Beynəlxalq silahlı qruplaşma yaradılıb Ukraynaya yeridilsin .....                     Qusarda Əmrullayevin HESABI belə ödənib .....                     Ukraynada hakimiyyət dəyişikliyinə gedilir? .....                     Nəyi hardan nə qədər qazanırıq... HƏLƏ BİLİNMİR Kİ... .....                     Özbaşına qalan GDU rektoru görün, KİMLƏRƏ GÜVƏNİR... .....                     Ədalət onları qətiyyən maraqlandırmır... .....                     Burdan bir məhsul alan bir də almır .....                     Putin getsə... Rusiya SAVAŞDAN ÇƏKİLƏCƏKMİ? .....                     QƏZA İŞTİRAKÇISININ BABASI HÖKUMƏT ÜZVÜ DEYİLSƏ... .....                     "Bu xidmət işləməyəcəksə, biz niyə bunun üçün ödəniş edirik?" .....                     Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? .....                     Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır .....                     Erməni generallar barədə fərmanlar verildi .....                     Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə .....                     Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi .....                     Məhərrəmlikdə toy etmək olarmı? .....                     ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir .....                     AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi .....                     Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? .....                     Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... .....                     Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ .....                     Azərbaycanda 3,5 milyona yeni film çəkilir .....                     35 min manatlıq həkim, yalnız morqda işləyə bilər .....                     Bu klinika təzminat ödəyəcək .....                     Brüsselin Bakı kursu dəyişir: .....                     Ucuz neft Azərbaycana problem yaradacaq? .....                     "UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" .....                     Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm .....                     Özümü Paşinyansız düşünə bilmirəm .....                     İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək .....                     Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq .....                     Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb .....                     Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb .....                     “Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib .....                     Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi .....                     “SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... .....                     Rusiya Xerson vilayətinə zərbə endirib, .....                     Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... .....                     Paşinyan Putindən qorxaraq geri çəkildi: .....                     Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi .....                 

"Bu gün həbsdə olan QHT üzvləri var ki, onlar faktiki olaraq Azərbaycana fayda verən adamlar ola bilərdilər, ancaq..." - deputatdan ittiham
Tarix: 18-06-2015, 10:26 | Çap et
"Bu gün həbsdə olan QHT üzvləri var ki, onlar faktiki olaraq Azərbaycana fayda verən adamlar ola bilərdilər, ancaq..."
5 ildir ki, Avropa Şurasının tamhüquqlu üzvü olan Azərbaycan bu təşkilatla nəinki sıx, qarşılıqlı səmərəli əməkdaşlıq edir, eyni zamanda öz aktivlyi ilə fərqlənən ölkələrdən biridir.

Bunu Moderator.az-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov deyib.

Onun sözlərinə görə, bu müddət ərzində Azərbaycan nümayəndə heyətinin üzvləri bir sıra məruzələrin müəllifi olublar:
“Avropa Şurasında ən yüksək status məruzəçi olmaqdır. Çünki bu AŞ-nın mövqeyini ifadə edən sənəddir. Əgər AŞ hər hansı ölkənin deputatına belə bir səlahiyyəti verirsə, bu, qurumun həmin ölkəyə olan münasibətinin göstəricisidir.

Bundan əlavə, Azərbaycan nümayəndə heyətinin üzvləri AŞPA-da müxtəlif alt qruplarda, komitələrdə rəhbərlikdə təmsil olunublar. Bütün bunlar bir daha Azərbaycanla AŞ arasındakı intensiv əməkdaşlığın göstəricisidir.”

Hüseynov onu da əlavə edib ki, Azərbaycan da digər gənc demokratik ölkələr kimi qurumun monitorinqi altında olan ölkələrdəndir. Ona görə də mütəmadi olaraq Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrası və görülən işlərlə bağlı hesabatlar hazırlanır. “Növbəti belə bir məruzə AŞPA-nın yay sessiyasında müzakirə ediləcək. “Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında” hesabatı müzakirəyə çıxarılacaq. Bu hesabat məruzəçilər Pedro Aqramunt və Tadeuş Livinski tərəfindən hazırlanıb. Burada ötən hesabat dövründən sonra Azərbaycanda görülən işlər öz əksini tapıb. Kifayət qədər pozitiv məqamlar var. Bununla belə tənqidi məqamlar da yer alıb. Bu da təbiidir. AŞ elə bir qurumdur ki, orada heç də hər zaman tərifləmirlər, eyni zamanda problemlərə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə tənqid də edirlər, problemin həllini yolunu göstərirlər. Düzdür tənqiddən tənqidə də fərq var. Bir var məsələyə obyektiv yanaşma, bir də var qərəzli yanaşma.”

Millət vəkili deyib ki, Azərbaycan nümayəndə heyəti bu sənədlə tanışdır və oradakı bir sıra müddəalarla razı olmadığı üçün özünün xüsusu cavab rəyini hazırlayır. “Razı olmadığımız məqamlar müzakirlər zamanı parlamentarilərin diqqətinə çatdırılacaq və bu təkliflər sənədin qəbulu zamanı öz əksini tapacaq” — deyə Hüseynov vurğulayıb.

Sənəddə bir sıra məqamlarla, xüsusən də ölkədə insan haqları, QHT-lərə qarşı basqıların olması fikri ilə razılaşmayan Hüseynov deyib: “Son illərdə bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən, Avropa Şurasında Azərbaycana qarşı siyasi təzyiqlərin şahidi olmaqdayıq. Təəssüflər olsun ki, bu təzyiqlərin arxasında qərəz dayanır. AŞPA-nın növbəti həftə keçiriləcək sessiyasına Azərbaycanla bağlı təqdim edilən sənəddə də bu qərəz açıq aydın görünməkdədir.”

Azərbaycan nümayəndə heyətinin üzvü onu da deyib ki, Demokratiya üzrə Forum AŞ-nın son illərdə ən ali məclislərindən biri hesab olunur və ötən forumda orada bir tezis açıq şəkildə səsləndirilib: “Forumun arxasında dayanan iri güclər ayrı-ayrı ölkələrdə siyasi müxalif qüvvələrlə deyil, QHT təmsilçiləri, bloggerlərlə, jurnalistlərlə işləməyə üstünlük verdiklərini bəyan ediblər. Bu qüvvələr Azərbaycan kimi ölkələrdə xarici dilləri yaxşı bilən, kifayət qədər dünya görüşünə malik olan QHT üzvlərini, blogger və jurnalistləri özlərinin nüfuz dairəsinə salırlar. Onlar bu yolla bu şəxsləri xarici casus şəbəkələrinə cəlb edirlər. Düşünürəm ki, belə insanların xarici casus şəbəkələrinə cəlb edilməsi Azərbaycan üçün itkidir. Bu gün həbsdə olan QHT üzvləri var ki, onlar faktiki olaraq Azərbaycana fayda verən adamlar ola bilərdilər. Ancaq faktlar onların xarici casus şəbəkələrinə cəlb olunduğunu sübut edir. Bu şəxslər ya bilərəkdən, ya da bilməyərəkdən demokratiya pərdəsi altında Azərbaycan dövlətçiliyinə və müstəqilliyinə qarşı təxribat xarakterli əməllərlə məşğul olublar. Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, həmçinin regionda və dünyada aparıcı mövqeyə çıxması heç də bəzi iri güclərin marağında deyil və uğurlarımıza qısqanclıqla yanaşırlar. Ona görə də bu inkişafa mane olmaq, onu gözdən salmaq üçün müxtəlif yollara əl atırlar. Bu da həmin yollardan biridir. Bu güclər Azərbaycandakı sözügedən QHT təmsilçiləri, blogger və jurnalistlərdən istifadə edərək təzyiq göstərirlər. Bu təzyiqlərə baxmayaraq, ölkə başçısı kifayət qədər qətiyyət və iradə nümayiş etdirir. Hesab edirəm ki, bu mövqe sonadək davam etdirilməlidir” — Hüseynov qeyd edib.

Millət vəkili deyib ki, biz vətəndaşlarımızın qədrini və onların hüquqlarını müdafiə etməyi bizə demokratiya dərsini vermək istəyənlərdən yaxşı bilirik: “Biz vətəndaşlarımızın hüquqlarını qorumağı özümüzə borc bilirik. Ancaq insanlar sərhədləri aşıb dövlətçiliyimiz və müstəqilliyimiz əleyhinə fəaliyyət göstərəndə, onlar barədə hüquq müstəvisində tədbirlər görülür.”

Hüseynov hesab edir ki, bu təzyiqlər adətən Azərbaycanda mötəbər tədbirlər ərəfəsində ortaya çıxır. Belə bir təzyiq kampaniyası Birinci Avropa Oyunları zamanı da davam etdirilir: “Bu qüvvələr guya Azərbaycanda insan haqlarının kobud surətdə pozulmasını və demokratiyanın olmamasını uyduraraq Avropa Oyunları ilə bağlı qarayaxma kampaniyası aparırlar. Onlar yaxşı başa düşürlər ki, Azərbaycan bu oyunları axıradək yüksək səviyyədə keçirəcək və dünya ictimaiyyəti Azərbaycanın real inkişafının şahidi olacaqlar. Demokratiya pərdəsi arxasında gizlənən xarici kəşfiyyat orqanları və erməni lobbisinin təsiri altında olan güclər bu inkişafa kölgə salmaq üçün çirkin kampaniyanı davam etdirəcəklər. Elə AŞPA-da hazırlanan son hesabatın altından Pedro Aqramunt və Tadeuş Livinskinın imza atmalarına baxmayaraq, bu sənədə bəzi iri dövlətlər və güclər tərəfindən müəyyən düzəlişlər edilib. Biz o hesabatla yaxşı tanışıq və orada adekvat reaksiya verəcəyik.

Ulu öndər Heydən Əliyev məclislərin birində belə bir fikir söyləmişdi: İslam dinində cənnətlə cəhənnəm arasında sirat körpüsü anlamı var. Bu gün Azərbaycan o körpünü xatırladır. Tükdən incə, qılıncdan iti olan bu körpüdən keçmək elə də asan deyil. Bu yoldan az sağa və ya az sola addım atmaq uçuruma yuvarlanmaq deməkdir. Odur ki, Azərbaycan öz düzgün yolu ilə irəliyə doğru addımalayacaq və bu düz yoldan dönməyəcək.”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Beynəlxalq silahlı qruplaşma yaradılıb Ukraynaya yeridilsin - TƏKLİF VAR...
Bu gün, 07:39
Qusarda Əmrullayevin HESABI belə ödənib - ŞOK İDDİA
Bu gün, 07:13
Ukraynada hakimiyyət dəyişikliyinə gedilir? - KİV
Bu gün, 07:01
Nəyi hardan nə qədər qazanırıq... HƏLƏ BİLİNMİR Kİ... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:57
Özbaşına qalan GDU rektoru görün, KİMLƏRƏ GÜVƏNİR... - qardaşı vəzifədə olmasa da...
Bu gün, 06:48
Ədalət onları qətiyyən maraqlandırmır... - REPLİKA
Bu gün, 06:41
Burdan bir məhsul alan bir də almır - GİLEY
Bu gün, 01:51
Putin getsə... Rusiya SAVAŞDAN ÇƏKİLƏCƏKMİ? - Görünəni odur ki...
Bu gün, 01:35
QƏZA İŞTİRAKÇISININ BABASI HÖKUMƏT ÜZVÜ DEYİLSƏ... - ədalət mühakiməsinin milli standartları...
Bu gün, 01:25
"Bu xidmət işləməyəcəksə, biz niyə bunun üçün ödəniş edirik?" - ETİRAZ VAR!
Bu gün, 01:19
Azərbaycanın S-400 zenit-raket kompleksinə ehtiyacı varmı? - AÇIQLAMA
Dünən, 18:05
Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır - Paşinyan
Dünən, 18:03
Erməni generallar barədə fərmanlar verildi - KİV
Dünən, 17:00
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Dünən, 16:57
Milli Məclisdə YENİ TƏYİNAT: Spikerə köməkçi təyin edildi - FOTO
Dünən, 16:55
Məhərrəmlikdə toy etmək olarmı? – Elşad Miri
Dünən, 16:50
ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir - Tramp
Dünən, 16:43
AAYDA-ya məxsus bu yol istismar idarələri ləğv olunduğunu elan etdi - SİYAHI
Dünən, 16:39
Bakı-Naxçıvan-Bakı avtobus reysləri nə vaxt bərpa olunacaq? - GƏLİŞMƏ
Dünən, 16:37
Sənədləri saxtalaşdırdığına görə «qara siyahı»ya düşən “Kon-Lay Project” MMC... – YENİDƏN TƏŞKİL EDİLİR
Dünən, 16:33
Azərbaycanda eyni sahədə çalışan 10 ŞİRKƏT LƏĞV EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 16:33
Azərbaycanda 3,5 milyona yeni film çəkilir
Dünən, 16:28
35 min manatlıq həkim, yalnız morqda işləyə bilər – REPLİKA
Dünən, 16:26
Bu klinika təzminat ödəyəcək - Burun düzəldəndə gözü zədələyib
Dünən, 16:21
Brüsselin Bakı kursu dəyişir: - “Əməkdaşlıq artıq təkcə qaz ixracı ilə məhdudlaşmır”
Dünən, 16:13
Ucuz neft Azərbaycana problem yaradacaq? - AKTUAL
Dünən, 14:01
"UNESCO-ya məktubu və müraciəti şəxsən mən göndərmişəm" - AÇIQLAMA
Dünən, 13:55
Mən Sərkisyanın Putinlə görüşdə etdiyi kimi etməyəcəm - Paşinyan
Dünən, 13:50
Özümü Paşinyansız düşünə bilmirəm – Simonyandan ETİRAF
Dünən, 13:49
İrəvan Moskva ilə dialoqu və Aİ-yə inteqrasiya kursunu davam etdirəcək - Paşinyan
Dünən, 13:45
Ermənistanın Aİ-yə ixracının təxminən 80 %-i rüsumsuz olacaq - Fon der Lyayen
Dünən, 13:42
Bakıda yenilənməsi nəzərdə tutulan 177 eskalatorun sifarişi verilib, istehsal başlayıb - BŞİH
Dünən, 13:11
Vətəndaşlara saxta diaqnoz və analizlər yazılıb - TƏBİB araşdırır
Dünən, 13:07
“Kapital Bank”a yeni Baş maliyyə inzibatçısı təyin edilib - BUNDAN SONRA...
Dünən, 13:04
Spiker seçilə bilməyən Simonyan deputat mandatından imtina etdi - “Heç prezident də olmaq istəmirəm”
Dünən, 13:02
“SOCAR-da işləyən vəzifəli şəxslərə rüşvət verəcəm” dedi və... - TƏFƏRRÜAT
Dünən, 13:01
Rusiya Xerson vilayətinə zərbə endirib, ölən və yaralananlar var
Dünən, 12:59
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur: 4 ildə 44 milyon manat... - İcazə verin, şübhələnək...
Dünən, 12:57
Paşinyan Putindən qorxaraq geri çəkildi: - İrəvandan Moskvaya BÖYÜK JEST
Dünən, 12:53
Səidə Bəkirqızı Sevinc Hüseynovanı məhkəməyə verdi
Dünən, 12:50
Putin Paşinyanın telefonunu niyə götürmədi? - NƏ BAŞ VERİR?
Dünən, 12:47
2029-cu ildən Aİ ilə viza rejiminin liberallaşdırılmasına ümid edirik - Paşinyan
Dünən, 12:46
Mədəniyyət Nazirliyi bir ədəd kitabı 3781 manata çap etdirəcək - BU NƏDİ BELƏ?
Dünən, 12:01
İsrail Müctəba Xameneini ölümə məhkum edib - Tehran BMT-yə şikayət etdi
Dünən, 11:59
"Bəlkə o mənim son pulum idi... belə məsuliyyətsizlik olar?.." - ETİRAZ
Dünən, 11:57
ASTANA NƏ EDƏCƏK? - İNCƏLƏMƏ
Dünən, 11:49
Ukrayna azərbaycanlı iş adamının zavodunu vurdu - FOTO
Dünən, 11:45
"Arzum" ləqəbli bloqer məhkəmə zalından həbs edilib - QƏRAR
Dünən, 11:30
Çatışmazlıqların acı dadı: - yanacaq böhranı Kremlin imperiya miflərini məhv edir
Dünən, 11:27
Erməni separatçıları hansı üzlə bəraət istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru