Yeni həkimlərin hamısı niyə qadındır? .....                     Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? .....                     AZAL sərnişin daşımalarını 5% artırıb .....                     Şirqulaminin QUYRUĞU... .....                     Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... .....                     İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: .....                     SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb .....                     Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi .....                     "Atamın aldığı oyuncaqları hələ də saxlayıram" .....                     “Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı .....                     Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır .....                     “Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? .....                     Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... .....                     Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır .....                     "Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" .....                     İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? .....                     Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb .....                     Pezeşkiyandan ermənicə təşəkkürnamə .....                     Qusarda alternativ su mənbəyi tikilir .....                     Trampın geosiyasi auditi və: .....                     “Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi .....                     "Söyüş və qarğış silməkdən yorulmuşam" .....                     Elm və Təhsil Nazirliyi bu şirkətə daha 1,8 milyon manat ödəyəcək .....                     "Ezamiyyə xərclərimiz hələ də ödənilməyib..." .....                     Türkiyəli sürücülər Naxçıvandan olan sərnişini ÖLÜMÜNƏ DÖYDÜLƏR .....                     ABŞ-nin zərbələri nəticəsində iki gün ərzində .....                     Gənc xanıma yüksək vəzifə verildi .....                     Elşad Xosedən polisə şikayət olundu .....                     NATO qırıcılarına bu regionda hərbi hədəfləri məhv etməyə icazə verilib .....                     Başçı ilə idarə müdiri yola getmir... .....                     BU BİNA ELƏ BİL BOŞDUR: Rayonun nə yiyəsi var, nə də nəzarət edəni... .....                     Moskva indi ayılıb: İrəvan Hitlerin planlarını dəstəkləyir .....                     Ermənilər Sinirlioğlunun istefasını tələb edir .....                     İran hakimiyyəti Xameneyi ilə vida mərasimində Ərdoğan və Əliyevin şəxsən iştirakını gözləyirmiş... .....                     Arvadına mesaj yazan qonşusunu öldürən şəxslə bağlı .....                     AZAL Özbəkistan sərnişinləri üçün onlayn ödəniş imkanlarını genişləndirir .....                     Rusiyanın Ermənistandan bir tələbi var: TRIPP-dən imtina etmək .....                     Tikinti şirkətinin Müşahidə Şurasının sədri və üzvləri seçiləcək .....                     Azərbaycanda 16 yaşdan kiçiklər üçün sosial medianın qadağan edilməsinin mənfi tərəfləri .....                     Azərbaycan neftinin qiyməti 82 dolları keçib .....                 

Heydər Əsədov bu sahəyə əı gəzdirməlidir - İTTİHAM VAR
Tarix: 16-11-2016, 10:30 | Çap et
Heydər Əsədov bu sahəyə əı gəzdirməlidir
Keçən günlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər İdris oğlu Süleymanov barəsində bir neçə materiallar dərc etmişik. "Baytarlıq bataqlığında Azər Süleymanov kabusu: qadını udub, naziri aldadan məmur”başlıqlı son yazımızdakı faktlar da göstərir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Dövlət Baytarlıq Nəzarəti Xidmətində korrupsiya, tender maxinasiyaları adi hal almışdır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda göstərilir ki, 2015-ci ilin sentyabr-oktyabr aylarında Dövlət Baytarlıq Nəzarəti Xidmətində keçirilən tenderdə "MEQAVET” keçirilən pulun 33 faizinin onlara qaytarılması müqabilində sövdələşməyə görə qalib oldu. Nəticədə isə bu "sövdələşmə” heyvan sahiblərinə ciddi iqtisadi zərər vurdu. Dövlət büdcəsi hesabına "MEQAVET”- dən 2,5 mln manata alınmış dabaq xəstəliyi əleyhinə vaksin yerli baytarların məlumatına əsaslanaraq heyvanlara fevral ayında vurulmuşdur. Təlimata görə bu vaksin heyvanları altı ay xəstəlikdən qorumalı idi. Lakin Türkiyə və İranda dabaq xəstəliyinin qeydə alınmış yeni ştamm serotipinin yayılması nəzərə alınmadığından və ucuz alınmış peyvənd vasitəsi keyfiyyətsiz olduğu üçün heyvanlar arasında immunitet yaratmamış və nəticədə Azərbaycanda may ayında heyvanlar dabaq xəstəliyinə yoluxmuşdur. Mənbənin cumhuriyyet.az-a verdiyi məlumata əsasən hələ 2015-ci ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İran və Türkiyədə dabaq xəstəliyinin yeni ştamm serotipinin yayıldığı barədə Zaqafqaziya ölkələrinə, o cümlədən Azərbaycana qabaqcadan xəbərdarlıq məktubu göndərərək heyvanların planlı peyvəndləməsində dabağın Рђ / IRN / 2005, Рђ / TUR / 2006, Рђ / TUR / 2011, Рђ / TUR / 2 014 ştammın serotiplərindən imtina edərək, vaksinin (A / IRN / 12/2015, A / IRN / 8/2015) və (A / Ван / TUR / 203/2015) ştamm serotiplərinin alınaraq heyvanlara vurulması tövsiyə edilmişdir. Lakin ölkəmizin xaricdən keçə biləcək heyvan xəstəliklərdən qorunmasına bir başa məsul olan şəxslər FAO-nun 2015-ci ildə Azərbaycana etdiyi xəbərdarlığa məhəl qoymamış, ölkəmizi bu xəstəlikdən qorumaq üçün qonşu ölkədə epizootiyaya səbəb olmuş ştammdan olan peyvənd vasitəsi alınmamışdır. Əvəzində isə "MEQAVET”dən daha ucuz, FAO–nun tövsiyəsində qeyd edilənlərin əksinə olan vaksin alınmışdır. Bu da Respublikanın heyvandarlığını dabaq xəstəliyindən qorumamış və xəstəliyin alovlanmasına, hətta Bərdədə, Qubada və respublikanın digər rayonlarında heyvanların tələf olması ilə nəticələnmişdir. Azər Süleymanov xəstəliyi ört-basdır etmək istəsə də Qubada 19 iyun ANS kanalında, Bərdədə 25 iyunda Lider TV-də, və 27 iyunda –də ATV-də və 01- 02 iyulda Qanunxeber.az-da dabaq xəsəliyinin kütləvi hal alması barədə gedən sujetlərdə bu bir daha öz təsdiqini tapır. Sahibkarların sujetlərdə ürəkağrısı ilə verdiyi məlumata görə onlara xəstəliklər nəticəsində külli miqdar maddi zərər dəymişdir. Bu da "MEQAVET”dən ucuz alınmış vaksinin ölkəmiz üçün yaramadığını göstərir. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi əvəzi Azər Süleymanov FAO kimi möhtəbər təşkilatın xəbərdarlığına məhəl qoymadığından bu virus tipli yoluxucu xəstəliyin ölkəmizdə yayılmasına şərait yarandığı və bununla ölkədə ərzaq təhlükəsizliyini, heyvan mənşəli məhsulların beynəlxalq ticarətini və ölkə daxilində istehsalını təhlükə altına qoyduğuna, habelə vətəndaşlara vurulan zərərə görə məsuliyyət daşıyır. Lakin cənab Heydər Əsədovun şəxsi maraqları dövlətin maraqlarından üstün tutan, nəticədə yoluxucu xəstəliklərin yayılmasına şərait, habelə bu istiqamətdə iqtisadi və epidemioloji gərginlik yaradan A. Süleymanovun hələ də başının "sığallaması” başadüşülən deyil. Eyni zamanda, ölkəmizə yararlıq vaxtı keçməsinə az qalan dərman preparatları alınıb gətirililməsi faktları da mövcuddur. Bununla bağlı cumhuriyyet.az olaraq əldə etdiyimiz məlumatlara görə, Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bu ilin aprel ayında bölgü əsasında baytarlıq idarələrinə paylanan РђРњРћРљРЎР?ЛАЙФ-LA preparatının yararlq müddəti 2016-cı ilin iyun ayında bitmişdir. Odur ki, Azər Süleymanovdan baytarlıq idarələrinə həmin preparatın təcili silinməsi üçün saxta sənəd tərtib edilməsinə göstəriş verilib. Bundan başqa, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin tabeliyində olan Respublika Baytarlıq Laboratoriyası Azərbaycan Hökuməti və ABŞ Müdafiə Departamenti arasında bağlanmış Təhlükənin Azaldılması Proqramı (DETRA) çərçivəsində Beynəlxalq Standartların 17025 Tələblərinə cavab verən, Bio Təhlükəsizlik Səviyyəsi (BSL) 2 istiqamətində yenidənqurma işləri aparılaraq 2014-cü ildə Azərbaycan tərəfinə təhvil verilmişdir. Ancaq bu sahədə düzgün olmayan siyasət nəticəsində təhvil-təslimdən 2 ay sonra yenidən qurulmuş laboratoriya tamamilə söküldü. Bütün qiymətli elektron avadanlıqlar, aparat və cihazlar kənara daşınaraq qeyri-münasib ambarlara yığıldı. Dəyəri yüz minlərlə ölçülən diaqnostikumlar vaxtından əvvəl keyfiyyətini itirdi. Əvəzində beynəlxalq tələblərə cavab verməyən laboratoriya quraşdırıldı. Kənd Təsərrüfatı Nazirliyindən baytarlıq sisteminə daha bir zərbə lüzumsuz aparılan tikintilərə dövlət vəsaitinin israf edilməsi olmuşdur. Belə ki, Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutu Bakı şəhəri Böyük-Şor ünvanında elmi təcrübələr aparmaq üçün laboratoriyaları, təcrübə heyvanları və s. şəraiti olan binada fəaliyyət göstərirdi. Daxili mənbələrdən cumhuriyyet.az-a daxil olan məlumatlarda göstərilir ki, institutun əməkdaşlarının etirazına baxmayaraq Binəqədi rayonunda yeni inşa edilmış, təcrübə heyvanlarının saxlanması üçün vivarium, ümumiyyətlə elmi təcrübələrin aparılmasına şərait və heç cür imkanı olmayan binaya köçürüldü, beləliklə bu köçürülmə nəticəsində baytarlıq elmi "dünyasını dəyişdi”, İnstitutun əməkdaşları isə elmi işçidən dönüb "məmur” oldular. Məlumatlı olan mənbənin ötürdüyü informasiyaya görə Kənd Təsərrüfatı Nazirliyinin qanunsuz tələbi ilə şəhər və rayonların baytarlıq idarələrinin tabeliyində olan sahə baytarlıq məntəqələrinin və bazarlarda olan akkreditatsiyadan keçməyən baytarlıq sanitariya-ekspertiza laboratoriyalarının işçiləri ərazisində fəaliyyət göstərən ət satışı mağaza, köşklərindən, sadlıq evlərindən, qanunsuz küçə ticarətindən, küçələrdə, yol kənarlarında və digər müəyyən olunmamış yerlərdə kəsilən heyvanlara görə pul toplamasına məcbur edilir. Qeyd: bu günlərdə bu işə məcbur edilən baytar həkimlərdən biri (Ə.) Bakı şəhəri Yasamal rayonu ərazisində polis işçiləri tərəfindən artıq yaxalanmışdır red. Rayon, şəhər baytarlıq idarələrinin rəisləri hər ay toplanan pulun 50 faizini rüşvət şəkilində nəğdi Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanova verirlər. (Baş prokuror yanında Korrupsiya ilə Mübarizə Baş Idarəsinin nəzərinə)! Bununlada, Azər Süleymanov Xidməti öz şəxsi "KARUSEL” Restoranı kimi idarə edir. Baytarlıq sistemində olan peşəkar kadrlara "torba” tikərək işdən uzaqlaşdırmış, onların yerinə isə tələbə yoldaşları və yaxınları- Oktay Şirvan baytarlıq idarəsinin rəisi, Tahir Apşeron rayon Baytarlıq idarəsinin rəisi, Mübarizi şöbə müdiri, dayısı oğlu Elşadı RBL-da direktor müavini, Aydını sektor müdiri, Oktay- Göygöl rayon baytarlıq idarəsinin rəisi təyin etmiş və beləliklə, tələbə yoldaşları və qohumlar "dəstəsi”nin vəzifələrə təyinatları davam edir. Bu dövlət qurumunda qanunsuzluqlar o qədər iri addımlarla irəlləyir ki, ədalət axtaranlar onun dalınca ayaqlaşa bilmirlər. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin cari ilin 11 iyunda keçirdiyi Kollegiya iclasında Azər Süleymanovun əvvəlcədən cızdığı konturlar üzərində hazırlanan plan əsasında Bakı Şəhər Baytarlıq İdarəsinin tabeliyində olan sahə baytarlıq məntəqə və baytarlıq–sanitariya ekspertiza laboratoriyalarının müdirlərinin analoqu olmayan üsulla- püşkatma yolu ilə vəzifə yerlərinin dəyidirilməsi barədə qanuna zidd qərar çıxarılmışdır. Misal olaraq bu püşkatma dəyişirikliklərinə əsasən Qaradağ rayonunun baytarlıq məntəqəsinin müdiri (baytar həkimi ) daima yaşadığı və işlədiyi Qaradağdan gündəlik Pirallahı rayonuna getməli, malqaraya ilk yardım göstərməlidir? Yerləri dəyişdirilən digər mütəxəssislər də həmçinin. Hansı ki, məntəqələrin nə maşını var, nədə ki, tələb olunan şəraiti. Ancaq çox təəccüblüdür ki, nazir Heydər Əsədov Azər Süleymanovun bu qanunsuz planını reallaşdırdı. Hecə olur ki, qanunsuz aparılan küçə ticarətindən "az pul” yığan baytarların məsələsi Nazirliyin Kollegiya iclasında müzakirəyə çıxarılır, ədalətsiz, qanundankənar qərarlar qəbul edilir, lakin bu rüşvət yığımına göstəriş verən Azər Süleymanovun "gözünün üstündə qaşın var”, deyən yoxdur. Qanunsuz qərarlar qəbul edilməsi adıçəkilən Nazirliyin digər qəbul etdiyi qərarlarının da qanunliyini şübhə altına ala bilər?








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeni həkimlərin hamısı niyə qadındır? – Müzakirələrə səbəb olan paylaşım
Bu gün, 15:59
Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? – Sensasion iddiaya cavab gəldi
Bu gün, 15:52
AZAL sərnişin daşımalarını 5% artırıb - FOTO
Bu gün, 15:47
Şirqulaminin QUYRUĞU... - Sərt olub neyniyəcəklər...
Bu gün, 15:43
Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... - ƏGƏR VARSA...
Bu gün, 15:38
İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: - Hüquqlarımın bərpasını istəyirəm
Bu gün, 13:26
SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Bu gün, 13:22
Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi - "İlin sonuna qədər..."
Bu gün, 13:18
"Atamın aldığı oyuncaqları hələ də saxlayıram" - Hacıbaba Bağırovun qızı 22 yaşında
Bu gün, 13:07
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
Bu gün, 13:03
Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır - KİV
Bu gün, 12:53
“Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? - Ortada xeyli sual var...
Bu gün, 12:39
Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... - Naxçıvanın MƏZƏLİ GÜNLƏRİ...
Bu gün, 12:36
Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır
Bu gün, 12:08
"Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" - ŞƏRH
Bu gün, 12:06
İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? - AKTUAL
Bu gün, 12:05
Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 12:02
Pezeşkiyandan ermənicə təşəkkürnamə - FOTO
Bu gün, 11:56
Qusarda alternativ su mənbəyi tikilir – Layihənin dəyəri 3.2 milyon manat
Bu gün, 11:52
Trampın geosiyasi auditi və: - NATO-nun yeni reallığı
Bu gün, 11:49
“Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi - VİDEO
Bu gün, 11:41
"Söyüş və qarğış silməkdən yorulmuşam" - İlkin Misgərli autizmli uşaqla görüşəcək
Bu gün, 11:36
Elm və Təhsil Nazirliyi bu şirkətə daha 1,8 milyon manat ödəyəcək
Bu gün, 11:33
"Ezamiyyə xərclərimiz hələ də ödənilməyib..." - NARAZILIQ VAR...
Bu gün, 11:24
Türkiyəli sürücülər Naxçıvandan olan sərnişini ÖLÜMÜNƏ DÖYDÜLƏR - BU NƏDİ BELƏ?
Bu gün, 11:18
ABŞ-nin zərbələri nəticəsində iki gün ərzində İranda 14 nəfər ölüb, 78 nəfər yaralanıb
Bu gün, 11:05
Gənc xanıma yüksək vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Elşad Xosedən polisə şikayət olundu - TƏFƏRRÜAT
Bu gün, 10:57
NATO qırıcılarına bu regionda hərbi hədəfləri məhv etməyə icazə verilib - "Reuters"
Bu gün, 10:51
Başçı ilə idarə müdiri yola getmir... - belə deyirlər...
Bu gün, 10:41
BU BİNA ELƏ BİL BOŞDUR: Rayonun nə yiyəsi var, nə də nəzarət edəni... - ÖZBAŞINALIQ...
Bu gün, 10:31
Moskva indi ayılıb: İrəvan Hitlerin planlarını dəstəkləyir - Zaxarova deyir ki...
Bu gün, 10:25
Ermənilər Sinirlioğlunun istefasını tələb edir - QALMAQAL
Bu gün, 10:12
İran hakimiyyəti Xameneyi ilə vida mərasimində Ərdoğan və Əliyevin şəxsən iştirakını gözləyirmiş... - "ArmenPress"
Bu gün, 09:57
Arvadına mesaj yazan qonşusunu öldürən şəxslə bağlı QƏRAR
Bu gün, 09:55
AZAL Özbəkistan sərnişinləri üçün onlayn ödəniş imkanlarını genişləndirir - DİQQƏT
Bu gün, 09:48
Rusiyanın Ermənistandan bir tələbi var: TRIPP-dən imtina etmək - “Hraparak”
Bu gün, 09:43
Tikinti şirkətinin Müşahidə Şurasının sədri və üzvləri seçiləcək - TOPLANTI VAR...
Bu gün, 09:41
Azərbaycanda 16 yaşdan kiçiklər üçün sosial medianın qadağan edilməsinin mənfi tərəfləri - ARAŞDIRMA
Bu gün, 09:39
Azərbaycan neftinin qiyməti 82 dolları keçib
Bu gün, 09:36
"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb
Bu gün, 09:24
Rusiyanın 5 quruşa dəyməyən əsgərlərinin Krımda CAN BAZARLIĞI
Bu gün, 09:16
ABŞ İrana zərbələri aylarla davam etdirmək variantına hazırlaşır - "AXİOS"
Bu gün, 09:01
Pul ayrılıbsa... iş görülübsə... və ortada xidmət yoxdursa... - BU ARTIQ YEYİNTİ ŞÜBHƏSİDİR
Bu gün, 08:13
Real dünyanın KÖNTÖY GERÇƏYİ...
Bu gün, 07:58
Qobu susuzluqdan yanır, Su-kanal idarəsi SEYRƏ ÇIXIB... - NARAZILIQ VAR...
Bu gün, 07:51
"Bunlar dolayıb hamımızı, cavab verməsəydilər, daha yaxşı olardı" - partiya sədri
Bu gün, 07:32
Adı yoxdur!.. - MALƏSƏF...
Bu gün, 07:21
"Rəsmi dövlət dilinə bu münasibət nə deməkdir?" - ETİRAZ VAR!
Bu gün, 07:18
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
Bu gün, 07:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru