"Ermənistanla müqavilədə “Azərbaycanda yaşayacaq ermənilərin problemlərini Rusiyasız həll edək” bəndi də olsa daha effektli olar" - ÇAĞIRIŞ
Tarix: 23-05-2022, 10:28 |
Çap et
"Azərbaycan dövləti 2 il bundan öncə başladığı kadr islahatları kimi vacib reformaları davam etdirir. Bu reformalar həm bu gün həm də gələcək reformaların həyata keçirilməsində mühüm rol oynayacaq". DİA.AZ demokrat.az-a istinadla xəbər verir ki, bunu sabiq spiker Rəsul Quliyev bildirib
"Kadr reforması sözsüz davam etdirilməlidir, ümumiyyətlə reformanın nə olduğunu anlamayan hələ də 10-larla vəzifə sahibləri vardır. Bu insanlar məhdud ağıla malikdir və özlərindən asılı olmayaraq işlədiyi sahələrdə tormoz olacaqlar.
Paralel korrupsiya və rüşvətin cəlladı hesab edilən Siyasi və İqtisadi reformalara başlamağın vaxtı çatıb. 2020-ci ildən sonra Prezidentin nüfuzu və onun komandasının bacarığı imkan verir ki, ən radikal reformalar belə həyata keçirilsin.
Azərbaycanın inkişafını təmin edəcək əsas yollardan biri xarici siyasətdir. Azərbaycan, Ermənistanla hərtərəfli müqavilə imzalamaqla erməni müxalifətinin Azərbaycanın inkişafını saxlamaq üçün qarşsına salmaq istədiyi daşıda toza çevirəcək. Ermənistanla müqavilədə “Azərbaycanda yaşayacaq ermənilərin problemlərini Rusiyasız həll edək” bəndi də olsa daha effektli olar. Düşünürəm ki, Azərbaycan Respublikasının yürütdüyü doğru xarici siyasət dövlət maraqlarının qorunması və təmin edilməsi istiqamətində seçilmiş ən doğru yoldur", Rəsuı Quliyev qeyd edib.