Tarix: 24-05-2017, 11:45 | Çap et
Sizi necə təqdim edək, cənab İlham Rəhimov..?
Azərbaycanda az qala hamının “Putinin dostu” kimi tanıdığı İlham Rəhimovun kimliyi, nəçiliyi, hansı peşənin sahibi olması həqiqətən də maraqlıdır. Cənab Rəhimov ondan müsahibə götürən jurnaslitlərə deyir ki, “İş adamı, biznesmen kimi təqdim olunmağımı xoşlamıram”.

Bu bilirsiniz nəyə oxşayır? Polis deyir ki, məni polis kimi təqdim etməyin. Yaxud bazarkom deyir ki, mənə bazarkom kimi müraciət etməyin…

Görəsən, cənab Rəhimov biznesmen kimi təqdim olunmaqdan niyə xoşlanmır ? Bəlkə sovet dövründən qalma düşüncə ona xoş gəlmir. Axı, sovet təfəkküründə biznesmen, iş adamı daha çox alverçi, bazar adamı deyimi ilə eyniləşirdi. Bəlkə, cənab Rəhimov bazar adamı olmaqdan utanır..? Ona görə də özünün daha çox hüquq alimi kimi təqdim olunmasını istəyir…

Rəhimov unudur ki, artıq bütün dünya bazar iqtisadiyyatı yolunu tutubsa, bazar adamı olmaqdan utanmaq lazım deyil. Bu gün nazir də, rektor da, deputat da, alim də, jurnalist də daxil olmaqla hamımız bazar adamıyıq. Ona görə də biznesmen, iş adamı kimi təqdim olunmaqda pis nəsə yoxdur.

Cənab Rəhimov, bilirsiniz pis olan nədir? “Olduğun kimi görünməmək və göründüyün kimi olmamaq”.

Bəli, siz nəsə olduğunuz kimi görünmək istəmirsiniz. Axı, heç kimə sirr deyil ki, sizin, dövriyyəsi 100 milyonlarla ölçülən biznesiniz var.

Olsun. Bu ortada ola-ola sizə necə biznesmen deyilməsin.

Yəni siz alimdən çox əslində iş adamı, biznesmensiniz. Əlbəttə, biz gecə-gündüz sizin milyonları, bəlkə də milyardları sayacaq dərəcədə kasıb düşüncəli deyilik. Ancaq milyonların necə və hansı yolla qazanıldığını müzakirə etmək hər bir insanın hüququdur. Axı, sizin qazandığınız milyonlar Azərbaycan insanının qanı, canı bahasına başa gəlir. Bunu gözəl bilirsiniz.

Azərbaycanda ən gəlirli biznes sahələrindən biri, bəlkə də birincisi mobil telefon biznesidir. Az qala bütün ölkə mediası illərdir yazır ki, mobil telefon biznesində ən böyük inhisarçılardan biri İlham Rəhimovun kürəkəni Araz Mehdiyevdir.

Əlbəttə Araz Mehdiyev adlı birisi sizin köməyiniz olmadan bu sahəni monopoliyaya ala bilməzdi. Daha doğrusu, mobil telefon biznesi birbaşa sizin şəxsi biznesinizdir. Və sizin inhisara aldığınız sahədəki qiymətlər nəinki dünyadakı, hətta yaxın qonşularımız olan ölkələrdəki qiymətlərdən dəfələrlə bahadır.

Deməli, sizin təsirinizdə olan mobil telefon şirkətləri birbaşa vətəndaşların cibinə girir. Həm də necə və neçə dəfə girir..? İndi özünüz deyin, bu hüquq aliminə yaraşan əməldir..? Axı, siz hüquq alimi olaraq gözəl bilirsiniz ki, monopoliya özü cəmiyyətə qarşı qurulmuş ən ağır cinayətdir.

Necə olur ki, bir nəfərin cibinə girib 5-10 manat oğurlayan həbs olunur, ancaq bütün millətin cibinə girən monopolist özünü hüquq alimi hesab edir..? Özünüz də cinayətin və cəzanın fəlsəfəsindən kitablar yazırsınız. Ona görə də deyirik ki, olduğunuz kimi görünsəniz daha düzgün olar, daha insani olar.

Sizin dedikləriniz dəvəquşunun başını quma soxmasına bənzəyir..

Cənab Rəhimov! Ölkə mətbuatı dəfələrlə sizə aid olan şirkətlərin yüz milyonlarla vergidən yayınması barədə yazılar dərc edib. Vergidən yayınmaq təqaüdçünün, yetim-yesirin, Qarabağ əlilinin, şəhid ailəsinin cibinə girmək, dövlət büdcəsindən oğurluq etməkdir. Siz bütün bunları hüquq alimi kimi gözəl bilirsiniz. Amma yenə təkrar edirsiniz ki, məni biznesmen kimi təqdim etməyin… Bəs sizi necə təqdim edək, cənab Rəhimov..?

Cənab hüquq alimi! Siz müsahibələrinizdə dönə-dönə vurğulayırsınız ki, mənim Azərbaycanda biznesim yoxdur. Axı, yenə olduğunuz kimi görünməkdən qaçırsınız. Niyə bütün ortada olanları inkar edirsiniz..? Sizin Azərbaycanda biznesinizin olması nəyi dəyişəcək? Niyə bu məsələni həmişə xüsusi vurğulayırsınız..? Bəlkə kimlərisə nəzərdə tutub demək istəyirsiniz ki, mən bunlardan deyiləm..?

Amma istənilən halda Azərbaycanda sizin kifayət qədər biznesiniz, biznes şərikləriniz var. Bəs, adı Araz Mehdiyevə məxsus olan və “United Telekom” adlı üst şirkətin tərkibindəki bütün firmalar, MMC-lər kimindir ? Bəs Araz Mehdiyevin keçmiş daxili işlər naziri mərhum Məhəmməd Əsədovun oğlu Rasim Əsədovla şərik işlətdiyi Baktel kimindir..? Məlumat üçün qeyd edək ki, Baktel şirkəti Azercell şirkətinin distribüterlərindən biridir. Mətbuatın yazdığına görə, bu şirkətin dövlətə nə az, nə çox, düz 200 milyon borcu
yaranıb. Yəni şirkətin sahibləri vaxtı ilə kimlərəsə görə qeyri-qanuni 18 faiz ƏDV-dən azad olunduqları üçün milyonlara sahib olub “Bentley” avtomobillərində gəzirlər, hətta özlərinin şəxsi təyyarələri də var.

Bəli, kürəkəninizin sahibi olduğu Baktel şirkəti 200 milyon manatlıq vergidən yayınıb. Vergilər Nazirliyinin istintaq idarəsinin əməkdaşları tərəfindən “Baktel” şirkətinin icraçı direktoru Elçin Mansurov saxlanılsa da, sonradan bir qrup şəxs tərəfindən istintaqın gedişatına maneə törədilib və Elçin Mansurov azadlığa buraxılıb.

Məlumata görə Elçin Mansurov “Bakı Çinar Soyuducuları” zavodunun sahibidir. Deməli sizin yaxın ətrafınız vaxtilə məşhur olan “Bakı Çinar Soyuducuları” zavoduna da əl qoyub. Görəsən, məqsəd nə imiş..? Bəlkə Azərbaycan sənayesinin inkişafına töhfə vermək..? Təəssüf ki, belə deyil. Məqsədiniz şöhrətli bir keçmişi olan zavodu maliyyə maxınasiyalarına oyuncaq etmək, çirkli pulları leqallaşdırmaq olub. Sonra da deyirsiniz ki, məni hüquq alimi kimi təqdim edin… Bəlkə davam edək, cənab Rəhimov..?

Cənab Rəhimov! Bu gün Azərbaycanda kifayət qədər hüququ pozulan vətəndaşlar, iş adamları var. Bununla bağlı ökə başçısı İlham Əliyev cənabları dəfələrlə müşavirələrdə öz kəskin mövqeyini ortaya qoyub. Ancaq bu haqsızlıqların, qanunsuzluqların fonunda bircə dəfə də olsun sizin səsiniz bir hüquq alimi olaraq eşidilməyib. Ancaq elmi əsərlərinizdə Adəm və Həvvanın cinayətindən bəhs edirsiniz….

Bütün bunlar dünən olanlardır.

Bəs, son vaxtlar hansı biznesə əl qoymusunuz, cənab hüquq alimi..?

Mətbuatın yazdığına görə, son vaxtlar pomidor biznesinə girşmisiniz..?

Vallah belə getsə hüquq elminin başında turp əkəcəksiniz.

İndi isə sizin pomidor biznesinizə nəzər salaq.

Mətbuatda sizin icraçılarınızın guya İranda Zirə pomidoru əkməsi əslində iz itirməkdir. Sizin əsl pomidor biznesiniz bu gün İranda deyil, Zirə, Türkan torpağında çiçəklənir. Və məhsullar sizin nəzarətinizdə olan Moskva şəhərindəki “Sadovod” bazarında satılır. Məhz bu məqamda axırıncı həftə mətbuatda yayılan bir xəbər diqqətimizi cəlb etdi. Xəbərdə qeyd olunurdu ki, Azərbaycandan Rusiya Federasiyasına pomidor daşıyan yük nəqliyyat vasitələrinə nəzarət sərtləşdirilib, konkret olaraq avtomobillərin daşıdığı yükün çəkisinə hədd qoyulması söhbəti ortaya çıxıb… Deyəsən hüquq alimi bu dəfə Rusiyaya ixrac olunan pomidor biznesini öz monopoliyasına almağa çalışır.

Bu hələ harasıdır..?

Hüquq alimi tez-tez deyir ki, siyasətlə məşğul olmur… Amma ölkəmiz üçün çox vacib olan Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv olunması ilə bağlı daxil olan xəbərlər onu göstərir ki, bu məsələdə də cənab Rəhimov olduğu kimi görsənmir. Çalışın, olduğunuz kimi görünün cənab alim-biznesmen..

365info.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nərgiz Muxtarovaya hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 18:11
Komediyadan KRİMİNALA DOĞRU: - Dünya kinosundan “kopya”, yoxsa?
Dünən, 17:40
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
Dünən, 17:37
Hər 5 nəfərdən birində xərçəng tapılacaq: - Onkoloq SOS deyir
Dünən, 17:35
Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... - BAKIDA QOÇU PEYDA OLUB...
Dünən, 17:24
Bakıda ər arvadını güllələyərək öldürdü - TƏFƏRRÜAT
Dünən, 17:15
Paşinyanın “demokratiya” modeli: - Ermənistanda avtoritar idarəçilik və Qərbin ikili standartı
Dünən, 17:10
Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: - Bakı nefti uğrunda gizli savaş...
Dünən, 17:08
Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... – Cənubi Qafqazda yeni dövr
Dünən, 17:02
Bakıda rusca filmlər kinoteatrları başına aldı - "...bu, qətiyyən doğru deyil"
Dünən, 17:01
Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub - SİYAHI
Dünən, 16:56
Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib - RƏSMİ
Dünən, 16:53
Ruslan Abdullayev müşavir təyin olundu - ƏMR
Dünən, 16:49
Vətəndaşları dolandıranlara HÖKM OXUNDU
Dünən, 16:47
Süni intellekt üçün internet “Bakcell”dən - DİQQƏT
Dünən, 16:45
"Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" – Rus dili qalmaqalı böyüyür
Dünən, 16:42
Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” - TƏFƏRRÜAT
Dünən, 16:38
Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb – Özü açıqladı
Dünən, 16:35
Yeni həkimlərin hamısı niyə qadındır? – Müzakirələrə səbəb olan paylaşım
Dünən, 15:59
Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? – Sensasion iddiaya cavab gəldi
Dünən, 15:52
AZAL sərnişin daşımalarını 5% artırıb - FOTO
Dünən, 15:47
Şirqulaminin QUYRUĞU... - Sərt olub neyniyəcəklər...
Dünən, 15:43
Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... - ƏGƏR VARSA...
Dünən, 15:38
İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: - Hüquqlarımın bərpasını istəyirəm
Dünən, 13:26
SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Dünən, 13:22
Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi - "İlin sonuna qədər..."
Dünən, 13:18
"Atamın aldığı oyuncaqları hələ də saxlayıram" - Hacıbaba Bağırovun qızı 22 yaşında
Dünən, 13:07
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
Dünən, 13:03
Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır - KİV
Dünən, 12:53
“Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? - Ortada xeyli sual var...
Dünən, 12:39
Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... - Naxçıvanın MƏZƏLİ GÜNLƏRİ...
Dünən, 12:36
Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır
Dünən, 12:08
"Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" - ŞƏRH
Dünən, 12:06
İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? - AKTUAL
Dünən, 12:05
Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb - TƏFƏRRÜAT
Dünən, 12:02
Pezeşkiyandan ermənicə təşəkkürnamə - FOTO
Dünən, 11:56
Qusarda alternativ su mənbəyi tikilir – Layihənin dəyəri 3.2 milyon manat
Dünən, 11:52
Trampın geosiyasi auditi və: - NATO-nun yeni reallığı
Dünən, 11:49
“Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi - VİDEO
Dünən, 11:41
"Söyüş və qarğış silməkdən yorulmuşam" - İlkin Misgərli autizmli uşaqla görüşəcək
Dünən, 11:36
Elm və Təhsil Nazirliyi bu şirkətə daha 1,8 milyon manat ödəyəcək
Dünən, 11:33
"Ezamiyyə xərclərimiz hələ də ödənilməyib..." - NARAZILIQ VAR...
Dünən, 11:24
Türkiyəli sürücülər Naxçıvandan olan sərnişini ÖLÜMÜNƏ DÖYDÜLƏR - BU NƏDİ BELƏ?
Dünən, 11:18
ABŞ-nin zərbələri nəticəsində iki gün ərzində İranda 14 nəfər ölüb, 78 nəfər yaralanıb
Dünən, 11:05
Gənc xanıma yüksək vəzifə verildi - ƏMR
Dünən, 10:59
Elşad Xosedən polisə şikayət olundu - TƏFƏRRÜAT
Dünən, 10:57
NATO qırıcılarına bu regionda hərbi hədəfləri məhv etməyə icazə verilib - "Reuters"
Dünən, 10:51
Başçı ilə idarə müdiri yola getmir... - belə deyirlər...
Dünən, 10:41
BU BİNA ELƏ BİL BOŞDUR: Rayonun nə yiyəsi var, nə də nəzarət edəni... - ÖZBAŞINALIQ...
Dünən, 10:31
Moskva indi ayılıb: İrəvan Hitlerin planlarını dəstəkləyir - Zaxarova deyir ki...
Dünən, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru