Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır .....                     ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir .....                     23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? .....                     İrəvana ağır xəbərdarlıq .....                     Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər .....                     Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək .....                     Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... .....                     ABŞ QARA SİYAHISI-nı yenilədi .....                     Sərhədin hər iki tayında olan biziksə... .....                     "Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." .....                     Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət .....                     Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır .....                     Məni gizlicə kitab otağına buraxardı... .....                     Sayımız nə qədər olsa yaxşıdır? .....                     Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... .....                     Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? .....                     Azərbaycana qarşı döyüşən muzdlu komandir .....                     Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi .....                     “Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı .....                     Ukraynalı rusun toyunda oynadı, ara qarışdı .....                     Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü .....                     Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... .....                     Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq .....                     Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb .....                     Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi .....                     Tanınmış aktrisa KÖVRƏLDİ: .....                     Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb .....                     «Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb .....                     Bu müharibənin başlanması realdır .....                     Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib .....                     Azərbaycanda banklar birləşəcək .....                     Xamenei işimizə mane olur .....                     BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! .....                     "Ölümü aldadıb bu yaşa gəlmişəm" .....                     Müəllimlərin geyimi neçəyə SATILACAQ? .....                     AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü .....                     “Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək .....                     Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir .....                     Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı .....                     YAP-da “kadr zəlzələsi” olacaq .....                 

"Partiya sədri deyiləm ki, ortaya mövqe qoyum" - ETİRAZ
Tarix: 26-08-2024, 08:52 | Çap et
"Partiya sədri deyiləm ki, ortaya mövqe qoyum"
"Gördüm videolarımın birinin altına rəy gəlib. Baxdım, biri yazıb ki, bu jurnalist yüz faiz müdafiə nazirliyinin adamıdır. Altına başqa biri rəy yazdı ki, a kişi, deyəsən jurnalisti tanımırsan, nazirliyə görə adamın başına gəlməyən qalmayıb. İzlədim görüm nə baş verəcək. Baxdım həmin rəy yoxa çıxdı. İki dəqiqə sonra eyni adam yazdı ki, bu rusbaşdır, İran tulasıdır! Oturub dəli kimi rəyə baxıb gülürəm. Qərarlaşdırdım ki, yazım". Dia-az.İnfo bildirir ki, bu açıqlama ilə tanınmış jurnalist Səxavət Məmməd çıxşş edib.
Jurnalist daha sonra yazır: "Mama zəng eləmişdi. Gördüm səsi birtəhər gəlir. Dedi, səni tutacaqlar. Dedim, niyə? Dedi, bayaq ANS-də sənin erməni kəşfiyyatına işlədiyini deyirdilər. Dedim, ma, narahat olma, hələ tam qərar verməyiblər. Mama təəccüblə soruşdu ki, necə yəni qərar, nə qərar? Dedim, heç nə, Ramiz Mehtiyev bir tədbirdə o qırmızı koftalı Amerika kəşfiyyatına, Əli Həsənov başqa bir tədbirdə rus kəşfiyyatına işləyir deyib. Qoy hələ dəqiqləşdirsinlər, sonrasına sonra baxarıq. Mama çıx get başqa ölkədə yaşa deyib, telefonu söndürdü.
İllər keçib, dəyişən heç nə yoxdur.
İndi Qarabağ sevərlər, vətən fədailəri ortaya çıxıb. Hər gün Qarabağdan, ya da birinci müharibədən yazılar yazırdım. Bu ölkədə hərbi vətənpərvərlik redaksiyalarının "Qarabağ" deyə bilmədiyi vaxtlar olub. Bir gün söz göndərdilər ki, sənin başqa işin gücün yoxdur? Hətta bir dəfə zəng gəldi ki, qaqa, bizə qadağa qoyulub, sən yazırsan, sənə qadağa qoyulmayıb? Günlər var idi eee... Ölkədə barmaqla sayılacaq adamlar var idi ki, torpaqların müharibə ilə alına biləcəyini deyirdi. Torpaqlar hərb yolu ilə alınacaq yazanları, deyənləri topa tuturdular. İndi həmin top atanlar vətən, millət, sakarıya deyir. Dəli oluram. Eyni vaxtda bildiyim bütün söyüşləri söymək istəyirəm. A kişi, 2020-ci ilin sentiyabrında bir neçə nəfərə demişdim ki, yaxında müharibə olacaq, adamlar "bu hökumətdən müharibə edən olmaz" deyib, mənə rişxənd etmişdilər. İndi həmin adamlar hökumətin orasından girib burasından çıxır, burasından girib orasından çıxır. Bax indi mən necə söyməyim?
Rusiyanın əleyhinə dayanmadan o qədər əsaslandırılmış yazılar yazıdım ki, bir gün CİA casusu olduğumdan xəbər tutdum. Özü də elə belə yox ha. Detallara girməyim. Getdim Türkiyədə kurs keçdim, bir baxdım orda, burda yazırlar, danışırlar ki, MİT-ə işləyirəm. Türkiyənin hərbi bazaları Azərbaycana yerləşdirilməlidir mövzusu ortaya atılanda, qəti şəkildə etiraz etməyə başladım. Yazırdım ki, hərbi baza yox, hüquqi sənəd lazımdır. Yenə başladılar, rusbaş deməyə. Desəm ki, Türkiyənin yox, Rusiyanın hərbi bazası yerləşdirilməlidir, o qədər yandırmazdı. Yazırdım ki, Azərbaycanda heç bir ölkənin hərbi bazası olmamalıdır!
Müharibə vaxtı İranın Zəngilanda atdığı addım, müharibədən əvvəl narkotik plantasiyaları, müharibədən sonrakı dövrdə İranın Azərbaycana qarşı etdiyi hər şeyi kəskin şəkildə tənqid edirdim. Hətta bir çox şeyləri ilk və risk edərək yazırdım. Bəziləri çıxıb "İranı məhv edərik, Təbrizi alarıq" deyəndə, götürüb yazdım ki, etməyin, eləməyin, İran sizin üçün Ermənistan deyil, Rusiyadan çəkinməsə nəinki Azərbaycanı, Cənubi Qafqazı bir qaşıq suda boğar. Onda da başladılar İran tulası çıxarmağa. Ay mən deyənlər, bir qərar verin.
Şuarçılıq, düşünməyə ərinmək, təkrarçılıq bu cəmiyyətin axırına çıxacaq. Xalq hərəkatı tarix olub, demək olar postsovet məkanında o prosesin içindən çıxan bir siyasətçi belə qalmayıb, hətta Azərbaycanda bir çoxları artıq hərəkatçılıqdan çıxıb, ancaq hərəkat bunların canından çıxmır. Ona işləyir, buna işləyir, onun adamıdır, bunun adamıdır mövzuları bitmir. Bu yaxınlarda bir nəfəri yüngülvari sıxışdırdım. Sual verdim, Azərbaycanın qonşuları arasında dostları hansı ölkələrdir, düşmənləri hansılar? Türkiyə, dost, Rusiya, İran, Ermənistan düşmən. Dedim, bəs Gürcüstan? Gözlərin döyür. Bu mövzuda şüar eşitməyib, kimsə pafoslu çıxışına qulaq asmayıb, qaldı yumurtası tərs gələn toyuq kimi vurnuxa-vurnuxa. Daimi maraqlar, ay zırrama!
Partiya sədri deyiləm ki, ortaya mövqe qoyum, hardansa gözləntim olsun ona uyğun çıxışlar edim, məqalələr yazım. Prosesləri təhlil və analiz edirəm. Çoxları nə yazdığımı anlayır, başa düşür, ancaq iki narkomanın malını bölə bilməyən sosial şəbəkə “uçaskovı”ları var ki, onlar yazılanlardan, deyilənlərindən çıxardığı nəticə kimin hara işləməyidir. Bir ara bəziləri oturub AzTV-yə baxırdı ki, sosial şəbəkədə yazmağa mövzu tapsın. Ay mal, ay amöb, ay təkhüceyrəli dünyanın ən çətin işi casus aşkarlamaqdır. Bir casusu aşkarlamaq üçün illərlə baş sındırırlar, bizim ipləmələr iki dəqiqəyə məsələni həll edirlər..."








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cənubi Qafqaz iddiası: İmperiya ambisiyası Rusiyanı sona aparır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:21
ABŞ kəşfiyyatı İranın yeni liderini nüvə silahı yaratmağa meyilli hesab edir - NYT
Bu gün, 07:19
23 milyonluq abadlıq işləri borclu şirkətə TAPŞIRILIR? - "Qrand Dizayn Konstrakşn" kimindir?
Bu gün, 07:16
İrəvana ağır xəbərdarlıq – Zəngəzur dəhlizi İran hərbçilərinin...
Bu gün, 07:13
Azərbaycanda bu banklar “qara siyahı”ya düşə bilər – Yeni risk
Bu gün, 07:09
Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək - Tramp müjdələdi
Bu gün, 07:07
Bakının ZÜLFƏLİ adında dərdi var... BAKINI XƏSTƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 06:17
ABŞ QARA SİYAHISI-nı yenilədi - BU DƏFƏ...
Bu gün, 06:11
Sərhədin hər iki tayında olan biziksə... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:06
"Hakimiyyətə qarşı çıxmağı günah saymırıq..." - AMMA...
Bu gün, 06:02
Rus klassiklərinin bal səhnələrində gizlənən həqiqət - İLGİNC
Bu gün, 05:47
Rusiya bu yolla ABŞ və Avropanı Güney Qafqazdan kənarda qoymağa çalışır - GƏLİŞMƏ
Bu gün, 05:43
Məni gizlicə kitab otağına buraxardı...
Bu gün, 05:39
Sayımız nə qədər olsa yaxşıdır? - AKTUAL
Bu gün, 05:36
Rusiya Avropa ilə yeni savaş ərəfəsində... İran isə... - İNCƏLƏMƏ
Bu gün, 05:32
Təcili Tibbi Yardımın işçiləri ikiqat əməkhaqqı almalıdır... NİYƏ VERMİRSİNİZ? - ETİRAZ VAR!
Bu gün, 05:17
Azərbaycana qarşı döyüşən muzdlu komandir ÖLDÜ
Dünən, 17:01
Naziri döydü, sədri MM-dən qovdu, gizlicə müxalifətə qoşulmaq istədi – Əhəd Abıyev haqda sensasion detallar
Dünən, 16:59
“Tarqovı”da qeyri-etik sorğular keçirən üç nəfər saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 16:57
Ukraynalı rusun toyunda oynadı, ara qarışdı - Bəyanat yaydı
Dünən, 16:53
Pezeşkianın oğlu dövlət televiziyasını yıxıb-sürüdü - "MOUZE"
Dünən, 16:41
Özgür Özəlin komandası hazırda ya həbsdədir, ya da məhkəmə çəkişmələrində... - ŞƏRH
Dünən, 16:39
Nurlan Quliyev Hesablama Palatası sədrinin açıqlamalarından nə vaxt nəticə çıxaracaq - İLGİNC
Dünən, 16:33
Mədəniyyət Nazirliyi AYB-ni məhkəməyə verdi: Abidə korlanıb - TƏFƏRRÜAT
Dünən, 16:22
Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi - BUNDAN SONRA...
Dünən, 16:19
Tanınmış aktrisa KÖVRƏLDİ: - “Ölmüşdüm, sən məni diriltdin”
Dünən, 16:12
Avropa Komissiyası Ermənistan meyvə-tərəvəzinin Aİ-yə tədarük tarixini açıqlamayıb
Dünən, 16:09
«Level Leasing» ASC-nin aktivləri 3 milyon manat azalıb – HESABAT
Dünən, 16:00
Bu müharibənin başlanması realdır – Sabiq nazirdən ŞOK açıqlamalar
Dünən, 15:58
Prezidenti Məhəmməd Şahabuddin səhhətinə görə istefa verib
Dünən, 15:56
Azərbaycanda banklar birləşəcək
Dünən, 15:41
Xamenei işimizə mane olur - Əraqçi
Dünən, 15:40
BURA YASAMALDIR: Burda nə istəsən... OLAR! - AXI NİYƏ?..
Dünən, 15:35
"Ölümü aldadıb bu yaşa gəlmişəm" - Xalq artisti
Dünən, 15:32
Müəllimlərin geyimi neçəyə SATILACAQ? - AÇIQLAMA
Dünən, 15:30
AAYDA-ya məxsus bu idarələr ləğv olundu, direktorları ixtisara düşdü - SİYAHI
Dünən, 15:24
“Zaqatala-Fındıq” ATSC yenidən təşkil ediləcək - YIĞINCAQ
Dünən, 15:22
Bakının strateji zəfəri: Əliyev Avropanın enerji gələcəyinə zəmanət verir - İNCƏLƏMƏ
Dünən, 15:19
Qonaq getdiyi qohumunun evindən oğurluq etdi, saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 15:16
YAP-da “kadr zəlzələsi” olacaq - Deputatdan səs-küylü açıqlama
Dünən, 15:14
Xaricdə təhsil üzrə Dövlət Proqramının nəticələri elan edilib - DİQQƏT!
Dünən, 15:13
Rus ordusu Xarkovda iki kəndi işğal etdi - KİV
Dünən, 15:09
Qafanda İran-Ermənistan “sevgisi”: Tehran nəyə çalışır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:59
İrəvan Teatrının yeni direktoru kimdir? - DOSYE
Dünən, 14:57
"Bətnimdəki Səs" - Əfsanə Zaman...
Dünən, 14:52
“Space TV” İFLAS HƏDDİNDƏ! - TƏFƏRRÜAT
Dünən, 14:44
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
Dünən, 14:37
Gürcüstan XİN Aİ-nin Kulevi NEZ-lə bağlı qərarından təəssüflənib
Dünən, 14:36
İran “Amazon”un məlumat mərkəzini vurub
Dünən, 14:35
Düz-əməlli marşrut da yoxdur ki... - NARAZILIQ VAR...
Dünən, 14:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru