Nərgiz Muxtarovaya hökm oxundu .....                     Komediyadan KRİMİNALA DOĞRU: .....                     “İrəvan Moskvadan qopa bilməz” .....                     Hər 5 nəfərdən birində xərçəng tapılacaq: .....                     Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... .....                     Bakıda ər arvadını güllələyərək öldürdü .....                     Paşinyanın “demokratiya” modeli: .....                     Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: .....                     Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... .....                     Bakıda rusca filmlər kinoteatrları başına aldı .....                     Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub .....                     Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib .....                     Ruslan Abdullayev müşavir təyin olundu .....                     Vətəndaşları dolandıranlara .....                     Süni intellekt üçün internet “Bakcell”dən .....                     "Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" .....                     Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” .....                     Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb .....                     Yeni həkimlərin hamısı niyə qadındır? .....                     Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? .....                     AZAL sərnişin daşımalarını 5% artırıb .....                     Şirqulaminin QUYRUĞU... .....                     Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... .....                     İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: .....                     SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb .....                     Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi .....                     "Atamın aldığı oyuncaqları hələ də saxlayıram" .....                     “Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı .....                     Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır .....                     “Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? .....                     Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... .....                     Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır .....                     "Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" .....                     İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? .....                     Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb .....                     Pezeşkiyandan ermənicə təşəkkürnamə .....                     Qusarda alternativ su mənbəyi tikilir .....                     Trampın geosiyasi auditi və: .....                     “Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi .....                     "Söyüş və qarğış silməkdən yorulmuşam" .....                 

Sonsuz iddialar fonunda səfirin görünən “tərəfi” - Səngər Ukraynada, döyüş Azərbaycanda gedir
Tarix: 4-03-2017, 10:49 | Çap et
Sonsuz iddialar fonunda səfirin görünən “tərəfi”
Müasir dövrdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə çevrilib. Qloballaşan dünyamızın reallıqları diaspor quruculuğu sahəsində Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq siyasətdə artan rolu bu sahədə daha genişmiqyaslı fəaliyyət göstərilməsini zərurətə çevirib. Bu zərurəti əməli nəticə ilə sonlandırmaq diaspor təşkilatlarının konstruktiv fəaliyyətindən və diplomatlarımzın “tərəfsiz” mövqeyindən çox asılıdır.

Diaspor qurumları bir qayda olaraq soydaşlarımızın yaşadıqları ölkələrdə zərurətdən yaranır. Məskunlaşdıqları ölkələrdə milli kimliklərini – adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qoruma və tanıtma, Vətənlə bağlılıqlarını itirməmə, vahid diaspor birliyində birləşmə soydaşlarımızın üzərinə düşən vəzifələrdən biri və birincisidir.

Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da məhz bu amillə bağlıdır. Diaspor birlikləri yarandıqları ölkələrdə qeyri-hökumət təşkilatları hesab olunduğundan, həmin dövlətlərin qayda-qanunları ilə fəaliyyətlərini tənzimləmək, ölkənin ictimai-mədəni həyatında aktiv iştirak etmək, yerli hökumət və ictimai təşkilatlarla, digər diaspor mərkəzləri ilə əlaqələri möhkəmləndirmək, əməkdaşlıq etmək missiyasını üzərinə götürüb xalq diplomatiyasının lokomotivinə çevrilməlidir. Hər bir diaspor təşkilatı, bu təşkilata üzv olan hər bir fərd bilməlidir ki, onlar ayrı-ayrılıqda özlərini deyil, mənsub olduqları ölkəni və xalqı, onun mənəvi-əxlaqi dəyərlərini təmsil edir. Soydaşlarımız məskunlaşdıqları hər bir ölkənin mənəvi dəyərlərinin müxtəlifliyini özlərinin siyasi, iqtisadi və sosial-mədəni fəaliyyətlərində əsas amil kimi dəyərləndirməli və bu prizmadan fəaliyyətlərini düzgün müəyyənləşdirməlidirlər. Öz ölkəsinin elçisi olmaq, onu ləyaqətlə təmsil etmək vətəndaşlıq borcu olmaqla yanaşı, həm də Vətən adından mənəvi öhdəlikdir.

“Sən özünü deyil, mənsub olduğun ölkəni və xalqı təmsil edirsən” devizi xaricdə yaşayan soydaşlarımızın əsas qayəsi olmalıdır. Bu, təmsil etdiyin ölkənin səndən istəyidir (tələbidir) – qarşıya nə qədər çətinliklər çıxsa da. Bunun tək asan yolu diaspor təşkilatlarında (birliklərində) daha monolit birləşməkdir.

Güclü diaspor təşkilatı həm də güclü Vətən deməkdir. Bu təşkilatlar arasında, yaxud təşkilatdaxili parçalanmalara yol açmaq Vətəni parçalamağa cəhd kimi bir şeydir.
Soydaşlarımız üzləşdikləri problem və çətiniklərə rəğmən, heç zaman tarixi Vətənlə bağ tellərini qırmamış, öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini şərəflə qoruyub saxlamışlar – hər nə qədər adda-budda sapınmalar olsa da. Sapınmalara təbii hal kimi baxsaq da, bunun qeyri-təbii formada “yetişdirildiyini” də müşahidə etmək üzücü haldır.

Sonsuz iddialar fonunda səfirin görünən “tərəfi”

Əgər, qarşıya qoyulan məqsəd və görülən işlər fərdlərə görə deyil, dövlətimiz, millətimiz adına olacaqsa, təbii ki, orada inkişaf olacaq, yox əgər, hər şey şəxsi maraqlar prizması ilə ölçüləcəksə, o zaman inkişafdan danışmaq mənasızdır – gücün birliyi olmayan yerdə Vətənə, Millətə, Dövlətə xeyir verə biləcək güclü birlik ola bilməz.

Son aylar təxminən 1 milyondan çox (mənbə: Azərbaycan diasporu, Bakı-2005) soydaşımızın yaşadığı Ukraynadakı diasporumuzla bağlı ziddiyyətli xəbərlər yayılır. Daha çox foto və videolarla müşahidə olunan bu tip xəbərlərin mahiyyəti - həqiqətlər fonunda səslənən ittihamlar ağrılıdır. Adı “müəyyənlik və qeyri-müəyyənlikdə” hallanan diaspor rəhbərlərimizin hər nə qədər öz həqiqətləri olsa belə. Biz yalnız tərəf olaraq bu həqiqətləri ya qəbul edə, ya da etməyə bilərik. Problem isə artan templə mürəkkəbləşir və gözlənilən nəticələrin ürəkaçan olmayacağı göz önündədir.

Dünyanın 5 qitəsində diaspor təşkilatımız fəaliyyət göstərir. Bunların arasında öndə olanı da, geridə qalanı da, yeni yarananı da var. Bu təşkilatların fəaliyyətini tənzimləmək, onlarla əlaqəli işləri həyata keçirmək vəzifəsi Diasporla İş üzrə Dövlət Komitəsinin üzərinə düşür. Komitə bu işləri necə görür, öhdəsindən necə gəlir, bunlar göz önündədir və bununla işimiz yox.

Ukraynada da iki böyük Azərbaycan diaspor təşkilatı (həmçinin paralel olaraq bir neçə kiçik təşkilat da) fəaliyyət göstərir: Hikmət Cavadovun sədri olduğu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Rövşən Tağıyevin rəhbərlik etdiyi Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi. Ukrayna Azərbaycanlıları Konqresinin bazasında yaranan hər iki təşkilat rəhbəri arasında münasibətlər bizim arzu etmədiyimiz səviyyədədir. Azərbaycan mətbuatında bunların hər hansı biri ilə bağlı yayılan neqativ xəbər və yazılar birinin digərinə qarşı “qara piar”ı kimi qiymətləndirilir.
Günümüzün ironiyasıdır bu: Səngər Ukraynada, döyuş Azərbaycanda gedir.
Hər iki tərəf isə öz mövqeyində haqlı olduğunu düşünür. Onların necə düşünməsindən, məsələyə hansı prizmadan yanaşmalarından asılı olmayaraq, əgər ortada tərəf varsa, birinin digərinə nisbətdə haqlı olmadığı şəksizdir. Amma etiraf edək ki, Azərbaycana xidmət naminə hər iki diaspor rəhbərinin iddiası sonsuzdur, güzəştsiz rəqabət şəraitində hərə öz intellekti səviyyəsində və məqbul bildiyi formada fəaliyyətini davam etdirir.

Fəaliyyətlərindən açıq-aydın müşahidə edirik ki, hər iki diaspor rəhbəri Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəkləyir, Azərbaycan gerçəklərinin doğru-düzgün təbliği istiqamətində sanballı layihələrə imza atmağa cəhd göstərirlər. Təbii ki, onların bu fədakarlıqları da dövlət və Cənab Prezident tərəfindən qiymətləndirilib. Həm H.Cavadov, həm də R.Tağıyev Azərbaycan diasporunun inkişafında göstərdikləri xidmətləri qarşılığında dövlət mükafatı ilə təltif olunublar.

Sonsuz iddialar fonunda səfirin görünən “tərəfi”

Dövlətin dəstək verdiyi, qəbul etdiyi diaspor təşkilatları arasında bir neçə ildir davam edən bu bərbad münasibətə elə dövlətin özü də “çəki-düzən” verməli idi. Bu, missiya dövlət adından əsasən bir nəfərin - Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin üzərinə düşür. A.Xudiyev Prezident İlham Əliyevin 06 sentyabr, 2016-cı il tarixli Sərəncamı ilə Ukraynada səfir vəzifəsinə təyin olunub. Cənab Xudiyev bundan əvvəl Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili olub, kifayət qədər təcrübəli diplomatdır. Təyinatının ilk günlərində mətbuata verdiyi açıqlamalarında da Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətinin inkişafına “bir tərəfli” deyil, “çox tərəfli” dəstək verəcəyini bildirmişdi. Hələ ki, inkişafın “bir tərəfi”ni görürük - keçmiş səfir Eynulla Mədətlinin səlahiyyət müddətində diasporlar arasında əldə olunan “atəşkəs”in pozulduğunu müşahidə edirik. Keçmiş səfir özünün düzənlədiyi tədbirlərdə hər iki diaspor rəhbərinin iştirakı təmin olunurdusa, yaxud diasporların təşkil etdiyi toplantılarda səfir, ya da səfirliyin digər əməkdaşları qatılırdısa, artıq xeyli müddətdir ki, bu “balans” pozulub.
Oralarda dəyişib hər şeyin əvvəlki halı...

Məsələnin məğzi səfirin sağında və ya solunda oturmaqdan, onun qatıldığı tədbirlərdə iştirak edib poz verməkdən getmir. Bunlar sadəcə görüntüdür, nə maddi təminata, nə də Azərbaycana xidmətin keyfiyyətinə təsir göstərmir. Vətənpərvər, millətini, dövlətini sevən diaspor təşkilatları bunu səfirsiz və təmənnasız da edə bilir.

A.Xudiyevin səfir kimi fəaliyyətinin 6 ayı arxada qalıb. Yazını hazırlayarkən cənab səfirin Ukraynadakı fəaliyyətini qısa da olsa araşdırdıq. Səfirliyin və digər mətbuat orqanların internet resurslarında səfir A.Xudiyevin bütün rəsmi görüşlərində və iştirak etdiyi tədbirlərdə yalnız və yalnız R.Tağıyevi gördük. Əlbəttə, burda qəbahətli bir şey yoxdur, amma, ancaq və lakin bu görüntülər həm də səfirin “tərəfsizlik” prinsiplərini alt-üst edir. Təkcə, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşəbbüsü ilə keçirilən Forumda və bir də Türk Şurasının Kiyev nümayəndəliyində təşkil olunan tədbirdə səfirin yanında - obyektivdə Hikmət Cavadov görünür. Hələ bu günədək (son 6 ay müddətində) iki diaspor rəhbəri və səfirin bir yerdə hansısa tədbirdə birgə iştiraklarına təsadüf etmədik.

Müşahidələr isə onu deməyə əsas verir ki, Ukraynadakı diasporlar arasında münasibətlər heç zaman indiki kimi gərgin olmayıb. Bu gərginlik və “ikili yanaşma” Azərbaycanın Ukraynadakı səfirliyini üçüncü cəbhə kimi sığortalayıb. Artıq səfir A.Xudiyev Hikmət Cavadovun rəhbərlik etdiyi təşkilatın tədbirlərində iştirak etməyərək “diasporlar arasında” seçim etmiş kimi görünür. Bu “seçimin” səbəblərinə varıb subyektiv mülahizələrlə növbəti “tərəf kimi” görünməkdən ehtiyatlanırıq. Düşünürük və həm də şübhə etmirik ki, hörmətli səfir A.Xudiyev diaspora münasibətinə yenidən baxacaq, təcrübəsindən, diplomatik bacarığından və ən nəhayət statusundan maksimum istifadə edərək gərginliyə son verəcəkdir. A.Xudiyevin elə səfir kimi missiyasının da fəlsəfəsi budur.

Sonsuz iddialar fonunda səfirin görünən “tərəfi”

Sonda Prezident İlham Əliyevin səfirliklər - diaspor münasibətləri ilə bağlı hələ 2011-ci ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının III qurultayında səsləndirdiyi ifadələrlə fikrimizi tamamlamaq istərdik. Arzu edərdik ki, ölkə başçısının hələ 6 il əvvəl səsləndirdiyi və hətta bəzi məqamlarda da incidiyi bu mənfi tendensiyanı aradan qaldırmağın vaxtı çoxdan çatıb, bəlkə də 6 aydır gecikirik. Prezident xüsusən də səfirlərə üzünü tutub demişdi: “Səfirliklərlə diaspor təşkilatları arasındakı əməkdaşlıq daha da güclü, daha da məqsədyönlü olmalıdır. Mən çox dərinə getmək istəməzdim, amma bəzi hallarda səfirliklərlə diaspor təşkilatları arasında olan ziddiyyətlər məni çox incidir. Biz buna yol verməməliyik. Səfirlik Azərbaycan dövlətinin bir parçasıdır, Azərbaycan dövlətinin rəsmi nümayəndəliyidir, Azərbaycan dövlətinin xarici ölkələrdə simvoludur. Biz elə etməliyik ki, səfirliklərlə diaspor təşkilatları arasında daim mehriban münasibətlər olsun. Əgər, hər hansı bir problem, anlaşılmazlıq, yaxud da ki, narazılıq varsa, o, dərhal öz həllini tapmalıdır”.

Narazılıqlar və narahatçılıqların qısa zamanda aradan qaldırılacağı ümidi ilə...








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nərgiz Muxtarovaya hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 18:11
Komediyadan KRİMİNALA DOĞRU: - Dünya kinosundan “kopya”, yoxsa?
Bu gün, 17:40
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
Bu gün, 17:37
Hər 5 nəfərdən birində xərçəng tapılacaq: - Onkoloq SOS deyir
Bu gün, 17:35
Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... - BAKIDA QOÇU PEYDA OLUB...
Bu gün, 17:24
Bakıda ər arvadını güllələyərək öldürdü - TƏFƏRRÜAT
Bu gün, 17:15
Paşinyanın “demokratiya” modeli: - Ermənistanda avtoritar idarəçilik və Qərbin ikili standartı
Bu gün, 17:10
Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: - Bakı nefti uğrunda gizli savaş...
Bu gün, 17:08
Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... – Cənubi Qafqazda yeni dövr
Bu gün, 17:02
Bakıda rusca filmlər kinoteatrları başına aldı - "...bu, qətiyyən doğru deyil"
Bu gün, 17:01
Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub - SİYAHI
Bu gün, 16:56
Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib - RƏSMİ
Bu gün, 16:53
Ruslan Abdullayev müşavir təyin olundu - ƏMR
Bu gün, 16:49
Vətəndaşları dolandıranlara HÖKM OXUNDU
Bu gün, 16:47
Süni intellekt üçün internet “Bakcell”dən - DİQQƏT
Bu gün, 16:45
"Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" – Rus dili qalmaqalı böyüyür
Bu gün, 16:42
Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” - TƏFƏRRÜAT
Bu gün, 16:38
Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb – Özü açıqladı
Bu gün, 16:35
Yeni həkimlərin hamısı niyə qadındır? – Müzakirələrə səbəb olan paylaşım
Bu gün, 15:59
Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 15:52
AZAL sərnişin daşımalarını 5% artırıb - FOTO
Bu gün, 15:47
Şirqulaminin QUYRUĞU... - Sərt olub neyniyəcəklər...
Bu gün, 15:43
Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... - ƏGƏR VARSA...
Bu gün, 15:38
İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: - Hüquqlarımın bərpasını istəyirəm
Bu gün, 13:26
SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Bu gün, 13:22
Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi - "İlin sonuna qədər..."
Bu gün, 13:18
"Atamın aldığı oyuncaqları hələ də saxlayıram" - Hacıbaba Bağırovun qızı 22 yaşında
Bu gün, 13:07
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
Bu gün, 13:03
Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır - KİV
Bu gün, 12:53
“Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? - Ortada xeyli sual var...
Bu gün, 12:39
Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... - Naxçıvanın MƏZƏLİ GÜNLƏRİ...
Bu gün, 12:36
Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır
Bu gün, 12:08
"Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" - ŞƏRH
Bu gün, 12:06
İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? - AKTUAL
Bu gün, 12:05
Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 12:02
Pezeşkiyandan ermənicə təşəkkürnamə - FOTO
Bu gün, 11:56
Qusarda alternativ su mənbəyi tikilir – Layihənin dəyəri 3.2 milyon manat
Bu gün, 11:52
Trampın geosiyasi auditi və: - NATO-nun yeni reallığı
Bu gün, 11:49
“Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi - VİDEO
Bu gün, 11:41
"Söyüş və qarğış silməkdən yorulmuşam" - İlkin Misgərli autizmli uşaqla görüşəcək
Bu gün, 11:36
Elm və Təhsil Nazirliyi bu şirkətə daha 1,8 milyon manat ödəyəcək
Bu gün, 11:33
"Ezamiyyə xərclərimiz hələ də ödənilməyib..." - NARAZILIQ VAR...
Bu gün, 11:24
Türkiyəli sürücülər Naxçıvandan olan sərnişini ÖLÜMÜNƏ DÖYDÜLƏR - BU NƏDİ BELƏ?
Bu gün, 11:18
ABŞ-nin zərbələri nəticəsində iki gün ərzində İranda 14 nəfər ölüb, 78 nəfər yaralanıb
Bu gün, 11:05
Gənc xanıma yüksək vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Elşad Xosedən polisə şikayət olundu - TƏFƏRRÜAT
Bu gün, 10:57
NATO qırıcılarına bu regionda hərbi hədəfləri məhv etməyə icazə verilib - "Reuters"
Bu gün, 10:51
Başçı ilə idarə müdiri yola getmir... - belə deyirlər...
Bu gün, 10:41
BU BİNA ELƏ BİL BOŞDUR: Rayonun nə yiyəsi var, nə də nəzarət edəni... - ÖZBAŞINALIQ...
Bu gün, 10:31
Moskva indi ayılıb: İrəvan Hitlerin planlarını dəstəkləyir - Zaxarova deyir ki...
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru