Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib .....                     Həm işçinin pulunu vermir, həm də hədələyir... .....                     Cəbrayılov: yerində olmayan başçı... .....                     Aİ Belarusa qarşı sanksiyaları genişləndirib .....                     "Nazirlik imtina cavabı verir" .....                     “Bolton planı” addım-addım həyata keçir .....                     Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR .....                     Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: .....                     Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı .....                     "Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" .....                     Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir .....                     Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… .....                     “Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” .....                     Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi .....                     Məktəblərdə şagirdlərin hüquqları belə pozulur .....                     İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir .....                     "Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq" .....                     İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər .....                     Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib .....                     Ramin İsayevin əmlakı müsadirə edilə bilər .....                     İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA .....                     Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən .....                     Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb? .....                     Vəkili "Oleq Bakinski"yə bəraət istədi .....                     Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir .....                     Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri .....                     Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi .....                     "Bundan sonra küsmək, ayrılmaq yoxdur" .....                     Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər .....                     Rusiyanı diz çökdürəcək qərar .....                     Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! .....                     İrəvanda kim kimi devirəcək? .....                     “TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib .....                     Tiflis İrəvana rədd cavabı verib .....                     Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir .....                     Məşhur türk milyonçunun nikahı ləğv edildi .....                     “Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” .....                     “Məni şərləyib işdən çıxarmaq istəyirlər” .....                     "Allah telefon çıxardanın qapısını bağlasın" .....                     Azərbaycanın tələbi gündəmdə qalır .....                 

"Bunu kimdir xaricdən yönəldən? Kimdir bunu qızışdıran?" - ETİRAZ
Tarix: 27-06-2022, 09:08 | Çap et
"Bunu kimdir xaricdən yönəldən? Kimdir bunu qızışdıran?"
Son vaxtlar İkinci Qarabağ müharibəsində iştirak etmiş qazilər arasında narazılığın artdığı müşahidə olunur. Qazilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının qarşısında həyata keçirdiyi etiraz aksiyalarının, onların mediada işıqlandırılan problemlərinin, eyni zamanda intihar edən qazilərin sayı artıb.

Qazilərin nazirlik qarşısında iyunun 2-də keçirdiyi son aksiyada yaşanan insidentdən sonra adəti üzrə hakimiyyətə yaxın medialar müxtəlif əsaslar gətirərək, həmin aksiyada iştirak etmiş qaziləri ittiham etdilər və adəti üzrə bu dəfə də həmin qaziləri xarici qüvvələrin maraqlarına xidmət etməkdə ittiham etdilər. Amma onların qaldırdığı problemlərin bir çoxu həllini tapmadı. İyunun 16-da Sabirabad rayonu Cavad kənd sakini, 1986-cı il təvəllüdlü Manafov Maşallah Gülağa oğlu pay torpağında ağacdan özünü asaraq intihar etdi. Qeyri-rəsmi hesablamalara görə, bu, qazilər arasında baş vermiş sayca 31-ci intihar hadisəsidir. Maşallah Manafovun intihar etməsinə görə sosial media istifadəçiləri rayon icra hakimiyyətini günahlandırırdı.

Rayon icra hakimiyyəti isə açıqlama yayaraq, qazinin intiharının rayon icra hakimiyyəti ilə əlaqəsi olmadığını bildirib. Nədir son vaxtlar qaziləri belə addımlar atmağa vadar edən? Nədir və ya kimlərdir onları bezdirən? “Qarabağ Qaziləri” İctimai Birliyinin İdarə Heyətinin üzvü, jurnalist Rey Kərimoğlu ASTNA-nın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Rey bəy, sizcə, qaziləri narazı salanlar kimlərdir? Və bu narazılıqların arxasında hansı səbəblər dayanır?

- Qazilərin problemlərinin həlli istiqamətində dövlət xeyli işlər görür. Prezident İlham Əliyev 44 günlük müharibə ərəfəsində 40-dan çox fərman və sərəncam imzalayıb, qanunvericilik aktlarına dəyişikliklər edib. Bir çox qazilərə avtomobillər, mənzillər hədiyyə olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bazasında Vahid Əlaqələndirmə Mərkəzi yaradılıb. Bura 7 dövlət qurumu daxildir. Əvvəllər qazilər, şəhid aillələri bir problemin həlli üçün həmin yeddi qurumu gəzirdisə, indi onlar cəmi bir mərkəzə üz tuturlar. Dediyim kimi, xeyli işlər görülüb. Amma bütün bunlarla bərabər, bir çox problemlər hələ qalıb. Problemin yaranmasının iki əsas səbəbi var.

Birincisi qanunvericiliyin yaratdığı, digəri isə məmur özbaşınalığının yaratdığı problemlərdir. Bu gün qazilərin əksəriyyətinin yaşadığı problemlərin əsas faktoru həm qanunvericiliyin yaratdığı problemlərdir, həm də məmur özbaşınalığının. Nazirlər Kabinetinin 413 saylı qərarı (“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI) yanlış və saxta qərardır. Həmin qərar Milli Məclisdə oxunmadan qəbul edilib. Müxtəlif dövlət qurumları həmin qərara rəy verməli olduğu halda heç bir qurum həmin qərara rəy verməyib. Problemin kökü həmin qərardadır.

Məmur özbaşınalığı isə həm məmur səhlənkarlığından, həm də qanunvericiliyin yaratdığı problemlərdən ortaya çıxır. Məmur problemi düzgün izah edib, həlli istiqamətində addımlar atmalıdır ki, bu boşluq yuxarı instansiyalar, qanunverici orqana qədər gedib çıxsın və həllini tapsın.

- Sizcə, baş verən son etirazlar haqlı narazılıqlardır, yoxsa həqiqətən bir çox media orqanlarının və təbii ki, həmin mediaların arxasında dayananların iddia etdiyi kimi, həmin qaziləri önə verib, prosesi gərginləşdirməkdə başqalarının marağı və barmağı var?

- Əslində bu problemləri çox sadə yolla həll etmək mümkündür. Amma həll etmirlər. Söhbət təkcə bir nazirlikdən getmir. Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi və əlillərin ünsiyyətdə olduğu və problem yaşadığı digər nazirliklər var. Həmin nazirliklərdə də bəzən qazilərin, şəhid ailələrinin problemlərinə biganə yanaşırlar. Mən də bəzən düşünürəm ki, bunun arxasında hansısa qüvvələr dayanır. Amma dərindən düşünəndə deyirəm ki, problem niyə olmalıdır ki, bunun arxasında hansısa qüvvələrin olduğunu düşünək. Və yaxud, problem niyə olmalıdır ki, hansısa qüvvələr bundan istifadə etsin? Bu suala birmənalı cavab vermək olmur.

Bəzi media orqanlarında bu hadisələrin arxasında duran qüvvələrin olduğu deyilsə də, mən bunun belə olduğunu düşünmürəm. Dediyim kimi, problem olmamalıdır ki, hansısa qüvvələr bundan faydalana bilməsin. Bizim təşkilat daim bu problemləri qaldırıb və həlli yollarını təqdim edib. Amma həll etməyiblər. Ölkənin birinci şəxsi İlham Əliyev və ikinci şəxsi Mehriban Əliyevanın timsalında problemlərin həllinə çox ciddi yanaşma var. Amma aşağılarda biz bunu görmürük. Problem də burdan başlayır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısındakı etiraz zamanı baş verən insidentə baxdıqda görmək olur ki, oradakı insidentin günahkarı birbaşa polis oldu. O həddə gətirib çıxardı ki, həmin insident yaşandı. Əgər polis orada qapını açsaydı, o insident yaşanmazdı.

Sizə bir şey deyim. 44 günlük müharibədə iştirak etmiş 12 min adama veteranlıq vermirlər. 90-cı illəri qınayırdılar ki, səriştəsizlik olub, sənədləşmə olmayıb. Yaxşı, bəs müasir texnikanın inkişaf etdiyi indiki vaxtda, 44 günlük müharibədən iki il keçəndən sonra niyə 12 min adama veteranlıq verilmir? Elə adam var ki, 5 medal alıb, iki dəfə yaralanıb, amma veteranlıq ala bilmir. Bunun adı nədir? Bunu yaşayan həmin qazi hansı hissi keçirməlidir? Neyləməlidir? Bütün problemlərin kökü birinci Müdafiə Nazirliyindədir. Orada rüşvətxorluq, korrupsiya, qohumbazlıq var. Həmin 12 mindən 5 mininə artıq veteranlıq verilib, hələ 7 mini qalıb. Belə şey olar? Bunu kimdir xaricdən yönəldən? Kimdir bunu qızışdıran? Bunu qızışdıran həmin o Müdafiə Nazirliyinin rəhbərliyində duran adamlardır. Bunun başında dayananlar zakir həsənovlardır.

- Qazilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında son etirazından sonra media orqanlarında həmin qazilərə qarşı qaralama tipli yazılar yazılmağa başladı. Niyə bu kimi hallar baş verdikdə hakimiyyət və hökumət orqanları adekvat addımlar atmaq əvəzinə bu kimi məlumatlar yayaraq etiraz edənləri şübhə altına almağa, diqqəti onların problemindən kənara yönəltməyə çalışırlar?

- Bu, bizim dövrümüzdə də belə idi. Hakimiyyətin içərisindən Ramiz Mehdiyev öz iyrənc oyunlarını oynayırdı. Birincisi, qazilərin haqlı problemlərini müxtəlif istiqamətlərə yönəltmək istədi. Guya burda siyasi çalar var. O vaxtkı Milli Təhlükəsizlik naziri Namiq Abbasovun açıqlaması hələ də arxivdə qalır. Həmin o 2001-ci il aksiyasından sonra. Həmin açıqlama mediada da gedib. O demişdi ki, bu aksiyanın arxasında heç bir siyasi çalar yoxdur. Bu, sosial problemdir. Buna baxmayaraq, qaziləri qaralamağa başladılar. Bu gün də həmin proses gedir. Mənim bütün bunlardan xəbərim var. Çox ayıb bir hərəkətdir. Qazini ləkələmək, gözdən salmaq, şərləmək, dövlətin ona verdiyini çıxarıb efirdən səsləndirib minnət qoymaq utancvericidir. O, qazinin haqqıdır. Dövləti, vətəni qorumaq hər bir vətəndaşın borcudur. Amma dövlətin də borcudur ki, onun problemlərinin həlli ilə məşğul olsun. Qazilərə qarşı 2016-cı ildən sonra da bir kampaniya başlamışdı. Müharibədə olmayan adamlar qaziləri təftiş edirdi. Yəni haqqı çatmayan insanların qazini təftiş etməsi onları qıcıqlandırırdı. Bu metod Ramiz Mehdiyev dövründən qalma biabırçı metoddur. Görünür, Prezident Administrasiyasında, idarəetmədə hələ də Ramiz Mehdiyevin tör-töküntüləri qalmaqdadır. Qazini qaralamaqdansa, onun problemini həll etmək lazımdır. Çox yanlış bir yoldur. Xüsusilə televiziya kanallarında, saytlarda qaziləri aşağılayırlar. Bu, yolverilməzdir və pislənməlidir.

- Qazilər tək nazirliklərdən deyil, başqa dövlət qurumlarından da, xüsusən yaşadıqları şəhər və rayonlarda yerli icra və hakimiyyət orqanlarından da narazıdırlar. Cəmiyyətin həssas kəsimi olan qazilərə qarşı bu münasibət haradan qaynaqlanır? Qaziləri narazı salmaq, onlar arasında gərginliyi artırmaq kimlərin işinə yarayır?

- Qarabağ Qaziləri birliyi olaraq biz istəyirdik ki, bir dövlət komitəsi yaradılsın. Amma Vahid Əlaqələndirmə Mərkəzi yaradıldı. Həmin mərkəzlər hələ ki, bütün rayonlarda yoxdur. Prezidentin tapşırığı ilə rayon və şəhər icra hakimiyyətlərində şəhid ailələri və yaralılarla iş şöbəsi yaradılıb. Həmin şöbələrin 90 faizində rayon icra hakimiyyətlərinin təyin etdiyi şəxslərdir. Onların içərisində də məmurların ağzını güdən, əlinə baxan adamlar var. Onlar bu gün qazinin haqqını, problemini dilə gətirmir. Intiharların bir səbəbi də budur ki, qazilərə vaxtında diqqət göstərilmir. İcra hakimiyyətləri qazilərin müraciət edib etməməsindən asılı olmayaraq, onlarla maraqlanmalıdır, daim diqqətdə saxlamalıdır.

- Sizcə, indiki halda vəziyyəti necə düzəltmək olar? Hakimiyyət hansı addımlar atmalıdır?

- Qazilərin bu gün əsas problemlərindən biri əlillik dərəcələrinin verilməsi ilə bağlıdır. Hansı ki, bunu da ƏƏSMN-lə əlaqələndirirlər. Halbuki, bu məsələ Nazirlər Kabinetinin 2015-ci ildə qəbul etdiyi 413 saylı qərarla tənzimlənir. Həmin qərar dəyişdirilməlidir. İkincisi, rayon və şəhər icra hakimiyyətlərində yaradılmış şəhid ailələri və yaralılarla iş şöbəsi işini yenidən qurmalıdır. Rayon icra hakimiyyətlərinin başçısı onları öz vassalına, əlaltısına çevirməməlidir. Üçüncüsü, qazilərin təşkilatlanması lazımdır. Ola bilsin ki, hakimiyyət bu məsələdən ehtiyat etsin. Amma onlar təşkilatlanmasa, əlaqələr qırılır. Onlara ən yaxşı psixoloji dəstək bir-biriləri ilə təmasda olmalarıdır. Problemlərin həlli budur. Bunlardan başlamaq lazımdır. Ümumiyyətlə, Müdafiə Nazirliyi müharibədən sonra əsgər və zabitlərlə maraqlanmır. Yüksək rütbəli zabitlər müalicə ala bilirlər. Mayordan aşağı rütbəli heç bir zabit müalicə ala bilmir, hospitallara buraxılmır. Bu yanaşma dəyişməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Bu gün, 07:11
Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Bu gün, 07:09
Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Bu gün, 07:03
Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Bu gün, 07:00
"Nazirlik imtina cavabı verir" - GİLEY
Bu gün, 06:58
“Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Bu gün, 06:55
Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Bu gün, 06:52
Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Bu gün, 06:27
Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:16
"Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Bu gün, 06:13
Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Bu gün, 06:09
Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Bu gün, 06:06
“Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Bu gün, 06:01
Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Bu gün, 05:59
Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Bu gün, 05:57
İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir - İranın keçmiş səfirindən ilginc açıqlamalar
Bu gün, 05:54
"Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq"
Bu gün, 05:51
İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər
Bu gün, 05:47
Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib - Rusiya nefti BAHA SATILA BİLMƏZ
Bu gün, 05:43
Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43
İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41
Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38
Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Dünən, 18:03
Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Dünən, 17:54
Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Dünən, 17:52
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Dünən, 17:48
Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Dünən, 17:45
"Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Dünən, 17:30
Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Dünən, 17:27
Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Dünən, 17:25
Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Dünən, 17:23
İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:19
“TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Dünən, 17:16
Tiflis İrəvana rədd cavabı verib
Dünən, 17:14
Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:10
Məşhur türk milyonçunun nikahı ləğv edildi
Dünən, 17:08
“Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” - “The Hill”
Dünən, 17:03
“Məni şərləyib işdən çıxarmaq istəyirlər” – Kollecdə təzyiq iddiası
Dünən, 16:59
"Allah telefon çıxardanın qapısını bağlasın"
Dünən, 16:54
Azərbaycanın tələbi gündəmdə qalır - İLGİNC DETALLAR
Dünən, 16:52
Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Dünən, 16:47
Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Dünən, 15:43
Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Dünən, 15:39
AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Dünən, 15:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Dünən, 15:27
BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Dünən, 15:23
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Dünən, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Dünən, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Dünən, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Dünən, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru