Nərgiz Muxtarovaya hökm oxundu .....                     Komediyadan KRİMİNALA DOĞRU: .....                     “İrəvan Moskvadan qopa bilməz” .....                     Hər 5 nəfərdən birində xərçəng tapılacaq: .....                     Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... .....                     Bakıda ər arvadını güllələyərək öldürdü .....                     Paşinyanın “demokratiya” modeli: .....                     Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: .....                     Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... .....                     Bakıda rusca filmlər kinoteatrları başına aldı .....                     Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub .....                     Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib .....                     Ruslan Abdullayev müşavir təyin olundu .....                     Vətəndaşları dolandıranlara .....                     Süni intellekt üçün internet “Bakcell”dən .....                     "Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" .....                     Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” .....                     Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb .....                     Yeni həkimlərin hamısı niyə qadındır? .....                     Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? .....                     AZAL sərnişin daşımalarını 5% artırıb .....                     Şirqulaminin QUYRUĞU... .....                     Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... .....                     İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: .....                     SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb .....                     Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi .....                     "Atamın aldığı oyuncaqları hələ də saxlayıram" .....                     “Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı .....                     Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır .....                     “Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? .....                     Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... .....                     Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır .....                     "Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" .....                     İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? .....                     Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb .....                     Pezeşkiyandan ermənicə təşəkkürnamə .....                     Qusarda alternativ su mənbəyi tikilir .....                     Trampın geosiyasi auditi və: .....                     “Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi .....                     "Söyüş və qarğış silməkdən yorulmuşam" .....                 

“Azərtoxum” sahibkarlardan və dövlətdən nəyi gizlədir? – ARAŞDIRMA
Tarix: 12-01-2017, 09:43 | Çap et
“Azərtoxum” sahibkarlardan və dövlətdən nəyi gizlədir?
Yanvarın 9-da Qafqaznews.az-da sahibkar Arif Süleymanovun “Azərtoxum” MMC-nin ünvanına səsləndirdiyi ittihamlar araşdırılmışdı. Belə ki, A.Süleymanovun sözlərinə görə, “Azərtoxum”la arasında olan müqavilə əsasında, onun icarəyə götürdüyü 200 ha torpaq sahəsinin 69 hektarlıq hissəsində qarğıdalı əkilib, lakin keyfiyyətsiz toxumlar ucbatından 43 min manat xərc çəkən sahibkar cəmi 3 min manatlıq məhsul götürə bilib.

A.Süleymanov qeyd edib ki, “Azərtoxum” nümayəndələri 100 ton qarğıdalını özləri aparıblar, ona isə 11 ton 700 kiloqram zay məhsul çatıb. Onun ittiham etdiyi şəxslər Məzahir Qasımov və Zeynal Əliyev isə bildirmişdilər ki, günah A.Süleymanovun özündə olub. Məzahir Qasımovla yanvarın 9-da olan telefon söhbətini oxucuların diqqətinə çatdırırıq: “Özümüzü təqdim etdiyimizdə Məzahir Qasımov qəfildən coşaraq, “nə istəyirsiz yazın” deyə bağırmağa başladı.

“Məzahir müəllim, mən hələ sual verməmişəm axı… “Azərtoxum” 2016-cı ili necə başa vurub?”, – deyə soruşduq. “Çox yaxşı, çox yüksək reproduksiya ilə başa vurmuşuq”, – deyə M.Qasımov bildirdi. “Arif Süleymanov adlı sahibkar isə bildirir ki, onun torpaq sahəsində keyfiyyətsiz toxumlar əkərək, ziyana salmısınız. O deyir ki, 43 min manat o xərcləyib, “Azərtoxum” isə 45 min…”, – deyə məlumat vermək istərkən, Məzahir Qasımov sözümüzü kəsdi.

“Kimdir Arif? Gedin işinizlə məşğul olun, siz müstəntiqsiniz? Məni şantaj etdiyinizə görə cavab verməli olacaqsınız”- deyə M.Qasımov bağırdı. “Biz sizi şantaj edib nə dedik, nə istədik? Sadəcə, öyrənmək istəyirik, bəlkə, Arif Süleymanov sizə böhtan atır?”, – deyə izah elədik. “Arif Süleymanova görə, bizə 70 min ziyan dəyib”, “Belə çıxır ki, “Azərtoxum” ora 45 min yox, 70 min manat xərcləyib?”, – deyə maraqlandıq. “Ayə, qurtarın qardaş” deyən” Məzahir Qasımov əsəbiləşməyə başladı. Biz “oldu” deyib dəstəyi asmağa hazırlaşarkən, hömsöhbətimiz “gedin s…”deyə bizə söyüş söyərək dəstəyi asdı.

Təxminən, yarım saat sonra, Məzahir Qasımov daha təmkinli səs tonuyla bizə zəng etdi və bildirdi ki, Arif Süleymanov onlara yararsız torpaqları “sırıyıb”, əkinə inandırıb. “Bəs əkindən əvvəl sizin mütəxəssizləriniz olmamışdı orda?” – deyə soruşduq. “Olmuşdu. Mütəxəssislər şübhəli yanaşdı. Gəncədəki laboratoriyamız da işləmirdi. Nə isə… Gəlin, burda danışıb aydınlaşdıraq”, – deyə Məzahir Qasımov bildirdi. “Məzahir müəllim, o “nə isə” bizə maraqlı gəldi. Əgər o torpaqlar “şübhəli” idisə, niyə toxum səpdiniz?” – deyə soruşduq. Elə bu anda hömsöhbətimiz yenidən əsəbiləşdi: “Gedin işinizlə məşğul olun… Mən sənə deyirəm ay kişi, başlamısan müstəntiq kimi suallar verməyə”. Məzahir Qasımovdan daha yeni söyüşlər eşitməmək üçün, sağollaşıb dəstəyi asdıq. Xatırladaq ki, Z.Əliyev özünün “Azərtoxum”a aidiyyatı olmadığını, amma rəhbərlik etdiyi “Azəryem” vasitəsilə İsveçrədən “Pioneer” toxumları gətirdiyini demişdi.

Yanvarın 10-da A.Süleymanov M.Qasımov və Z.Əliyevin sözlərini belə şərh etdi: “Məzahir müəllimin mənə görə şirkətə 70 min manat ziyana düşməsi barədə fikrinə münasibət bildirirəm ki, şirkətin mühasibatlığının mənə təqdim etdiyi xərc cədvəlinə görə şirkət 69 ha sahəyə 45984.98 manat xərcləyib, əvəzində isə 100 ton məhsul götürüb. Yəqin ki, mənim ona təqdim etdiyim 200 ha sahənin sənədindən də bəhrələnməmiş olmaz. Artıq şübhə yaranır ki, öz sənədləşdirmələrində bəzi rəqəmləri çox şişirdiblər. Bu da onların mənə təqdim edikləri xərc cədvəlindəki xərcin çox hissəsinin ödənilməsidir.

Görəsən, “bizə 70 min zərər dəyib” deyəndə Məzahir Qasımov nəyi nəzərdə tutur? Bəlkə, öz rəhbərliyini aldatmaq istəyir? Zeynal müəllimə isə demək istəyirəm ki, mən onun işçilərinin əməlləri barədə ona həqiqəti dediyimə görəmi mənim əməllərimi dələduzluq adlandırır? Zeynal müəllim isə deyir ki, guya məni yanından qovub. Halbuki, mənimlə görüşündə məsələnin həlli üçün kömək edəcəyini vəd etmişdi. Belə çıxır ki, sahibkarları və dövləti aldadaraq, istədiklərini edə bilərlər?

Təkcə mənim tarlamda onlar toxumdan 23 min manat “qənaət” ediblər. Bu “qənaət” şirkətin hesabına gedir, yoxsa, onların şəxsi cibinə? Mənim kimi xeyli sahibkar var ki, “Azərtoxum” toxumların və xərclərin qiymətini hesablayarkən, maxinasiyalara əl atır, yazılı zəmanət vermir, qanuna zidd gedərək, toxumla bağlı müqavilə bağlamırlar. Onlar “xeyrinə şərik” olacaqları müqavilə bağlayır, onu da pozurlar. Digər tərəfdən, mən toxumun sertifikatını istədikdə təqdim etmədilər. Bir çox sahibkara sertifikatı göstərmirlər. Məzahir Qasımovun dediyi “1 hektardan 10 ton məhsula zəmanət verirəm” sözləri isə ancaq boş sözlərdir. Çünki o, öz sözünə sahib çıxa bilmir. Mən “Azərtoxum”un rəhbərliyinə də öz hüquqlarını yadlarına salaraq xatırlatmaq istərdim ki, onlara keyfiyyətsiz toxum satan şirkəti məhkəməyə verməklə hər iki tərəfə dəymiş ziyanı ödətmək olar. Ancaq maraqlı tərəf ondadır ki, onların toxumu hansı şirkətdən aldıqları deyəsən yadlarından çıxıb. Belə ki, Məzahir müəllimin bizə “ABŞ istehsalıdır” dediyi toxum kisələrinin üzərinə “Adana, Turkey” yazılan və 2014-cü ilə aid olduğu göstərilən “nakleyka” yapışdırılıb. Bu videoda da görsənir.

Zeynal müəllim isə,həmin toxumların İsveçdən onun tərəfindən gətirildiyini deyir. Məndə olan məlumatlara görə, isə 2015 və 2016-cı illər ərzində Azərbaycan gömrük məntəqələrindən “Azərtoxum” şirkətinə qarğıdalı toxumu daxil olmayıb. Maraqlı cəhətlərdən biri də odur ki, biz ilk işə başlayanda Məzahir Qasımov Azil adlı aqronomu şirkətin mütəxəssisi kimi təqdim etmişdi. Lakin sonrakı danışıqlarında nə Məzahir müəllim, nə də Zeynal müəllim onu mütəxəssis kimi qəbul etməyərək, “O nə vaxtın mütəxəssisidir” deyirlər”.

A.Süleymanov qeyd etdi ki, bazar iqtisadiyyatı olan bütün ölkələrdə hansısa şirkətdən toxumu alıb sahibkarlara satan şirkətlər şikayətləri qeydə alır, “birinci əl” olan şirkətə təqdim edir və izahat tələb edirlər: “Lakin “Azərtoxum”un sahibkarlara “sırıdığı” toxumlar o qədər əldən keçir ki, özləri də bilmir ki, keyfiyyətsiz toxuma görə, kim məsuliyyət daşıyır. Ya da bilirlər, sadəcə məsuliyyət daşımaq onlara sərf eləmir. Dövlət başçısı toxum gətirilməsi üçün 2008-ci ildə 33 milyon manat, keçən il isə 12 milyon manat vəsait ayırıb. Əgər bu vəsaitin necə xərclənməsiylə bağlı araşdırma başlansa, çox faktlar üzə çıxacaq”.

Biz yenidən Zeynal Əliyevlə əlaqə saxladıq. Bu dəfə Z.Əliyev toxumların nə “Azərtoxum”, nə də “Azəryem” tərəfindən gətirilmədiyini bildirdi. “Toxumları mən özüm gətirirəm. Keçən il 100 vaqon toxum gətirmişəm”, – deyə Z.Əliyev bildirdi. “Siz, yəni, fərdi olaraq, yoxsa, hansısa təşkilat və ya şirkət?” – deyə dəqiqləşdirmək istədik. “Kənd Təsərrüfatı Nazirliyinin Toxumçuluq İdarəsi var… Onların xətti ilə gətirdirəm. Toxumu müxtəlif şirkətlərə, sahibkarlara, o cümlədən “Azərtoxum”a verirəm”, – deyə Z.Əliyev cavab verdi.

Biz ondan sahibkarlara sertifikat göstərilib-göstərilmədiyini soruşduq, belə cavab aldıq: “Yox, göstərilmir, çünki buna ehtiyac yoxdur”. Arif müəllim istəyir, zavodda sertifikatın kopyasını götürüb baxsın”. O vurğuladı ki, “Azərtoxum”la heç bir əlaqəsi yoxdur: “Əgər sahibkarın “Azərtoxum”la problemi varsa, gedib zavodda məsələni ayırd etsinlər. Mən də dost kimi çalışaram ki, bu məsələ həllini tapsın. Tapmasa, hüquq mühafizə orqanları var, məhkəmə var”.

Zeynal Əliyev özünü nə qədər “kənar şəxs” kimi qələmə versə də, bir müddət sonra əməkdaşımıza zəng edən Məzahir Qasımov tamam başqa şey dedi. “Dünəndən mənim müdirimə zəng edirsiniz… Bəli, Zeynal müəllimi deyirəm… Qardaş, mən yaxşı kişiyəm, sən də yaxşı oğlana oxşayırsan, gəl dost olaq”, – deyə M.Qasımov bildirdi.

Bu söhbətin davamı ilə oxucuları yormaq istəmirik… Araşdırmamız davam edir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nərgiz Muxtarovaya hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 18:11
Komediyadan KRİMİNALA DOĞRU: - Dünya kinosundan “kopya”, yoxsa?
Bu gün, 17:40
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
Bu gün, 17:37
Hər 5 nəfərdən birində xərçəng tapılacaq: - Onkoloq SOS deyir
Bu gün, 17:35
Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... - BAKIDA QOÇU PEYDA OLUB...
Bu gün, 17:24
Bakıda ər arvadını güllələyərək öldürdü - TƏFƏRRÜAT
Bu gün, 17:15
Paşinyanın “demokratiya” modeli: - Ermənistanda avtoritar idarəçilik və Qərbin ikili standartı
Bu gün, 17:10
Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: - Bakı nefti uğrunda gizli savaş...
Bu gün, 17:08
Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... – Cənubi Qafqazda yeni dövr
Bu gün, 17:02
Bakıda rusca filmlər kinoteatrları başına aldı - "...bu, qətiyyən doğru deyil"
Bu gün, 17:01
Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub - SİYAHI
Bu gün, 16:56
Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib - RƏSMİ
Bu gün, 16:53
Ruslan Abdullayev müşavir təyin olundu - ƏMR
Bu gün, 16:49
Vətəndaşları dolandıranlara HÖKM OXUNDU
Bu gün, 16:47
Süni intellekt üçün internet “Bakcell”dən - DİQQƏT
Bu gün, 16:45
"Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" – Rus dili qalmaqalı böyüyür
Bu gün, 16:42
Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” - TƏFƏRRÜAT
Bu gün, 16:38
Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb – Özü açıqladı
Bu gün, 16:35
Yeni həkimlərin hamısı niyə qadındır? – Müzakirələrə səbəb olan paylaşım
Bu gün, 15:59
Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 15:52
AZAL sərnişin daşımalarını 5% artırıb - FOTO
Bu gün, 15:47
Şirqulaminin QUYRUĞU... - Sərt olub neyniyəcəklər...
Bu gün, 15:43
Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... - ƏGƏR VARSA...
Bu gün, 15:38
İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: - Hüquqlarımın bərpasını istəyirəm
Bu gün, 13:26
SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Bu gün, 13:22
Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi - "İlin sonuna qədər..."
Bu gün, 13:18
"Atamın aldığı oyuncaqları hələ də saxlayıram" - Hacıbaba Bağırovun qızı 22 yaşında
Bu gün, 13:07
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
Bu gün, 13:03
Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır - KİV
Bu gün, 12:53
“Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? - Ortada xeyli sual var...
Bu gün, 12:39
Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... - Naxçıvanın MƏZƏLİ GÜNLƏRİ...
Bu gün, 12:36
Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır
Bu gün, 12:08
"Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" - ŞƏRH
Bu gün, 12:06
İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? - AKTUAL
Bu gün, 12:05
Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 12:02
Pezeşkiyandan ermənicə təşəkkürnamə - FOTO
Bu gün, 11:56
Qusarda alternativ su mənbəyi tikilir – Layihənin dəyəri 3.2 milyon manat
Bu gün, 11:52
Trampın geosiyasi auditi və: - NATO-nun yeni reallığı
Bu gün, 11:49
“Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi - VİDEO
Bu gün, 11:41
"Söyüş və qarğış silməkdən yorulmuşam" - İlkin Misgərli autizmli uşaqla görüşəcək
Bu gün, 11:36
Elm və Təhsil Nazirliyi bu şirkətə daha 1,8 milyon manat ödəyəcək
Bu gün, 11:33
"Ezamiyyə xərclərimiz hələ də ödənilməyib..." - NARAZILIQ VAR...
Bu gün, 11:24
Türkiyəli sürücülər Naxçıvandan olan sərnişini ÖLÜMÜNƏ DÖYDÜLƏR - BU NƏDİ BELƏ?
Bu gün, 11:18
ABŞ-nin zərbələri nəticəsində iki gün ərzində İranda 14 nəfər ölüb, 78 nəfər yaralanıb
Bu gün, 11:05
Gənc xanıma yüksək vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Elşad Xosedən polisə şikayət olundu - TƏFƏRRÜAT
Bu gün, 10:57
NATO qırıcılarına bu regionda hərbi hədəfləri məhv etməyə icazə verilib - "Reuters"
Bu gün, 10:51
Başçı ilə idarə müdiri yola getmir... - belə deyirlər...
Bu gün, 10:41
BU BİNA ELƏ BİL BOŞDUR: Rayonun nə yiyəsi var, nə də nəzarət edəni... - ÖZBAŞINALIQ...
Bu gün, 10:31
Moskva indi ayılıb: İrəvan Hitlerin planlarını dəstəkləyir - Zaxarova deyir ki...
Bu gün, 10:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru