"Kəmaləddin Heydərovun qəbulunda da oldum..." - ŞİKAYƏT
Tarix: 13-05-2017, 12:14 | Çap et
 İmişli şəhəri, Pənah Həsənov küçəsi, ev 128 ünvanında qeydiyyatda olan Fazil Babaşovun 4 nəfərdən ibarət ailəsi 7 ildir ki, kirayələrdə yaşamaq məcburiyyətində qalıb. Buna səbəb, 2010-cu ildə baş verən təbii fəlakət nəticəsində evlərinin qəzalı vəziyyətə düşməsidir.
Kür-Araz ovalığında yerləşən yaşayış məntəqələrində sel və daşqınların təsirindən zərər çəkən yüzlərlə belə ev var. Sahibləri artıq, dövlət yardımına olan ümidlərini itirərək hərəsi bir yolla başlarına çarə qılıb. Amma Fazil Babaşovun gözləməyinin səbəbi əlində qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasıdır. Şirvan İnzibati-İqtisad Məhkəməsinin 2013-cü il dekabrın 30-da verdiyi qərarına görə, Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə Fazil Babaşovun ailəsinə iki otaqlı yeni yaşayış evinin tikilməsi vəzifəsi qoyulub. Bu qərarı Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisad Kollegiyası da qüvvədə saxlayıb.
O zaman fəlakət qurbanlarının FHN-ə qarşı eyni vaxtda irəli sürdükləri iddialar bir işdə birləşdirilib. Fazil Babaşovdan savayı İmişlidən daha 10 nəfərin ərizəsinə birgə baxılıb. Vətəndaşı ən çox ağrıdan odur ki, qərarın məhz ona aid hissəsi icra olunmayıb:
“Mənə 2 otaqlı yeni ev tikilməsi, digər iddiaçılara isə zərərin əvəzi olaraq kompensasiya ödənilməsi barədə qərar çıxarılıb. Zərərçəkənlərə 1 200 manatdan 6600 manatadək məbləğdə yardım təyin edilmişdi, hamısı da ödənilib. Bircə mənim evim tikilməyib”.
İmişli sakini deyir ki, qanuni qüvvəsini almış məhkəmə qərarının icra olunmaması ilə bağlı mərkəzi icra hakimiyyəti orqanlarına və Fövqəladə Hallar Nazirliyinə dəfələrlə müraciət edib. Nazir Kəmaləddin Heydərovun qəbulunda da olub:
“Nazir qərarın icra olunmamasına özü də təəccüb etdi, ətrafındakılardan soruşdu ki, niyə bu adamın evi indiyədək tikilməyib? Mənim yanımdaca göstəriş verdi, köməkçisi bloknotunda ad-soyadımı, ünvanımı, əlaqə telefonumu qeyd etdi. Amma bundan sonra da səs-səmir çıxmadı...”
Təbii fəlakət baş verəndə F. Babaşovun uşaqlarının 1 və 4 yaşları olub. İndi onların hər ikisi məktəblidir. Valideynlər tez-tez gedib qəzalı vəziyyətdə olan evlərinə, həyət-bacalarına baxırlar. Uşaqlarını da aparıb göstərirlər ki, onlar doğulduqları evi, məhəllələrini tanısınlar.
Bu ünvana qayıdacaqlarına ümid edən ailə, ötən 7 ildə kirayə haqqı olaraq az qala bir evin pulunu ödədiklərini düşünür. Üstəlik, deyirlər ki, qaldıqları yerləri müvəqqəti bildiklərindən əlləri bir işə yatmayıb, mənzil-məişət şəraitlərini yaxşılaşdıra, bağ sala bilməyiblər. Bir yerdən başqa yerə köçəndə çantaya ilk olaraq məhkəmə qərarını qoyublar. Ona gələcək evlərinin “kupça”sı kimi baxıblar.
O qərarın surətini bəlkə yüz dəfə çıxarıb “yuxarılara” göndərdiklərini, amma son vaxtlar məktublarına cavab ala bilmədiklərini söyləyirlər.
Qərarın icra vəziyyəti ilə bağlı maraqlandıq. Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, bu məsələ ilə bağlı yerli icra hakimiyyətinin fövqəladə hallar komissiyasına müraciət etmək lazımdır. İmişli rayon İcra Hakimiyyətinin sözügedən komissiyasının rəhbəri Səfa Ağayev isə deyir ki, onlardan asılı heç nə yoxdur:
“Biz o zaman dövlət komissiyasına uçmuş, qəzalı vəziyyətə düşmüş evlər barədə məlumat təqdim etmişik. Rayona gələn nümayəndələrin qabağına düşüb həmin evləri göstərmişik. Bununla da, bizim vəzifəmiz bitib. Komissiya, ya məhkəmə nə qərar qəbul edib, onlar niyə indiyədək icra olunmayıb, bu məsələlər bizim səlahiyyətimizə aid deyil. Yerli icra hakimiyyəti orqanı mərkəzi icra hakimiyyəti orqanından tələb edə bilməz ki, o, qərarı icra et. Vətəndaş aidiyyatı üzrə icra orqanına, Ədliyyə Nazirliyinə, məhkəməyə müraciət etsin”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Nərgiz Muxtarovaya hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 18:11 |
|
|
|
| • Komediyadan KRİMİNALA DOĞRU: - Dünya kinosundan “kopya”, yoxsa?
Dünən, 17:40 |
|
|
|
| • “İrəvan Moskvadan qopa bilməz” - Politoloq
Dünən, 17:37 |
|
|
|
| • Hər 5 nəfərdən birində xərçəng tapılacaq: - Onkoloq SOS deyir
Dünən, 17:35 |
|
|
|
| • Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... - BAKIDA QOÇU PEYDA OLUB...
Dünən, 17:24 |
|
|
|
| • Bakıda ər arvadını güllələyərək öldürdü - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
| • Paşinyanın “demokratiya” modeli: - Ermənistanda avtoritar idarəçilik və Qərbin ikili standartı
Dünən, 17:10 |
|
|
|
| • Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: - Bakı nefti uğrunda gizli savaş...
Dünən, 17:08 |
|
|
|
| • Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... – Cənubi Qafqazda yeni dövr
Dünən, 17:02 |
|
|
|
| • Bakıda rusca filmlər kinoteatrları başına aldı - "...bu, qətiyyən doğru deyil"
Dünən, 17:01 |
|
|
|
| • Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub - SİYAHI
Dünən, 16:56 |
|
|
|
| • Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib - RƏSMİ
Dünən, 16:53 |
|
|
|
| • Ruslan Abdullayev müşavir təyin olundu - ƏMR
Dünən, 16:49 |
|
|
|
| • Vətəndaşları dolandıranlara HÖKM OXUNDU
Dünən, 16:47 |
|
|
|
| • Süni intellekt üçün internet “Bakcell”dən - DİQQƏT
Dünən, 16:45 |
|
|
|
| • "Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" – Rus dili qalmaqalı böyüyür
Dünən, 16:42 |
|
|
|
| • Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” - TƏFƏRRÜAT
Dünən, 16:38 |
|
|
|
| • Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb – Özü açıqladı
Dünən, 16:35 |
|
|
|
| • Yeni həkimlərin hamısı niyə qadındır? – Müzakirələrə səbəb olan paylaşım
Dünən, 15:59 |
|
|
|
| • Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? – Sensasion iddiaya cavab gəldi
Dünən, 15:52 |
|
|
|
| • AZAL sərnişin daşımalarını 5% artırıb - FOTO
Dünən, 15:47 |
|
|
|
| • Şirqulaminin QUYRUĞU... - Sərt olub neyniyəcəklər...
Dünən, 15:43 |
|
|
|
| • Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... - ƏGƏR VARSA...
Dünən, 15:38 |
|
|
|
| • İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: - Hüquqlarımın bərpasını istəyirəm
Dünən, 13:26 |
|
|
|
| • SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Dünən, 13:22 |
|
|
|
| • Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi - "İlin sonuna qədər..."
Dünən, 13:18 |
|
|
|
| • "Atamın aldığı oyuncaqları hələ də saxlayıram" - Hacıbaba Bağırovun qızı 22 yaşında
Dünən, 13:07 |
|
|
|
| • “Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
Dünən, 13:03 |
|
|
|
| • Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır - KİV
Dünən, 12:53 |
|
|
|
| • “Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? - Ortada xeyli sual var...
Dünən, 12:39 |
|
|
|
| • Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... - Naxçıvanın MƏZƏLİ GÜNLƏRİ...
Dünən, 12:36 |
|
|
|
| • Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır
Dünən, 12:08 |
|
|
|
| • "Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" - ŞƏRH
Dünən, 12:06 |
|
|
|
| • İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? - AKTUAL
Dünən, 12:05 |
|
|
|
| • Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb - TƏFƏRRÜAT
Dünən, 12:02 |
|
|
|
| • Pezeşkiyandan ermənicə təşəkkürnamə - FOTO
Dünən, 11:56 |
|
|
|
| • Qusarda alternativ su mənbəyi tikilir – Layihənin dəyəri 3.2 milyon manat
Dünən, 11:52 |
|
|
|
| • Trampın geosiyasi auditi və: - NATO-nun yeni reallığı
Dünən, 11:49 |
|
|
|
| • “Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi - VİDEO
Dünən, 11:41 |
|
|
|
| • "Söyüş və qarğış silməkdən yorulmuşam" - İlkin Misgərli autizmli uşaqla görüşəcək
Dünən, 11:36 |
|
|
|
| • Elm və Təhsil Nazirliyi bu şirkətə daha 1,8 milyon manat ödəyəcək
Dünən, 11:33 |
|
|
|
| • "Ezamiyyə xərclərimiz hələ də ödənilməyib..." - NARAZILIQ VAR...
Dünən, 11:24 |
|
|
|
| • Türkiyəli sürücülər Naxçıvandan olan sərnişini ÖLÜMÜNƏ DÖYDÜLƏR - BU NƏDİ BELƏ?
Dünən, 11:18 |
|
|
|
| • ABŞ-nin zərbələri nəticəsində iki gün ərzində İranda 14 nəfər ölüb, 78 nəfər yaralanıb
Dünən, 11:05 |
|
|
|
| • Gənc xanıma yüksək vəzifə verildi - ƏMR
Dünən, 10:59 |
|
|
|
| • Elşad Xosedən polisə şikayət olundu - TƏFƏRRÜAT
Dünən, 10:57 |
|
|
|
| • NATO qırıcılarına bu regionda hərbi hədəfləri məhv etməyə icazə verilib - "Reuters"
Dünən, 10:51 |
|
|
|
| • Başçı ilə idarə müdiri yola getmir... - belə deyirlər...
Dünən, 10:41 |
|
|
|
| • BU BİNA ELƏ BİL BOŞDUR: Rayonun nə yiyəsi var, nə də nəzarət edəni... - ÖZBAŞINALIQ...
Dünən, 10:31 |
|
|
|
| • Moskva indi ayılıb: İrəvan Hitlerin planlarını dəstəkləyir - Zaxarova deyir ki...
Dünən, 10:25 |
|
|
|
|