Nərgiz Muxtarovaya hökm oxundu .....                     Komediyadan KRİMİNALA DOĞRU: .....                     “İrəvan Moskvadan qopa bilməz” .....                     Hər 5 nəfərdən birində xərçəng tapılacaq: .....                     Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... .....                     Bakıda ər arvadını güllələyərək öldürdü .....                     Paşinyanın “demokratiya” modeli: .....                     Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: .....                     Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... .....                     Bakıda rusca filmlər kinoteatrları başına aldı .....                     Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub .....                     Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib .....                     Ruslan Abdullayev müşavir təyin olundu .....                     Vətəndaşları dolandıranlara .....                     Süni intellekt üçün internet “Bakcell”dən .....                     "Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" .....                     Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” .....                     Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb .....                     Yeni həkimlərin hamısı niyə qadındır? .....                     Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? .....                     AZAL sərnişin daşımalarını 5% artırıb .....                     Şirqulaminin QUYRUĞU... .....                     Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... .....                     İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: .....                     SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb .....                     Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi .....                     "Atamın aldığı oyuncaqları hələ də saxlayıram" .....                     “Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı .....                     Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır .....                     “Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? .....                     Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... .....                     Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır .....                     "Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" .....                     İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? .....                     Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb .....                     Pezeşkiyandan ermənicə təşəkkürnamə .....                     Qusarda alternativ su mənbəyi tikilir .....                     Trampın geosiyasi auditi və: .....                     “Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi .....                     "Söyüş və qarğış silməkdən yorulmuşam" .....                 

Qüdrət Qurbanovun pillə-pillə keçmişi... - İTTİHAM VAR
Tarix: 24-03-2017, 09:58 | Çap et
Qüdrət Qurbanovun pillə-pillə keçmişi...
Dövlət Dəniz Administrasiyasının bir qurup işçisi prezident İlham Əliyevə şikayət məktubu ünvanlamağa hazırlaşır. Bu barədə şikayətçilərdən biri məlumat verib. Məlumatı verən mənbə bildirir ki, qurumun rəhbəri Qüdrət Qurbanov və əlaltıları Dövlət Dəniz Administrasiyasını rüşvət yuvasına çevirir. Onlar ağır şəraitdə çalışan dənizçilərə verilən cüzi maaşları da müxtəlif yollarla onların əlindən alır.
Sertifikat və diplom alveri
Belə ki, dənizçilər dənizə çıxmaq üçün Dövlət Dəniz Administrasiyasından sertifikat almalıdır. Əslində bu sertifikatlara görə heç bir ödəniş tələb olunmur. Amma Qüdrət Qurbanovun qurduğu sistem dənizçilərin cibinin soyulmasına çevirilir. Mənbənin dediyinə görə, administrasiyasa rəhbərliyi sertifikatları dənizçilərə 120-150 min manata satır. Bu məbləği ödəməyənlər isə təbii olaraq dənizə buraxılmır. İşsiz qalmaqdan qorxan dənizçilər məcburiyyət qarşısında qalaraq həmin məbləği ödəməli olurlar.
Qüdrət Qurbanov və adamları sertifikatla yanaşı, diplom alveri ilə də məşğul olur. Dənizçilərin Qaynar.info-ya verdiyi məlumata görə, administrasiya rəhbərliyi matros diplomunu 2500-3000, bosman diplomunu 4000-5000 manata satır. Üstəlik bu diplomların dəyişdirilməsi zamanı da dənizçilərdən müəyyən məbləğ alınır. Şikayətçilər deyir ki, artıq dənizçilər bu özbaşınalıqlardan bezib. Bir qurup dənizçi dövlət başçısına şikayət etmək qərarına gəlib. Artıq şikayət məktubu hazırlanır. Şikayətçilər onu imzaladıqdan sonra prezidentə göndəriləcək.
Dənizçilər bildirir ki, Dövlət Dəniz Administrasiyası rəhbərliyinin qanunsuz əmələrinə “Palmali”nin Bakı ofisi də dəstək verir. Belə ki, şirkətə məxsus gəmilərlə dənizə və dünya sualıran çıxan dənizçilərə də sertifikat və diplomları Dövlət Dəniz Administrasiyası verir. “Palmali”nin Bakı ofisinin rəhbərliyi dənizçilərin sertifikat və diplomlarında qəsdən problem çıxararaq, onların yenidən rüşvət verərək yeni sənədlər almasına səbəb olur. Bu da təbii ki, “Palmali” rəsmiləri ilə Dövlət Dəniz Administrasiyası rəhbərlyi arasındakı anlaşmanın nəticəsində mümkün olur.
Qüdrət Qurbanovun gəmi oyunu
Ümumiyyətlə Qüdrət Qurbanovun adı son dövrlər bir çox qalmaqallarda hallanır. Dövlət Dəniz Administrasiyasının rəhbərinə qarşı çıxış edənlərdən biri tanınmış hüquqşünas Əyyub Kərim olub. Hüquqşünas bildirib ki, Qüdrət Qurbanov onun müdafiə etdiyi gəmini qanunsuz yollarla ələ keçirib. Əyyub Kərimin sözlərinə görə, Qəmbər Səfərov adlı şəxs 2003-cü ildə Rusiyanın Həştərxan vilayətindən gəmi alıb: “Qüdrət Qurbanov mənim müdafiə etdiyim şəxsə məxsus gəmini dələduzluq yolu ilə ələ keçirilməsində bilavasitə rol oynayıb. “Yunıy Moryak” adlı bu gəmi ilə bağlı alqı-satqı müqaviləsi 2003-cü il fevralın 20-də imzalanıb. Fevralın 28-də təhvil-təslim işləri yekunlaşıb. Bundan sonra Qəmbər Səfərov bir neçə ay gəmini təmir etdirib. Gəmi Bakıya gətiriləndən sonra hansısa “Mərdəkan Broyler” adlı şirkət Dövlət Dəniz Administrasiyasının dəstəyilə gəmini ələ keçirib. Saxta alqı-satqı müqaviləsi tərtib olunub. Müqavilənin saxta olduğunu sübut edən kifayət qədər fakt var. Bir neçəsini sadalamaq istəyirəm. Təsəvvür edin, Qəmbər Səfərov gəmini fevralın 20-də alıb. Amma “Mərdəkan Broyler”lə Qəmbər Səfərov arasında imzalandığı iddia edilən saxta müqavilədə tarix yanvarın 9-u göstərilib. Belə çıxır ki, Qəmbər Səfərov hələ gəmini almamış “Mərdəkan Broyler” bu əmlakı ondan satın alıb.
Digər tərəfdən, “Mərdəkan Broyler”lə Qəmbər Səfərov arasındakı bu saxta müqavilə rus dilində tərtib olunub. Azərbaycanın dövlət dili Azərbaycan dilidir. Alqı-satqı Azərbaycanda həyata keçirilirsə, niyə müqavilə rus dilində tərtib olunub? Niyə pulun məbləği rublla göstərilib? Məgər Azərbaycanın milli valyutası manat deyil? Əslində bu saxta müqavilə Qəmbər Səfərovun Həştərxanda bağladığı müqavilədən hərfbəhərf köçürülüb. Hətta oradakı texniki səhvlər də eynilik təşkil edir. Bundan başqa müqavilədə göstərilir ki, Qəmbər Səfərov gəmini 250 min rubla alıb. Təmir işlərinə də pul xərcləyib və daha sonra 181 min rubla “Mərdəkan Broyler”ə satıb. Sual olunur: Qəmbər Səfərov niyə gəmini 250 min rubla alıb 181 min rubla satmalıdır? Bəs bunun xeyri?”
Əyyub Kərim bildirib ki, Bakı Apellyasiya Məhkəməsi gəminin Qəmbər Səfərova məxsus olması və “Mərdəkan Broyler”ə verilmiş mülkiyyət şəhadətnaməsinin ləğvi barədə qətnamə çıxarıb: “Amma qətnamə bu günə qədər icra olunmayıb. Mən Qəmbər Səfərovla Ədliyyə Nazirliyi icra baş idarəsinin rəisi Xanlar Zeynalovun qəbulunda olmuşam. Xanlar müəllim dedi ki, qətnamədə göstərilən hallar birgə icra olunmalıdır”.
Hüquqşünasın sözlərinə görə, Qüdrət Qurbanov bu məsələdə prezidentin şəxsi mühafizə xidmətinin rəisi general Bəylər Əyyubovun və ləğv olunmuş MTN-nin generalı Namiq Bağırovun adını hallandırır: “Qəmbər Səfərov mənə deyib ki, Qüdrət Qurbanov bu iki şəxsin adını hallandırır. Lakin mən inanmıram ki, iki general rütbəli şəxs bu cür işə qol qoysun. Sadəcə öz əməllərini ört-basdır etmək, Qəmbər Səfərovu qorxutmaq üçün Bəylər müəllimlə, Namiq müəllimini adını hallandırırlar. İndi Qüdrət Qurbanovdan soruşmaq lazımdır ki, niyə bu şəxslərin adını hallandırır? Və nə vaxta qədər bu proses davam edəcək?”
Baş dənizçinin 600 minlik sifarişi
Qüdrət Qurbanovla bağlı daha bir iddia isə onun Səbail rayonunda biznes maraqları naminə “Azimport” şirkətinin keçmiş rəhbəri Rəşad Məmmədova verdiyi 600 min manatla bağlıdı. Bu biznes məqsədləri isə məmur-işbazlar tərəfindən “dövlət əhəmiyyətli layihə” adı altında həyata keçirilib, əvəzində isə onlarla insanın hüquqları pozulub. Belə ki, keçən il Səbail rayonu, Xanlar küçəsi, 1 ünvanda yerləşən bir neçə qaraj qanunsuz olaraq “Azimport” şirkəti tərəfindən sökülmüşdü.
Sonra isə”Azimport” şirkətində bu problemə oxşar bir neçə məsələ baş verdiyi üçün, hüquq-mühafizə orqanları təcili tədbirlər görərək şirkətin məsul şəxslərini cinayət məsüliyyətinə cəlb etmişdilər. Ancaq bu günə qədər “Azimport” şirkətinin həmin ərazidə yerləşən qarajları kimin sifarişi ilə sökdürməsi bilinmirdi.
“Azimport” şirkətinə bu sifarişi Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov verib. Sözügedən ərazidəki qaraj sahibi qafqaznews.az-a bildirib ki, Qüdrət Qurbanov boşalacaq ərazidə çoxmərtəbəli bina tikdirmək və orda “özəl təhsil mərkəzi” açaraq rəhbərlik etdiyi dövlət qurumuna ödənişli xidmətlər “göstərmək” niyyətində idi.
Bu təcrübə bir çox korrupsioner məmur tərəfindən həyata keçirilir və yaxın adamların adına açılan “özəl şirkətlər” dövlət sifarişləri və tenderlərin əsas “qəhrəman”ı olur. Ərazidəki qarajların sökülməsi üçün isə, Qurbanovun Dövlət Bayrağı Meydanının keçmiş rəisi, “Azimport” şirkətinin sahibi Rəşad Məmmədova 600 min manat pul verdiyi məlum olub.
Lakin o da üzə çıxıb ki, bu sövdələşmədən daha çox pul qazanmaq istəyən Rəşad Məmmədov qarajların sahiblərinə pul təklif etməyibmiş. Qaraj sahibləri ilə “Azimport” şirkətinin əməkdaşlarının arasında mübahisə yarandıqda isə Rəşad Məmmədovun dəllalları qaraj sahiblərinə hədə-qorxu gələrək, “dövlət əhəmiyyətli obyekt” variantına əl atıblar. Məmmədovun adamları iddia ediblər ki, buradakı qarajların sökülməsi “yuxarıların sifarişidir”.
Vətəndaşları hədə-qorxu ilə aldatmağa çalışan Rəşad Məmmədovun “dövlətçilik” oyunları yarımçıq qalır. Bir müddət sonra Rəşad Məmmədov həbs olunduğu üçün, qaraj sahibləri ilə danışıqları Qüdrət Qurbanovun Ülvi adlı koməkçisi aparmağa başlayır. Qaraj sahiblərindən biri Böyük Britaniya vətəndaşı olduğuna görə, Ülvi ilə danışıqları həmin şəxsin Bəxtiyar adlı vəkili aparır. Danışıqlar vəkilli qane etmədiyi üçün, vəkillə Ülvi arasında yenidən mübahisə qızışır.
Vəkil Ülviyə bildirir ki, o bir il yarımdır ki, Rəşad Məmmədovun dəllallarının yalanlarına dözüb, ancaq daha Qüdrət Qurbanovun dəllalının yalanlarına dözmək fikrində deyil. Beləliklə, Ülvinin də danışıqlarda göstərdiyi bacarıqsızlıq Qurbanovu pis vəziyyətdə qoyur. Çünki o keçən il həmin qarajların sökülməsi üçün Rəşad Məmmədova 600 min manat pul verib və bu günə qədər də həmin pulu geri ala bilmir.
Digər tərəfdən isə, onun koməkçisinin yarıtmaz fəaliyyəti qaraj sahiblərini Qüdrət Qurbanovun üzərinə qaldırıb. Şikayətçilər bildiriblər ki, qaraj sahiblərindən biri İngiltərə vətəndaşdır və həmin şəxsin Bəxtiyar adlı vəkili qarajların sökülməsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə isə zərərçəkənin qarajı yenidən tikilərək özünə qaytarılması barədə qərar çıxarıb. Şikayətçilərdən biri bildirir ki, məhkəmənin çıxartdığı qərardan sonra əcnəbi vətəndaşın Bəxtiyar adlı vəkili müştərisinin qarajını yenidən inşa etmək və əlavə xərcləri də cavabdehin üzərinə yönəltmək istəyib.
Ancaq qarajın inşasına başlanılmamış, FHN-nin əməkdaşları həmin əraziyə gəlib və “qəza şəraiti” bəhanəsi ilə orada hər hansı tikinti aparılmasına mane olublar. Şikayətçinin bildirdiyinə görə, çox güman ki, qarajların yenidən tikilməsinə mane olan “görünməz əl” də, məhz Qüdrət Qurbanova aiddir. Əldə etdiyimiz digər məlumata görə, həmin ərazi sökülənə qədər orada 26 qaraj olub. Qarajlardan 23-ü sənədsiz, digər 3 qaraj isə sənədli olub. Şikayətçilərin bildirdiyinə görə, 23 qaraj Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova məxsus olub. Araşdırmamız davam edir, bizi izləyin. /Teref.info/








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nərgiz Muxtarovaya hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 18:11
Komediyadan KRİMİNALA DOĞRU: - Dünya kinosundan “kopya”, yoxsa?
Bu gün, 17:40
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
Bu gün, 17:37
Hər 5 nəfərdən birində xərçəng tapılacaq: - Onkoloq SOS deyir
Bu gün, 17:35
Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... - BAKIDA QOÇU PEYDA OLUB...
Bu gün, 17:24
Bakıda ər arvadını güllələyərək öldürdü - TƏFƏRRÜAT
Bu gün, 17:15
Paşinyanın “demokratiya” modeli: - Ermənistanda avtoritar idarəçilik və Qərbin ikili standartı
Bu gün, 17:10
Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: - Bakı nefti uğrunda gizli savaş...
Bu gün, 17:08
Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... – Cənubi Qafqazda yeni dövr
Bu gün, 17:02
Bakıda rusca filmlər kinoteatrları başına aldı - "...bu, qətiyyən doğru deyil"
Bu gün, 17:01
Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub - SİYAHI
Bu gün, 16:56
Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib - RƏSMİ
Bu gün, 16:53
Ruslan Abdullayev müşavir təyin olundu - ƏMR
Bu gün, 16:49
Vətəndaşları dolandıranlara HÖKM OXUNDU
Bu gün, 16:47
Süni intellekt üçün internet “Bakcell”dən - DİQQƏT
Bu gün, 16:45
"Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" – Rus dili qalmaqalı böyüyür
Bu gün, 16:42
Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” - TƏFƏRRÜAT
Bu gün, 16:38
Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb – Özü açıqladı
Bu gün, 16:35
Yeni həkimlərin hamısı niyə qadındır? – Müzakirələrə səbəb olan paylaşım
Bu gün, 15:59
Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 15:52
AZAL sərnişin daşımalarını 5% artırıb - FOTO
Bu gün, 15:47
Şirqulaminin QUYRUĞU... - Sərt olub neyniyəcəklər...
Bu gün, 15:43
Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... - ƏGƏR VARSA...
Bu gün, 15:38
İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: - Hüquqlarımın bərpasını istəyirəm
Bu gün, 13:26
SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Bu gün, 13:22
Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi - "İlin sonuna qədər..."
Bu gün, 13:18
"Atamın aldığı oyuncaqları hələ də saxlayıram" - Hacıbaba Bağırovun qızı 22 yaşında
Bu gün, 13:07
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
Bu gün, 13:03
Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır - KİV
Bu gün, 12:53
“Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? - Ortada xeyli sual var...
Bu gün, 12:39
Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... - Naxçıvanın MƏZƏLİ GÜNLƏRİ...
Bu gün, 12:36
Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır
Bu gün, 12:08
"Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" - ŞƏRH
Bu gün, 12:06
İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? - AKTUAL
Bu gün, 12:05
Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 12:02
Pezeşkiyandan ermənicə təşəkkürnamə - FOTO
Bu gün, 11:56
Qusarda alternativ su mənbəyi tikilir – Layihənin dəyəri 3.2 milyon manat
Bu gün, 11:52
Trampın geosiyasi auditi və: - NATO-nun yeni reallığı
Bu gün, 11:49
“Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi - VİDEO
Bu gün, 11:41
"Söyüş və qarğış silməkdən yorulmuşam" - İlkin Misgərli autizmli uşaqla görüşəcək
Bu gün, 11:36
Elm və Təhsil Nazirliyi bu şirkətə daha 1,8 milyon manat ödəyəcək
Bu gün, 11:33
"Ezamiyyə xərclərimiz hələ də ödənilməyib..." - NARAZILIQ VAR...
Bu gün, 11:24
Türkiyəli sürücülər Naxçıvandan olan sərnişini ÖLÜMÜNƏ DÖYDÜLƏR - BU NƏDİ BELƏ?
Bu gün, 11:18
ABŞ-nin zərbələri nəticəsində iki gün ərzində İranda 14 nəfər ölüb, 78 nəfər yaralanıb
Bu gün, 11:05
Gənc xanıma yüksək vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Elşad Xosedən polisə şikayət olundu - TƏFƏRRÜAT
Bu gün, 10:57
NATO qırıcılarına bu regionda hərbi hədəfləri məhv etməyə icazə verilib - "Reuters"
Bu gün, 10:51
Başçı ilə idarə müdiri yola getmir... - belə deyirlər...
Bu gün, 10:41
BU BİNA ELƏ BİL BOŞDUR: Rayonun nə yiyəsi var, nə də nəzarət edəni... - ÖZBAŞINALIQ...
Bu gün, 10:31
Moskva indi ayılıb: İrəvan Hitlerin planlarını dəstəkləyir - Zaxarova deyir ki...
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru