"İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" .....                     "Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." .....                     DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... .....                     SEPAH-ın əl-qolu açılır... .....                     "Onlar əsl apokalipsis təlxəkləridir..." .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... .....                     Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? .....                     "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." .....                     General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? .....                     "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." .....                     Saatlı uzaqdır, yoxsa MARS? .....                     Rusiyaya qarşı BİR OLSALAR DA... .....                     "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" .....                     Xırdalan sakinlərinə SU ÇİLƏSİ .....                     Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... .....                     "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." .....                     Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... .....                     Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib .....                     Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... .....                     DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək .....                     Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək .....                     ABŞ-İran danışıqları yenidən başlaya bilər? .....                     “Rossotrudniçestvo”nun “Troya atı” .....                     “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” .....                     Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi .....                     Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi .....                     Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? .....                     Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı .....                     Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır .....                     Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? .....                     Şəkidə kəndi su basdı .....                     “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...” .....                     “Pilgrim Education” şirkətindən şikayətlər artır .....                     Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır .....                     Moskva Köçəryan və Karapetyanı qurban verəcək .....                     Ordumuz xalqımızın qürurudur .....                     Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb .....                     Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb .....                 

Siyasi partiyaların fəaliyyətində yeni mərhələ: Razı, narazı və neytrallar - Ekspertlər danışır
Tarix: 16-09-2022, 11:29 | Çap et
Siyasi partiyaların fəaliyyətində yeni mərhələ: Razı, narazı və neytrallar
Azərbaycan Parlamenti “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini qəbul etməyə hazırlaşır. Qeyd edək ki, mövcud qanun ötən əsrin 90-cı illərinin əvvəllərində qəbul edilib. Lakin üzərində çoxlu dəyişikliklər aparılıb. 4 fəsil və 22 maddədən ibarət olan qanunu 6 fəsil və 30 maddədən ibarət edəcək yeni qanun layihəsinin əvəz edəcəyi gözlənilir.

Layihədə siyasi partiyaların təsis olunması, dövlət qeydiyyatı və ləğvi barədə mühüm dəyişikliklər yer alıb. Siyasi partiyaların qeydiyyata alınması üçün tələb edilən minimum üzvlərin sayının mindən 10 minə qaldırılması təklif olunur. Ardıcıl olaraq iki dəfə parlament, prezident və ya bələdiyyə seçkilərində iştirak etməyən partiyaların dövlət qeydiyyatının ləğvi də nəzərdə tutulub.

Müxalifət fəalları hesab edirlər ki, “Siyasi partiyalar haqqında” yeni qanun ölkədə siyasi azadlıqları boğmağa, müxalif partiyaların fəaliyyətini əngəlləməyə hesablanıb. Lakin əks qənaətdə olanlar, Azərbaycanda siyasi aktivliyi artırmaq üçün partiyaların minimum üzv sayının artırılmasının vacibliyini söyləyənlər də var. DİA.AZ xəbər verir ki, siyasi icmalçılar yeni qanun layihəsindən gözləntilərini AYNA ilə bölüşüblər.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, siyasi partiyaların fəaliyyətinə yenidən baxılmalıdır: “İlk növbədə onu qeyd edim ki, “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə mərhələsindədir. Hələ yekun qərar elan olunmayıb. Siyasi partiyalar üçün min üzv tələbi çox aşağıdır. Ona görə ki, Azərbaycan vətəndaşlarının sayı artıb. 10 min say həddi bir qədər yüksək olsa da, min say həddi aşağıdır”.

“Bu gün Azərbaycanda xeyli sayda partiya var ki, onların çoxu fəaliyyətsizdir. Hətta min üzvü olduğunu belə, söyləmək olmaz. 30 il öncə qeydiyyata alınan partiyaların reyestrinin yenidən aparılması təbiidir. Hesab edirəm ki, qanun üzərində işlənilməklə daha təkmil formada yekun müzakirəyə çıxarılmalıdır”, - deyə həmsöhbətimiz bildirib.

Hüseynli yeni qanunun siyasi partiyalar arasında sağlam rəqabətə yol açmasını vacib sayır: “Əgər belə olmayacaqsa, ciddi nəticələrdən danışmaq mümkün olmayacaq. Son illər partiyalar arasında əməkdaşlıq meylləri güclənib. Azərbaycan hökuməti dialoq mühitinin formalaşmasında maraqlı görünür. Əminəm ki, bu siyasət davam edəcək. Yeni qanun imkan verəcək ki, siyasi konfiqurasiya daha da dərinləşsin. Çünki qanunda bununla bağlı məqamlar da öz əksini tapıb. Amma bu, o demək deyil ki, barmaqla sayılacaq üzvləri olan partiyalar fəaliyyət göstərməlidir. Partiya adına iddia edən təsisatın müəyyən sosial elektoratı olmalıdır. Dayaqları olmayan partiya nəinki cəmiyyətə, heç onu yaradanların özlərinə də gərək deyil”.

Siyasi şərhçi Azər Rəşidoğlu isəo fikirdədir ki, yeni qanun layihəsi siyasi partiyaların fəaliyyətinə mənfi təsir göstərəcək: “Qanun layihəsində qeyd edilən bir sıra müddəalar Azərbaycanda partiyalarda birləşmək və fəaliyyət göstərməklə bağlı məhdudiyyətlər yaradacaq. Lakin bu qanunun siyasi proseslərə ciddi təsir edəcəyini düşünmürəm. Azərbaycanda demokratik hüquqlar xeyli dərəcədə məhdudlaşdırılıb və hansı qanunun qəbul ediləcəyinin də önəmi yoxdur. Lakin bütövlükdə qanun layihəsində verilən təkliflər onu göstərir ki, demokratik mühiti məhdudlaşdırmaq istiqamətində addımlar atılacaq”.

Politoloqun sözlərinə görə, qanun ictimai müzakirələr və dinləmələr aparılmadan müzakirəyə çıxarılıb: “Qeydiyyatla bağlı müəyyən məhdudiyyətlər, say tərkibi, maliyyələşmə ilə bağlı müddəalar problem yaradacaq. Qanun layihəsində siyasi partiyaların fəaliyyətini məhdudlaşdırmağa yönəlik kifayət qədər məqamlar yer alıb”.

“Hesab edirəm ki, layihə parlamentdə müzakirə olunduğu dövrdə bəzi müddəalar çıxarılmalıdır. Misal üçün, seçkilərdə iki dəfə iştirak etməyən partiyaların qeydiyatının ləğvi bəndi çıxarılmalıdır. Ümumiyyətlə, layihə ciddi ictimai müzakirələrdən sonra qəbul edilə bilər. Belə müzakirələr isə aparılmayıb”, - deyə Rəşidoğlu vurğulayıb.

Lakin “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı fərqli qənaətdədir: “Mövcud qanun köhnəlib və yeni qanun layihəsinin qəbul olunması labüddür. Siyasi partiyaların fəaliyyətini tənzimləyən qanun layihəsi 30 ildən artıqdır ki, qəbul olunub. Bu müddətdə Azərbaycanda və dünyada ciddi dəyişikliklər baş verib. Bu mənada “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin qəbul olunmasına, müasir dövrün tələbləri ilə uyğunlaşdırılmasına ciddi ehtiyac var”.

“Son illərdə bir çox yeni qanunlar qəbul edilib, idarəetmədə köklü islahatlar aparılıb. Hesab edirəm ki, bu qanun Azərbaycanın siyasi həyatında keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacaq. Ölkəmizin siyasi münasibətlər sisteminə yeni nəfəs gətirəcək. Nəzərə alanda ki, mövcud partiyaların əksəriyyəti 90-cı illərdə təsis olunub, yeni siyasi nizamın formalaşması baxımından da qanunun əhəmiyyəti böyükdür. Əgər bir partiya ortaya siyasi iddialar qoyursa, onun dayaqları və sosial elektoratı olmalıdır”, - deyə müsahibimiz söyləyib.

Şahbazlı partiya təsis etmək üçün minimum say tərkibinin artırılmasını da vacib sayır: “Mövcud qanuna görə, Azərbaycanda siyasi partiya yaratmaq üçün minimum min üzvün olmalıdır. Bu rəqəm çox azdır. Söhbət hər hansı ictimai təşkilatdan getmir. Partiya üzərinə daha ciddi məsuliyyət götürür. Yeni qanun layihəsində 10 min üzv tələbi reallığa söykənir. Düşünürəm ki, bu, ölkədə yeni siyasi nizam yaradaraq, sosial elektoratı olan partiyaların güclənməsinə təkan verəcək. Bundan sonra isə həmin partiyaların fəaliyyətinin stimullaşdırılması üçün müvafiq addımlar atılacaq. Hansı ki, qanun layihəsində də bu məqamlar öz əksini tapıb”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Bu gün, 09:48
"Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH
Bu gün, 09:26
DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Bu gün, 09:19
SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Bu gün, 09:13
"Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Bu gün, 08:46
Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Bu gün, 08:37
Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:24
"Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Bu gün, 08:17
General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Bu gün, 08:07
"Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Bu gün, 08:00
Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Bu gün, 07:50
Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Bu gün, 07:35
"Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Bu gün, 07:23
Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Bu gün, 07:16
Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Bu gün, 07:07
"Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Bu gün, 06:58
Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Bu gün, 06:48
Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Bu gün, 06:31
Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Bu gün, 06:26
DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Bu gün, 06:19
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Bu gün, 06:18
ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30
“Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23
“Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14
Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07
Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59
Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Dünən, 09:54
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Dünən, 09:53
Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Dünən, 09:42
Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Dünən, 09:39
Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Dünən, 09:37
Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Dünən, 09:32
“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Dünən, 09:24
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Dünən, 09:19
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Dünən, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Dünən, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Dünən, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Dünən, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Dünən, 07:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru