Əli Kərimli növbəti dəfə “uşaq pulu” ifadəsi ilə manipulyasiya edir - ARAŞDIRMA
Tarix: 21-04-2022, 08:19 | Çap et
AXCP sədri Əli Kərimli sosial islahatların nəticələri, inflyasiya, uşaq pulu və digər mövzularda hökuməti ittiham etməyə çalışır. Bu dəfə Ə. Kərimli Prezident İlham Əliyevin müşavirədə ölkədəki sosial-iqtisadi problemləri müzakirə etməsinə də irad bildirib. Deyib ki, 9 milyon insanın sosial vəziyyəti pisləşib. "İlham Əliyevin müşavirəsində şəhid ailələrinə, müharibə qəhrəmanlarına qayğıdan yenə də ağız dolusu danışılıb. Ancaq İlham Əliyev xalqa izah etməyib ki, onun hökuməti nəyə görə şəhid ailəsinə başdan-ayağa dağıdılmış Ukraynadan 79 dəfə, maliyyə sanksiyaları altında çökən Rusiyadan 12 dəfə az "qan pulu" verir, veteranların 14 aylıq müavinətini oğurlayır, qazilərimizi, veteranlarımızı yoxsulluğa məhkum edir". Və əlavə edib ki, “İlham Əliyev deyib ki, son 3 ayda inflyasiya 18 faiz olduğu halda, əhalinin gəlirləri 20 faiz artıb. İnflyasiyanın real həddi haqda yuxarıda yazmışam. Ancaq "əhalinin gəlirləri təxminən 20 faiz artıb" deməklə İlham Əliyev ya açıq yalan danışıb, ya da xalqımızım 9 milyonunu çıxdaş edib, əhali saymır. Çünki maaşları təxminən 20 faiz artan əsasən büdcə təşkilatlarında çalışan və minimum pensiya alan təxminən 1 milona yaxın əhalidir. Onların ya aylıq qazançı yoxdur, ya da qazancları artmayıb. 35-40 faizlik inflyasiya, dəhşətli bahalaşma şəraitində tam köməksiz, çarəsiz qalmış 9 milyon insan əhali olmaqdan çıxarılıbmı?
DİA.AZ xəbər verir ki, Faktyoxla Lab. AXCP sədrinin iddialarını araşdırıb.
Əvvəla “9 milyon nəfər” əhalinin 90 faizi deməkdir. Hazırda ölkə əhalisin təxminən 5,3 milyon nəfəri iqtisadi fəal əhalidir. Yəni, müxtəlif sahələrdə müxtəlif fəaliyyət növü ilə məşğul olanlardır. Onların təqribən, 1,7 milyon nəfəri muzdlu işçidir, yəni əmək müqaviləsi əsasında çalışanlardır. Yerdə qalan 3,5 milyon nəfər müxtəlif sahələrdə çalışanlardır.
Müdafiə, daxili işlər, sərhəd qoşunları, ədliyyə, milli təhlükəsizlik, prokurorluq, digər hüquq-mühafizə, təhsil, səhiyyə, kənd təsərrüfatı, elm, mədəniyyət, incəsənət, sosial və digər sahələrdə çalışanların sayı təxminən 2 milyon nəfərdir. Bu ölkə üzrə əhalinin 20 faizi deməkdir.
Məlum olduğu kimi 2022-ci il yanvarın 1-dən həmin qurumlarda çalışan işçilərin əməkhaqqları təxminən 20-40 faiz nisbətində artırlıb. Bundan başqa, ölkədə 800 mindən çox özəl müəssisə və təşkilatlarda çalışanların, 1 milyon nəfərə yaxın kiçik və orta, fərdi sahibkarın da gəlirləri 20 faizdən çox yüksəlib. Pensiya, müavinət və təqaüd alanları da əlavə etsək, ölkədə 4 milyondan çox, yəni əhalini 40 faizindən çox hissəsinin real aylıq gəlirləri artıb. Beləliklə, 2022-ci ilin əvvəlindən həm minimum aylıq əmək haqqının 250 manatdan 300 manata çatdırılması, həm də əməkhaqlarında növbəti artımlar nəticəsində ölkə üzrə orta aylıq əmək haqqı ən azı 20 faiz artıb. (Mənbə)
Ə.Kərimli növbəti dəfə “uşaq pulu” ifadəsi ilə manipulyasiya edir: “Ölkənin valyuta rezervlərinin və büdcədəki profisitin artdığı halda nəyə görə uşaqpulu verilmədiyini, milyonlarla işsiz üçün iş yeri açılmadığını izah etməyib”.
Hazırda ölkə üzrə 2 milyondan artıq uşağın təxminən 30 faizi müxtəlif təqaüd və ünvanlı sosial yardımla əhatə olunub, onlar üçün nəzərdə tutulan müavinət və təqaüdlərin sayı təxminən 20-yə yaxındır. Cari ilin yanvarından etibarən həmin müavinət və təqüdlərin hər birində 20 fazi artım baş verib. Həmçinin, ölkəmizdə 80 mindən artıq ailəyə ünvanlı sosial yardım ödənilir, bu, təxminən, 350 min insan deməkdir. Sosial yardım alan ailənin üzvlərinin 60 faizini uşaqlar təşkil edir, yəni hazırda təxminən insanların 220-250 min nəfəri uşaqlardır. Hər il bu yardımın məbləği orta hesabla 15 faiz artırılır. 2022-ci ildə isə bu rəqəm 20 faizi də ötüb. Belə ki, 2022-ci ilin mart ayında 1 ailəyə ödənilən ünvanlı sosial yardımın məbləği 246,5 manatdan 298,9 manata çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,2% artım deməkdir. Yəni bu o deməkdir ki, bir ailədə 2 uşaq ünvanlı yardımla əhatə edilibsə onların hər birinin aylıq yardım məbləği 14-15 manat yüksəlib. (Mənbə)
AXCP-nin sədri iddia edir ki, neft qiymətlərinin artması nəticəsində dövlətin hər ay əldə etdiyi 1,5 milyard dolların xalqın həyatını yaxşılaşdırmayıb.
Birincisi, son aylarda neft bahalaşmasına baxmayaraq Azərbaycanın yanacaq satışından hər ay gəliri 1,5 milyard dollar deyil. (Mənbə)Dövlət Neft Fondu 2022-ci ilin yanvar-fevral aylarında neft satışından 1,3 milyard dollar, qaz satışından isə 227 milyon dollar əldə edib. (Mənbə) Neft və qazın birlikdə, (“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yatağından) hasil edilən daxil olan təmiz mənfəət 1 milyard 534 milyon dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 2,6 dəfə çoxdur.
Göründüyü kimi Fondun hazırda aylıq neft-qaz satışından təmiz mənfəəti ay ərzində təxminən 780 milyon dollara bərabərdir. Yəni, Kərimlinin 2 dəfə şişirtdiyi qədər deyil.
Dövlət Neft Fondunun neft-qaz satışından əldə etdiyi gəlirlərin böyük bir hissəsi isə “Dövlət büdcəsi haqqında” və “2022-ci ilin dövlət büdcəsi layihəsi haqıında” qanunlara əsasən, büdcə öhdəlikləridir. Fondun təsdiq edilmiş 2022-ci il üçün büdcəsində xərcləri 12 milyard 789 milyon manat məbləğində müəyyən edilib. Yəni, Fond hər ay büdcəyə 1,065 milyon manat pul tarnsfert etməlidir. (Mənbə) Neft Fondu aylıq 780 milyon dollar, yəni 1,3 milyard manat mənfəətinin 1,065 milyon manatını büdcəyə köçürür. Büdcəyə köçürülən həmin vəsaitlərin hansı sahələrə xərclənməsi, istiqamətləri və digər bütün rəqəmlər büdcə layihəsində sətirbəsətir göstərilib. Fondun büdcə öhdəliklərindən sonra qalan aylıq gəlirləri strateji valyuta ehtiyatlarının artırılmasına yönəldilir. Son 2 ayda Neft Fondunun valyuta ehtiyatlarının təxminən 200 milyon dollar artması da məhz bu daxilolmaların sayəsində mümkün olub. (Mənbə)
Hökumət artan gəlirləri ən çox büdcədə sosial sahələrin maliyyələşdirilməsinə yönəldir. 2022-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclər ümumi büdcə xərclərinin 46,4 faizini təşkil edir. Heç bir ölkədə büdcədə sosial xərclər 40 faizdən yuksək deyil, Azərbaycanda az qala büdcənin yarısı deməkdir. Sosial xərclərin büdcədə maliyyə tutumu 13 milyard 851 milyon manata çatdırılıb. Bu, 2021-ci illə müqayisədə 13,5 faiz, yəni 1 milyard 650 milyon manat artım deməkdir. Büdcədə sosialyönümlü xərclərin, yəni 13, 8 milyard manat vəsaitin 60 faizi, yəni 8,1 milyard manatı əməyin ödənişi xərcləridir. Beləliklə, təkcə cari ildə bütün sosial artımlar üçün büdcədə 2 milyard manata yaxın əlavə güclü maliyyə təminatı öz əksinin tapıb. (Mənbə)
Beləliklə, hər şey gün işığı kimi aydındır, daxil olan neft gəlirlərinin statistikası, xərclərin ünvanı və ehtiyatların artım faizi və həcmi bütün detalları ilə ictimaiyyətə təqdim olunur. Kərimli bu metodoloji qaydaları, adi riyazi hesablamanı bilmirsə, bir eyib, bilməyib öz azsaylı tərəfdarlarını aldadırsa, ikinci eyibdir.
Ə. Kərimli inflyasiya ilə bağlı öz fərziyyələri əsasında mühakimə yürüdərək iddia edir ki, Azərbaycanda 35-40 faiz həddində inflyasiya mövcuddur. Bu fikirləri araşdırmaq üçün inflyasiya göstəricilərini əks etdirən etibarlı rəsmi statistikaya baxmaq kifayətdir. 2022-ci ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-mart aylarına nisbətən 12,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17 faiz artıb. (Mənbə)
İnflyasiyanın yüksəlməsinin əsas səbəbi, təxminən 60 faizi idxalla bağlıdır, yəni xaricdən Azərbaycana gətirilən mal və xidmətlərin bahalaşmasının nəticəsidr. Bu isə bizdən asılı olmadan qlobal səviyyədə ərzaq və digər malların qiymətlərinin dayanmadan artmasından doğan qarşısıalınmaz prosesdir. Bütün ölkələrdə hər ay istehlak qiymətləri indeksi artır.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son məlumatda da qeyd edilir ki, ərzaq qiymətləri indeksi 2022-ci ilin mart ayında əvvəlki illin eyni dövrü ilə müqayisədə 33,6% yüksəlib. Yəni, qiymət indeksi 1990-cı ildə yarandığı gündən bəri yeni tarixi rekorda imza atıb. Son artım - bitki yağları, taxıl və ət alt indekslərindəki bütün zamanların ən yüksək göstəricilərini əks etdirir. Şəkər və süd məhsulları da əhəmiyyətli dərəcədə bahalaşıb. Taxıl qiymətləri indeksi mart ayında 17,1 faiz artaraq 170,1 bənd təşkil edib ki, bu da 1990-cı ildən bəri ən sürətli rekord göstəricidir. Bitki yağı mart ayında aylıq müqayisədə 23,2 faiz artaraq 248,6 bəndlə yeni rekorda imza atıb. Bundan başqa, süd, ət, şəkər qiyməti indeksi də artıb. (Mənbə)
Azərbaycan həmin malların, həmçinin yerli istehsalda tələb olunan xammalların bir qismini xaricdən idxal etdiyindən sözsüz ki, qiymət artımlarına səbəb olur.
Kərimli onu da iddia edir ki, hökumət 2022-ci ildə pensiyaları cəmi 3,4 faiz artırıb, əhalinin gəlirlərində isə ötən 3 ayda 20 faiz artım baş verməyib. Bu iddianı da dəqiqləşdirək.
Məlum olduğu kimi 2022-ci il yanvarın birindən etibarən əmək pensiyalarının sığorta hissəsi 2021-ci il üzrə orta aylıq nominal əmək haqqının artım tempinə uyğun, yəni 3,4 faiz indeksləşdirilib. Artım indeksasiyası ilə yanaşı, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım da verilir. Pensiya məbləği 300 manatadək olanlarda artım 10%, daha yüksək məbləğlərdə pensiya alanlarda isə 7-8%-dək olub. Beləliklə, artımlar ölkə üzrə pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil edib. İndeksasiya və maddi yardım təyin edilən dövrdə, yəni cari ilin yanvar ayında pensiya artımı faizi 2021-ci il üzrə orta inflyasiya dərəcəsini isə (6,7%) üstələyib. (Mənbə)
Onu da nəzərə almaq lazımdır ki, ölkədə minimum pensiya məbləği 240 manat təşkil edir. Bu o deməkdir ki, bir nəfər pensiyaçının pensiyası 3,4 faiz, yəni 8,16 manat və (240*3,4 = 8,16 manat) 200 manat kompensasiyanın illik bögüsünə ( 200:12 = 16,6 manat) əsasən 16,6 manat, ümumikdə isə təxminən 25 manat (8,16+16,6 = 24,76) artıb. Yəni, indeksasiya və kompensasiya məbləği ilə birlikdə 2022-ci ildə pensiyaların illik artım faizi 10,8 faiz təşkil edib. Bu adi hesablamalardan göründüyü kimi pensiyalar Əli Kərimlinin iddia etdiyi kimi 3,4 faiz deyil, 9-11 faizə yaxın artıb. Şübhə varsa, həmin izahı bir daha oxuya bilərsiniz.
Nəhayət, həlak olan hərbçilərə təzminat barədə. Kərimlinin neçənci dəfədir ki, üzərində xüsusi dayandığı Ukrayna və Rusiyanın döyüşlərdə həlak olmuş hərbçilərinə ödənilən “qan pulu” ilə Azərbaycanın şəhidlərinə ödənilən birdəfəlik yardımı müqayisə edir. Ötən yazılarımızda bu mövzuda kifayət qədər əsaslı müqayisələr əsasında Ə. Kərimlinin bu yanlışlıqlarla dolu iddiasına cavab vermişik.
Yenə də xatırlatmaqda fayda olmasına əsaslanaraq deyə bilərik ki, hərbçisinin adi sarğı, yod, bint və dərmanlarını xarici ölkələrin yardımı, pul ilə təmin edən Ukraynanın həlak olan əsgər və zabitlərinə 510 min dollar vermək imkanı sıfıra bərabərdir.
Hazırda bu ölkənin zəruri ehtiyaclarını Azərbaycan da daxil olmaqla ABŞ, Avropa İttifaqı ölkələri yardımlarla təmin edir. İndiyə qədər döyüşlərdə Ukraynada 20 mindən artıq hərbçi həlak olub. Onların hər birinin ailəsinə 510 min dollar verilməsi o deməkdir ki, indiki dövrdə bu rəqəm 10,2 milyard dollardır. Bu ölkənin büdcəsində hazırda həlak olanların ailəsinə 510 dollar verməyə belə pulu yoxdur. Bir müddət əvvəl 925 milyon dollar dəstək paketi barədə qərar qəbul edən Dünya Bankı Qrupu iqtisadi-sosial vəziyyətin kəskin pisləşməsini nəzərə alaraq yaxın aylarda Ukraynaya daha 3 milyard dollar pul verməyi planlaşdırır. (worldbank.org)
Beynəlxalq maliyyə institutları Ukraynanın maliyyə böhranı ilə üz-üzə qalacağını gizlətmir. Dünya Bankı (DB) bir neçə gün əvvəl Ukraynanın acınacaqlı iqtisadi-maliyyə vəziyyəti barədə hesabatını açıqladı, sənəddə deyilir ki, Ukrayna iqtisadiyyatı 2022-ci ildə ən azı 45% azalacaq, maliyyə ehtiyatları tükənən ölkənin borcu artacaq, yoxsulluğun səviyyəsi 1,8%-dən 20 %-ə qədər yüksələcək. (Mənbə)
Belə bir ağır durumda qalmış ölkənin öz pulu ilə hər bir hərbçiyə 510 min dollar təzminat ödəyəcəyi real ola bilərmi?
Azərbaycan hökumətindən “12 dəfə çox təzminat ödəyən” Rusiyaya gəlincə, bu iddia da, tamamailə əsassızdir, Rusiya hökuməti hələ konkret olaraq bir hərbçisinə də 1 rubl belə təzminat ödəməyib. Parlamentin və müxtəlif dövlət qurumlarının nümayəndələri təkliflər irəli sürüblər, ancaq icra mexanizmi, Tədbirlər Planı hazırlanmayıb. Hazırda Çin, Hindistan, Ərəb ölkələrinin maliyyə institutlarından kredit cəlb etməklə öz iqtisadi-maliyyə problemlərini nizamlamağa çalışan, sanksiyalardan xarici maliyyə öhdəliklərini və borclarını ödəyə bilməyən Rusiya milyardarla dollar “qan pulu”nu necə əldə edəcək? “Standard & Poor's” beynəlxalq reytinq agentliyi bu ölkəni borc öhdəliklərini ödəyə bilmədiyinə və resursları tükəndiyinə görə defolt elan edib. Rusiyanın kapital və faizlərin ödənilməsi üçün 2022-ci il mayın 4-dək güzəşt müddəti var. Bu borc ödənilməsə Rusiya rəsmən maliyyə müflisləşməsi ilə üz-üzə qalacaq. (Mənbə)
Belə bir vəziyyətdə olan ölkəni təmtəraqla, bəlağətlə həlak olan hərbçisinə “yüksək sosial qayğı” göstərən dövlət kimi təbliğ etməyin, tərifləməyin nə məna kəsb etdiyini anlamaq elə də çətin deyil.
Ə. Kərimli deyir ki, hökumət müharibə veteranlarının 14 aylıq müavinətini oğurlayır.
Dövlət başçısının 29 dekabr 2021-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adı, vəsiqəsi verilib və onlara Prezidentin aylıq təqaüdü təyin edilib. “Müharibə veteranı” adı və vəsiqəsi müdafiə, daxili işlər, ədliyyə, fövqəladə hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Prezidentin Təhlükəsizlik Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində xidmət keçən bütün hərbi qulluqçulara verilir. Onlara bu statusla yanaşı, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etməsinə görə ödənişlərin edilməsi nəzərdə tutulub. Hənin şəxslər üçün Prezidentin aylıq təqaüdünün məbləği 80 manat müyyən edilib. (Mənbə)
Nəticə:
Əli Kərimlinin 9 milyon əhali diqqətdən kənarda qalıb fikri tam yanlışdır. “9 milyon nəfər” əhalinin 90 faizi deməkdir. Hazırda ölkə əhalisin təxminən 5,3 milyon nəfəri iqtisadi fəal əhalidir. Yəni, müxtəlif sahələrdə müxtəlif fəaliyyət növü ilə məşğul olanlardır. Onların təqribən, 1,7 milyon nəfəri muzdlu işçidir, yəni əmək müqaviləsi əsasında çalışanlardır. Yerdə qalan 3,5 milyon nəfər müxtəlif sahələrdə çalışanlardır.
Ə.Kərimli növbəti dəfə “uşaq pulu” ifadəsi ilə manipulyasiya edib.
AXCP-nin sədri iddia edib ki, neft qiymətlərinin artması nəticəsində dövlətin hər ay əldə etdiyi 1,5 milyard dolların xalqın həyatını yaxşılaşdırmayıb. Araşdırma nəticəsində müəyyən olunub ki, bu rəqəm 2 dəfə aşağıdır. Yəni, siyasətçinin bu iddiası tam əsassızdır.
Ə. Kərimli inflyasiya ilə bağlı öz fərziyyələri əsasında mühakimə yürüdərək iddia edir ki, Azərbaycanda 35-40 faiz həddində inflyasiya mövcuddur. Bu məqamda qiymətlərin qalxması ilə (qlobal prosesdir) manatın dəyərinin düşməsi anlayışlarını səhv salıb.
Adi hesablamalardan görünür ki, pensiyalar Əli Kərimlinin iddia etdiyi kimi 3,4 faiz deyil, 9-11 faizə yaxın artıb
Kərimlinin Ukrayna və Rusiyanın döyüşlərdə həlak olmuş hərbçilərinə ödənilən “qan pulu” ilə Azərbaycanın şəhidlərinə ödənilən birdəfəlik yardımı ilə bağlı müqayisəsində növtəi dəfə yalan məlumat yayıb. Nə Ukrayna, nə də Rusiya deyilən məbləği həlak olmuş əsgərlərinə ödəməyiblər və bu haqda heç bir qərar yoxdur. Məlumat saxtadır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
• Nə ELİT deyil... nə də OPTİMAL... - GİLEY
Bu gün, 08:58 |
|
|
|
• Bayramovun ağlar günə qoyduğu Gəncə... - İTTİHAM VAR...
Bu gün, 08:54 |
|
|
|
• Elnur Cabbarov videosunu yayan işçisinin ərini həbs etdirib - ŞOK TƏFƏRRÜAT
Bu gün, 08:45 |
|
|
|
• Nazirin fikri narahatlıq yaratdı: Bağçalar işləyən anaların üzünə bağlanır? - AKTUAL
Bu gün, 08:41 |
|
|
|
• Qanunların üstündə əyləşən İCRA BAŞÇISI - və yaxud hökm edən ABU TƏFƏKKÜRÜ...
Bu gün, 08:39 |
|
|
|
• “Şəkər Zavodu metal alveriylə məşğuldur” - BU NƏDİ BELƏ?..
Bu gün, 08:35 |
|
|
|
• Bölgələrdə bahalaşan əmlak... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:29 |
|
|
|
• Xətai məhkəməsindən daha bir ABSURD... - DETALLAR
Bu gün, 08:25 |
|
|
|
• 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
Bu gün, 08:18 |
|
|
|
• Bu şəxslər aliment ödəməyə bilər - AÇIQLAMA
Bu gün, 07:36 |
|
|
|
• Türkiyə-Azərbaycan münasibətlərində nələr baş verir? - GƏLİŞMƏ
Bu gün, 07:33 |
|
|
|
|