Qusarda Əmrullayevin HESABI belə ödənib .....                     Ukraynada hakimiyyət dəyişikliyinə gedilir? .....                     Nəyi hardan nə qədər qazanırıq... HƏLƏ BİLİNMİR Kİ... .....                     Özbaşına qalan GDU rektoru görün, KİMLƏRƏ GÜVƏNİR... .....                     Ədalət onları qətiyyən maraqlandırmır... .....                     Burdan bir məhsul alan bir də almır .....                     Putin getsə... Rusiya SAVAŞDAN ÇƏKİLƏCƏKMİ? .....                     QƏZA İŞTİRAKÇISININ BABASI HÖKUMƏT ÜZVÜ DEYİLSƏ... .....                     "Bu xidmət işləməyəcəksə, biz niyə bunun üçün ödəniş edirik?" .....                     Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? .....                     Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır .....                     Erməni generallar barədə fərmanlar verildi .....                     Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə .....                     Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi .....                     Məhərrəmlikdə toy etmək olarmı? .....                     ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir .....                     AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi .....                     Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? .....                     Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... .....                     Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ .....                     Azərbaycanda 3,5 milyona yeni film çəkilir .....                     35 min manatlıq həkim, yalnız morqda işləyə bilər .....                     Bu klinika təzminat ödəyəcək .....                     Brüsselin Bakı kursu dəyişir: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     "UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" .....                     Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm .....                     Özümü Paşinyansız düşünə bilmirəm .....                     İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək .....                     Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq .....                     Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb .....                     Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb .....                     “Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib .....                     Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi .....                     “SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... .....                     Rusiya Xerson vilayətinə zərbə endirib, .....                     Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... .....                     Paşinyan Putindən qorxaraq geri çəkildi: .....                     Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi .....                     Putin Paşinyanın telefonunu niyə götürmədi? .....                 

Kənan Kazımoğlu "Azadlıq"dan çıxarıldı - Səbəb
Tarix: 23-06-2015, 10:33 | Çap et
Kənan Kazımoğlu "Azadlıq"dan çıxarıldı

Bu günlərdə Azadlıq Radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Kazımoğlu tutduğu vəzifədən azad edilib.

Yeni Müsavat xəbər verir ki, Kənan Kazımoğlunun işdən azad edilməsinə səbəb kimi radionun baş ofisinin Azərbaycan xidmətində apardığı yoxlamalar göstərilir. Yoxlamalar nəticəsində xidmətin radionun iş prinsiplərini pozduğu, nizamnaməyə əməl etmədiyi ortaya çıxıb. Bakı bürosunun rəhbəri Xədicə İsmayılovanın həbsindən sonra diqqət mərkəzinə gələn Azərbaycan xidmətində yoxlama aparılması təşəbbüsü isə radionun keçmiş əməkdaşlarından birinin şikayətindən sonra yaranıb. Bakı bürosu bağlanandan və büro rəhbəri həbs ediləndən sonra ölkəni tərk edərək baş ofisin yerləşdiyi Praqaya gedən və rəsmi qaydada Çexiya hökumətindən sığınacaq istəyən əməkdaş Bakı bürosunun son illərdəki fəaliyyəti ilə bağlı tənqidi mövqedə olub. Onun şikayətində büronın keçmiş rəhbəri Xədicə İsmayılovanın işçilər arasında təfriqə yaratdığı, ayrı-seçkilik saldığı, kənar maliyyə qaynaqlardan radioya cəlb etdiyi vəsaitləri özünə yaxın çevrə ətrafında bölüşdürdüyü ortaya çıxıb. Radioya kənar maliyyənin cəlb edilməsi Nizamnaməyə ziddir. Belə ki, Azad Avropa və Azadlıq Radiosunun Nizamnaməsinə görə, qurumun fəaliyyəti istisnasız olaraq ABŞ dövlət büdcəsindən maliyyələşir və reklamlar da daxil olmaqla hər hasnı kənar maliyyə qəbul edilməsi yasaqdır.

Araşdırmalar zamanı ortaya çıxıb ki, Azərbaycan xidməti və Bakı bürosu bir neçə verilişi kənar qaynaqlardan maliyyə cəlb edilməsi əsasında hazırlayıb. Həmin verilişlər bir neçə il efirdə olduğu üçün söhbətin ciddi məbləğlərdən getdiyi aydındır. ABŞ-ın və Avropanın dəstək fondlarından, maliyyə institutlarından cəlb edilən vəsait Azadlıq Radiosunun Bakı bürosunun hesabına rəsmi qaydada daxil olub. Sonrakı mərhələdə isə şəffaflıq pozulub.

Kənan Kazımoğlunun işdən uzaqlaşdırılmasını tələb edənlərin arqumenti bu haqda ona dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq onun heç bir tədbir görməməsidir. Radio rəhbərliyi hesab edib ki, Kənan Kazımoğlu zamanında müdaxilə edərək qanunsuz məqamların aradan qaldırılması yerinə özü prosesin iştirkçısına çevrilib. Onun vəzifə məsuliyyətini dərk etməməsi sözügedən məqamların Azərbaycan prokurorluq orqanlarının Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayılovaya qarşı qaldırdığı cinayət işində motivə çevrilib.

Yada salaq ki, əslən Naxçıvanın Nehrəm kəndindən olan Kənan Kazımoğlu Amerika Birləşmiş Ştatları vətəndaşıdır. O, reportyorluğa “Azadlıq” qəzetində başlayıb. 1997-ci ilə ABŞ-ın Milli Demokratiya İnstitutunun Bakı bürosunun o zamankı rəhbəri Coanna Levinsonla ailə quraraq Vaşinqtona köçüb. Ali təhsilini ABŞ-da alan Kənan Kazımoğlu Azərbaycan xidməti ilə Mirzə Xəzərin rəhbərliyi dönəmindən əməkdaşlığa başlayıb. Xidmətin Mirzə Xəzərdən sonrakı rəhbəri Abbas Cavadinin müavini olub. Abbas Cavadi baş ofisdə vəzifəyə dəvət edildikdən sonra – 2008-ci ildə Azərbaycan xidmətinə Kənan Kazımoğlu rəhbərlik edirdi.

Əldə etdiyimiz informasiyalara görə, Azadlıq Radiosunun baş ofisinin başlatdığı araşdırmalar davam edir. Yoxlamanı çətinləşdirən məqamlardan biri Bakı bürosunun maliyyə məsələlərinə məsul əməkdaşı da daxil, bir sıra işçilərinin Azərbaycandan getməsidir. Onlar Xədicə İsmayılovanın həbsindən və radionun Bakı bürosunun bağlanmasından sonra siyasi təqiblərdən yayınmaq üçün Avropa ölkələrində sığınıb və hələlik yaşayış statusu almaları ilə bağlı hüquqi prosedur tamamlanmayıb. Belə bir məqamda onların maliyyə problemləri ilə bağlı araşdırmalara cəlb edilməsi arzuolunan sayılmır.

Hələlik Kənan Kazımoğlu Azərbaycan xidmətində layihə rəhbəri təyin edilib. Onun sentyabr ayında müəllif proqramı ilə efirə çıxacağı gözlənilir. Azərbaycan xidmətinin rəhbəri vəzifəsi isə müvəqqəri olaraq İlkin Məmmədova tapşırılıb. İlkin Məmmədov Azərbaycan vətəndaşıdır, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, 2008-ci ildə Praqada Azərbaycan xidmətində çalışır.

Azadlıq Radiosu ilə bağlı ilginc xəbərlərdən biri də uzun illər radionun veb bölümünün redaktoru olan Ayaz Əhmədovun işdən getməsidir. Qaynaq iddia edir ki, Ayaz Əhmədov işdən öz ərizəsi ilə gedib və indi Azadlıq Radiosunda işləyənə qədər yaşadığı Norveçdədir. Bilməyənlər üçün qeyd edək ki, Ayaz Əhmədov 90-cı illərdə Azərbaycanda çap edilən satirik “Çeşmə” qəzetinin qurucularındandır. Siyasi satiranın güclü qələmlərindən sayılan Ayaz Əhmədov 1993-cü ildə həbs edilmişdi. Azərbaycanın ilk siyasi məhbuslarından olan Ayaz Əhmədov həbsdən azad edildikdən sonra Norveçə mühacirət edib və uzun illər ailəsi ilə orada yaşayıb. Ayaz Əhmədov Azərbaycan xidmətinin hazırladığı satirik buraxılışların müəllifi olub. O, radioda Kənan Kazımoğluna ən yaxın şəxslərdən biri kimi tanınırdı.

Azadlıq Radiosu kimi nüfuzlu bir qurumun Azərbaycan xidmətində baş verən qanunsuz məqamlar ABŞ administrasiyasının xüsusi diqqətindədir. Vaşinqton Azərbaycan-Qərb münasibətlərinin kəskinləşdiyi vaxtda Azadlıq Radiosunun işgüzar nüfuzuna ziyan vuran əməllərə görə narahatlıq keçirir.

Kənan Kazımoğlu "Azadlıq"dan çıxarıldı










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qusarda Əmrullayevin HESABI belə ödənib - ŞOK İDDİA
Bu gün, 07:13
Ukraynada hakimiyyət dəyişikliyinə gedilir? - KİV
Bu gün, 07:01
Nəyi hardan nə qədər qazanırıq... HƏLƏ BİLİNMİR Kİ... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:57
Özbaşına qalan GDU rektoru görün, KİMLƏRƏ GÜVƏNİR... - qardaşı vəzifədə olmasa da...
Bu gün, 06:48
Ədalət onları qətiyyən maraqlandırmır... - REPLİKA
Bu gün, 06:41
Burdan bir məhsul alan bir də almır - GİLEY
Bu gün, 01:51
Putin getsə... Rusiya SAVAŞDAN ÇƏKİLƏCƏKMİ? - Görünəni odur ki...
Bu gün, 01:35
QƏZA İŞTİRAKÇISININ BABASI HÖKUMƏT ÜZVÜ DEYİLSƏ... - ədalət mühakiməsinin milli standartları...
Bu gün, 01:25
"Bu xidmət işləməyəcəksə, biz niyə bunun üçün ödəniş edirik?" - ETİRAZ VAR!
Bu gün, 01:19
Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? - AÇIQLAMA
Dünən, 18:05
Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır - Paşinyan
Dünən, 18:03
Erməni generallar barədə fərmanlar verildi - KİV
Dünən, 17:00
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Dünən, 16:57
Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi - FOTO
Dünən, 16:55
Məhərrəmlikdə toy etmək olarmı? – Elşad Miri
Dünən, 16:50
ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir - Tramp
Dünən, 16:43
AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi - SİYAHI
Dünən, 16:39
Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? - GƏLİŞMƏ
Dünən, 16:37
Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... – YENİDƏN TƏŞKİL EDİLİR
Dünən, 16:33
Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 16:33
Azərbaycanda 3,5 milyona yeni film çəkilir
Dünən, 16:28
35 min manatlıq həkim, yalnız morqda işləyə bilər – REPLİKA
Dünən, 16:26
Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib
Dünən, 16:21
Brüsselin Bakı kursu dəyişir: - “Əməkdaşlıq artıq təkcə qaz ixracı ilə məhdudlaşmır”
Dünən, 16:13
Ucuz neft Azərbaycana problem yaradacaq? - AKTUAL
Dünən, 14:01
"UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" - AÇIQLAMA
Dünən, 13:55
Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm - Paşinyan
Dünən, 13:50
Özümü Paşinyansız düşünə bilmirəm – Simonyandan ETİRAF
Dünən, 13:49
İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək - Paşinyan
Dünən, 13:45
Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq - Fon der Lyayen
Dünən, 13:42
Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb - BŞİH
Dünən, 13:11
Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb - TƏBİB araşdırır
Dünən, 13:07
“Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib - BUNDAN SONRA...
Dünən, 13:04
Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi - “Heç prezident də olmaq istəmirəm”
Dünən, 13:02
“SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... - TƏFƏRRÜAT
Dünən, 13:01
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Dünən, 12:59
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... - İcazə verin, şübhələnək...
Dünən, 12:57
Paşinyan Putindən qorxaraq geri çəkildi: - İrəvandan Moskvaya BÖYÜK JEST
Dünən, 12:53
Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi
Dünən, 12:50
Putin Paşinyanın telefonunu niyə götürmədi? - NƏ BAŞ VERİR?
Dünən, 12:47
2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik - Paşinyan
Dünən, 12:46
Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək - BU NƏDİ BELƏ?
Dünən, 12:01
İsrail Müctəba Xameneini ölümə məhkum edib - Tehran BMT-yə şikayət etdi
Dünən, 11:59
"Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." - ETİRAZ
Dünən, 11:57
ASTANA NƏ EDƏCƏK? - İNCƏLƏMƏ
Dünən, 11:49
Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu - FOTO
Dünən, 11:45
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib - QƏRAR
Dünən, 11:30
Çatışmazlıqların acı dadı: - yanacaq böhranı Kremlin imperiya miflərini məhv edir
Dünən, 11:27
Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:20
Azərbaycanda 786 min ailənin “evi yoxdur” - RƏSMİ
Dünən, 11:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru