"Kərimə dövləti"nin “ideoloqunun” adı əfv siyahısına necə düşüb? - HƏQİQƏTƏN DƏ...
Tarix: 12-04-2023, 09:01 | Çap et
 Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun ötən həftə açıqladığı birgə məlumatda adı keçən Rufulla Axundzadənin vaxtilə əfvlə azadlığa buraxılması məlum olub. 2011-ci ilin yanvar ayında tutularaq, Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (terrora hazırlıq), 278-ci (hakimiyyəti zorla ələ keçirmə) maddələri üzrə ittiham edilən və 11 il 6 ay azadlıqdan məhrum olunan Rufullah Höcət oğlu Axundzadə necə olub ki, əfv sərəncamına düşərək azadlığa çıxıb?!
Bildirilir ki, Rufullah Axundzadə həbsdə olarkən də ailə üzvləri vasitəsilə İrana bağlı mediaya məlumatlar ötürərək heç bir əməlindən peşman olmadığını dilə gətirirdi. O, həbsdə olarkən “Məni əfv etməyin! Üzr istəyin və bəraət verin!” demişdi. Təsadüfi deyil ki, R.Axundzadə 2021-ci ilin mart ayında azadlığa çıxandan dərhal sonra Azərbaycan vətəndaşlığından imtina etdiyini bəyan edərək İrana gedib. 11 il 6 ay həbs cəzası alan və cəzasının çəkilməyən hissəsindən (1 il 4 ay) azad edilən R.Axundzadə necə olub ki, azadlığa çıxıb? O, İrandadır və yenidən fars xüsusi xidmət orqanlarının tapşırıqları ilə Azərbaycan əleyhinə fəaliyyətini davam etdirir.
Oxu.az yazır ki, R.Axundzadə əfv sərəncamına salınmamışdan öncə onun İranda yaşayan və "Kərimə dövləti"nin əsas "ideoloq"larından olan Tohid İbrahimbəylinin qayınatası olması nəzərə alınmalı idi. Çünki R.Axundzadə həbsdə olarkən T.İbrahimbəyli Azərbaycana təhdidlər yağdırır və burada müxtəlif şəxsləri İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edirdi. T.İbrahimbəylinin qayınatası R.Axundzadənin azadlığa çıxması hüquqi və mənəvi baxımdan ciddi məsuliyyət yaratmalı idi.
“Əldə olunan məlumatlardan görünür ki, Penitensiar Xidmətin 15 saylı rejimli cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan R.Axundzadə həbsdə olduğu müddətdə güzəştli şəraitdə saxlanılıb. Cəzaçəkmə müəssisəsinin rəisi digər məhkumlardan fərqli olaraq, R.Axundzadəyə xüsusi diqqət göstərib. O, səliqəli otaqda saxlanılıb, "razvod"a çıxmayıb və cəzaçəkmə müəssisəsinin qanunla müəyyənləşdirilmiş sərt qaydalarından tamamilə kənarda tutulub. Həbsdə olduğu müddətdə daha da radikallaşan R.Axundzadənin islah olunması ilə bağlı heç bir addım atılmayıb", - deyə saytın məlumatında bildirilir.
diaaz.space-ın məlumatına görə, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a bildirdi ki, əfv siyahısına düşən şəxslər mərhəmət, humanizm və sosial ədalət prinsiplərinə əsaslanaraq tərtib olunur. O qeyd etdi ki, məhbuslar bir neçə məqamı nəzərə alaraq bu siyahıya düşə bilərlər: “Məhbusun yaş həddi, sağlamlıqla bağlı problemi, yaxud ailəsində şəhid, qazi olması nəzərə alınır. Eyni zamanda davranışı qənaətbəxşdirsə, zərərçəkmiş barışığa hazırdırsa, dəymiş ziyan ödənibsə, əvvəllər cinayət törətməyibsə və s. kimi amillərə diqqət edilir. Əlbəttə ki, qərar qəbul edilərkən cəmiyyətin, dövlətin, zərərçəkmişin maraqları nəzərə alınır. Əfv sərəncamına düşən şəxslərin 99 faizi yenidən cinayət törətmir. Bu da onu göstərir ki, əfv çox effektiv, səmərəli işləyir. Belə görünür ki, sözügedən şəxs cəzasının böyük hissəsini çəkdiyi üçün bu amil nəzərə alınıb”.
Ə.Nuriyev vurğuladı ki, azadlığa çıxmış şəxsin yenidən cinayət törədib-törətməyəcəyini proqnozlaşdırmaq mümkün deyil: “Nəzərə almaq lazımdır ki, əfv sərəncamına düşən şəxs yenidən cinayət törədirsə, ikinci dəfə əfv olunmur. Bunun üçün müstəsna səbəblər olmalıdır. Bu, xüsusilə ağır cinayət törətmiş şəxslərə aiddir”.
diaaz.space-ın məlumatına görə, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, həqiqətən dinlə məşğul olan, İranla əlaqəsi olmayan şəxslər üçün müraciət edilir. N.Cəfəroğlu hesab edir ki, ağır cinayət törətmiş şəxslərin azadlığa çıxması üçün müstəsna səbəb olmalıdır: “Biz siyahı tərtib edərkən istisna halları nəzərə alırıq. Rufulla Axundzadənin adı Sülh və Demokratiya İnstitutunun siyahısında var idi”.
Xatırladaq ki, Sülh və Demokratiya İnstitutu ((SDİ) 2014-cü ildə Azərbaycandakı siyasi məhbusların siyahısını təqdim edib. SDİ-nin direktoru Leyla Yunus 2014-cü ilin yanvarınadək olan 134 siyasi məhbusun və ya siyasi motivlərlə həbs olunmuş şəxslərin siyahısını təqdim etmişdi. Həmin siyahıda dindar fəallar arasında Azərbaycan İslam Partiyasının üzvləri arasında Rufulla Axundzadənin adı var.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48 |
|
|
|
| • "Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39 |
|
|
|
| • İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28 |
|
|
|
| • Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18 |
|
|
|
| • TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00 |
|
|
|
| • 13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44 |
|
|
|
| • Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52 |
|
|
|
| • Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45 |
|
|
|
| • Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40 |
|
|
|
| • Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38 |
|
|
|
| • Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29 |
|
|
|
| • İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27 |
|
|
|
| • İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22 |
|
|
|
| • İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17 |
|
|
|
| • Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07 |
|
|
|
| • Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04 |
|
|
|
| • Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02 |
|
|
|
| • NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55 |
|
|
|
| • Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49 |
|
|
|
| • Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46 |
|
|
|
| • Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44 |
|
|
|
| • "DİA-AZ"da texniki fasilə... - DİQQƏT!
Dünən, 12:02 |
|
|
|
| • “907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17 |
|
|
|
| • ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14 |
|
|
|
| • Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11 |
|
|
|
| • SOCAR işçisi rəhbərliyi tədbir görməməkdə İTTİHAM EDİR - MÜRACİƏT
Dünən, 08:07 |
|
|
|
| • Krediti olanlara müjdə: - ödənişlər təxirə salına bilər
Dünən, 07:20 |
|
|
|
| • BDU tələbələri niyə etiraz edir? - İDDİA
Dünən, 07:16 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondunun tenderi ləğv edildi - SƏBƏB
Dünən, 06:02 |
|
|
|
| • İran Ermənistanı hücumla hədələdi – Sərt mesaj
Dünən, 05:57 |
|
|
|
| • AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Dünən, 05:55 |
|
|
|
| • "Gürcüstanda yaşayan soydaşlarımız əvvəl kasıb yaşayırdı" - partiya sədri
Dünən, 03:55 |
|
|
|
| • "Mübarizəmiz məhz bu dəyərlərin ətrafında formalaşır..."
Dünən, 03:44 |
|
|
|
| • ABŞ-ın İran qarşısında kapitulyasiya aktının təhlili... - Yeni dəlillər...
Dünən, 03:36 |
|
|
|
| • Yanan Moskva... yaman Moskva... - TƏSADÜFDÜRMÜ?
Dünən, 03:30 |
|
|
|
| • Bir dəfə də adınızı xeyirliyə çəkək... - OLMAZMI?
Dünən, 03:24 |
|
|
|
| • İrandakı rejim nə qədər ki ayaqdadır... - AKTUAL
Dünən, 03:17 |
|
|
|
| • "Kanadaya aparacaqdılar, əsgərliyə gedirik" - Nigar Fərhaddan ŞİKAYƏT
Dünən, 03:04 |
|
|
|
| • Aİ ilk dəfə olaraq Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb - KİV
Dünən, 02:58 |
|
|
|
| • Ermənistanın iqtisadi asılılığı azaldıqca Rusiyanın təsir imkanları zəifləyir - FAKT BUDUR!
Dünən, 02:56 |
|
|
|
| • Arvadını bacısı kimi təqdim edirmiş: Bakıda film kimi dələduzluq - TƏFƏRRÜAT
Dünən, 02:53 |
|
|
|
| • Bu, epizodik itki deyil, bu, strateji məğlubiyyətdir - İNCƏLƏMƏ
Dünən, 02:52 |
|
|
|
| • "Nurəddinoğlu Fermer" MMC fəaliyyətini dayandırdı - Vergi borcu üzə çıxdı
Dünən, 02:48 |
|
|
|
| • Baş verən hadisəni çəkib paylaşanları da cəza GÖZLƏYİR - ONA GÖRƏ DƏ...
Dünən, 02:46 |
|
|
|
| • “Paşinyan özünü Azərbaycana sülhün xidmətçisi kimi təqdim edir” - GÖRÜNƏNİ BUDUR...
Dünən, 02:43 |
|
|
|
| • Sədərək Rayon İcra Hakimiyyətinin tenderi ləğv edildi... - BUNA GÖRƏ...
Dünən, 02:39 |
|
|
|
| • "Heydər Əliyevin məzarı önündə ağlayacaq, Xocalı abidəsində diz çökəcək, Şəhidlər Xiyabanında baş əyəcək" - Alen Qulyan
Dünən, 02:31 |
|
|
|
| • "Deyirlər arxivləri üzə çıxar, alman vətəndaşlığı al"
Dünən, 02:26 |
|
|
|
| • İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verəcək - Uitkoff
Dünən, 02:22 |
|
|
|
|