Rusiyaya görə Ermənistana yeni missiya göndərilir .....                     Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq .....                     ADY sədri yeni şöbə müdiri təyin etdi .....                     Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: .....                     Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi .....                     Tarixi dönüş nöqtəsi .....                     Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb .....                     Tramp İranı təhdid edib: .....                     Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var .....                     İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı .....                     Əməkdar artist həmkarlarını hədəf aldı: .....                     “Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” .....                     “Yelo Bank”ın poblemli kreditləri kəskin artıb .....                     Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü .....                     Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi .....                     Kremldən “qazlı” ZƏRBƏ .....                     AZAL-ın təyyarəsi İrəvanda .....                     Sara Əzimovaya yeni vəzifə verilib .....                     Şahin Mustafayev Ermənistanda səfərdədir .....                     Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! .....                     "Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" .....                     Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib .....                     Əlixan Rəcəbov necə uğursuz oldu? .....                     İranda nizam dəyişdi .....                     Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır .....                     “Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək .....                     "Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" .....                     7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin .....                     AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” .....                     Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək .....                     Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi .....                     Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq .....                     “PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan .....                     "Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Azərbaycan neftinin qiyməti 115 dolları ötüb .....                     Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi .....                     Tehranın Azərbaycanla sərhəddən yeni mesajı .....                     ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir .....                     "450-dən çox ailə başçısını işsiz qoydular..." .....                     Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir .....                 

"Bu, böyük tarixi şəxsiyyətə Azərbaycanda dəyər verilməsi həm də vəfa borcudur" - deputat
Tarix: 11-05-2022, 10:37 | Çap et
"Bu, böyük tarixi şəxsiyyətə Azərbaycanda dəyər verilməsi həm də vəfa borcudur"
İllərdir çoxsaylı tələb-təkliflərə baxmayaraq, Bakıda Nuru Paşaya heykəl qoymaq mümkün olmur. Təkcə bu fakt qəhrəman türk zabitinin adının əbədiləşməsi üçün yetərlidir: Qafqaz İslam Ordusunun komandanı, general Nuru Paşa 1918-ci ildə öz əsgərləri ilə Azərbaycanın köməyinə gəlib, burada erməni daşnaklarına və rus əsgərlərinə qarşı vuruşaraq, 15 sentyabrda Bakını işğaldan azad edib.

Türkiyə ilə münasibətlərimizin indiki, ən yüksək zamanında belə, bu böyük komandana xatirə abidəsi inşa etməmək, bu mövzuda Azərbaycan hökumətinin inad göstərməsi insanlarda heyrət yaradır. Qeyd edək ki, həm də 2021-ci ilin 15 iyunundan etibarən ortada müttəfiqlik haqqında “Şuşa Bəyannaməsi” var. Üstəlik, Şuşada Türkiyənin konsulluğunun açılması istiqamətində razılıq var. Mayın 10-da Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında bir daha bu mövzuya toxunub. “Şuşada konsulluğun açılması ilə bağlı Türkiyə və Azərbaycan arasında danışıqlar gedir. Xarici işlər nazirlikləri arasında danışıqlar davam edir”, səfir bildirib. Nə gözəl olar ki, elə Türkiyənin Şuşadakı konsulluğu Nuru Paşanın adını daşıyan küçədə yerləşəydi... Əgər qardaş ölkənin konsulluğunun Şuşa şəhərində - hansı ki, hələ də anti-Azərbaycan qüvvələr Şuşa ilə bağlı məkrli fitnələrə əl atmaqdadırlar və onlara stimul verən qüvvələr də az deyil - açılırsa, o halda paytaxt Bakımızda niyə Azərbaycanın xilaskarına abidə qoyulmasın? Ümumiyyətlə, bu müzakirələrin illərlə davam etməsinin özü həm də utancvericidir. Xüsusilə də Türkiyədə bugünlərdə istiqlal şairimiz Əhməd Cavada möhtəşəm abidə qoyulmasının ardınca Nuru Paşanın yolunu və yerini gözləyən abidəsi növbəti dəfə gündəmə gəlib, bu da təbiidir.

“Nuru Paşaya Azneft meydanında, at belində heykəl qoyulsun", - deyə deputat Fazil Mustafa yenə təkliflərlə çıxış edib. Deputat bu fikirlərini Türkiyə hökumətinin Ankarada istiqlal şairimiz Əhməd Cavada abidə qoyması ilə əsaslandırıb: “Ankarada istiqlal şairimiz Əhməd Cavada gözəl bir abidə qoyuldu. Türkiyədən Azərbaycana bir qardaşlıq ərmağanıdır bu. Nə qədər gözəl davranış. İndi növbə bizə düşür. Vaxtı deyilmi buna dəyərli bir qardaşlıq addımı ilə cavab verək? Bakıda ”Azneft" meydanında Azərbaycanın xilaskarı Nuri Paşanın at belində heykəli! Biz Əhməd Cavada sevindiyimiz qədər qardaşlarımız da Türkiyədə sevinərlər. Fəna olmaz, deyilmi? “Şuşa Bəyannaməsi”nin də hər bəndinə tam uyğun". Bir daha xatırladaq ki, Fazil Mustafa və digər Azərbaycan ziyalıları 20 ildən artıqdır ki, bu cür təkliflər səsləndirirlər. Lakin bunu həyata keçirmək mümkün olmur. Sizcə, niyə Azərbaycan hökuməti Bakının qurtuluşçusu Nuru Paşaya heykəl qoymur? Şəxsi qənaətiniz necədir, bu işə mane olan nədir və ya kimlərdir? Bu mövzudan bəhs edərkən elə öncə suallarımıza deputat Fazil Mustafanın fikirlərini almaq istədik. DİA.AZ xəbər verir ki, “Yeni Müsavat”a açıqlamasında millət vəkili bunları söylədi: “Azərbaycanın xilaskarı, Azərbaycan dövlətinin qurulmasında ən əhəmiyyətli rol oynamış tarixi şəxsiyyətlərdən biri olan Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsi istiqamətində Azərbaycanda heç bir addım atılmamasının səbəbini izah etmək olduqca çətindir. Yəni biz tez-tez söyləyirik ki, sovet dövründə imkan vermirdilər, gerçək qəhrəmanlarımızı tanımırdıq və hamısını sovet rejiminin üzərinə yükləyirik. Amma bu, sovet rejimi məsələsi deyil, biz, ümumiyyətlə, 70 il o dövrdə və sonrakı dövrdəki zehniyyətimizlə bağlıdır. Eynilə ermənilərin də əlində imkan var idi ki, hansısa bir tarixi qəhrəmanı tanımasın, gürcü xalqı da eləcə... Nədənsə azərbaycanlılarda həmişə bu anlayış olub. Ona görə də biz bu məsələdə hər hansı bir şəkildə irəliləyiş əldə edə bilmirik. Bu da onu göstərir ki, bizim strateji baxışımız xeyli məhduddur. Baxın, tarixi addım atmışıq, ”Şuşa Bəyannaməsi"ni imzalamışıq. O bəyannamədə əslində 100 il öncəki missiyanı bir də xatırlatmışıq. Xatırlatmışıq ki, dar günümüzdə bir-birimizə dəstək verək, dəstək verməyi də hüquqi cəhətdən əsaslandırmışıq. O zaman da hətta hüquqi cəhətdən əsaslandırma 4 iyunda baş versə də, may ayında Nuru Paşa öz qoşunları ilə Azərbaycana gəlmişdi. Onun gəlişini müxtəlif spekulyasiyalarla izah etməyə çalışanlar, “neft uğrunda”, “qızıl alıb, bunu etməyin müqabilində” kimi...hamısı boş, mənasız ittihamlar olub. Bu, böyük tarixi şəxsiyyətə Azərbaycanda dəyər verilməsi həm də vəfa borcudur". F.Mustafa ardınca qeyd etdi ki, Bakının girişində bu yerə haqq etməyən birisinin abidəsi var: “Maraqlıdır ki, mənim təklif etdiyim yerdə, Bakının mərkəzində məchul bir şəxsin, ədəbi qəhrəmanın adına, amma tarixi şəxsiyyət olmuş Bəhram Gurun adına heykəl qoyulub. Bəhram Gur əslində fars-Sasani sisteminin qəhrəmanıdır və bu qəhrəmanın da adının müəyyən dərəcədə bu formada cəmiyyət həyatında xatırlanması doğrudan da qəribə səslənir. ”Gur" fars dilində “eşşək” deməkdir. Bəhram “Eşşəy”in abidəsini Bakının mərkəzində görməyə vərdiş eləmiş Azərbaycan cəmiyyəti hələ ki qəhrəman Nuru Paşanın abidəsini görməyə, məncə, hazır deyil, bəlkə də layiq deyilik. Bunu ortadan qaldırmaq lazımdır. Yəni Bəhram Gur anlayışına sahib çıxan zehniyyətlə qəhrəman, bizim milli dəyərimiz olan Nuru Paşa arasında fərqi görməməkdən irəli gələn bir zehniyyət mənə elə gəlir ki, bu məsələnin həyata keçirilməsinə mane olur. Ona görə də biz öz qəhrəmanımıza dəyər vermədikcə, 1300-dən artıq türk qardaşımızın məzarı üstündə hər zaman onların xidmətini xatırlamadıqca, biz hələ də vəfa borcunu yerinə yetirməyən millət, dövlət olaraq qalacağıq, dövrün ziddiyyətləri içində. Burada, məncə, heç bir maneə ola bilməz! Kimsə Azərbaycana Nuru Paşanın heykəlini qoyma, deyə bilməz. Yaxud hərbi məktəbdə onun adına təqaüd belə təsis olunmayıb. Bunu etməyə görə kimsə Azərbaycana güldən ağır söz deyə bilməz. Niyə etmirik? Dediyim kimi, Bəhram Gur, yəni Bəhram “Eşşək” və qəhrəman Nuru Paşa müqayisəsi məsələsidir. Üstünlüyü nəyə verdiyimizi məhz bu faktda göstəririk".

Deputat Ceyhun Məmmədov da hesab edir ki, Nuru Paşanın Bakıda heykəlinin qoyulması iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verə, hər iki ölkənin ictimaiyyəti tərəfindən müsbət qarşılana bilər: “O dövr Azərbaycanda vəziyyət kifayət qədər mürəkkəb idi. Ermənilər bütün Azərbaycanı işğal etməyi planlaşdırırdılar. Əgər həmin dövrdə qardaş Türkiyənin dəstəyi olmasaydı, ermənilər daha çox qırğın törədəcəkdilər. Azərbaycan xalqı həmin dövrü çox yaxşı xatırlayır”. Heykəlin harada qoyulmasına gəlincə, C.Məmmədovun fikrincə, bu məsələni daha yaxşı müvafiq icra orqanları daha yaxşı bilirlər: “Çünki burada şəhərin planı və digər məsələlər nəzərə alınmalıdır. İnanıram ki, zamanla bu məsələ öz müsbət həllini tapacaq. Hazırda ölkədə işlər çoxdur. Zamanla bu məsələyə də mütləq qayıdılacaq”.

Politoloq Elxan Şahinoğlu isə nəhayət, məsələyə nöqtə qoyulmasını istəyir: “Bunu uzatmağın yeri varmı? Şəhərin mərkəzində Nuru Paşaya, Əhməd Cavada, Məhəmməd Əmin Rəsulzadəyə, Fətəli Xan Xoyskiyə bu günə qədər abidə qoyulmaması bizim ayıbımızdır. ”Buna mane olan nədir" sualına ən yaxşı hakimiyyətdə təmsil olunanlar cavab verə bilər. Cümhuriyyəti quran babalarımız və Azərbaycanı bolşevik-daşnak ittifaqından qurtaran Nuru Paşanın xatirəsini əbədiləşdirmək bizim borcumuzdur. İnanıram ki, bunu biz etməsək, gələcək nəsillər etmədiklərimizi həyata keçirəcəklər".

İnanırıq ki, hakimiyyət həm Azərbaycandakı, həm də Türkiyədəki ictimai rəyi nəzərə alacaq, böyük Türk oğlunun adına layiq abidə ilə bağlı qərar veriləcək. Həm də düşmənlərin ürəyinə daha bir dağ çəkmiş olarıq, elə isə vaxtı niyə uzadırıq ki?..










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyaya görə Ermənistana yeni missiya göndərilir - KİV
Bu gün, 13:20
Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu
Bu gün, 13:18
ADY sədri yeni şöbə müdiri təyin etdi - FOTO
Bu gün, 13:14
Maduro əməliyyatında iştirak edən əsgərə İTTİHAM: -mərcdən pul udub
Bu gün, 12:56
Sabiq icra başçısı “ağılsızlıqdır”, Bakı Metropoliteni “mümkündür” dedi
Bu gün, 12:54
Tarixi dönüş nöqtəsi - Bakı-İrəvan xəttində yeni mərhələ
Bu gün, 12:50
Məşhur məşqçi və xanımı Madriddə 180 mənzil və 7 bina satın alıb
Bu gün, 12:47
Tramp İranı təhdid edib: - "Yaxşı oğlan olmaq dövrü geridə qaldı"
Bu gün, 12:39
Yarım milyon manatlıq dələduzluqda ittiham edilən şəxsdən xəbər var
Bu gün, 12:35
İcra Hakimiyyəti abadlıq işləri üçün bu şirkətə 61 milyon manat ayırdı - TƏFƏRRÜAT
Bu gün, 12:28
Əməkdar artist həmkarlarını hədəf aldı: - "Bilirlər ki, bunu etsəm..."
Bu gün, 12:26
“Rus "sektor"unda oxumaq üçün 3000-5000 manat ödənilsin” - Azər Həsrətdən TƏKLİF
Bu gün, 12:17
“Yelo Bank”ın poblemli kreditləri kəskin artıb – Müştərilər pullarını geri götürür
Bu gün, 12:04
Bakıda gənc oğlanla yeniyetmə qız hamamda zəhərləndi, biri öldü
Bu gün, 12:01
Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi - TƏFƏRRÜAT
Bu gün, 11:56
Kremldən “qazlı” ZƏRBƏ – “Cermuk”a HÜCUMUN gizlinləri
Bu gün, 11:53
AZAL-ın təyyarəsi İrəvanda - FOTO
Bu gün, 11:45
Sara Əzimovaya yeni vəzifə verilib - BUNDAN SONRA...
Bu gün, 11:42
Şahin Mustafayev Ermənistanda səfərdədir
Bu gün, 11:34
Dənizdə çalışan neftçilərin SAĞLAMLIĞI TƏHLÜKƏ ALTINDA! - BU NƏDİ BELƏ?
Bu gün, 11:32
"Onlar teatra gəlməyimi xahiş etdilər, dostumu, düşmənimi tanıdım" - Mehriban Xanlarova "AZDRAMA"-ya qayıdır?
Bu gün, 11:13
Səfir Niderland parlamentinin Azərbaycana qarşı qərəzli sənədinə aydınlıq gətirib - "Biz onlara təsir göstərə bilmərik"
Bu gün, 11:08
Əlixan Rəcəbov necə uğursuz oldu? - Orxan Saffari yazır…
Bu gün, 11:01
İranda nizam dəyişdi - Hakimiyyət ali rəhbərdən alındı
Bu gün, 10:48
Hərbi xidmət keçməkdən boyun qaçıran gənc qərardan narazıdır
Bu gün, 10:42
“Zəyəm Texnologiyalar Parkı”nda yığıncaq keçiriləcək
Bu gün, 10:40
"Bunları təhlükəsizlik yox, cibləri maraqlandırır" - ETİRAZ VAR...
Bu gün, 10:37
7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub
Bu gün, 10:33
AQTA-nın tamahkar işçiləri “QILINCLARINI SIYIRIB” - GİLEY
Bu gün, 10:29
Qubadlıda yaşayış məhəlləsini “See Breeze Construction” tikəcək – 34,4 milyonluq tender
Bu gün, 10:17
Nigar Köçərli “LIV Bona Dea Hospital”ı yenidən saxtakarlıqda ittiham etdi - "Bir klinika pasiyenti əzmək üçün..."
Bu gün, 10:15
Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq - TƏFƏRRÜAT
Bu gün, 10:04
“PubG”yə görə azyaşlıya qarşı hədə-qorxu və oğurluq: 40 min manata yaxın ziyan - MƏHKƏMƏ
Bu gün, 09:53
"Azərbaycan Sənaye Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:47
Azərbaycan neftinin qiyməti 115 dolları ötüb
Bu gün, 09:44
Traktoru qaçırdı, aptekdə bıçaqla hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 08:42
Tehranın Azərbaycanla sərhəddən yeni mesajı - Görünəni odur ki...
Bu gün, 08:39
ABŞ İranı uzun müddət blokadada saxlamaq istəyir - KİV
Bu gün, 08:35
"450-dən çox ailə başçısını işsiz qoydular..." - NARAZILIQ VAR...
Bu gün, 08:30
Bu ölkələr Rusiya kəşfiyyatına yardım edir - Stupak
Bu gün, 08:02
Reparasiyalar ödənilməzsə, zərərlər Hörmüz boğazı hesabına kompensasiya olunacaq - Rəsmi Tehran
Bu gün, 08:00
Vüsal Aslanov üçün geri sayım: Yeni Metropolten rəisi bu şəxs ola bilər - İDDİA
Bu gün, 07:34
SEPAH-ın casus şəbəkəsinin rəhbəri Azərbaycan vətəndaşı imiş - FOTO
Bu gün, 07:32
AYA 10 MİN MANAT MAAŞ ALAN İDARƏ RƏİSİ... - Orxan İmanlının bibisi oğlundan narazılıq artıb
Bu gün, 07:19
"Məleykə xanımın repetitorlarla bağlı fikri ilə razılaşmıram” - DİM sədrinə ETİRAZ
Bu gün, 07:15
Rusiya-Ermənistan seçki savaşı böyüyür, təhlükələr də var - İNCƏLƏMƏ
Bu gün, 07:10
Zelenskinin qəfil və sirli səfəri: Bakı hansı mesajı verir? - NƏ BAŞ VERİR?
Bu gün, 07:07
Azərbaycanda “WhatsApp”la bağlı yeni problem – Həlli AÇIQLANDI
Bu gün, 07:05
Azərbaycan Ukrayna təcrübəsindən yararlanmalıdır - ÇAĞIRIŞ
Bu gün, 07:04
Paşinyan seçilsə, Kreml nə edəcək? - Silayev
Bu gün, 07:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru